  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə37/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   33   34   35   36   37   38   39   40   ...   113

                                                     

 

  



                                                                            

                                                    

139 

məbədlər II Yekaterinanın da dövründə düzəldildiyindən onun 



adı  xarici  turistlərin  qarşısında  daim  hallanırdı.  Tədbir 

iştirakçıları imperatriçanın Sankt-Peterburqda həyata keçirdiyi 

mühüm  işləri  sadalayaraq,  onun  haqında  həddindən  artıq 

məlumatlı olduqlarını nümayiş etdirdilər.  

Tədbir başa çatanda Sergey Nizamiyə dedi: 

- İstərdim ki, sən məni şəhərdəki mənzilə qədər ötürəsən.  

-  Məmnuniyyətlə,  Sergey  Vladimiroviç!  –  deyə  tələbə 

tərəddüd  etmədən  dilləndi  və  müəlliminin  çantasını  alıb, 

onunla birlikdə yola düzəldi. 

Sergey vaxt  itirmədən tələbəsi  ilə birlikdə şəhərin məşhur 

“Yay bağı”na (“Letniy sad”) gedib, orada münasib skamyada 

bir yer tapdı. Onlar əyləşən kimi pedaqoq dedi: 

- Nizami, mən biləni sənin ailən Qarabağdandılar? 

- Onlar Qarabağın cənubunda yerləşən Xocavənd rayonun-

da yaşayıblar. 

-  Sənə  Qarabağda  olan  hər  hansı  bir  ünvanı  desəm,  deyə 

bilərsən həmin yaşayış yeri hansı tərəfdə yerləşir? 

-  Uşaqlığım  Qarabağda  keçsə  də,  mən  illər  boyu  oranın 

xəritəsini  əzbərləmiş  və  məhz  xəritənin  köməyi  ilə  bir  çox 

mühüm yaşayış məskənlərini harada yerləşməsini demək olar 

ki, beş barmağım kimi bilirəm.  

Sergey  əlini  qoltuq  cibinə  salıb  oradan  bir  kağız  parçası 

çıxartdı  və  Eduardın  doğulduğu  rayon  ilə  kəndin  adını 

sadaladı. Nizami ünvanı eşidən kimi təəccübdən gözləri bərələ 

qaldı. O, bir neçə saniyə ara verəndən sonra tələsik halda dedi: 



                                                     

 

  



                                                                            

                                                    

140 

-  Sergey  Vladimiroviç,  uşaqlığımın  beş  ili  həmin  kənddə 



keçibdir. Atam və digər nəslimiz Qaradağlı kəndindəndirlər. 

- Mənə elə bu lazımdır.   – tarixçi alim həvəslə dilləndi və 

baxışlarını  həmsöhbətinin  gözlərinin  içərisinə  yönəldərək 

həmin tərzdə dilləndi. – Şəxsən belə bir təsadüfün baş verəcə-

yini təsəvvür edə bilməzdim.  

Nizami,  bildiyin  kimi  mən  Qarabağda  olmuş  və  orada 

ermənilərlə sizin millətin bir kənddə yaşamasını öz gözlərimlə 

görmüşəm.  Mənim  üçün  maraqlıdır,  Qaradağlı  kəndində 

ermənilər çox idi, yoxsa azərbaycanlılar? 

- Atamın və başqa həmkəndlilərin dediyinə görə Qaradağlı 

azərbaycanlıların  yaşadığı  kənd  kimi  tanınırdı.  İşğala  qədər 

oradakı əhalinin çoxunu yalnız bizim millət təşkil edirdi.  

-  Edik  isə mənə deyirdi  ki,  ora sırf erməni  yaşayış  məntə-

qəsi idi və müharibə zamanı həmin kənd sizin ordu tərəfindən 

işğal edilmiş, onların bir neçə qohumu isə qətlə yetirilibdir. 

-  Üzr  istəyirəm  sizdən,  bu  yanlış  məlumatdır.  Həmin 

müharibə zamanı bizim kənd ermənilər tərəfindən işğal olun-

muş, ailəmizin bir neçə üzvü isə erməni quldurları tərəfindən 

camaatın  gözü  qarşısında  edam  edilmişdi.  Babam  Böyük 

Vətən  müharibəsinin  iştirakçısı  olmasına  baxmayaraq  o,  da 

qətlə  yetirilmişdi.  Bir  çox  qohumlar  isə  girov  saxlanılan 

zaman ən amansız işgəncələrə məruz qalmışdılar. Amma onu 

da  xüsusilə  qeyd  etmək  istəyirəm  ki,  ermənilər  bizim  milləti 

doğma  yurd-yuvalarından  qovandan  sonra  özləri  də  həmin 




                                                     

 

  



                                                                            

                                                    

141 

kəndləri  tərk  edib,  xarici  ölkələrə,  xüsusən  də  Rusiyaya  üz 



tutublar.  

Sergey təcrübəli pedaqoq idi və bir alim kimi istəyirdi ki, 

maraqlandığı mövzu ilə əlaqədar çoxlu məlumatlar əldə etsin. 

Eduard Qarabağ məsələsilə bağlı öz fikirini elə yürüdürdü ki, 

sanki  onun  dediklərində  heç  bir  yalan  yoxdur,  lakin 

Nizaminin  fikirləri  isə  bunun  əksindən  xəbər  verirdi.  Rus 

pedaqoqu elə başa düşdü ki, Nizami bir azərbaycanlı kimi öz 

mövqeyini müdafiə etmək və erməniləri gözdən salmaq üçün 

belə bir fikirlər söyləyir. Odur ki, o, belə bir qənaətə gəlir ki, 

yalnız  Ermənistana  və  Qarabağa  gedəndən  sonra  kimin 

düzgün, kimin isə yalan olduğunu dəqiqləşdirə biləcək. 

 

 



 

 

 



 

           XIII fəsil. Uydurma hadisələrlə bağlı  



        qondarma yığıncaqların təşkil olunması 

 

Ermənilərin  uydurduqları  “1915-ci  il soyqırımı” və həmin 



uydurmanı  min-bir  vasitələrlə  dünya  ictimaiyyətinə  sırımaq 

üçün hər ilin  aprelin 24-nü matəm  günü kimi  qeyd edirdilər. 

Xarici  ölkələrdə  fəaliyyət  göstərən  erməni  quldur  lobbisi, 

dilənçiliklə məşğul olan həyasız diasporası bir çox nüfuzlu və 




                                                     

 

  



                                                                            

                                                    

142 

hegemon sayılan dövlətlərin parlamentlərinin ağzında quyruq 



bulasalar da ki, həmin soyqırım dövlət səviyyəsində tanınsın, 

lakin onların həmin istəyi elə öz ürəklərində qalırdı. Ona görə 

ki, həmin məkanlarda yaxşı bilirdilər, şər və böhtandan məha-

rətlə istifadə edən ermənilərin irəli sürdükləri iddianın heç bir 

əsası  yoxdur  və  tarixi  faktlar  bunun  tamam  əksindən  xəbər 

verir. Lakin buna baxmayaraq pul ilə satın alınan beynəlxalq 

aləmdəki  ermənipərəst  deputatlar  və  “siyasi  xadimlər”  qon-

darma  “soyqırımı”  gündəmə  gətirməklə,  elə  həmin  millətin 

özünü pis vəziyyətdə qoyurlar.  

Ermənilər  həm  İrəvanda,  Qarabağda,  həm  də  Stavropolda 

silsilə tədbirlər keçirməyi planlaşdırmışdılar. Belə bir günlər-

də tədbir keçirən ermənilərin əsas məqsədi, başqa millətlərdən 

olan ziyalı kontingentini cəlb etmək və bu məsələyə dair fikir 

bildirmələrindən  ibarət  idi.  Buna  görə  də  Sergeyi  başqa  rus 

ziyalıları  ilə  birlikdə  hörmətli  qonaq  kimi  İrəvana,  Xankən-

dinə  və  Pyatiqorskiyə  dəvət  etmişdilər.  Eduard  ağır  qrip 

xəstəliyinə  tutulduğundan,  bir  neçə  şəhərədə  nəzərdə  tutulan 

bütün  bu  tədbirlərdə  Sergeyi  Robert  müşayiət  etməli  idi. 

Elmlər  namizədi  də  erməni  xalqına  olan  rəğbətini  nümayiş 

etdirmək  və  belə  bir  yas  mərasimlərində  onlarla  həmrəy 

olduğunu  nümayiş  etdirmək  üçün  həmin  tədbirlərdə  iştirak 

etməyə  öz  razılığını  bildirmişdi.  Həm  də  Qarabağda  yenidən 

olmaq, oradakı flora və faunanı qısa müddət də olsa müşahidə 

etmək onun çoxdankı arzusu idi. 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə