  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə24/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   20   21   22   23   24   25   26   27   ...   113

                                                     

 

  



                                                                            

                                                    

93 

dilləndi.  -  Ona  görə  ki,  rus  hərbi  birləşmələri  Elçibəyin 



təkidi ilə həmin ərazidən çıxarılıbdır. Oradakı yerli türklərə 

Osmanlı Türkiyəsi, xristian dünyasının qatı düşmənlərindən 

sayılan İranın dini fanatiklərdən ibarət olan islamçı qoşun-

ları arxa durur. Hamı bilir ki, müsəlmanlar dini qardaşlarını 

qoyub biz xristianlara kömək etməyəcəklər.  

Sergey  bir  tarixçi  kimi  gördü  ki,  məzlum  vəziyyətində 

olan  erməni  primitiv  tarixi  terminlərindən  istifadə  edir. 

Azərbaycanda  yaşayan  yerli  əhalini  türk,  Türk  Cümhuriy-

yətini  isə  Osmanlı  Türkiyəsi  adlandırır.  Lakin  onda  olan 

məlumata  əsasən,  nə  Türkiyə,  nə  də  ki,  İran  öz  ordusunu 

münaqişə  ocağına  göndərməyibdir.  Sadəcə  olaraq  həmin 

regionda  öz  maraqlarını  güdən  Rusiya  onların  belə  bir 

müdaxiləsinə imkan verməz. Son aylar isə eşitdiyi o idi ki, 

ermənilər Qarabağda olan bir neçə məntəqəni ələ keçiriblər. 

Çünki  bu  münasibətlə  Sankt-Peterbuqda  olan  erməni 

diasporası  və  universitetdə  işləyən  ermənilər  hər  hansı  bir 

yaşayış  məntəqəsi  ələ  keçirilən  kimi  ziyafətlər  təşkil 

edirdilər.    

Rus  ziyalısı  onların  ac  olduğunu  duyub  həyat  yoldaşın-

dan  yemək  hazırlamasını  xahiş  etdi  və  dərhal  mətləbə 

keçərək dedi: 

- Eduard, sənin ailən necə, sağ-salamatdırlar? 

- Sergey Petroviç, inanırsınız...  



                                                     

 

  



                                                                            

                                                    

94 

-  Mən,  Sergey  Vladimiroviçəm.  –  deyə  ziyalı  düzəliş 



verdi. 

-  Sergey  Vladimiroviç,  inanırsınız,  mən  onları  gücbəla 

ilə  ölümün  pəncəsindən  xilas  edə  bilmişəm.  Anam  və 

arvadım bir yaşlı Karmen qızımla, Stavropoldakı həmyerli-

mizin evindədirlər və imkansızlıqdan, dilənçi yaşayışından 

beziblər.  

-  Yaxşı,  bəs  nəyə  görə  Stavropolda  qalmadın?  –  deyə 

Sergey maraqlandı. 

- Ona görə ki, “Artsax”dan qaçan bütün ermənilər həmin 

diyarda məskunlaşıblar. Sağ olsun yerli əhali, onlar əllərin-

dən  gələn  köməkliyi  bizdən  əsirgəmirlər.  Stavropolun 

yaşayış məntəqələrində demək olar ki, boş yer qalmayıbdır.  

- Yaxşı, bəs nəyə görə Sankt-Peterburqa pənah gətirdin?  

- Ona görə ki, bura türk torpaqlarından xeyli uzaqdır və 

mən ailəmlə birlikdə təhlükəsiz şəraitdə yaşamaq istəyirəm. 

Tale  bizi  həddindən  artıq  ağır  sınaqlara  çəkdi  və  bundan 

sonra  mən  bir  daha  həmin  zülmlə,  dəhşətli  qətllərlə, 

amansız işgəncələrlə üzləşmək istəmirəm. – elə həmin an o, 

heç  bir  şeydən  ar  etmədən  ziyalının  ayaqları  altına  yıxılıb 

yalvarışla sözlərinə davam etdi. – Sergey Vladimiroviç, bir 

xristian  kimi  mənə  yazığınız  gəlsin,  bizə  kömək  edin. 

Qoymayın bütöv bir ailə faciə nəticəsində məhv olsun.  




                                                     

 

  



                                                                            

                                                    

95 

-  Qalx  ayağa,  aybdır  axı.  –  deyə  ziyalı  özünü  alçaldan 



ermənini qolundan tutub ayağa qaldırmaq istədi. 

-  Ömrüm  boyu  sizin  qulunuz  olaram,  –  deyə  o,  hələ  də 

ziyalının  ayaqlarını  qucaqlayaraq  ayağa  qalxmaq  istəmədi. 

–  insan  kimi  yaşamaq  üçün  bizə  heç  olmasa  it  damxası 

verin. Hamımız qabağınızda qul olarıq. 

Elə bu vaxt Sergeyin həyat yoldaşı bayıra çıxıb ermənini 

sakitləşdirməyə  çalışdı.  Çünki  o,  yuxarıdan  onların 

danışıqlarını izləmiş və vəziyyətdən hali idi. Kövrək qadın 

da  kömək  edəcəyini  söz  verərək,  ermənini  qaldırmağa 

müvəffəq oldu. Qorxuya düşən uşaq ağlaya-ağlaya atasının 

boynuna sarıldı. 

Ər-arvad çıxılmaz vəziyyətdə qaldıqları üçün yerlərində 

donub  qalmışdılar.  Belə  məqamda  onlar  nə  edəcəklərini 

əvvəlcədən  müəyyənləşdirə  bilmədilər.  Qadın  əsasən, 

uşağın  ac  olduğunu  başa  düşüb,  hazırladığı  yeməyi  gətirə-

cəyini bildirdi.  

Nina  bişirdiyi  borşu  süfrəyə  gətirib,  qabları  doldurdu. 

Daim çox yeməyi xoşlayan Eduard bir qab yeyəndən sonra 

tox  olduğunu  nümayiş  etdirdi.  Halbuki  o,  tam  doymamış, 

özünü  acgöz  kimi  göstərməmək  üçün  birtəhər  nəfsini 

boğmağa çalışdı. Qaçqın erməni Elizabetə yemək yedizdir-

məyə  kömək  etmək  istəyəndə,  uşaq  borşdan  imtina  edib, 

masa üzərində olan şirniyyata əl atdı. 



                                                     

 

  



                                                                            

                                                    

96 

Sergey  həyat  yoldaşı  ilə  birlikdə  xeyli  fikirləşəndən 



sonra  ermənilərə  sığınacaq  verməyi  qərara  aldı.  Ümumi 

razılaşmaya  görə  cavan  ailəyə  mənsub  olan  8  sot  torpağın 

iki  sotu,  müvəqqəti  olaraq  həmin  ailəyə  verilirdi.  Pedaqo-

qun,  sözün  əsl  mənasında  “qaçqın  düşən”  həmin  ailəyə 

yazığı gəlmişdi.  

Xristian  dininə  mənsub  olan  “qaçqın”  ailəsinə  kömək 

etmək,  cəmiyyətdə  müsbət  reaksiya  ilə  qarşılanmalı  idi. 

Necə olsa da o, böyük bir ali təhsil ocağında dərs deyir və 

xeyirxah  hərəkətinə  görə  həmin  tədris  ocağının  rəhbərliyi 

onu mükafatlandırmağa məcbur olacaq.  

Eduard  özü  üçün  göydən  düşmə  qərarı  eşidən  kimi 

yaltaqcasına dedi: 

- Sergey Vladimiroviç,  siz əsl xristian kimi qərar verdi-

niz.  Bu  xeyirxah  əməl  ilə  siz  təkcə  bizə  yox,  ümumilikdə 

erməni  xalqına  kömək  edirsiniz.  Ona  görə  ki,  siz  bizi 

türklərin  əlindən  qurtardınız  və  bununla  da  bizdə  nəsil 

artırmağa böyük bir şans yaranır. 

-  Sən  ailənin  yanına  qayıdıb,  təxminən  iki  aydan  sonra 

bura gələrsən. – deyə pedaqoq təmkinlə dilləndi və sevinc 

içərisində olan erməninin söz demək istədiyini görüb, əlinin 

işarəsi  ilə  onu  sakitliyə  dəvət  etdi  və  həmin  tərzdə  sözünə 

davam  etdi.  –  Bu  müddət  ərzində  mən  sizə  ailə  qarışıq 

ikiotaqlı  ev  tikdirəcəm  və  dövlət  tərəfindən  ev  ilə  təmin 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə