  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə27/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   23   24   25   26   27   28   29   30   ...   113

                                                     

 

  



                                                                            

                                                    

104 

qısa  müddət  ərzində  şəhər  elitasının  cərgəsinə  daxil  ola 



biləcək.  Ona  görə  ki,  iyirmi  beş  ilə  yaxın  universitetdə 

pedaqoq işləyən Sergeyin əlinin altından xeyli sayda imkanlı 

valideynlərin övladları çıxmış və onların diplom almaqlarında 

o,  müstəsna  rol  oynamışdır.  Məhz  bu  səbəbdən  həmin 

adamlar zamanla ayaqlaşa bilən pedaqoqun xətrini çox istəyir 

və  hər  zaman  onun  hər  hansı  bir  xahişini  yerinə  yetirməyə 

hazır  idilər.  Bir  sözlə,  son  illər  Sergey  pedaqoji  fəaliyyəti 

sayəsində  hörmət-izzət  sahibi  olmuşdu  və  onun  belə  bir 

nüfuzuna  bütün  həmkarları  həsəd  aparırdı.  Lakin  bütün  bu 

inkişafın  qarşısında  o,  tanıdığı  hər  bir  kasıb  adama  imkanı 

daxilində kömək etməyi unutmurdu. Necə ki, vaxtilə özlərini 

qaçqın  kimi  aparan  Muradyanlar  ailəsinə  misilsiz  yaxşılıq 

etdiyi  kimi.  Eduard  da  həmin  etimaddan  sui-istifadə  edərək 

onunla qohum olmaq arzusunda idi və bununla bağlı hər gün 

bacısı qızına xüsusi təlimatlar verirdi. Elə demək olar ki, hə-

min təlimatlar öz bəhrəsini vermişdi. Ona görə ki, Aleksandr 

ikinci  kursda  oxuyan  zaman  Raisaya  vurulmuş  və  söz 

vermişdi  ki,  o,  ehtiras  içərisində  alışıb-yanan  erməni  qızı  ilə 

ailə həyatı quracaq. Yüksək ambisiyalar ilə yaşayan qız artıq 

təmiz qəlbli, sadəlövh oğlanı öz toruna salmışdı. 

Bir  dəfə  iş  elə  gətirir  ki,  Sergey  Eduardın  yaşadığı  evin 

yanından  keçəndə  orada,  uşaqdan  tutmuş  böyüyə  kimi  beş 

nəfərə  yaxın  adam  görür  və  qaçqın  adı  altında  maskalanan 

hiyləgər kişini yanına çağırıb, həmin adamların kim olduğunu 

xəbər alır. Eduard da izah edir ki, həmin adamlar Stavropolda 



                                                     

 

  



                                                                            

                                                    

105 

yaşayan  qohumlarıdır  və  bir  neçə  gün  onların  burada 



qalacaqlarını bildirir. Əslində isə o, Rusiyaya qazanc ardınca 

gələn öz həmyerlilərini qaldığı evdə kirayəşin kimi saxlamağa 

başlamışdı.  Bu  azmış  kimi  həddindən  artıq  hiyləgər  olan 

Eduard  həmin  adamlara  bildirmişdi  ki,  özü  də  onlar  kimi  bu 

evdə  kirayəşin  qalır.  Eduardın  səmimiyyətinə  inanan  Sergey 

heç bir şeyi ayırd etmədən öz yoluna davam edir. 

Sergeyin  pedaqoq  kimi  işlədiyi  universitetin  girişi  həm 

tələbələrlə,  həm  də  pedaqoqlarla  dolu  idi.  Gələn-gedən  kim, 

söhbət  edən  və  adam  gözləyən  kim  idi.  Bu  ali  təhsil  ocağı 

Rusiya  Federasiyasının  ən  qocaman  tədris  ocaqlarından  biri 

idi  və  burada  dinindən,  irqindən  asılı  olmayaraq  cürbəcür 

millətlərin  nümayəndələri  təhsil  alırdı.  Tarix  fakültəsinin 

sonuncu  kursunda  oxuyan  ortaboylu,  qarabuğdayı,  enlisifət, 

balaca  gözlü,  çatmaqaş,  qara  qalın  saçlı,  22  yaşlı  Nizami 

dövlət  imtahanlarına  ciddi  hazırlaşdığından  onun  demək  olar 

ki,  asudə  vaxtı  yox  idi.  O,  universitetin  binasından  çıxsa  da, 

oradan uzaqlaşmağa tələsmədi. Tələbə qolundakı saata baxıb 

addımlarını zəiflətdi və heç kimə əhəmiyyət vermədən tez-tez 

qapıya  nəzər  salmağa  başladı.  Sanki  o,  kiminsə  gəlişini 

gözləyirdi.  

Binaya daxil olanların sayı çıxanların sayından çox az idi. 

Bir az keçmişdi ki, qapının ağzında yaşı 21-22 olan, iri gözlü, 

qara qalın qaşlı, azacıq enli burunlu, uzunsifət, sönük baxışlı, 

solğun  bənizli  bir  qız  göründü.  Qızın  sifət  quruluşundan  və 

rənginin  dərisindən  onun  Qafqaz  mənşəli  olduğunu  Nizami 



                                                     

 

  



                                                                            

                                                    

106 

əvvəldən bilirdi. Naməlum  qız həyətə  çıxıb  o biri tələbələrin 



arasında qarışsa da o, da kənardan durub, onu diqqətlə süzən 

oğlanın qəribə baxışlarını öz üzərində hiss edərək, özünü ədalı 

aparmağa  başladı.  Onlar  qeyri-ixtiyari  olaraq  bir-birilərini 

süzsələr  də,  amma  yaxınlaşıb  ünsiyyət  qurmağa  cürət  etmir-

dilər. Elə bu vaxt həmin qıza arxadan gözlərində eynək olan, 

təxminən  21  yaşlı,  hündürboylu,  ağsifətli,  sarı  seyrək  saçlı, 

arıq bir oğlan yaxınlaşıb, onunla salamlaşdı və söhbət edə-edə 

həyətin  darvazasına  tərəf  getməyə  başladı.  Nizami  həmin  an 

başa  düşdü  ki,  onlar  bir-birilərini  əyani  surətdə  tanıyırlar. 

Lakin o, da həmin sarışın oğlanı tam da olmasa, kifayət qədər 

tanıyır və hətta bir neçə dəfə onunla birlikdə fəal tələbə kimi 

elmi-praktik  konfranslarda  iştirak  etmişdi  və  bilirdi  ki,  onun 

atası bu ali təhsil ocağının tarix fakültəsinin dekanıdır. Qızın 

yanında  olan  Aleksandr  Sergeyin  oğlu  idi.  Onlar  da  Nizami 

kimi universitetin sonuncu kursunda oxuyurdular.  

Tanış  tələbələr  universitetin  həyətindən  çıxandan  sonra 

Nizami  qeyri-ixtiyari  şəkildə  hər  ikisinin  dalına  düşdü.  Artıq 

bir neçə gün belə bir marşruta öyrəşən Şamil yaxşı bilirdi ki, 

qız  yaxınlıqdakı  metrostansiyasına  gedib,  oradan  yaşadığı 

qəsəbəyə yollanacaq. 

Nizami  yeni  il  başlayandan  qızla  maraqlansa  da  hələ  də 

onun adını və hansı millətə mənsub olduğunu ayırd etməmiş-

di.  Onun  fikirincə,  həmin  naməlum  qız  milliyyətcə  gürcü, 

osetin və ya abxazdır və dəqiq bilirdi ki, o, universitetin jurna-

listika  fakültəsində  təhsil  alır.  Adəti  üzrə  öz  dərslərinə  ciddi 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə