" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

əsrlərdə bu siyasi mərkəz artıq yox idi. Bu məsələyə  III fəsildə 
aydınlıq gətirəcəyik. 
Dastan  barədə  akademik  Teymur  Bünyadovun  maraqlı  qeydi 
vardır.  O,  yazır:  «Xanlardan  keçib  sağa  səmt  aldıq.  Bizi  çayın 
kənarı ilə qatarlaşıb dağın döşünə dırmaşan Topal Həsənli şenliyi 
və dünyanı yola salan məğrur çinarlar qarşıladı. İndi kənd əhalisi 
qaçqınlar,  köçkünlərdir.  Qəribəlik  də  o  oldu  ki,  onlar  mənə 
Kərəmin  qəbrinin  şenliyin  yuxarı  başında  olduğunu  dedilər. 
Gülümsədim,  qulaqlarıma  inanmadım  və  «Kərəm  hara,  bura 
hara:  Kərəmin  qəbri  vətəndən  iraqlarda  İraq  torpağındadır»- 
dedim. 
Gülüşdülər,  «siz  danışdığınız  əfsanədi,  nağıldı,  dastandan 
aldığınız  təəssüratdır.  Biz  dediklərimiz  həqiqətdir,  doğrudur». 
Çaş-baş qaldım, inandım da, inanmadım da. 
Seyrək  meşəliyin  ətəliyində,  yarğanlığın  qaşında  bir  çeşmə 
qaynayır, nakam sevgililərə yas saxlayır. Suyu süd kimi ağ, sərin, 
axarı güclü. Bura nə qəbrə oxşayır, nə qəbirstanlığa. Uzunsov sal 
qayaların  düzümü  qəribə  görünür,  nəzərləri  cəlb  edir.  Lakin  bu 


yastı qayaların altında Kərəmin qəbri uyuyur, ruhu yaşayır. Yarı 
həqiqət,  yarı  əfsanə.  Di  gəl,  heyrət  içində  qalma.  Deməli, 
dastandan  dastan  yaranar,  həqiqətdən  əfsanə.  Bir  həqiqət  hasil 
olur  ki,  bu  yerlər  Kərəmin  güzəranı,  seyrəngahı,  səcdəgahıdır. 
Əsli həsrəti ilə bu yerlərdə tilsimlənib, sehrli, sirli aləmdə alışıb-
yanıb.  Güman  ki,  sevgi  dağı  da  bu  yerlərdi,  folklorçuların  və 
etnoqrafların əlbir axtarışları «Əsli-Kərəm» dastanı ilə bağlı çox 
şey aşkarlayar, çox mətləblərin sirrini açar, agah edər. Axtaran, 
tapar deyiblər…». 
Maraqlıdır ki, bir çox aşıqlar da bu fikri təsdiq edirlər. Doğrudan 
da araşdırılası faktdır. Çünki Kərəmin məzarını bir çox Türkiyə 
alimləri  Qeysəriyyədə,  yandığı  yeri  isə  Qeysəriyyənin  Sivas 
qapısı  deyilən  ərazidə  göstərirlər.  Ancaq  hal-hazırda  bu  yerdə 
Kərəmin  qəbri  yoxdur.  Bunu  türkiyəli  alimlərdən  M.Sadıq  da 
təsdiq  edir:  «A.Rəmzi  Akyürəkin  söylədiyinə  görə,  Kərəmin 
yandığı yer Qeysəriyyənin Sivas qapısında, bulağın yanında, indi 
ev  olan,  ancaq  əvvəllər  xarabalıq  olan  bir  yerdir.  Qəbri  isə 
Seyyid Burhan Muhakkik-
i  Tirmizi  türbəsinin  şərqində,  Qasım 


Paşa qəbirstanlığının ortasında yanaşı iki prizma formasında olan 
qəbir  daşları  imiş.  Xalq  şairləri  bu  qəbirlərin  üstünə  gəlib  saz 
çalarmışlar.  Qeysəriyyəyə  gedib  A.R.Akyürəkin  bəhs  etdiyi 
məzarlığı tapsaq da, Kərəmin qəbrini tapa bilmədik». 
Fikrimizcə, Kərəm Gəncə xanının oğlu olduğu üçün onun harada 
yanmağından  asılı  olmayaraq,  gətirilib  öz  ana  vətənində  dəfn 
olunmağı daha ağlabatandır. 
Bu  dastan  haqda  tədqiqatçılarımızdan  prof.  Qara  Namazovun 
mülahizələri  də  maraq  doğurur.  Müəllif  dastanın  XII-XIII 
əsrlərdə  yarandığını  qeyd  edir  və  yazır:  «Əsli-Kərəm»  dastanı 
yarandığı  vaxtdan  ideya-bədii  mündəricəsini  dəyişmədən  hər 
dövrün  sərt  güzəranına  dözə-dözə  Çin  səddindən  ta  Balkan 
ölkələrinə qədər yayılmışdır. 
Dastanın ayrı-ayrı epizodlarında, xüsusən şer hissəsində «Dədə-
Qorqud» dastanlarında olan motiv və elementlərə də rast gəlirik. 
Dədə-Qorqud  boylarında  Qanturalın  Trabzona  gedib  Təkurun 
sınaqlarından çıxdıqdan sonra qızı Selcan xatunu alıb gətirməsi, 
Kərəmin  də  kafir  qızı  dalınca  düşüb  sınaqlardan  qalib  çıxması 


(ancaq  axırda  keşiş  hiyləyə  əl  atır)  demək  olar  ki,  eyni 
motivlərdir. 
Dastanda  dini  təəssübkeşlik  başlıca  rol  oynasa  da  əslində, 
Gəncənin  əldən-ələ  keçməsi  (XII-XIII  əsrlərdə)  nəticəsində 
dürlü-
dürlü  dinlərin,  təriqətlərin,  əski  inamların  bir-birilə 
rəqabəti,  birinin  digəri  üzərində  hökmranlıq  iddiası  və  ya  bir-
birini  sıxışdırması  həm  inzibati,  həm  də  ailə  məişət  ixtilafı 
törədirdi. Qara Məlik dastana görə Ziyad xanın xəzinədarıdır. O, 
eyni zamanda həm də keşişdir. 
Aydındır  ki,  ruhanilik  vəzifəsi  ilə  xəzinədarlıq  bir  araya  sığa 
bilməz. Dastanda Əslinin adı Məryəmdir. Bu ad da xristianlığın 
anası  kimi  rəmzi  səciyyə  daşıyır.  Deməli,  keşiş  də  dini  təmsil 
edən  rəmzi  adlardır.  Əsli  sözü  isə  Asiyanın  ilkin  əsl  sakinləri 
olan qədim Az tayfasının adı ilə səsləşir. 
Qara Məliyə milliyyətcə erməni demək də konkret olaraq doğru 
olmazdı.  Çünki  onun  mənşəcə  erməni  olmasına  dair  nə  tarixi 
qaynaq, nə də dastanın ilkin variantlarında bir iz, əlamət vardır. 


Hətta  Qara  Məliyin  özü  Əslini  qaçırdığı  ölkələrdə  belə  erməni 
soykökü ilə rastlaşmır... 
Professor  Q.Namazov  başqa  bir  məqaləsində  «Əsli-Kərəm» 
dastanı  ilə  «Kitabi-Dədə  Qorqud»  və  Dədə  Kərəm  ilə  Dədə 
Qorqud  arasında  oxşar  paralelliklər  axtarmış  və  «Əsli-Kərəm» 
dastanının  da  etnik  mənşəyinin  qədim  alban  dövrü  ilə  bağlı 
olması nəticəsinə gəlmişdir. O, bu barədə yazır: «Öncə xatırladaq 
ki,  əlimizdə  olan  qaynaqlarda  ulularımıza  hörmət  və  ehtiram 
əlaməti  olaraq  işlənən,  söy-kökümüzü  özündə  ehtiva  edən 
«Dədə»  sözü  ilkin  olaraq  Qorqud  Ataya  nəsib  olmuş,  Dədə 
Qorquddan  sonra  bu  adı  Kərəm  qazanmışdır.  Dədə  Qorqud 
keçmişdən  xəbər  verən,  «qaibdən  dürlü»  xəbərlər  söyləyən, 
haqdan  könlünə  ilham  edən  imam  fövqünə  ucalmışdır.  Dədə 
Kərəm isə imam fövqünə ucalmasa da, Qorqud  Atanın qaibdən 
xəbər  vermək,  gizli  mətləbləri  oxumaq  və  haqq  vergisi 
xüsusiyyətlərini özündə yaşatmışdır. 
Bəllidir  ki,  Dədə  Qorqud  boyları  müxtəlif  zaman  kəsimlərində 
yaransa  da,  boyların  bir  çoxu  islamın  şərqdə  geniş  yayıldığı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə