  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə22/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

                                                     

 

  



                                                                            

                                                    

85 

Qarabağda fəaliyyət göstərən quldurların qanununa görə 



həmin  torpaqda  böyüyüb-başa  çatan  hər  bir  erməni 

azərbaycanlıların  fiziki  cəhətcə  məhv  edilməsində  və 

onların torpaqlarının, mülklərinin ələ keçirilməsində xüsusi 

canfəşanlıqla iştirak etməlidir. Əks halda həmin şəxs böyük 

pul müqabilində həmin “səfərbərlikdən” boyun qaçıra bilər. 

Günahsız  mülki  əhalinin  qanını  axıdan  erməni  liderləri, 

bunu,  xaricdən  gətirilən  muzdlu  quldurların  onların 

tərəfində döyüşdüyü ilə izah edirdilər. 

Pula hərisli olan oğul evində saxladığı, azərbaycanlıların 

qəbir üstündəki mərmər baş daşlarını göstərib atasına dedi: 

- Ata, heç olmasa imkan ver, evdəki baş daşlarını satım. 

Yoxsa, bütün mallar itib-batacaq. 

-  Hüzürün  doqquzuna  kimi  vaxtın  var.  –  deyə  Albert 

qətiyyətlə dilləndi. 

- Bunun üçün İrəvana getməliyəm müştərilərim oradadır. 

Eduarddan başqa kənddə bir neçə ailə vardı ki, onlar da 

pul  əldə  etmək  üçün  həmin  qəbristanlıqdan  baş  daşları 

çıxartmışdılar.  Onlar  biləndə  ki,  qonşuları  həmin  mərmər-

ləri  İrəvana  aparacaq,  satmaq  məqsədi  ilə  həmin  malları 

ona həvalə edirlər. Eduard əlində olan bir neçə mərmər daşı 

qardaşının  və  o  biri  qohumlarının  qəbirlərinin  bəzədilmə-

sində  istifadə  edir.  Halbuki  hamı  həmin  baş  daşıların  dəfn 




                                                     

 

  



                                                                            

                                                    

86 

olunmuş azərbaycanlıların məzarları üstündən götürüldüyü-



nü yaxşı bilirdi.  

Doqquz  mərasimi  başa  çatan  kimi  Eduard  atası  ilə 

anasını  Rusiyaya  yola  salır,  özü  isə  iki  yük  maşını  ilə 

İrəvana  gedir.  O,  mərmərləri  istədiyi  qiymətə  satıb,  cama-

atın pulunu qaytarmadan oradan birbaşa Stavropol diyarına 

getməyi qərara alır.   

Həddindən  artıq  hiyləgər  olan  Eduard  məxfi  orqanların 

nümayəndələrinə  pul  verib,  nəinki  Qarabağın,  hətta 

Ermənistanın  da  hüdudlarını  tərk  etməli  oldu.  Hiyləgər 

erməni  yaxşı  bilirdi  ki,  hal-hazırda  vaxt  onlara  işləyir. 

Hazırda o, Qarabağ müharibəsində “xəsarət” alan bir adam 

kimi  Rusiyanın  hər  hansı  bir  şəhərinə  pənah  aparsaydı, 

onun  sığınacaq  tapmağa  böyük  şansı  vardı.  O,  bu  şansdan 

istifadə edərək Rusiyanın iri şəhərlərində - Moskva, Sankt-

Peterbuq,  Nijni-Novqorod,  Voronejdə  məskunlaşmaq 

fikirinə  düşdü.  Sankt-Peterburqda  əhali  daha  qonaqpərvər 

və  mehriban  olduğundan  Eduard  birbaşa  həmin  şəhərə 

yollandı. O, hesab edirdi ki, nə qədər ki, erməni qaçqınları 

kütləvi  şəkildə  Rusiyanın  şimal  paytaxtına  axışmayıblar, 

tələsik olaraq özünü həmin meqapolisə çatdırsın.  

 

  

 



 


                                                     

 

  



                                                                            

                                                    

87 

VIII fəsi. Özünü qaçqın kimi təqdim edən   

                  riyakar erməni 

 

Rusiyanın  şimal  paytaxtı  Sankt-Peterburq  şəhəri  yay 



mövsümündə çoxmilyonlu turist axınına məruz qalırdı. Hər 

il  şəhərin  ərazisi  getdikcə  böyüyür  və  ətraf  yerlərdə  yeni-

yeni  qəsəbələr  yaranırdı.  Şəhər  ziyalıları  və  biznesmenləri 

SSRİ  dağılan  kimi  şəhərdən  30-40  km.  aralıda  boş  qalmış 

torpaqlarda  bağ  evləri  salıb,  orada  daimi  yaşamağa 

başlayırlar.  

Asfalt döşəməli yolun hər iki ətrafındakı evlər bir-birinin 

ardınca  çox  səliqəli  tikilmiş  və  müasir  arxitektura  stili  ilə 

tikilmiş  mansardalı  evlər  yaşıllıq  içərisinə  qərq  olmuşdu. 

Burada yaşayan sakinlərin bir çoxu yerli adamlar olsalar da, 

az bir qismi Cənubi Qafqazdan gələn mühacirlər idi.  

Sankt-Peterburq  ali  təhsil  ocaqlarının  birində  tarix 

müəllimi işləyən 35 yaşlı, ağbəniz, seyrək kürən saçlı, ciddi 

baxışlı Sergey Vladimiroviç Pavlov məskən saldığı qəsəbə-

də əsasən, öz soydaşları ilə, xüsusilə də elm və pedaqoqika 

sahəsində çalışan ziyalılarla əlaqə saxlayırdı. Yay tətilindən 

səmərəli  istifadə  etməyə  çalışan  həmin  ziyalı  həyətindəki 

bağçada  əkdiyi  meyvə-tərəvəzin  gətirdiyi  məhsulları 

nəzərdən  keçirirdi.  Onun  həyat  yoldaşı  Nina  mansardaya 

qalxıb iki azyaşlı uşaqlarını yatızdırırdı. 




                                                     

 

  



                                                                            

                                                    

88 

Elə  bu  vaxt  Sergeydən  beş  yaş  kiçik  olan  dolu  bədənli, 



enli  sifətli,  qarabuğdayı,  qalın  dodaqlı,  əyri  yekə  burunlu, 

qara  cod  saçlı,  yaraşıqsız  bir  kişi  qapını  açıb,  içəri  daxil 

olmadan  ev  yiyəsindən  su  istədi.  Sergey  həmin  kişinin 

yanında  4-5  yaşında  bir  qız  uşağını  görən  kimi,  tərəddüd 

etmədən  həyətə  dəvət  etdi.  Üst-başı  əzik-üzük  olan  kişi 

uşağın əlindən tutub, küknar ağaclarının arasında düzəldil-

miş  böyük  olmayan  talvarda  əyləşdi  və  ona  gətirilən  suyu 

uşağa uzatdı. 

Tarix  üzrə  elmlər  namizədi  çağırılmamış  qonağı  süzən 

zaman elə zənn etdi ki, qarşısındakı adam xarici görünüşü-

nə və geyiminə görə qaraçıdır. Lakin həmin adam uşaq ilə 

Qafqaz  ləhcəsilə  danışdığından  təxmini  başa  düşdü  ki,  o, 

ermənidir. Ev sahibi həddindən artıq yorğun görünən adam-

dan  kim  olduğunu  və  haradan  gəldiyini  soruşdu.  Eduard 

Muradyan  kimi  özünü  təqdim  edən  həmin  adam,  şəxsi 

bioqrafiyasını  ərz  etmək  üçün  əlverişli  məqamın  yaran-

dığını görüb tələsik halda dedi: 

-  Mən,  qondarma  Azərbaycan  adlı  bir  məmləkətdə 

yerləşən  Martuni  rayonunda  anadan  olmuş  və  müharibə 

başlayan  kimi  türklər  bizim  kəndi  işğal  etdilər.  Həmin 

amansız  döyüşdə  qırılan-qırıldı,  qırılmayanlar  isə  gücbəla 

ilə qaçıb canlarını qurtardılar. Mən də ailəmin təhlükəsizli-

yini təmin etmək üçün türklərin əlindən qaçdım. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə