  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə35/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

                                                     

 

  



                                                                            

                                                    

131 

- Gedib, ağıldan kəm olan o biri nənəni dolayarsan.  



- O, ağıldan kəm olsa da, min dəfə səndən ağıllıdır. – deyə 

Janna ara vermədən cavab verdi. 

- Utanmırsınız, evdə qonaq ola-ola bir-birinizi sancırsınız? 

–  deyə  Eduard  qızları  sakitləşdirməyə  çalışdı.  –  Tez  olun, 

səsinizi kəsin. 

Araya  sükut  çökən  kimi  birdən  Marqo  -  “Edik,  qulaq  as, 

gör nə deyirlər”, deyərək səsini ucaltdı. Bu məqamda hamının 

diqqəti  mavi  ekrana  yönəldi.  Hazırda  televizorda  gedən 

xəbərlər verilişində Xocalı soyqırımı ilə bağlı məlumat gedir-

di.  Orada  Meksika  parlamentinın  rəsmi  olaraq,  ermənilərin 

cinayətini sübut edən Xocalı soyqırımının tanınması nümayiş 

olunurdu.  

Türk  soyna  qarşı  nifrət  bəsləyən  Eduardın  ailəsi  həmin 

görüntüləri  mavi  ekranlarda  seyr  edəndə,  ailə  başçısı  qışqır-

bağır salmağa başladı: 

-  Meksikalılar  da  özlərini  xristian  adlandırırlar?  Onlar  da 

türklər kimi ölümə layiqdirlər. 

-  Edik,  -  deyə  Marqo  nəzərini  oğluna  tərəf  yönəldərək 

səbirsizliklə  soruşdu.  -  mən  yaxşı  başa  düşmədim,  Meksika 

Xocalı soyqırımını tanıyıbdır? 

- Qulaqların kardır, eşitmirsən? – deyə vəcdə gələn Eduard 

anasının üstünə elə qışqırdı ki, qoca arvad qorxudan kresloya 

qısıldı. - Əlbəttə tanıyıbdır. 

Əsəbləri  tarıma  çəkilən  Eduard  heç  kimə  əhəmiyyət 

vermədən  cəld  televizoru  əlinə  alıb  ikinci  mərtəbədən  aşağı 



                                                     

 

  



                                                                            

                                                    

132 

tulladı.  Həmin  evdə  onlardan  başqa  daha  iki  erməni  ailəsi 



yaşayırdı və onlar da səs-küyü eşidib, nə baş verdiyini öyrən-

mək üçün həmin otağa  doluşdular. Qəzəbdən Eduardın əlləri 

tir-tir əsirdi və o, xəbəri soydaşlarına çatdıran kimi meksikalı-

ları söyməyə, lənətləməyə başladı. Hətta Eduardın yaşlı anası 

Marqo  Meksika  parlamentinin  çıxardığı  ədalətli  qərara  tab 

gətirməyib,  ürəyi  infarkt  oldu.  Daim  kin-küdurət  içərisində 

yaşamış həmin eybəcərləşmiş qarı “ola bilməz” deyərək, yerə 

sərildi  və  heç  bir  dəqiqə  keçməmiş  ürək  çatışmamazlığından 

dünyasını dəyişdi.  

- Türklər mənim nənəmi öldürdülər. – Elizabet hay-gurufla 

qışqıraraq, ölən qarını qucaqladı. 

Həmin  an  Karmenin  halı  pisləşdi  və  o,  başını  tutub,  öz 

dilində türklərin ünvanına qarğış yağdıra-yağdıra yerə sərildi. 

Eduard  kin-küdurət  içərisində  yaşayan  qarının  ölən  cəsədini 

yerdən  götürüb  divana  uzatdı  və  dərhal  kiçik  qızına  tərəf 

getdi. 


Bütün bu hadisə Aleksandrın gözləri önündə baş verirdi. O, 

ətrafındakı  adamların  hiddətləndiyini  görüb  qorxusundan 

otağın  bir  küncünə  sıxıldı.  Janna  da  həmin  ağlasığmaz 

səhnənin  iştirakçısına  çevirilmişdi.  Hazırda  gözləri  bərələ 

qalan  və  dili  tutulan  Aleksandr  ruhi  xəstələrin  hərəkətlərini 

xatırladan həmin anormal hərəkətlərin şahidi sayılırdı.  

Həmişə  özlərini  mədəni  göstərməyə  çalışan  həmin 

sakinlərin,  bu  dəfə  əyani  surətdə  iç  üzü  açlmışdı.  Onlarda 

demək  olar  ki,  insanlıqdan  heç  bir  əsər-əlamət  qalmamışdı. 



                                                     

 

  



                                                                            

                                                    

133 

Başqasının ədlətli qərarına bu dərəcə sərt reaksiya vermək və 



özünü  dağa-daşa  çırpmaq,  ümumiyyətlə  bu  cür  anormal 

hərəkət  heç  bir  məntiqə  sığmırdı.  Aleksandr  onların  belə  bir 

təşviş  keçirməsini  görüb  özünə  nifrət  edərək  tələsik  halda 

oradan uzaqlaşdı.  

O,  evinə  gələndə  atası  ilə  qonaq  zalında  üzləşdi.  Tarixçi 

pedaqoq  evdə  bərk  səslə  televizora  baxdığı  üçün  qonşu 

həyətdəki  səs-küyü  eşitməmişdi.  Sergey  oğlunun  həyəcanlı 

olduğunu görüb, israrla soruşdu: 

- Saşa, sənə nə olubdur? Kimsə xətrinə dəyibdir? 

-  Mənim  xətrimə  kim  dəyə  bilər?  –  deyə  oğlan  özünü  ələ 

almağa  çalışsa  da,  daxilindəki  gərginliyi  dəf  edə  bilmədi.  – 

Sadəcə olaraq, bu gün mən elə bir səhnənin şahidi oldum ki, 

az  qala  özümü  dəlixanada  olduğumu  zənn  edəm.  Ağlıma 

gəlməzdi  ki,  insanlar  hər  hansı  bir  vizual  görüntüdən  kəskin 

şəkildə dəyişə bilər. 

- Oğlum, sənə nə olub axı? – deyə ata həyəcanla soruşdu.  

Bundan sonra o, Eduardgildə baş verən hadisəni atasına ərz 

etdi.  Əvvəlcə  Sergey  oğlunun  sözlərinə  inanmaq  istəmədi, 

lakin  son  anda  bunun  həqiqət  olduğunu  anladı.  Bu  bir  növ 

onun  üçün  həyəcan  təbili  sayılırdı.  Axı,  hərtərəfli  Eduarda 

etibar  edən  Sergey  Elizabeti  almaqla,  onunla  qohum  olmağı 

planlaşdırmışdı. Bundan əlavə Eduard dəfələrlə vurğulamışdı 

ki, Aleksandr Janna ilə ailə həyatı qursa, onlar daim xoşbəxt 

olacaqlar.  Qaçqın  ermənilərin  evində  baş  verən  qəribə  olay 

rus pedaqoqunu çaş-baş saldı. 



                                                     

 

  



                                                                            

                                                    

134 

Əgər,  Aleksandrın  dedikləri  düzdürsə,  onda  həmin  o  iki 



millətin  arasındakı  düşmənçılik  həddindən  artıq  ifrat  dərəcə-

dədir.  –  deyə  elmlər  namizədi  öz-özünə  düşündü.  –  Hansısa 

bir  parlamentin  nümayəndələrinin  kiminsə  xeyrinə  qərar 

çıxardığına görə, fatal sonluqla nəticələnən belə bir emosional 

reaksiya  bildirmək,  normal  şəxsə  xas  olan  bir  hərəkət 

sayılmır.  Belə  çıxır  ki,  onların  hamısı  ruhi  xəstədirlər.  Qara-

bağda başa çatan müharibənin üstündən təxminən 18 il keçir, 

Eduard  isə  ailəsi  ilə  birlikdə  həmin  münaqişənin  ağrı-acısını 

indiyənə kimi hələ də yaddan çıxarmayıbdır.  

Belə  bir  ifrat  düşmənçilik  yalnız  qanı  nifrətlə  yoğrulmuş 

sivilizasiyadan kənar insanlarda olur. Beləsinə qalanda, onda 

İkinci  Dünya  müharibəsində  törədilən  vəhşiliklərə,  qətllərə, 

soyqırımlara görə Avropada yaşayan millətlərin əksəriyyəti, o 

cümlədən, ən ağır itkilərə məruz qalmış biz ruslar almanlarla 

illərlə  düşmənçilik  aparmalıyıq?  Almanlar  isə  başqa  dağıntı-

ları  demirəm,  yalnız  Drezdenin  bombardıman  edilib,  darma-

dağın  edilməsinə  görə  ingilislərə  və  amerikanlara  qarşı 

qisasçılıq  hissi  ilə  yaşamalıdırlar.  Fransızlar  1812-ci  ildə 

Moskvanı  talan  edib  külünü  göyə  sovuran  zaman,  biz  ruslar 

da  Parisə  daxil  olanda,  həmin  gözəl  şəhəri  darmadağın  edib 

yandırmalıydıq? 

Mənə  elə  gəlir,  Qarabağ  müharibəsi  zamanı  həmin  ailə 

həddindən  artıq  fiziki  məhrumiyyətlərə  məruz  qaldığından 

onlar  uzun  müddət  keçsə  belə,  hələ  də  həmin  iztirabları 

yaddan çıxarda bilmirlər. İnsan bu dərəcədə kinli ola bilməz. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə