  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə38/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   34   35   36   37   38   39   40   41   ...   113

                                                     

 

  



                                                                            

                                                    

143 

Robert  Sergeyi  İrəvanda  qarşılayıb  onu  mədəniyyət 



saraylarının birində keçirilən tədbirə apardı.  

Başqa  millətin  tarixini  oğurlamqda,  öz  mədəniyyətini 

qədimiləşdirmək üçün qonşuların mədəniyyətini özününküləş-

dirməkdə,  kulinariyanı,  musiqi  alətlərini,  folklor  sənətini 

mənimsəməkdə mahir usta olan yalançı alimlərin dünya türk-

lərinə qarşı ağızdolu çıxışları gurultulu alqışlarla qarşılanırdı. 

Bir sözlə, özləri deyib özləri də eşidirdilər. Çıxış etmək üçün 

Sergeyə  söz  verilmədi,  ona  görə  ki,  o,  həmin  tədbirə  gecik-

mişdi.  Lakin  elmlər  namizədi  belə  bir  laqeyd  münasibətdən 

incimədi. 

Hava qaralan zaman tədbir başa çatdı və Robert onu şəhər 

kənarındakı, özünə məxsus olan, lakin heç kimin  yaşamadığı 

evə  apardı.  Şəhərin  mərkəzinə  yaxın  bir  neçə  küçəni 

çıxmaqla, qalan küçə və prospektlərdə zülmət qaranlıq hökm 

sürürdü. Sanki burada heç kim yaşamırdı. 

Əvvəlcədən  planlaşdırıldığı  kimi  səhər  tezdən  onlar  Xan-

kəndidə  keçiriləcək  yığıncaqda  iştirak  etmək  üçün  Qarabağa 

yola düşdülər.  

İrəvanda insanı qeyri-adiliyi ilə təəccübləndirən, heyrəndi-

rən gəzməli yerlər demək olar ki, yox idi. Məhz bu səbəbdən 

Robert  qonaqla  birlikdə  şəhər  gəzintisinə  çıxmaq  istəmədi. 

Lakin  Sergey  ona  bildirdi  ki,  avtovağzala  gedəndə  onun 

tanıdığı  küçə  və  prospektlərindən  keçsin.  Xarici  qonaqların 

gəzdikləri küçə və meydanlar, inzibati binalar müəyyən qədər 

abadlaşmışdı. Restoran və kafelər zallarında boş yerlər çoxluq 



                                                     

 

  



                                                                            

                                                    

144 

təşkil  edirdi.  Bu  ondan  xəbər  verirdi  ki,  orada  təşkil  olunan 



servisdən  əlavə  şəhərə  gələn  qonaqların  sayı  həddindən  artıq 

azdır.  Hər  şeyə  diqqət  yetirən  Sergey  fikir  verir  ki,  şəhərdə 

olan  ermənilərin  əksəriyyəti  qanı  qaralmış,  sifəti  büzülmüş, 

həyatdan narazı haldadır və əcnəbi adam görəndə, xüsusən də 

rus və iranlılarla üz-üzə gələndə nifrət dolu baxışlarını həmin 

adama  yönəldirdilər.  Halbuki  blokada  şəraitində  olan 

ermənilərə  indiki  məqamda  İran  ilə  Rusiya  mümkün  olan 

bütün köməklikləri göstərirdi. 

Bələdçi  funksiyasını  yerinə  yetirən  Robert  bunu  onunla 

izah  edirdi  ki,  guya  camaat  illər  boyu  blokada  şəraitində 

yaşadığından,  günü-güzaranı  yaxşı  olan  gəlmə  əcnəbilərə 

həsəd  aparırdı.  Həqiqətdə  isə  ermənilər  həsəd  yox,  paxıllıq 

edir, bəlkə də nifrət hissi bəsləyirdilər. Bir sözlə, rus ziyalısı 

yerli  əhalinin  mimikasını  nəzərdən  keçirəndən  sonra  belə 

qənaətə  gəldi  ki,  ermənilər  heç  də  Qafqazın  başqa  millətləri 

kimi  qonaqpərvər  deyil,  kənardan  gələnləri  isə  arzuolunmaz 

şəxslər kimi süzürdülər. 

Robert özü Stavropolun Pyatiqorsk şəhərində  yaşayırdı və 

ildə  iki  dəfə  anasını  görmək  üçün  o,  Qarabağa  gedərdi.  Ona 

görə də İrəvanın avtovağzalında bir neçə taksi sürücüləri onu 

yaxından tanıyırdılar. Bərbad vəziyyətdə olan “Jiquli” markalı 

maşın Qarabağa getmək üçün öz razılığını bildirdi.  

Sergey vaxtilə Qarabağda olmuş və dəqiq bilirdi ki, həmin 

diyar  Ermənistan  sərhədindən  xeyli  kənarda  yerləşir  və  ora 

getmək  üçün  dağ  yollarını  qət  etməliydilər.  Lakin  o,  həmin 



                                                     

 

  



                                                                            

                                                    

145 

diyara  məhz  Azərbaycandan,  Bakı-Ağdam  marşrutu  ilə 



getmişdi. 

Tutduqları  maşın  onları  Qarabağın  istənilən  nöqtəsinə 

aparıb  çıxarsaydı,  onda  bu  sensassiya  sayılardı.  Qarabağa 

daxil olmaq üçün Gorus-Laçın yolundan istifadə etmək lazım 

idi.  

Hər şeyi diqqətlə nəzərdən keçirən Sergey görür ki, bu ölkə 



hərtərəfli  olaraq  yəni,  bütün  sahələrdə  geridə  qalıbdır.  Küçə 

və  yollar,  yaşayış  qəsəbələri  bərbad  vəziyyətdədir.  Əhali 

səfalət  içərisində  yaşayırdı.  SSRİ  dövründən  qalma  bütün 

zavod  və  fabriklər  xammal  olmadığından  iflic  vəziyyətinə 

düşmüş,  bütün  avadanlıqlar  tikinti  materialları  ilə  birlikdə 

İrana və ya Gürcüstana satılmışdı. Sovet istehsalı olan sərnişin 

və minik avtomobillərini yollarda görən rus ziyalısı təəccübü-

nü gizlətmir və bu ölkənin nə dərəcədə geridə qaldığını ifadə 

etməyə də çəkinmir, hətta Ermənistanı iqtisadi geriliyinə görə 

Qırğızıstan və Tacikistanla müqayisə edirdi. Ən dəhşətlisi isə 

yaxın gələcəkdə inkişafın baş verməyəcəyini görən əhali nicat 

tapmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalırdı. 

Sergeyin  fikirincə,  son  25  ildə  İrəvanda  cüzi  dəyişikliklər 

baş  vermişdi.  Həmin  dəyişikliklər  əsasən,  rus  sözlərinin  fars 

və fransız sözlərilə əvəz olunmasından, bəzi yerlərdə iri super 

marketlərin  açılmasından,  hündür  olmayan  mehmanxanaların 

və  inzibati  binaların  tikilməsindən  ibarət  idi.  Şəhərin 

mərkəzindən əlavə demək olar ki, heç bir yerdə abadlıq işləri 

aparılmır,  asfalt  döşənmir,  işıq  sistemi  yenilənmir,  ümumiy-



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə