  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə39/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   35   36   37   38   39   40   41   42   ...   113

                                                     

 

  



                                                                            

                                                    

146 

yətlə infrastruktur təkmilləşdirilmirdi. Paytaxt üçün parklarda 



istirahət  edənlərin,  uşaqlarla  gəzintiyə  çıxanların  sayı  çox  az 

idi.  Qəribə  olsa  da  iranlı  kommersantların  sayı  rusların 

sayından azacıq üstünlük təşkil edirdi. Burada olan ruslar isə 

rus hərbi bazalarında xidmət edən hərbçilər idi.   

İqtisadiyyatın  tənəzzülə  uğradığı  bir  məkanda  qazanc  yeri 

olmadığından,  xaricdə  əlaqələri  olan  yerli  əhali  ölməmək 

üçün öz ocaqlarından didərgin düşürdülər. Məhz bu səbəbdən 

son  18  ildə  ölkə  əhalisinin  müəyyən  bir  hissəsi  birdəfəlik 

Ermənistanı tərk etmək məcburiyyətində qalmışdı. Təəccüblü 

o  idi  ki,  bu  məmləkətdə  ermənilərdən  başqa  digər  millətlər 

yaşamırdı. Halbuki hamı, Rusiyanın  Ermənistana böyük dəs-

tək verməsindən agah idi və ən azı rusların sayı burada yetə-

rincə çox olmalıydı. Turizm isə qəti olaraq inkişaf etməmişdi 

və buradakı insanlar barbar şəkildə, özlərini məzlum görkəm-

də, heç nədən ayıb etmədən gələn qonaqları qarşılayırdılar.    

Rus  alimi  anladı  ki,  Göyçə  gölündən  başqa  hansısa  bir 

yerdə,  turistlər  lazımi  qədər  istirahət  edə  bilmirlər.  Halbuki 

Raisa  ağız  dolusu  buraların  həddindən  artıq  mənzərəli  və 

cəlbedici olmasından danışardı.  İndi o, sakitcə maşında əylə-

şib, kol-koslarla, tikanlıqlarla, çılpaq qayalarla, çınqıl daşlarla 

bol olan əraziləri seyr edirdi.  

Qarabağın müvafiq məskəninə və yaxud da işğal olunmuş 

ərazisinə  getmək  üçün  xüsusi  buraxılış  vərəqəsi  lazım  idi. 

Rusiyadan  gələn  qonaqların  kimliyi  ciddi-cəhdlə  yoxlanılan-




                                                     

 

  



                                                                            

                                                    

147 

dan  sonra  onlar  Laçın  dəhlizi  ilə  Azərbaycan  ərazisinin 



hüdudlarına daxil oldular.   

Azərbaycanın  sərhədinə  yaxınlaşdıqca,  buradakı  mənzərə 

kəskin şəkildə dəyişirdi. Keçəl dağlar, seyrək ağaclarla örtül-

müş  yüksəkliklərlə  əvəz  olunurdu,  ortasında  hissə-hissə 

boşluqlar əmələ gələn sıx meşələr, təravətli yamaclar, laləzərli 

düzənliklər,  şəffaf  sulu  bulaqlar,  dağların  qoynundan  daşan 

çaylar və onlardan yaranan şəlalələr, havanın həddindən artıq 

təmiz olması qonaqların heyrətinə səbəb oldu.  

Maşın Ermənistanın Gorus şəhərindən Laçın rayonuna daxil 

olanda Zabux və Cağazur kəndlərindən keçməli olur. Xankəndi 

ilə  Gorus  rayonunu  birləşdirən  maqistral  avtomobil  yolu  bu 

kəndlərin  içərisindən  keçir.  Zabux  kəndini  süzən  rus  ziyalısı 

görür  ki,  həmin  yaşayış  məntəqəsində  bir  ev  belə  qalmayıb. 

Ermənilər hamısını dağıdıb aparıblar.

 

Sürücünün  yanında  əyləşən  ziyalı  müşahidə  bucağına 



düşən  hər  bir  yeri  diqqətlə  nəzərdən  keçirirdi.  Lakin  onun 

diqqətini əsasən, bir şey cəlb etdi: birincisi yolda mülki adam-

ların minik maşınları az idi, ikincisi isə əks tərəfdən Ermənis-

tan istiqamətində uzun və hündür kuzalı yük maşınları hərəkət 

edirdi.  Yük  bölməsində  isə  şax  qamətli  enli  çinar  ağacların 

gövdələri  yüklənmişdi.  Bu  ondan  xəbər  verirdi  ki,  ermənilər 

işğal  altında  olan  meşələrin  məhv  edilməsilə  məşğuldurlar. 

Çünki Sergey vaxtilə Qarabağdakı azərbaycanlıların yaşadıq-

ları  ərazilərdə  olmuş  və  dəqiq  bilirdi  ki,  şax  qamətli  çinarlar 

Laçın, Zəngilan, Qubadlı, 

Cəbrayıl rayonlarında bitirdi. Onun 



                                                     

 

  



                                                                            

                                                    

148 

fikirincə  maşınlardakı  ağaclar  məhz  həmin  meşəliklərdən 



kəsilmişdi.  Bəzi  yük  maşınlarında  isə  mərmər  plitələr  və 

daşlar, uzun borular və s. tikinti materialları aparılırdı.

 

Laçın rayonunda olan Picənis və Hacışamlı meşəliklərində 



dünya şöhrətli qırmızı palıd 4000 hektardan artıq sahəni əhatə 

edirdi. Hələ əsrin əvvəllərində fransızlar Frəng yolunu (Picə-

nis–Xankəndi  yolu)  çəkərək  qırmızı  palıdı  daşıyıb,  konyak 

istehsalında çəllək hazırlanmasında istifadə edirmişlər.

 

Ermənilər həmin meşədən qırmızı palıdı qıraraq yenə də bu 



məqsəd  üçün  Fransaya  satırdılar.  Həmin  rayonun  ərazisində 

külli miqdarda təbii halda bitən iri gövdəli qoz ağacları vardı 

ki,  bu  ağaclar  da  qırılaraq  mebel  hazırlanması  üçün  İrana 

satılırdı.

 

Hazırda  Ağdərə  və  Xankəndi  meşə  təsərrüfatlarının  böyük 



ərazini əhatə edən məhsuldar fıstıq meşələri, Laçın rayonunun 

Şəlvə  dərəsindəki  qırmızı,  dekorativ  oduncaqlı  mebel,  parket 

üçün əvəzi olmayan iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay 

qoruğundakı  möhtəşəm  çinar  və  qoz  ağacları,  Kəlbəcər  meşə 

təsərrüfatındakı mebel sənayesi üçün tayı-bərabəri olmayan ayı 

fındığı  ağacları  ermənilər  tərəfindən  kütləvi  qırılaraq  xarici 

ölkələrə satılmasından Sergey xəbərsiz idi.   

 

Yolçular Laçın şəhərindən xeyli aralanandan sonra yoldan 



həm  sağ,  həm  də  sol  tərəfə  xeyli  kənarda  tamamilə  darma-

dağın  olunmuş  kəndlərin  qalıqları  görünürdü.  Bura  birinci 

dəfə ayaq basan adamda belə təəssürat  yaranırdı ki, sanki bu 

ərazilərdə müharibənin ən şiddətli döyüşləri getmiş və yaşayış 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə