  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə36/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

                                                     

 

  



                                                                            

                                                    

135 

Elə mən özüm də onlarla nə vaxt ünsiyyətdə olmuşam, yalnız 



türkləri və azərbaycanlıları lənətləməklə məşğuldurlar. Eliza-

betin  beyni  də  düşmənçilik  təfəkkürü  ilə  yoğrulubdur.  Daim 

vətəndən söz düşəndə o, həmin millətləri qarğış etməklə, lənət 

yağdırmaqla  onlara  qarşı  qisasçılıq  hissi  ilə  yaşadığını 

gizlətmir.  

Yaxşıdır, bizim aramızda nigah qurulmayıbdır. Yoxsa, mən 

həmin  insanlarla  qohum  olmaqla  problemlə  üzləşərdim.  Axı, 

Abram (Sergeyin yəhudi dostu) məni bir neçə dəfə xəbərdar-

lıq  etmişdi  ki,  nəinki  bu  ailədən,  ümumiyyətlə  ermənilərin 

hamısından uzaq olum. Müəyyən mənada onun sözləri təsdi-

qini tapır.  

Elə  bir  az  keçmişdi  ki,  Elizabet  zəng  edib  ağlaya-ağlaya 

nənəsinin öldüyünü xəbər verdi və qoca qarının dəfn edilməsi 

ilə bağlı tədbir görməsində onlara kömək etməsini xahiş etdi. 

Sergey isə kömək edəcəyinə söz versə də, dəfndə iştirak edə 

bilməyəcəyini bildirdi. O, bunu şəhərdə beynəlxalq konfrasda 

iştirak etməsi ilə əsaslandırdı.  

Dəfn mərasimi olanda Aleksandr da onların qaldıqları evə 

getmədi  və  Jannanın  bütün  zənglərini  cavabsız  qoydu.  Janna 

belə bir hərəkətlərdən sonra isə ondan incidiyini bildirərək, bir 

daha zəng etməyəcəyini bəyan etdi. 

Marqonun dəfnindən bir gün sonra Sergey onlara getdi və 

gördü  ki,  Eduard  qanı  qaralmış  vəziyyətdə  qonaq  otağında 

oturub, anası ilə bağlı olan şəkilləri nəzərdən keçirir.  




                                                     

 

  



                                                                            

                                                    

136 

Masanın  üstündə  şoraba  və  araq  vardı.  Evə  gələn  hər  bir 



adam  mərhuməni  yad  etmək  üçün  burada  çox  gözləməməli 

idi. Sergey başsağlığı verən kimi Eduard yenə də tülkü cildinə 

girib süni göz yaşlarını axıdaraq, məzlum şəkildə dedi: 

- Türklərin ucbatından anamı itirəndən sonra qorxuram ki, 

övladlarım  da  eyni  faciə  ilə  üzləşsinlər.  Bakıda  tək  qalan 

bacım düşmənlərimizin girovudur və hər an o, türklər tərəfin-

dən  qətlə  yetirilə  bilər.  Bundan  əlavə  mən  Qarabağda  qalan 

böyük  bacıma  görə  narahatam.  O,  da  demək  olar  ki,  barıt 

çəlləyinin  üstündədir  və  hər  an  türklər  tərəfindən  öldürülə 

bilər.  


-  Edik,  Marqonun  ölümünə  türklərin  nə  aidiyyatı  var?  – 

deyə elmlər namizədi təəccübdən yerindəcə donub qaldı. 

-  Onlar,  meksikalıları  yoldan  çıxarıb  Xocalı  ilə  bağlı  zidd 

qərar  qəbul  etməsəydilər,  onda  zavallı  anamın  ürəyi  dayan-

mazdı.  

-  Türklər,  meksikalı  deputatları  yoldan  necə  çıxara  bilər-

dilər? – deyə hələ də təəccüb içərisində olan ziyalı tərəddüdlə 

dilləndi.  –  Mən  biləni,  həmin  qərarı  Meksika  parlamenti 

çıxarıbdır  və  dəqiq  deyə  bilərəm  ki,  türklər  heç  cürə  onlara 

təsir  edə  bilməz.  Başqa  ölkələrdən  fərqli  olaraq  Meksika 

höküməti, hətta Amerika Birləşmiş Ştatlarının siyasi və hərbi 

təsirinə əhəmiyyət vermədən müstəqil siyasət yürüdür. 

-  Əziz  dostum,  sən  türkləri  yaxşı  tanımırsan.  –  deyə  bir 

anın içərisində gözlərinin yaşı quruyan Eduard duza qoyulmuş 

sarmsağın  qabığını  soya-soya  hüznlə  dilləndi.  -  Onlar  kimi 



                                                     

 

  



                                                                            

                                                    

137 

istəsə  yoldan  çıxara  bilərlər.  Türklərin  qızışdırıcı  mövqeyi 



olmasaydı, indi anam burada oturub bizimlə söhbət edərdi.   

-  Edik,  başa  düşürəm  yas  içindəsən,  amma  ədalət  naminə 

deməliyəm ki, həmin ölümdə türklərin heç bir təqsiri yoxdur. 

– öz fikirindən dönməyən ziyalı həmin ifadə ilə həmsöhbətini 

ayıltmaq istədi. – O ki qaldı böyük bacına görə narahatsansa, 

sən onu Sankt-Peterburqa gətizdirib, burada saxlaya bilərsən. 

-  Sergey  Vladimiroviç,  mənim  bacım  çox  vətənpərvər  bir 

insandır və o, heç vaxt Qarabağı  qoyub bura  gəlməz.  – deyə 

ailəsi  üçün  vətənpərvər  don  geyindirməyə  çalışan  erməni 

qarşısındakı ziyalıya kələk gəlməyə başladı. - O, söz verib ki, 

bütün  erməni  torpaqları  türklərdən  azad  olunmayınca,  heç 

vaxt  qaldığı  torpaqdan  ayrılmayacaq.  Siz  yaxşı  bilirsiniz  ki, 

bizim  doğma  ocağımız  Azərbaycandakı  türklər  tərəfindən 

işğal olunubdur və bacım qonşu rayonda sığınacaq tapıbdır.  

- Bu məsələdə mən, heç bir əlavə fikir söyləyə bilmərəm. – 

deyə  şəhərə  getməyi  planlaşdıran  ziyalı  ifadəsini  bitirəndən 

sonra öz evinə qayıtdı.   

Sergey  xasiyyətcə  mülayim  olsa  da  o,  özü  üçün  şübhəli 

görünən bir çox şeyləri ayırd etməkdən çəkinməzdi. Yəni, onu 

axıra qədər aldatmaq mümkün deyildi. Son günlərdə Eduardın 

ailəsi  ilə  birlikdə  nümayiş  etdirdikləri  hərəkətlər,  tarixçidə 

ikrah hissi  doğurmuş  və o, indi-indi həmin ermənilərin qara-

yaxmalarla,  fitnə-fəsadlarla  məşğul  olduqlarını  hiss  etməyə 

başlamışdı. 




                                                     

 

  



                                                                            

                                                    

138 

Muradyanlar ailəsinin qara-gurufçu olmaları üzə  çıxdığın-



dan  Sergey  Elizabetlə  görüşməkdən  birdəfəlik  imtina  etdi. 

Daha  doğrusu  işdən  sonra  ev  sahibini  görmək  üçün  min-bir 

bəhanə  gətirən  erməni  qızı,  həmin  evin  içərisinə  daxil  ola 

bilmirdi.  Beş-altı  gedişdən  sonra  Elizabet  başa  düşdü  ki, 

Sergey ondan üz döndəribdir. O, bunun səbəbini aydınlaşdır-

maq  üçün  bütün  mümkün  olan  varianlardan  istifadə  etməyə 

başladı, lakin onların heç birisi səmərə vermədi.   

Rus ziyalısı  bəzi  şübhələrə  aydınlıq  gətirmək üçün prinsi-

pial olaraq, işlədiyi kafedrada təhsil alan azərbaycanlı tələbəsi 

ilə  görüşməyə  qərara  alır.  Ona  görə  ki,  Eduard  o  cümlədən, 

ailəsi  və  digər  ermənilər  azərbaycanlıları,  qaniçən,  barbar, 

vandal, vəhşı kimi qələmə verirdilər. Lakin bütün bu naqislik-

lər  özünü  Nizaminin  xarakterində  büruzə  vermirdi.  Nizami 

kifayət  qədər  mədəni,  tərbiyəli,  etik  normalarına  riayət  edən 

bir oğlan idi və o heç vaxt ermənilərə qarşı nifrət bəsləmirdi. 

Halbuki Sergeydə olan məlumata əsasən, Nizami Qarabağdan 

idi  və  orada  müharibə  gedən  zaman  onun  qohum  itkiləri 

olmuş, özləri isə doğma ocaqlarından didərgin düşmüşdülər. 

Tarixçi  pedaqoqların  təşəbbüsü  ilə  vaxtilə  Rusiyanın 

imperatriçası  olmuş  II  Yekaterinanın  anadan  olduğu  günü 

qeyd  etmək  üçün,  tarix  fakültəsinin  və  başqa  fakültələrdə 

təhsil  alan  əlaçı  tələbələrin  iştirakı  ilə,  elə  universitetin  akt 

zalında  tədbir  keçirildi.  1703-cü  ildə  əsası  İ  Pyotr  tərəfindən 

qoyulmuş  Neva  çayının  üzərindəki  şəhərdəki  bir  çox 

arxiektura-memarlıq  binaları,  heykəllər,  dünya  şöhrətli 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə