  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə41/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   37   38   39   40   41   42   43   44   ...   113

                                                     

 

  



                                                                            

                                                    

152 

bir  əsər-əlamət  qalmamışdı.  Böhtan  yağdırmağa  aludəli  olan 



erməni  bunun  əsl  səbəbini  yaxşı  bilsə  də  o,  bu  vandalizm 

aktını  azərbaycanlıların  ayağına  yazdı.  O,  Sergeyə  izah  etdi 

ki,  Milli  Ordu  kəndə  hücum  edən  zaman  onların  məzarları 

bərbad hala salınmışdı. Halbuki o biri erməni məzarları abad 

şəkildə idi.  

Kənddə  on  beşə  yaxın  ailə  yaşayırdı  ki,  iki  ailədən  başqa 

onların  hamısı  hərbçilər  idi.  Yaxınlıqdakı  yüksəkliklərdə 

yaraqlılar mövqe tutmuşdu. Buralarda insanlar kompakt halda 

yaşamadığından bu və ətrafdakı kəndlər xarabazarlığa çevril-

mişdir. Evlərin divarlarından başqa heç bir tikinti materialları 

qalmamışdı.  Bütün  yollar  və  kommunikasiya  xətləri  dağıdıl-

mış, bir dənə də olsun mədəniyyət ocağı salamat qalmamışdı. 

Bir  sözlə,  mülki  vətəndaşın  yaşaması  üçün  burada  ən 

elementar şərait yox idi.  

Vaxtilə  qarət  nəticəsində  salınan  ikimərtəbəli  ev,  Albertin 

ölümündən sonra baxımsızlıqdan demək olar ki, yararsız hala 

düşmüşdü. Evin damı, qapı və pəncərələri sökülüb aparılmış-

dı. Sergey elə zənn edir ki, Eduard Rusiyada olarkən, onun evi 

döyüşlər nəticəsində bərbad hala salınmışdı.  

Evin divarında erməni dilində boya ilə yazı vardı və Robert 

həmin  yazını  oxuyan  kimi  qanı  qaraldı.  Sergey  ondan 

sonruşanda  bu  nə  yazıdır,  hiyləgər  kommersant  heç  bir  söz 

demədi və qəzəbli halda içəri daxil oldu. Otaqların döşəmələri 

də  sökülmüşdü.  Vəziyyəti  dərk  edən  Robert  əmisi  oğlu 

Eduarda dividend qazandırmaq üçün məyus halda dedi: 



                                                     

 

  



                                                                            

                                                    

153 

-  Çox  güman  ki,  bütün  bu  vəhşiliyi  yaxınlıqda  yaşayan 



türklər edibdir. Onlar bütün kəndlərimizi belə bir yararsız hala 

salırlar.  

-  Sən  buna  əminsən?  –  Sergey  həmsöhbətinin  səmimiyyə-

tinə şübhə ilə yanaşdı. 

- Əlbəttə! Onların əsas məqsədi bizim hamımızı bu doğma 

torpaqdan  didərgin  salmaqdır.  Başa  düşə  bilmirəm,  nə  vaxta 

qədər belə qəddarlıq davam edəcək? 

Elə bir az keçmişdi  ki, qonşu həyətdən saqqal  basmış sir-

sifəti  əyri  olan,  kül  rəngli  qıvrım  saçlı  60  yaşlı  bir  kişi  və 

dişləri tökülmüş, arıqlayıb sümükləri çıxmış, qırışlardan sifəti 

balacalaşmış,  yaşı  80-i  ötmüş  qoca  bir  arvad  tələsik  halda 

dağıdılmış evin qapısına tərəf gəlib, qonaq gələnlərin kimliyi-

ni soruşdular. Kişi biləndə ki, Robert Eduardın qohumudur, o 

sifətinə  sərt  cizgi  ifadələri  verib,  erməni  dilində  söyə-söyə 

gələnləri buradan uzaqlaşdırmağa çalışdı. Qocalar özlərini elə 

aparırdılar  ki,  sanki  Rusiyadan  gələn  qonaqlar  tanıdıqları 

adamın deyil, məhz onların evinə icazəsiz halda daxil olublar. 

Bu vaxt  yoldan ortayaşlı hərbçi  zabit keçirdi və istər-istə-

məz  səs-küyə  reaksiya  verərək,  onlara  yaxınlaşmağa  məcbur 

oldu.  O,  qəzəblənmiş  kişinin  üzərinə  yeriyib  onu  sakitləşdir-

məyə  çalışdı,  lakin  həmin  adam  başını  inkaredici  tərzdə 

tərpədərək  zabitə  qulaq  asmaq  istəmədi.  Danışıqlar  erməni 

dilində getsə də, Sergey başa düşdü ki, indiki ev sakini onların 

gəlişindən  tamamilə  narazıdır.  Vəziyyəti  belə  görən  pedaqoq 

özü ev yiyəsini sakitləşdirmək üçün rus dilində qonaq gəldiyi-



                                                     

 

  



                                                                            

                                                    

154 

ni bildirir və evin əsl sahibi ilə bir yerdə işlədiyini xəbər verir. 



Elə  bu  vaxt  əsəbləri  tarıma  çəkilən  yaşlı  erməni  rus  dilində 

“von  iz  moyeqo  doma”  (rədd  ol  mənim  evimdən)  ifadəsini 

qışqırandan  sonra  erməni  dilində  onların  hamısını  söyməyə 

başladı. Hətta az qala əlinə taxta alıb onların hamısını evdən 

qovmaq da istədi. Onun emosional hərəkətlərini görən tarixçi 

alim,  Eduardın  həmişə  ağızdolusu  təriflədiyi  erməni  qonaq-

pərvərliyindən heç bir əsər-əlamətin qalmadığını görür.  

Belə bir qeyri-adi  hadisə ilə üzləşən Sergey Robertdən nə 

baş  verdiyini  xəbər  aldı.  O,  cavabdan  yayınmaq  istəsə  də, 

hərbçi  zabit  cavab  verməyi  özünə  vətəndaşlıq  borcu  hesab 

etdi.  Ona  görə  ki,  yaşlı  erməninin  münasibəti  və  davranışı 

onun  hissiyyatına  toxunmuşdu.  Zabit  yaşlı  ermənini  birtəhər 

sakitləşdirərək, təəssüf hissilə dedi:  

-  Qocanın  sözlərində  böyük  bir  həqiqət  var.  Biz  türklərə 

qarşı müharibə aparanda Edik atəşkəsə bir-iki ay qalmış ailəsi 

ilə  birlikdə  öz  evini,  öz  vətənini  atıb  siçovul  kimi  xarici 

ölkəyə qaçmışdı.   

-  Məgər,  onun  başqa  bir  çıxış  yolu  vardı?  –  deyə  Sergey 

söz almaq üçün maraqlanan bir insan kimi soruşdu.  

-  Qeyrəti  olan  bir  erməni  kimi  o,  öz  ocağını  atıb  qorxaq 

kimi xaricə qaçmamalıydı. – deyə zabit ciddi halda dilləndi. – 

Biz  türkləri  öz  torpaqlarımıza  yaxın  olan  ərazilərdən  vurub 

çıxarmışıq,  o,  isə  nəinki  əldə  etdiyimiz  həmin  torpaqları 

mənimsəməkdə  kömək  etdi,  hətta  öz  torpağında  qalıb  orada 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə