" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

çıxıb  onu  bürüyür.  Əsli  dözməyib  onun  üzərinə  su  tökür. 
Sevgilisinin  yanıb  külə  döndüyünü  görüb  Kərəmi  bürüyən 
alovun üzərinə özünü ataraq odda yanır . 
Yuxarıda  qeyd  etdiyimiz  dastanın  Türkiyədə  çap  olunmuş 
variantı  həm  çap  olunma  tarixinin,  həm  də  elə  variantının 
qədimliyi  ilə  fərqlənir.  Dastanın  bu  variantında  türkmən,  türk, 
Azərbaycan  variantlarının  qarşılıqlı  əlaqəsi  öz  əksini  tapmışdır. 
Həm  də  burada  başqa  variantlarda  olmayan  özünəməxsusluq 
vardır. Dastanın bu variantında qədim albanların izlərini görürük. 
Biz  dastanın  Alban  xalqı  ilə  bağlılığı  məsələsini  qeyd  etmək 
istəyirik. 
Dastanın bu variantında Süruri şahın sarayında Yəhud adlı keşişi 
var.  Bu  alban  çarlarına  məxsus  olan  haldır.  Qədim  mənbələrdə 
qeyd olunurdu ki, «Alban çarlarının saraylarında keşişlər var idi. 
Onlar gecə-gündüz müqəddəslərə xidmət edirdilər». 
Bu variantda Manuk da yeni surətdir. Manuk dastanda verildiyi 
kimi  keşişin  qardaşı  yox,  xidmətçisi  ola  bilərdi.  Alban  tarixi 
reallığında, albanların bütpərəstliyə inamı olduğu bir dövrdə büt 


məbədlərin  kahinlərinin  nökərləri,  qulluqçuları  olardı.  Bu 
nökərləri manuk adlandırırdılar. 
Dastanda  Manukun  sehrbaz  olması, magiyanı  dərindən  bilməsi, 
bizə  bu  fikrə  gəlməyə  əsas  verir  ki,  manuk  xristianlığa  qədərki 
alban  dövründən,  yəni  magiyaların  üstünlük  təşkil  etdiyi  bir 
dövrdən alınmış surətdir. Rəsmi xristianlıq dövründə sehr, cadu 
dövlət səviyyəsində qadağan olunmuşdu. Musa Kalankatuklunın 
«Alban  tarixi»  kitabında  bütpərəst  məbədin  kahinlərinə  necə 
divan  tutulması  da  qeyd  olunmuşdur.  Biz  bu  barədə  sonrakı 
fəsildə  bəhs  edəcəyik.  Dastanın  bütün  xalqlarda  olan 
variantlarında biz qədim türk adət-ənənəsi və o dövrün reallıqları 
ilə səsləşən tarixi hadisələrin şahidi olacağıq. 
Basma nüsxəyə görə hekayətin qısa məzmunu: 
«İsfahan şəhərində bir şahla onun dostu keşiş vardı. İkisinin də 
uşaqları  olmurdu.  İkisi  də  çox  kədərli  idi.  Bir  gün  dostu  keşiş 
şaha  qəmini  dağıtmaq  üçün  İrəm  bağına  bənzər  bir  baxça 
salmasını təklif edir. Bağça tikilir. Günlərin bir günü şahın arvadı 
Xanım Sultanla keşişin arvadı yolda bir qocanın verdiyi fidanları 


(ağac tənəklərini) bağda əkirlər. Xanım Sultanın əkdiyi ağac bir 
alma gətirir. Onlar almanı bölüb yeyirlər. Keşişin qızı, şahın isə 
oğlu olur. Oğlana Əhməd Mirzə, qıza Qara Sultan adını verirlər. 
Xanım  Sultanla  keşişin  arvadı  uşaqları  gələcəkdə  bir-biri  ilə 
evləndirməyə  də  söz  verirlər.  Keşiş  qızının  gözəl  olduğunu 
görüb,  gələcəkdə  sözünün  üstündə  durmamaqdan  qorxub  Zəngi 
kəndinə köçür. Əhməd Mirzəyə Sofi adlı lələsi müəllimlik edirdi. 
Bir  gecə  Əhmədə  Qara  Sultanın  əlindən  eşq  badəsi  içirilir.  O, 
beləcə  aşiq  olur.  Atasından  izn  alıb  Zəngiyə  gedərək  keşişə 
qonaq  olur.  Bir  gün  ova  çıxan  Əhmədin  şahini  Qara  Sultanın 
bağçasına  girir.  Şahinin  ardınca  bağçaya  girən  Əhməd  Mirzə 
Qara Sultanı görür. Əhməd Mirzə öz adını Kərəm, Qara Sultanın 
adını  Əsli  qoyur.  İsfahana  dönən  Kərəm  əlisazlı  aşıq  olur.  Bir 
qoca qarı onun dərdini öyrənib, atasına xəbər verir. Şah keşişə işi 
anladır.  Keşiş  din  ayrılığını  səbəb  edib  müsbət  cavab  vermək 
istəmir.  Şah  israr  edib  keşişə  toya  hazırlıq  üçün  beş  ay  möhlət 
verir.  Keşiş  geri  dönüb  var-dövlətini  də  götürüb  ölkədən  qaçır. 
Kərəmə  keşişin  qaçması  məlum  olandan  sonra  əlində  saz, 


yanında  Sofi  Əslinin  arxasınca  qürbətə  düşür.  Minbir 
mərhumiyyət və sıxıntı içərisində Sultandağı, Hoy, Şuşa, Rəvan, 
Ağur,  Çıldır,  Ahıska, Sekri, Orxan, Gürcüstan, Qars, Oltu, 
Nəriman, Bəyazit və Ürkübü keçib Vana gəlirlər. Buradan keçib 
bir  müddət  ölkələr  dolaşan  Kərəm  ilə  Sofi  Həsənqalaya  gəlir. 
Kərəmi  sınamaq  üçün  tabuta  diri  adamı  qoyan  kənd  camaatı 
Kərəm  onun  namazına  durduqdan  sonra  öldüyünü görüb, onun 
kəramətinə  inanırlar.  Laləli  dağda  qara,  borana  düşən  Kərəmlə 
Sofinin  imdadına  Xızır  yetişir  və  onları  Ərzuruma  çatdırır. 
Burada  Əslini  tapır,  ancaq  yenə  də  Keşiş  qızı  qaçırır.  Kərəm 
Ərzincan və Aşkadı keçərək Kərəmbelinə gəlir. Burada o, quru 
kəllə  ilə  qarşılaşıb,  deyişir.  Nəhayət,  bir  neçə  ölkə  keçəndən 
sonra Qeysəriyyəyə gəlib çıxır. Kərəm qızlardan öyrənir ki, keşiş 
orta  məhəllədə  zindançıbaşının  evində  yaşayır  və  arvadı  da  diş 
çəkir.  Kərəm  gəlib  evi  tapır.  Başını  Əslinin  dizi  üstünə  qoyub 
otuz iki dişini çəkdirir. Bu zaman ana ilə qızı Kərəmi tanıyır və 
evdən  qovmaq  istəyirlər.  Kərəm  Tanrıya  dua  edir,  Əsli  də 
sevdalanır.  Gecə  bir-birlərinə  qoşulub  qaçırlar.  Lakin  bəyin 


adamları  onları  tutur  və  Kərəmi  həbs  edirlər.  Bu  zaman  bəyin 
bac
ısı  Həsnə  xanım  Kərəmi  sınaqlardan  keçirir  və  onun  haqq 
aşığı  olduğuna  şübhə  qalmır.  Sınaqlar  da  bundan  ibarətdir.  O, 
qırx qızın içində Əslini tanıyır, bütün qızların adlarını söyləyir, 
sevgilisinin əlamətlərini sayır. Qeysəriyyə bəyi keşişi çağırır və 
qızı Kərəmə istəyir. Keşiş hiylə işlədərək qaçır və gəlib Hələbə 
çıxır.  Burada  o,  canını  Kərəmdən  qurtarmaq  üçün  qızını  bir 
nəfərə  nişanlayır.  Bu  zaman  Kərəm  yetişir.  Gülxan  bəydən 
sevgilisi haqda məlumat alır. Gülxan bəy bir qoca qarı vasitəsi ilə 
Əsliyə  sevgilisinin  gəlməsi  xəbərini  çatdırır.  Kərəm  Əsli  ilə 
görüşdüyü  zaman  paşa  tərəfindən  tutulub  həbs  edilir.  Paşa 
aşıqdan Kərəm adını eşidib onun İsfahan şahının oğlu olduğunu 
bilincə ona kömək etmək qərarına gəlir. Əsli kilsə mərasimindən 
nişanlandığı  adamla  qayıdarkən  paşanın  adamları  tərəfindən 
qaçırılır. Hər şeydən ümidini üzən keşiş sehrli xalatı Əsliyə verir 
ki,  toy  gecəsi  geyinsin.  Toy  gecəsi  düymələri  aça  bilməyən 
Kərəm  səhərə  yaxın  bir  ah  çəkir  və  ağzından  çıxan  alov  onu 
yandırır.  Paşa  keşişlə  arvadını  qətlə  yetirir.  Əsli  Kərəmin  külü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə