  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə31/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

                                                     

 

  



                                                                            

                                                    

118 

həm Sergeylə, həm də işlədiyi şirkətin prezidentinin sürücüsü 



ilə də görüşürdü. Bu dəfə atası ilə vacib söhbəti olduğundan o, 

iş  yerindən  iki  saat  tez  gəlmişdi.  Karmen  adlı  21  yaşlı  kiçik 

qız isə həmin şirkətdə baş mühəndisin katibəsi  idi  və demək 

olar  ki,  o,  özündən  30  yaş  böyük  olan  kişinin  məşuqəsinə 

çevirilmişdi. Karmen əlavə olaraq mahnı oxumaqla məşğul idi 

və  onun  ən  böyük  arzusu  hansısa  bir  musiqi  yarışmasında 

iştirak  edib  qələbə  qazanmaq  idi.    O,  da  atasının  təkidi  ilə 

müdirindən icazə alıb evə tez gəlmişdi.  

Elizabet  balacaboy,  bir  qədər  kök,  cüzi  sallaq  qarınlı, 

enlisifət, azacıq əyriburun, yekə ağız idi. Onun solğun gözləri 

içəri batmış, çənəsi azacıq qabağa çıxmış, qara qıvrım saçları 

boynunun ardına kimi kəsilmişdi. Karmen isə bir qədər uzun, 

arıq, uzunsifət, böyük burunlu, domba göz, yekəağız və özünə 

görə  azacıq  yaraşıqlı  görünürdü.  Hər  iki  bacı  həddi-buluğa 

çatan kimi  işləməyə başlamış və qazandıqları pulların  böyük 

bir  hissəsini  bankda  saxlayırdılar.  Kommunal  xərclər  demək 

olar  ki,  onların  boynunda  idi.  Eduard  isə  qazandığı  pullara 

Leninqrad vilayətinin Qatçina şəhərinin kənarında kreditlə üç 

otaqlı  mənzil  almış  və  onu  xarici  mühacirlərə  kirayəyə 

vermişdi.  Onun  bu  planından  Sergeyin  xəbəri  yox  idi  və  rus 

ziyalısı elə başa düşürdü ki, Eduard ev almaq üçün hələ də pul 

yığır. 


Bir  sözlə,  Qarabağdan  qaçaq  düşən  bu  ailənin  maddi 

vəziyyəti  çox  yaxşı  idi  və  onlar  bəzi  yerli  adamlardan  yaxşı 

dolanırdılar.  Lakin  belə  bir maddi duruma baxmayaraq onlar 



                                                     

 

  



                                                                            

                                                    

119 

özlərini yerli sakinlərin, xüsusən də imkanlı şəxlərin  yanında 



ən yazıq, ən kasıb, ən məzlum adamlar kimi aparırdılar ki, əks 

tərəfdən  ianələr  ala  bilsinlər.  Eduardın  isə  əsas  məqsədi 

qızlarını  hansısa  yaşlı  imkanlı  bir  şəxsə  sırımaq  və  qısa 

müddət ərzində həmin şəxsin varidatına sahib olmaq idi.  

Bu  günkü  söhbət  xüsusi  önəm  daşıdığı  üçün  ailə  sahibi 

övladlarına ciddi təsir etmək fikirində idi. Məhz buna görə də 

o, 77 yaşlı anası Marqonu bura dəvət etmədi. Eduard qarşısına 

qoyulan təamlardan heç bir şey dadmadan ciddi halda dedi:  

-  Əziz  balalar,  türklər  (azərbaycanlılar  nəzərdə  tutulur) 

getdikcə hər yerə burunlarını soxurlar. Onların dövlət başçısı 

çevik siyasət aparmaqla Avropada daha çox nüfuz qazanmaq 

üzrədir  və  həmin  siyasətin  nəticəsində  onlar  informasiya 

blokadasından  qurtulublar.  Bilirsiniz  də  bütün  bunlar  biz 

ermənilər üçün nə ilə qurtara bilər?  

- Bizimkilər passivlik etdiyindən türklər aktivləşdilər. – sir-

sifətini əyən Elizabet narazı halda dilləndi. –Acınacaqlı hal isə 

odur  ki,  onlar  dünyanın  nüfuzlu  şəxsləri  ilə  dostluq  münasi-

bətləri qururlar. 

- Amerikada bizimkilərin böyük üstünlük təşkil etmələrinə 

baxmayaraq, azərbaycanlılar türklərlə birlikdə Xocalı ilə bağlı 

bir  çox  hadisələri  işıqlandıra  bildilər.  –  deyə  başını  təəssüf 

hissilə  tərpədən  Eduard  məyus  halda  dilləndi.  –  Bu  bizim 

Amerikadakı diasporanın zəifliyindən xəbər verir. Demək olar 

ki,  qədim  erməni  xalqının  dünya  qarşısındakı  missiyası 

təhlükə  altındadır.  Onların  neftdən  gələn  gəliri  birbaşa  bizə 



                                                     

 

  



                                                                            

                                                    

120 

qaşı  yönəldilibdir.  Hər  şeyi  ayıq  başla  analiz  etsək,  onda 



görərik  ki,  onlar  hər  şeyi  planlı  şəkildə  həyata  keçirirlər  – 

elmi-praktik  konfranslar  təşkil  edir,  jurnalistlərlə  brifinq 

keçirir,  mətbuata,  televiziyaya  daxil  olur  və  daim  hər  yerdə 

bizi  biabır  etməklə  məşğuldurlar.  Dünənki  barbarlar  bizləri 

Avropadan  da  didərgin  salmaq  istəyirlər.  Sanki,  son  illər  biz 

fil qulağında yatmışıq.  

-  Biz  nə  etməliyik?  –  deyə  sifətini  büzən  Karmen  belə 

söhbətlərdən bezdiyini gizlətmədi. - Avropada yaşayan millət-

ləri bizim problemlər maqlandırmır. Demək olar ki, hərə öz işi 

ilə məşğuldur. Həm də bizə nisbətən Qafqaz türklərinə burada 

çox hörmət olunur. Rusiya kimi irilikdə olan ölkədə ruslardan 

sonra ən çox yaşayan millət tatarlar və türklərdir. 

-  Sual  verilir,  nəyə  görə  başqa  millətlərə  nisbətən  Qafqaz 

türkləri  burada  çoxluq  təşkil  edirlər?  –  deyə  başını  bulayan 

Eduard tələsik halda soruşdu. – Ona görə ki, Rusiyada onlara 

xoş  baxırlar.  Məhz  bu  səbəbdən  onların  Avropaya  inte-

qrasiyası çox asanlıqla baş verir. Məni ən çox bir şey narahat 

edir,  Avropada  məskunlaşan  türk  qızları  imkanlı  alman 

kişilərinə ərə gedib, daimi həmin ölkədə kök salmağa çalışır-

lar. Onlar bunu ona görə edirlər ki, biz erməniləri Avropadan 

sıxışdırıb  çıxarsınlar. Eliza, mənə elə gəlir, sənin  ərə  getmək 

vaxtın  gəlib  çatıbdır.  Eşitdiyimə  görə,  sən  Sergeydən  əlavə, 

işlədiyimiz  şirkətin  prezidendinin  sürücüsü  ilə  də  yaxın 

əlaqələr yaratmısan? 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə