" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   17   18   19   20   21   22   23   24   25

də  mövcud  olmuşdur.  Hansı  ki,  bu  mağarada  əcdadları  yad 
edilirdi və onların ruhuna qurban kəsilirdi. Bu mağarada onların 
müqəddəs  tutduqları  əcdadlarının  qəbirləri  olan  qəbristanlıq  da 
mövcud olmuşdur. 
1970-
ci  ildə  R.B.Göyüşov  tərəfindən  tədqiq  edilmiş  bir  mağara 
Dağlıq  Qarabağda  Xaçınçay  sahilində,  Bozdağın  şimalındakı 
qayada  yerləşir.  Mağara  300  m  hündürlüyü  olan  qayalıqda  idi. 
Uzunluğu 8 m, eni 3,5 m, hündürlüyü isə 4,7 m-dir. Mağaranın 
qərb  tərəfində  qurban  kəsmək  üçün  meydança  yerləşir.  Bu 
meydançadan aşağıdakı ərazi qəbristanlıq idi. Bu mağara haqda 
əfsanə var ki, Koroğlu məşhur Qıratını burada saxlayırmış. 
İndi isə əski türk inamlarının əski alban inamları ilə müqayisəli 
təhlilinə nəzər yetirək. Alban tarixçisi Musa Kalankatuklu yazır: 
«Türklər Tanrı-xan adlı göy allahına, Kuar adlı ildırım ilahəsinə 
tapınırdılar. Tanrı-xan allahlarına at qurban kəsirdilər. Onlar oda, 
suya  sitayiş  edir,  qurbanlar  gətirirdilər.  Bundan  əlavə  Aya, 
naməlum  yollar  ilahəsinə,  gözlərinə  təəccüblü  görünən  bütün 
məxluqata sitayiş edirdilər». 


Bu  məlumatı  qədim  türklər  haqqında  tədqiqat  aparan  görkəmli 
türkoloq  L.Qumilyovun  əski  türk  dini  haqqında  aşağıda 
yazdıqları  ilə  müqayisə  edək:  «Veyşu»  turkyut  dini  ayinləri 
haqda aşağıdakıları göstərir. Turkyutlar hər il əyanlarla birlikdə 
əcdadlarının  mağarasına  qurban  gətirirdilər.  Ayın  beşinci 
bədrinin  orta  dekadasında  hamını  bir  yerə  yığır  və  çay 
yaxınlığında  göy  ruhuna  qurban  kəsirdilər.  Duqində  500m 
qərbdə hündür dağ var. Həmin dağın zirvəsində nə ağac, nə də ot 
bitir. O, Bodın-İnli adlanır. Tərcümədə bu «ölkənin hami ruhu» 
deməkdir.  Yuxarıda  türk  inamları  haqda  yazılanları  belə 
ümumiləşdirmək olar. Qədim türklər Göy tanrısına, dağ kultuna, 
əcdad kultunu müqəddəsləşdirmək üçün mağara inamına, yer-su, 
günəş, ay, kultuna tapınmışlar. 
Qədim türklərdə əsas panteonlardan əlavə hər bir türk tayfasının 
kiçik allahlar kultu da mövcud idi. L.Qumilyov yazmışdır: «Hər 
bir türk tayfası ümumxalq ali ilahi qüvvəsi, işıq və səma ilahisi 
ilə birlikdə öz havadarına, kiçik tayfa allahlarına da məxsusdur». 
Göründüyü  kimi,  türk  inamları  yuxarıda  albanların  inamları 


haqda  verilən  məlumatla  demək  olar  ki,  eyniyyət  təşkil  edir. 
Qədim  albanlarda  dünya  ağacına  inam  da  əsas  yerlərdən  birini 
tuturdu.  Bu  barədə  R.B.Göyüşov  yazırdı:  «Albanların  ən  çox 
müqəddəs  saydığı  təbiət  kultlarından  biri  də  müqəddəs  ağaclar 
idi. Onlar ən çox böyük, uca palıd ağacına tapınırdılar». 
Tədqiqatçı  N.Rzayev  yazır:  «Məlumdur  ki,  quşlar,  ağaclar, 
ceyranlar,  günəş  və  ay  albanlar  tərəfindən  müqəddəsləşdirilmiş 
və  onlara  sitayiş  edilmişdir».  Albanlarda  da  türklərdə  olduğu 
kimi ki
çik  allahlar  kultu  vardı.  İ.P.Petruşevski  Qarabağ 
materialları  əsasında  bu  barədə  yazırdı:  «Albaniyada  baş 
allahlardan  başqa  b.e.  I  əsrində  kiçik  allahlar  kultu  da  mövcud 
idi».  Bu  fikir  Z.İ.Yampolskinin  bir  mülahizəsi  ilə  təsdiqlənir: 
«Xristianlıq  və  zərdüştilikdən  də  qabaq  albanlar  təbiət 
qüvvələrinə  tapınırdılar».  Z.İ.Yampolskinin  Qədim  Azərbaycan 
ərazisində yerləşən pirlər və müqəddəs yerlər haqda məlumatı və 
onları  müsəlman  alban  və  digər  türklərin,  həm  də  qriqoryan 
albanların  ziyarət  etməsi  və  etdikləri  ayinlərdəki  oxşarlıqlar 
haqdakı  məlumatı  da  bu  baxımdan  qiymətli  mənbələrdəndir. 


R.Göyüşovun  və  N.Rzayevin  albanların  dünya  ağacına  inamı 
haqda  fikirləri  Alban  tarixçisi  Musa  Kalankatuklunun  «Alban 
tarixi» kitabında da öz əksini tapmışdır: «Cavanşir çoxlu qüdrət 
qazanmışdır. Bunun üçün o, həyatverici ağaca borclu idi. Çünki 
bu  ağac  və  hər  şeyi  bilən  Atanın  mərhəməti  onun  adını  bütün 
dünyada məhşur etmişdir». 
Bildiyimiz kimi dünya ağacına inam digər türk tayfalarında da ən 
müqəddəs  inamlarından  sayılırdı.  Maraqlı  burasındadır  ki, 
albanlarda  olduğu  kimi  onlarda  da  bu  ağac  palıd  ağacı  idi. 
«Alban tarixi» kitabında qeyd olunur: «Yepiskop İsrailin əmri ilə 
Tanrı-xanın  adı  ilə  bağlanmış  hündür  və  bol  yarpaqlı  palıd 
ağaclarının  ən  böyüyünü  kəsdilər.  Türklər  bu  ağaca at qurban 
kəsir,  onun  qanını  yarpaqlara  çiləyir,  kəlləsini  və  dərisini  isə 
ağacın budaqlarına asırdılar. Bu palıd ağacı başqa ağacların anası 
sayılırdı və bu ağaca hunlar ölkəsində çoxları, o cümlədən knyaz 
özü və əyanları belə sitayiş edirdilər». 
Onu 
da  qeyd  etmək  istəyirik  ki,  bu  cür  qurbankəsmə  adəti 
albanlarda  da  mövcud  olmuşdur.  Albanşünas  alim 


T.M.Məmmədov  yazmışdır:  «Albanlarda  qurban  kəsmə 
aşağıdakı  kimi  olurdu:  heyvanların  dərisini  boğazından  çıxarır, 
həmin dərinin içərisinə saman doldurub uca və çoxlu budağı olan 
ağacdan asırdılar». 
Maraqlıdır ki, «Kitabi-Dədə Qorqud» eposunda da Qazan xanın 
oğlu  Uruz,  ən  ağır  anında  «ağacla  söyləşmək»  üçün  yağıdan 
aman istəyir: 
Ərin 
də, 
arvadın 
da 
qorxusu 
ağac, 
Başını 
tutub 
buraxsam, 
başsız 
ağacsan. 
Dibini tut
ub 
buraxsam, 
dibsiz 
ağacsan, 
Məni 
səndən 
asarlar, 
götürmə 
ağac, 
Götürsən igidliyim səni tutsun ağac. 
Təpəgözü  Basatın  öldürdüyü  boyda  Təpəgöz  Basatın  kimliyini 
xəbər alanda Basat deyir: 
Anam 
adını 
soruşsan, 
Qaba-ağacdır, 
Atam 
adını 
soruşsan, 
Xaqan 
Aslandır, 
Mənim adımı soruşsan, Aruz oğlu Basatdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə