" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

Bu  faciə  xalqın  mənəvi  dünyasının  şam-çırağı  oldu.  Kərəmlər, 
əslilər  nəslinin  yetişdiyi  məlum  oldu.  «Kərəmi»,  «Yanıq 
Kərəmi»,  «Kərəmi  gözəlləməsi»,  «Sallama  Kərəmi»  və  s.  aşıq 
havaları  yarandı,  yaşandı,  qəlblərə  hakim  kəsildi,  məclislər 
yaraşığına çevrildi. 
İndi  isə  dastanın  variant  fərqlərinə  nəzər  yetirək.  Azərbaycan 
variantlarında  qəhrəmanların  hər  ikisi  Gəncədəndir.  Mahmud 
Ziyad  xanın  oğlu,  Məryəm  isə  Qara  Məlikin  qızıdır.  Lakin  bu 
yega
nə  variant  deyil.  Başqa  bir  varianta  görə  Mahmud  İsfahan 
şahzadəsidir.  Məlum  olduğu  kimi  Ü.Hacıbəyovun  opera 
liberettosu  üçün  istifadə  etmiş  olduğu  variantda  da  Kərəm 
İsfahan  şahzadəsidir.  Bu,  dastanın  türk  variantındadır.  Bu 
variantda oğlanın adı Əhməd Mirzə, özü də  İsfahan padşahının 
oğlu,  türkmən  variantına  görə  isə  oğlanın  adı  Mahmud,  özü  də 
Təbriz  padşahının  oğludur.  Qızın  adı  isə  Zöhrədir.  Aydın 
görünür ki, dastanın ilkin və ən qədim variantı kimi Azərbaycan 
variantını  əsas  götürmək  lazımdır.  Yəni  Kərəm  Gəncə-Qarabağ 
xanı Ziyad xanın oğludur. Sonradan Kərəmin İsfahan şahzadəsi 


və  ya  Təbriz  şahının  oğlu  kimi  verilməsi  dastanın  tarixi 
proseslərə  məruz  qalmasının  məntiqi  nəticəsindən  doğan  bir 
faktor idi. Azərbaycan variantlarında verilir ki, Ziyad xan Gəncə-
Qarabağ  xanıdır.  Tarixdən  bildiyimiz  kimi  X  əsrə  kimi  Gəncə-
Qarabağ  Azərbaycanın  siyasi  və  ictimai  əhəmiyyət  kəsb  edən 
mərkəzlərindən  sayılırdı.  Yəni  dastanda  Qədim  Albaniyanın 
ərazi prinsipi əsas götürülür. 
X  əsrdən  Qarabağ  bu  üstünlüyü  əldən  versə  də,  ancaq  Gəncə 
siyasi  mərkəz  kimi  qalmaqda  davam  edirdi.  Ona  görə  də  biz 
Ziyad xanı əsasən Gəncə xanı kimi görürük. 
Onun  həm  də  Qarabağ  xanı  olmasına  isə  biz  dastanın  sətiraltı 
mənalarından  anlayırıq.  Məsələn,  Əsli  ilə  Kərəm  bağçada 
görüşəndə Kərəmin üst-başı tökülüb, üz-gözünü tük basmış idi. 
Əsli  Kərəmi  tanımır  və  ondan  soruşur  ki,  «aşıq  haralısan?» 
Kərəm  cavab  verir:  «Qarabağdanam».  Yaxud  dastanın  türkmən 
variantında  «Gəncə-Qarabağda  sevdim  bir  gözəl»  başlığı  ilə 
başlayan misra da buna misal ola bilər. Dastanda bir neçə yerdə 


bu  cür  sətiraltı  mənalar  vardır.  Aydınlaşır  ki,  Gəncə-Qarabağ 
dastanının ilkin variantında eyni siyasi mərkəz sayılırdı. 
Sonralar X-
XI  əsrlərdə  bu  birlik  zəiflədi  və  Gəncə  ayrıca  bir 
inzibati mərkəz kimi fəaliyyət göstərirdi. XV əsrdən sonra, Şah 
İsmayıl  Xətainin  dövründə,  bu  mərkəz  artıq  Təbriz  şəhəri  idi. 
Azərbaycanın  ictimai-siyasi  əhəmiyyət  kəsb  edən  ən  mühüm 
mərkəzi elə bu şəhər idi. Bu dövrdə Mahmud aşıqlar tərəfindən 
təbrizliyə çevrilir. Təbriz padşahının oğlu sayılır. Sonra isə Şah 
Abbasın  dövrü  gəlir.  Onun  əmri  ilə  Azərbaycanın  paytaxtı 
Təbrizdən  İsfahana  köçürülür.  Təbriz  şəhəri  isə  öz  əvvəlki 
əhəmiyyətini  itirməyə  başlayır.  Çünki  ölkənin  padşahı  artıq 
İsfahanda  otururdu.  Ona  görə  də  aşıqlar  siyasi  dövrə  uyğun 
olaraq  Kərəmi  İsfahan  şahının  oğlu  kimi  verirdilər.  Dastanın 
variantlarında  Kərəmin  Gəncə-Qarabağ  xanının  oğlu,  bir 
variantda  Təbriz  padşahının  oğlu,  bir  variantda  isə  İsfahan 
şahının  oğlu  kimi  verilməsinin  əsas  səbəbi  də  bunlardır. 
Variantlara nəzər yetirək. 


Türk variant
ına görə Kərəm Əslini yuxuda görüb sevir. Türkmən 
variantına  görə  isə  Şahzadə  Mahmud  ovda  uçurduğu  şahinin 
dalınca gedib Qara Məlikin bağına çıxır və Zöhrəni orada görür. 
Dastanın  ikinci  hissəsi  bütün  variantlarda  demək  olar  ki,  eyni 
şəkildə  başlanır,  davam  edir  və  qurtarır.  Yəni  bu  hissə  keşişin 
əhdini  pozaraq  Əslini  götürüb  qaçmağı  ilə  başlanır.  Kərəm 
onların izi ilə ellər, obalar  gəzir, sınaqlardan keçirilir. Nəhayət, 
keşişin  xəyanətinin,  hiyləgər  tədbirinin  qurbanı  olaraq  ölür.  Bu 
hissə variantlarda müxtəsər və  ya müfəssəl olması ilə fərqlənir. 
Dastanın  sonu  da  variantlarda  nisbətən  fərqli  şəkildədir.  Gəncə 
variantına görə od keşişin tilsimlədiyi paltarın son düyməsindən 
qalxıb  Kərəmi  yandırır.  Əsli  də  sevgilisinin  külü  içərisində 
qalmış son qorla alışıb yanır. 
Ə.Axundovun  1960-cı  ildə  nəşr  etdirdiyi  variantda  isə  od 
Kərəmin  çəkmiş  olduğu  ahdan  əmələ  gəlir  və  onu  yandırır. 
Türkmən  variantına  görə  isə  Kərəm  keşişin  Əsliyə  bağışladığı 
toy  xalatından  qalxmış  odla  yanır.  Kərəmi  dəfn  edirlər.  Əslini 
evə aparmaq mümkün olmur. O, 40 il bu qəbrin üstündə ağlayıb, 


yas  saxlayır.  Nəhayət,  göylər  rəhmə  gəlir,  Kərəm  dirilir  və 
Əslinin  də  gözəlliyi  özünə  qaytarılır.  Onlar  Kərəmin  vətəninə 
gedir  və  xoşbəxt  həyat  sürürlər.  Dastanın  təkcə  türkmən 
variantında  final  müsbət  sonluqla  başa  çatır.  Qalan  bütün 
variantlarda hər iki gəncin ölümü ilə bitir. 
Bu  variantların  hər  biri  özünə  görə  maraqlı  xüsusiyyətlərə 
malikdir. Toplayıcısı məlum olmayan bir variantın, doğrudan da 
başqalarına bənzəməyən bir süjeti vardır: «Kərəm yuxuda görür 
ki, sərv ağacının altında Əsli adlı gözəl bir qızla evlənib. Yuxu 
çin olur. Gənclər görüşür və bir-birini sevirlər. Üzüklərini də biri 
o  birinə  verir.  Keşiş  işi  bilir,  Əslini  də  götürüb  qaçır.  Kərəm 
onların  izinə  düşür.  Nəhayət,  bir  şəhərdə  onları  tapır.  Keşiş 
Kərəmin  qarşısında  çox  çətin  şərtlər  qoyur.  Bunlar  bizim  çap 
olunmuş  dastanlarımızdakı  sınaqlara  bənzəyir.  Keşiş  Kərəmin 
gözlərini yeddi dəsmalla bağlayıb, qırx qızın arasında dayanmış 
Əslini tanımasını tələb edir. Kərəm Əslini tapır. Keşiş tələb edir 
ki, Kərəm göydə uçan durnaları öz sazı, öz səsi ilə yerə salsın. 
Kərəm bunu da edir. Kərəmin Kəlbi adlı qardaşı vardır. Kəlbi öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə