  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə40/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   36   37   38   39   40   41   42   43   ...   113

                                                     

 

  



                                                                            

                                                    

149 

məntəqələri  ölü  bir  məkana  çevirilmişdi.  Evlərin  nə  qapısı, 



pəncərəsi,  nə də

  damı,  tavanı  vardı,  divarlar  isə  yarıya  qədər 

uçulmuşdu.  

Hava  qaralana  yaxın  onlar  Xankəndinə  çatdılar  və  heç 

kiminlə  əlaqə  yaratmadan  bir  başa  “Qarabağ”  mehmanxana-

sına  yollandılar.  Rusiyadan  gələn  konfrans  iştirakçısı  üçün 

əvvəlcədən  həmin  mehmanxananın  ikinci  mərtəbəsində  iki 

nəfərlik yer ayrılmışdı. 

 

Ertəsi  günü  şəhərəin  mərkəzi  mədəniyyət  mərkəzində 



qondarma “1915-ci il soyqırımı” ilə bağlı ictimai-siyasi tədbir 

keçirilməyə  başladı.  Həm  Ermənistandan,  Qarabağdan, 

Rusiyadan,  Fransadan,  həm  də  Yaxın  Şərqdən  və  digər 

ölkələrdən  ermənipərəst  alimlər,  tarixçilər,  ictimai  və  siyasi 

xadimlər həmin tədbirdə iştirak edirdi. Məruzə ilə çıxış edən, 

əsasən erməni milliyyətindən olan iştirakçılar, nəinki Osmanlı 

Türkiyənin,  hətta  indiki  Türk  hakimiyyətini,  Türk  və  digər 

türkdilli  millətlərin  ünvanına  sivil  insanlara  yaraşmayan 

tərzdə kəskin ifadələr söyləyir və hətta təhqirdən, hədə-qorxu 

gəlməkdən  belə  çəkinmədilər.  Dünya  ictimaiyyətinin  yekdil-

liklə,  həmin  hadisələrə  dair  siyasi  qiymət  vermədiyinə  görə 

bunu,  ermənilərin  hüquqlarının  tapdalanması  kimi  qələmə 

verdilər.  Sergey  fikir  verdi  ki,  burada  özlərini  ziyalı  kimi 

təqdim  edən  adamlar  radikal  səpkidə  çıxışlar  edir  və  elmi 

dəlilləri  həvəssiz  şıkildə  ortaya  qoyurlar.  Həmin  tədbir  anım 

mərasimindən  çox,  şouya  bənzəyirdi.  İş  elə  gətirdi  ki,  onun 

çıxış etməsinə vaxt qalmadı. 

 



                                                     

 

  



                                                                            

                                                    

150 

Qondarma “Dağlıq Qarabağ hakimiyyəti” həmin mərkəzin 



yeməkxanasında,  tədbir  iştirakçılarına  Azərbaycan  mətbəxin-

dən ibarət  ziyafət  təşkil etdi  və orada da türk dünyası  haqsız 

olaraq təhqir edilməyə başladı. 

 

Hər şey başa çatandan sonra Sergey bikef və narazı halda 



oradan  uzaqlaşdı.  Onun  fiikirincə,  belə  bir  tədbirlər  sivil 

adamların  arasında,  humanist  xarakterli,  kamil  düşüncəli 

ziyalıların yanında, demokratik quruluşlu dövlətlərin qarşısın-

da heç zaman ermənilərə başucalığı gətirməyəcək. 

 

Robertin etiraz etməsinə baxmayaraq,  əvvəlcədən planlaş-



dırıldığı  kimi  Sergey  Eduardın  böyüyüb-başa  çatdığı  Xoca-

vəndin  Qaradağlı  kəndinə  yollanmağı  qərara  almışdı.

  Artıq 

ermənilərin  səmimiliyinə  şübhə  ilə  yanaşan  rus  ziyalısı  başa 

düşmək  istəyirdi  ki,  həqiqətdə  burada  nələr  baş  verir  və 

Eduardın  doğulduğu  ocaq  barəsində  söylədiyi  faktlar  nə 

dərəcədə  düzdür?  Ən  əsas  o,  qaçqın  düşən  həmin  ailənin 

vaxtilə yaşadıqları evin hansı vəziyyətdə olduğunu öz gözləri 

ilə görmək istəyirdi. 

Yuxarıda  qeyd  edildiyi  kimi  Eduardın  bacısı  guya  doğma 

ocağından qovulmuş və başqa bir kənddə sığınacaq tapmışdı. 

Həqiqətdə  isə  həmin  kənddə  Eduardın  bacısı  yox,  Robertin 

anası qalıb yaşayırdı. Çünki müharibə gedən zaman Qaradağlı 

erməni  quldurları  tərəfindən  işğal  olunanda,  həmin  yaşayış 

məskəni döyüş əməliyyatlarından xeyli kənarda qalmışdı. 

 

 




                                                     

 

  



                                                                            

                                                    

151 

        XIV fəsil. Qaradağlı kəndində müəyyən   



                             sirlərin açılması 

 

Çıxılmaz  vəziyyətdə  qalan  Robert  qonaqla  birlikdə  əmisi-



nin  doğma  kəndinə  yollandı.  Bunun  üçün  o,  ən  qısa  marşrut 

olan,  meşəlik  və  dağlıq-meşəlikdən  keçən  Xankəndi-Xoca-

vənd yolundan istifadə etməli oldu.  

Buranın təbiəti Sankt-Peterburqdan gələn pedaqoqu heyran 

qoydu. Yaşıl meşəli dağlar, gül-çiçəklə örtülmüş düzənliklər, 

meyvə  bağları,  üzüm  tağları,  şəffaf  sulu  soyuq  bulaqlar, 

dağlardan  enən  irili-xırdalı  çaylar  Sergeyi  məftun  etmişdi. 

Ona  tanış  gələn  xoş  təravətli  mənzərə  işğalçıların  gəlişindən 

sonra  viran  edilsə  də,  həmin  panoram  hələ  də  öz  gözəlliyini 

itirməmişdi. 

Qaradağlıya çatanda Sergey təəccübünü gizlətmədi. Ziyalı-

nı təəccübləndirən hal o idi ki, bu kənd cəbhə xəttindən xeyli 

aralıda,  erməni  kəndlərinin  əhatəsində  idi.  Deməli,  Eduardın 

azərbaycanlılar tərəfindən olan təhlükəni bəhanə gətirərək, bu 

kəndi  tərk  etməsi  tamamilə  əsassız  sayılırdı.  Nizaminin 

dediklərinın bir çoxu öz təsdiqini tapırdı.  

Onlar ilk olaraq qohumlarını yad etmək üçün qəbristanlığa 

getdilər.  Albert  oğlu  Arturun,  Vazgen  isə  atası  Aşotun 

yanında dəfn olunmuşdular. Robert dəqiq bilirdi ki, Albertdən 

başqa  o  biri  üç  qohum  dəfn  olunan  zaman  onların  məzarı 

mərmər plitələrlə bəzədilmişdi. İndi isə həmin plitələrdən heç 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə