" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

var-
dövlətini də götürüb o diyardan köçür. Körpəş də onları təqib 
etməyə başlayır. 
Bu  süjet  oxşarlığı  Körpəş-Bakır  obrazlarının  ilkin  anda 
eyniyyətliyindən xəbər verir. Bu isə «Əsli-Kərəm» dastanının bir 
daha  böyüklüyünü  sübut  edən  amillərdən  biridir.  Yuxarıda 
deyilənlərdən  aydın  görünür  ki,  dastanın  müxtəlif  variantları 
mövcud  olsa  da,  bütövlükdə  dastan  Azərbaycan  ərazisi  ilə 
bağlıdır. 
İndi  isə  «Əsli-Kərəm»  dastanının  erməni  dilində  olan 
tərcüməsinə  fikir  versək  erməni  xislətinin  iç  üzünü  bir  daha 
aydın  görə  bilərik.  «Əsli-Kərəm»  dastanını  XIX  əsrin  erməni 
aşıq-şairlərindən olan Civani bir neçə dəfə erməni dilinə tərcümə 
etmişdir.  O,  ilk  dəfə  1888-ci  ildə,  ikinci  dəfə  1895-ci  ildə, 
üçüncü dəfə 1901-ci ildə dastanı çap etdirmişdir. «Əsli-Kərəm» 
dastanı  erməni  dilinə  tamamilə  təhrif  olunmuş  şəkildə  çap 
olunmuşdur. Dastana qəsd olunmuş və orada olan obrazların heç 
biri türk kimi verilməmişdir. 


Dastanda  Kərəmin  adı  Mirzəbəydir,  İsfahan  padşahı  Harun  əl 
Rəşidin  oğludur.  O,  dostu  Sofi  ilə  məktəbdə  bir  yerdə  oxuyur. 
Bir gün Sofinin təklifi ilə ova çıxırlar və Zəngi kəndinə gəlirlər, 
ov  zamanı  Mirzəbəy  İsfahan  padşahının  vəzirinin  qızı  Asthiqi 
görür, bilir ki, bu yuxuda gördüyü qızdır. Burada onlar adlarını 
dəyişdirib  Əsli-Kərəm  qoyurlar.  Əsli  Kərəmi  sevsə  də,  o, 
dinindən  dönə  bilmir.  Məhəbbət  və  din,  bu  iki  fikir  arasında 
qalan Əsliyə nəhayət, dini inam güc gəlir. O, Kərəmə deyir:  «- 
Mən  erməni,  sən  isə  «farssan»?,  bizim  dinimiz  də  ayrıdır.  Ona 
görə  də  sənin  ilə  mənim  dostluğum  baş  tutmaz».  Əslinin  atası 
ruhani  idi  və xristian  dininin  bütün  qanunlarına çox  ciddi  əməl 
edirdi. O, Har
un  əl  Rəşidin  uşaqları  evləndirmək  təklifini  rədd 
edir və ailəsini götürüb ölkədən qaçır. Kərəm də onları təqib edir. 
Ərzurumda Əsliyə rast gəlir. Əsli onu görən kimi qaçıb Kərəmin 
gəldiyini  ata-anasına  xəbər  verir.  Keşiş  Qeysəriyyəyə  qaçır. 
Qeysəriyyəyə gələn Kərəm dişini çəkdirmək bəhanəsi ilə Əsligilə 
gəlir.  Dişini  çəkdirən  zaman  ağzı  qanla  dolan  Kərəm  Əslinin 
verdiyi dəsmal ilə ağzının qanını siləndə Əsli onu tanıyır, başını 


dizinin  üstündən  atıb  qaçır.  Əslinin  anası  keşişə  xəbər  verir. 
Onlar  bu  ölkədən  də  qaçırlar.  Qeysəriyyədə  Kərəmi  tutub 
mühakimə  edirlər.  Hakimin  bacısı  Hasane  Kərəmi  sınaqlardan 
keçirir,  bu  sınaqlar  dastanın  digər  variantlarında  olan  sınaqlara 
bənzəyir.  Onun  haqq  aşiqi  olduğuna  tam  əmin  olandan  sonra 
azad  edirlər.  Ən  nəhayət,  hadisələr  Hələbə  köçür  və  iki  gəncin 
yanması  ilə  sona  çatır.  Göründüyü  kimi,  dastan  burada  erməni 
təcavüzünə  məruz  qalmış  və  erməni  həyasızlığının  qurbanı 
olmuşdur.  Dastanın  bu  tərcüməsində  (onu  belə  adlandırmaq 
mümkünsə) Kərəm fars oğludur və Əsli yolunda hər şeyə gedən, 
hətta dinini də itirməyə razı olan şəxsdir. Dastanın bir yerində o, 
Əsliyə müraciət edib onu sevməsi üçün əgər istərsə dinindən də 
dönməyə razıdır. Əslini isə dastanın digər variantlarında olduğu 
kimi böyük məhəbbətlə Kərəmi sevən və bu sevgini bütün dini 
meyardan uca tutan və eşqi yolunda yanıb kül olan bir surət kimi 
görmürük.  Folklorşünas  alim  İ.Abbaslı  aşıq Civaninin  yaratdığı 
Əslini  çox  düzgün  qiymətləndirmişdir:  «Oxucunun  gözündə 
həqiqətdə zərif, füsunkar, xoş xasiyyətli, sevən Əslini burada öz 


yaşıdlarına  xas  olan  bütün  təbii  hisslərdən  məhrum,  qəddar, 
ruhsuz, yaramaz bir qıza çevirmişlər». 
Əslinin  adı  da  dastanda  Asthiqdir.  Bu  bir  daha  dastanın 
erməniləşdirilməsi üçün atılan uğursuz addımdır. Əsli sözü daha 
sonra  qeyd  edəcəyimiz  kimi  sırf  türk  mənşəli  sözdür.  Ancaq 
Asthiq özü də erməni sözü deyildir. Bu erməni yalanını İ.Abbaslı 
layiqincə  cavablandırmışdır:  «Tərcüməçinin  dastan  üzərində 
apardığı  əməliyyat  əsas  və  ikinci  dərəcəli  obrazlardan  da  yan 
keçməmişdir.  Dastanın  bütün  türk  variantlarında  əsas 
qəhrəmanın  adı  Məryəm  olsa  da,  burada  o,  dəyişdirilib  erməni 
qadın adlarından olan Asthiqlə əvəz oluşmuşdur və bu tərcüməçi 
tərəfindən  heç  də  təsadüfən  seçilməmişdir.  Məryəm  adından 
fərqli  olaraq  Asthiq  erməni  adıdır.  Q.M.Qalstyan  qeyd  edir  ki, 
«E
rməni  mifologiyasında  Asthiq  Nuh  peyğəmbərin  qızlarından 
biridir. O gözəllik və məhəbbət ilahəsi kimi tanınır». 
Gördüyümüz  kimi,  tərcüməçi  onu  erməni  dünyasına  bağlamaq 
üçün  onun  adı  ilə  yanaşı  əlamət  və  nişanələrini  də 
erməniləşdirmişdir». 


Dastanın bu tərcüməsində keşiş də dini yolunda mübarizə aparan 
«mərd»,  «mübariz»  kimi  verilmişdir.  Bildiyimiz  kimi,  dastanın 
türk  variantlarında  keşiş  qızını  Kərəmə  verəcəyinə  söz  verir  və 
vaxt  istəyir,  sonra  isə  qaçır.  Yəni  riyakar  bir  şəxs  kimi  təqdim 
olunur. Amma «Əsli-Kərəm»in Civani tərcüməsində keşiş obrazı 
fərqli verilmişdir. Tərcümənin bu yerinə nəzər yetirək: «Əslinin 
atası ruhani idi. O, bütün qəlbi ilə xristian dininə qulluq edirdi və 
xristianlığın bütün qanunlarına dəqiqliklə əməl  edirdi. Harun əl 
Rəşid Əslini öz oğluna istəyəndə o heç bir yaltaqlıq, hiyləgərlik 
etmədən  padşaha  deyir:  «Şah  sağ  olsun,  bu  nigah  baş  tütmaz, 
çünki bizim dinlərimiz ayrıdır. Belə olan təqdirdə mən öz qızımı 
necə  sənin  oğluna  verə  bilərəm?  Ruhanini  sakitləşdirən  padşah 
cavab verir: «B
u  o  qədər  də  əhəmiyyətli  məsələ  deyildir,  qız 
bizim  dini  qəbul  edər».  Bu  sözü  eşidən  ruhaninin  az  qaldı  ağlı 
başından çıxa və həmin saat söylədi: - Mənim hər nəyim varsa 
özünə  götür,  ancaq  mən  sənin  əmrini  yerinə  yetirə  bilmərəm. 
Əslində  bu  tərcüməçinin  ideal  erməni  ruhanisi  yaratmaq 
istədiyindən  irəli  gəlmişdir.  Amma  tarixin  bütün  anlarında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə