" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   2   3   4   5   6   7   8   9   10   ...   25

onun  əski  layını  təşkil  edən  türk  mənşəli  etnosların,  eləcə  də, 
albanların  tarixən  şifahi  yaradıcılıq  ənənələrinə  etinasızlığın 
nəticəsi olmuşdur. «Əsli-Kərəm» süjetinin mənşəyi açıqlandıqca, 
onun tarixi evolyusiyasının mərhələləri öyrənildikcə və nəhayət, 
dastanın poetik siqləti müəyyənləşdirildikcə, burada alban tarixi, 
mədəniyyəti  və  məişətinin  indiyədək  görünməyən  bucaqları 
açıqlanacaqdır». 
Mərhum  tədqiqatçımız  T.Xalisbəylinin  «Məhəbbətə  xalq 
abidəsi»  adlı  əsəri  bütövlükdə  bu  dastana  həsr  olunmuşdur.  Bu 
əsərdə  müəllif  dastan  haqda  müxtəlif  ölkələrin  tədqiqatçılarının 
fikirlərini verməklə yanaşı, öz mülahizələrini də əsaslandırmağa 
çalışmışdır. O, dastanın hansı dövrün məhsulu olması məsələsinə 
belə  aydınlıq  gətirir:  «Əsli-Kərəm»  dastanının  Azərbaycan 
variantlarında hadisələr, əsasən Gəncə-Hələb, türk variantlarında 
İsfahan-Hələb,  türkmən  variantlarında  Təbriz-Konstantinopol-
Təbriz şəhərləri arasında cərəyan edir. Maraqlıdır ki, Orta Asiya 
variantlarının 
əksəriyyətində 
hadisələrin 
bitdiyi 
yer 
Konstantinopol  göstərilir.  Bu  şəhərin  tarixinə  qısaca  nəzər 


saldıqda  məlum  olur  ki,  Osmanlı  sultanlığı  1453-cü  ildə 
Konstantinopolu  tutur,  Bizans  dövlətinin  varlığına  son  qoyur. 
Konstantinopolun  adı  dəyişdirilir.  Az  müddət  Konstantiyyə, 
sonra isə İstanbul qoyulur. 
Türkmən variantında bu adın hal-hazıra qədər gəlib çıxması bizi 
belə  qənaətə  gətirir  ki,  Aşıq  Kərəm  haqqındakı  dastanın  bəzi 
epizodları  hələ  XV  əsrdə  məlum  imiş.  Qədim,  orta  əsr  aşıq 
yaradıcılığı, onun ən böyük qolu olan dastançılığın XVI əsrdəki 
inkişafı  bizim  ehtimalımızın  həqiqətə  yaxın  olduğuna  dəlalət 
edir. Yuxarıdakılara əsasən aşağıdakı nəticələrə gəlmək olar: 
1.
 
«
Əsli-Kərəm»  dastanı  müstəqil Azərbaycan  dövlətinin 
mövcud olduğu bir dövrd
ə yaranmışdır. Çox ehtimal ki, Gəncə 
hakimi  kimi  t
əsvir  olunan  Ziyad  xan  surətinin təsvirində 
G
əncə  və  ətraf  mahalların  aşıqları  XVI  əsrin  başlanğıcında 
böyük  şöhr
ət  qazanan  Şah  İsmayıl  Xətainin  nüfuzundan 
istifad
ə etmişlər. 
2.
 
«
Əsli-Kərəm»  dastanının  bəzi  variantlarında  hadisələrin 
İsfahanda  c
ərəyan  etdiyi  və  epik qəhrəmanın  atasının  bu 


ş
əhərin  şahı  olduğu  göstərilir.  Tarixdən məlumdur ki, uzun 
vaxt  Az
ərbaycanın  mərkəzi Təbriz  şəhəri ikən  XVI  əsrin 
sonunda  Şah  Abbas  t
ərəfindən  İsfahan  mərkəz  edilmişdir. 
Dem
əli,  dastandakı  hadisələrin  aşıqlar  tərəfindən  İsfahana 
köçürülm
əsi də bununla bağlıdır. 
3.
 
XVI 
əsrə aid ictimai-siyasi hadisələrin və Azərbaycan ərazisinə 
m
əxsus  idarəetmə  bölgülərinin  dastanda  özünə  köklü  yer 
tutması bel
ə bir qənaət yaradır ki, «Əsli-Kərəm» əslində bu 
əsrdən  çox  sonra  yarana bilməzdi. Deməli,  «Qurbani»,  «Şah 
İsmayıl» dastanları il
ə yanaşı «Əsli-Kərəm» dastanı da məhz 
XVI 
əsrdən formalaşmışdır. 
4.
 
XVI 
əsrdə  Azərbaycan  şihafi  ədəbiyyatında  dastan  janrı 
xüsusil
ə  diqqəti  cəlb  edir.  Bir  tərəfdən  bu  janr  məhəbbət 
motivi  altında  tarixi  hadis
ələrin  əks etdirilməsinə  böyük 
imkan  verir, dig
ər tərəfdən  tarixi  şəxsiyyətləri  əbədiləşdirib 
yaşatmaq  üçün  onların  adı  il
ə  bağlı  olur.  Bizə  belə  gəlir ki, 
«
Əsli-Kərəm»  dastanı  da  XVI  əsrin «Dədə»,  Ata»  titullarına 


layiq olan m
əşhur Gəncə aşığı Kərəmin öz qoşmaları əsasında 
yaranmaqla, 
əsasən bu dövrün ictimai həyatını əks etdirir. 
5.
 
Dastanın  Az
ərbaycan,  özbək,  türkmən,  türk  və  b.  variantları 
t
əsdiq edir ki, «Əsli-Kərəm»in  ilk  yarandığı  yer  Azərbaycan 
olmuş,  lakin  xalqlar  arasındakı  tarixi-
ənənəvi,  mədəni-ədəbi 
əlaqələr nəticəsində tədricən geniş bir dairədə yayılmışdır. 
Bu  yerdə  haşiyəyə  çıxaraq  mərhum  tədqiqatçımızın  ehtimalları 
barədə  bəzi  fikirlərimi  söyləmək  istəyirəm.  Müəllif  Ziyad  xanı 
görkəmli şair və sərkərdə Şah  İsmayıl Xətaiyə oxşadır və qeyd 
edir  ki,  aşıqlar  Ziyad  xan  surətini  yaradanda  Xətainin 
nüfuzundan istifadə etmişlər. Bizcə bu fikirlə razılaşmaq çətindir. 
Dastanın türkmən variantında Konstantinopolun adının çəkilməsi 
bizi  dastanın  XV  əsrdən  də  qabaq  yaranması  qənaətinə  gətirir. 
Müəllif  çox  düzgün  olaraq  qeyd  edir  ki,  dastanın  yaranma  yeri 
Azərbaycandır.  Deməli,  digər  ölkələr,  o  cümlədən  Orta  Asiya 
ölkələri  bu  dastanı  mənimsəmişlər,  belə  olan  şəraitdə  dastan 
Azərbaycanda  XVI  əsr,  yaxud  heç  XV  əsrdə  də  yox,  daha 
əvvəllər formalaşmışdır. Çünki yuxarıda deyildiyi kimi, dastanın 


türkmən  variantında  baş  verən  hadisələr  varlığı  XV  əsrə  qədər 
mövcud  olan  bir  yerdə,  Konstantinopolda  baş  verir. 
Türkmənistana  da  bu  dastan  Azərbaycandan  keçmişdir. 
Özlüyündə  aydındır  ki,  dastanın  türkmən  variantı  XV  əsrdən 
xəbər verirsə, Azərbaycan variantı ilkin variant kimi daha əvəllər 
formalaşmış,  bizdə  kamil  sənət  nümunəsi  kimi  xalq  arasında 
özünə yer tapıb (buna isə uzun zaman lazımdır) seviləndən, dillər 
əzbəri olandan sonra digər ölkələrə də yayılmışdır. Bir məsələyə 
də  diqqət  yetirək.  Müəllif  qeyd  edir  ki,  dastan  Azərbaycanın 
müstəqil  dövlət  olduğu  dövrlərdə  yaranmışdır.  Və  mərkəzlədən 
Təbrizi, İsfahanı sadalayır, ancaq Gəncə xanı Ziyad xanı isə Şah 
İsmayıl Xətayi ilə eyniləşdirir. Elə isə onda Ziyad xan türkmən 
variantındakı  kimi  Təbriz  şahı  olardı,  Gəncə  xanı  yox.  Əlbətdə 
ki,  dastanın  ilk  variantı  Gəncə  ilə  Qarabağın  eyni  siyasi 
mərkəzdə  birləşdiyi  bir  vaxtda  yaranmışdır.  Məhz  ona  görə 
dastanın  Azərbaycan  türk,  türkmən  variantlarında  Kərəmin 
dilindən  belə  bir  misra  vardır:  «Gəncə  Qarabağda  sevdim  bir 
gözəl». Bu isə Azərbaycanın Albaniya dövrü ilə bağlı idi. XI-XII 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə