  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə34/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

                                                     

 

  



                                                                            

                                                    

128 

Bu xəbər gündüz vaxtı televizorda verildiyindən Eduardın 



bundan  xəbəri  yox  idi.  Çünki  bu  gün  onun  başı  ailəsi  ilə 

birlikdə,  Xocalı  şəhərinin  erməni  quldurları  tərəfindən  işğal 

edilməsinin qeyd olunmasına qarışmışdı. Qızları vaxtlarından 

tez  işdən  qayıtmış  və  süfrə  hazırlanmasında  müvafiq  işlər 

görürdülər. Bu münasibətlə, Raisa sevgilisi Aleksandrı da evə 

dəvət etmişdi. 

Evdəkilər süfrə arxasında əyləşən zaman Raisa heç kimdən 

utanmadan qrup yoldaşı ilə yataq otağında mazaqlaşır, onunla 

eşq-macəra  həyatı  yaşayırdı.  Raisa  ilə  Aleksandr  özlərini  elə 

aparırdılar  ki,  sankı  ər-arvaddırlar.  Onların  arasında  hökm 

sürən  sıx  münasibət  qızın  dayısı  Eduarda  pis  təsir  göstərirdi 

və  o,  əsəbləri  tarıma  çəkilən  zaman  Raisaya  özünü  düz 

aparmaq üçün xəbərdarlıq etməyə məcbur olurdu. Uşaqlıqdan 

Rusiyada yaşayan, oranın mühitinə öyrəşən şıltaq qız isə onun 

hərəkətlərində  heç  bir  ayıb  işin  olmadığını  bildirərək,  kobud 

davranışlı dayısını daha da qıcıqlandırırdı.  

Aleksandrın fevralın 26-da bu evə çağırılması üçün xüsusi 

məqsəd  güdülmüşdü.  Özlərinə  lazım  olan  tarxi  hadisəni  öz 

mənafelərinə uyğun şəkildə təhrif etməkdə mahir usta sayılan 

ermənilər, qondarma tarixi hadisəni digər millətlərin beynləri-

nə  yeritmək  üçün  böyük  fəallıq  nümayiş  etdirirdilər.  Qara-

bağın azərbaycanlıların məskunlaşdığı ən böyük şəhərlərindən 

biri  olan  Xocalını  rus  hərbi  hissənin  köməyi  ilə  darmadağın 

edib,  yerli  əhalini  isə  tarixdə  misli  görünməmiş  xüsusi 

qəddarlıqla qətlə yetirərək, bunu özlərinin zəfər qələbəsi kimi 



                                                     

 

  



                                                                            

                                                    

129 

qələmə  verməyə  çalışırdılar.  Guya  həmin  Xocalı  ermənilərin 



yaşayış  məskəni  olmuş  və  onlar  həmin  şəhəri  azərbaycanlı-

lardan  azad  etmişdilər.  Universitetin  jurnalistika  fakültəsində 

oxuyan  tələbələr,  o  cümlədən  Aleksandr  həmin  qanlı  olayı 

ermənilərin  istəklərinə  uyğun  şəkildə  mətbuat  səhifələrində 

işıqlandırmalıydılar.   

Başda Eduard olmaqla hamı süfrə arxasına keçdi. Onun 78 

yaşlı beli bükülmüş və arıqlıqdan sümükləri üzə çıxmış anası 

Marqo iki bacının – Elizabet ilə Karmenin arasında, Janna isə 

sevgilisi ilə birlikdə onlarla üzbəüz masa arxasında əyləşmiş-

dilər. Həmişəki kimi Azərbaycan mətbəxinin təamları süfrəyə 

düzülmüş  və  bunu  özlərinin  milli  yeməkləri  kimi  təqdim 

etməkdən  xəcalət  hissi  çəkmədilər.  İlkin  badəni  Eduard 

qaldıraraq qalın səsi ilə hamının diqqətini özünə cəlb etdi: 

- Bu badəni, xalqımızın qədim yaşayış məskənlərindən biri 

olan  Xocalı  şəhərinin  türklərin  əsarətindən  azad  edən  və 

Qafqazda Rusiyanın sədaqətli  və  etibarlı müttəfiqi  olan şanlı 

erməni  döyüşçülərin  sağlığına  qaldırıram.  Həmin  tarixi 

hadisədən sonra Qarabağ bütünlüklə bizim özümüzə qayıtdı. 

-  Əminəm  ki,  bizim  ordu  “Böyük  Ermənistan”ın  şərqində 

yerləşən doğma Bakı şəhərini də ələ keçirəcək. – deyə danış-

mağa  halı  olmayan  qarı  xırıltılı  səsi  ilə  oğlunun  sözlərinə 

dəstək verdi.  

Aleksandr  arağı  içən  kimi  sanki  ayıldı  və  təəccüb  dolu 

baxışlarını Eduarda tərəf yönəldib, maraqla soruşdu: 




                                                     

 

  



                                                                            

                                                    

130 

-  Məgər,  Bakı  erməni  şəhəridir?  Mən  biləni  hələ  Afanasi 



Nikitinin  dövründə  Bakı  azərbaycanlıların  şəhəri  kimi 

göstərilir.  

-  Əzizim,  peşəkar  jurnalist  olmaq  istəyirsənsə,  erməni 

xalqının tarixini oxumaq lazımdır. – deyə məclisə dəvət etdiyi 

gənc  tələbəni  aldatmaqdan  çəkinməyən  həyasız  ailə  başçısı 

giley-güzarla  dilləndi.  –  Yadda  saxla  ki,  indiki  adlandırılan 

qondarma “Azərbaycan” ərazisi bütünlüklə ermənilərin olub-

dur.  


-  Əfsuslar  olsun  ki,  mən  bu  haqda  dürüst  məlumata  malik 

deyiləm.  –  deyə  Aleksandr  çaşqınlıq  içərisində  dilləndi.  – 

Halbuki tarix fənnini mən universitetdə diqqətlə izləyirəm. 

-  Onda müəllimləriniz zəifdir.  –  deyə Marqo oğlana nəzər 

salmadan atmaca ilə dilləndi.    

Məclis  davam  edə-edə  otaqdakı  televizor  işləyirdi.  Bir  az 

keçəndən  sonra  xəbərlər  verilişi  yayımlanmağa  başladı. 

Həmişəki  kimi  Eduardın  anası  xəbərlərə  qulaq  asmaq  üçün 

qulaqlarını  televiziyaya  şəklədi.  Yaşının  kifayət  qədər  çox 

olmasına  baxmayaraq  o,  distansion  pultdan  lazımi  şəkildə 

istifadə  edə  bilirdi  və  qarı  heç  kimə  əhəmiyyət  vermədən 

televizorun səsini artırdı.  

Bu  vaxt  onun  hərəkətindən  narazı  olan  Janna  sifətini 

büzərək  “Marqo  yenə  də  kar  qulağını  işə  saldı”  ifadəsini  elə 

işlətdi ki, Elizabetin hirslənməsinə baxmayaraq, Karmen qəh-

qəhə çəkib gülməyə başladı. Eduardın böyük qızı nənəsini çox 

istədiyindən o, ikrah hissi ilə dedi: 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə