" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

«Əsli-Kərəm»  dastanı  aşıqlarımız  tərəfindən  çox  sevilmiş  və 
onun  xələfi  olacaq  dastanlar  yaratmağa  çalışmışıdılar.  Belə 
dastanlardan  biri  «Baxış-Leyla»  dastanıdır.  «Məhəbbət 
dastanları»  adlı  kitabın  toplayıb  tərtib  edəni  tədqiqatçı 
R.Rüstəmzadə  «Baxşı  və  Leyla»  dastanı  ilə  «Əsli-Kərəm» 
arasında olan oxşarlığı qeyd edəndən sonra bu nəticəyə gəlir ki, 
Baxış  və  Leyla»da  sevgi-məhəbbət  daha  təbii,  daha  çevik  əks 
olunmuşdur». 
Biz  hər  iki  dastan  haqda  paralel  araşdırmalar  apardıqda  onların 
fərqli cəhətlərinin üstünlüyü özünü daha çox büruzə verdi. Belə 
ki,  «Əsli-Kərəm»  dastanında  konflikt  yaradanın  məqsəd  və 
məramı  aydındır.  Onun  qarşısında  duran  din  ayrılığıdır.  «Baxış 
və  Leyla»  dastanında  isə  konflikt  yaradan  Molla  Humayın 
məqsədi  və  məramı  oxucuya  aydın  olmur.  Başa  düşmək  olmur 
ki, Molla Humay qızı Leylanı nə üçün Əmir şahın oğluna vermək 
istəmir.  O  şah  ki,  Molla  Humayı  öz  himayəsində  saxlayıb 
oxutdurmuş və cəmiyyət üçün bir şəxsiyyət kimi yetişdirmişdir. 


«Əsli-Kərəm»  dastanında  Kərəm  ancaq  Əslini  sevir.  Bu 
məhəbbət qarşısında ona olan maneələrə dəyanətlə sinə gərir və 
öz  ölümü  ilə  məhəbbəti  ilahiləşdirir.  Kərəm  məhəbbətindən 
fərqli  olaraq  Baxışın  Leylaya  olan  məhəbbəti  dəyişkən  və 
ziddiyyətlidir.  Belə  ki,  o,  Leylanı  sevdiyi  halda,  Şahzadəyə  də 
vurulur.  Leyla  ilə  bərabər  onu  da  özünün  qadını  edir.  Baxış 
məhəbbətinin qiymətini onun özünün dediyi misraları ilə vermək 
olar. 
Mənə 
əzizsiniz 
baş 
ilə 
candan, 
Sizi 
seçəmmirəm 
huri-qılmandan. 
Baxış 
deyər 
hərənizi 
bir 
yandan, 
Dolayım qollara, bel yaraşıqdı. 
Bütün  bunlardan  belə  nəticəyə  gəlmək  olar  ki,  «Əsli-Kərəm» 
dastanı  «Baxış  və  Leyla»dan  öz  mənəvi,  estetik  dünyası  ilə 
ölçüyəgəlməz dərəcədə fərqlənir. 
Tədqiqatçılarımız Orta Asiya dastanları içərisində «Kozi Körpəş 
və Bayan Sulu» ilə «Əsli Kərəm» dastanı arasında yaxınlığı qeyd 
edirlər. «Kozi Körpəş və Bayan Sulu» dastanın ayrı-ayrı xalqlara 


mənsub variantlar arasındakı kiçik fərqlər nəzərə alınmazsa, lap 
qısa  məzmunu  belədir:  «Qarabayla  Sarıbay  övladsızdırlar.  Əhd 
edirlər  ki,  övladları  olsa  göbəkkəsmə  nişanlasınlar.  Sarıbayın 
oğlu, Qarabayın isə qızı olur. Oğlanın adını Körpəş, qızın adını 
isə Sulu qoyurlar.  Oğlanın atası ölür, Qarabay öz qızını  yetimə 
vermək istəmir və var-dövlətini də götürüb o diyardan köçür. 
Körpəş Bayan Suluya adaxlı olduğunu bilib, onun dalınca gedir. 
Kozi Körpəş yolda qayaya, qurda, çaya, meşəyə və s. rast gəlir. 
Onlardan Sulunu soruşur. Qarabay isə qızı öz nökəri Kodarqula 
nişanlayır.  Çünki  Kodarqul  susuz  səhradan  keçən  yoldan  su 
tapmış,  onun  sürülərini  tələf  olmaqdan  xilas  etmişdir.  Körpəş 
gəlib  buraya  çıxır  Bayan  Sulu  ilə  görüşür.  Hətta  bir  gecə  onun 
yanında qalır. Bir varianta görə Kodarqul, başqa bir varianta görə 
isə  Qarabay  Körpəşi  öldürür.  Qız  da  Körpəşin  qəbri  olan 
künbəzə girir və özünü xəncərlə vurub öldürür. 
Qazax variantına görə, Bayan Sulu özünü öldürməmişdən qabaq 
Kodarqulun
u da məhv edir. Onun meyidini də Körpəşlə Sulunun 
qəbirləri  arasında  basdırırlar.  Sevgililərin  qəbirlərindən  göyərən 


gül kolları birləşmək istəyir, Kodarqulun qəbrindən qalxan tikan 
isə onların birləşməsinə imkan vermir. 
Orta  Asiya  dastanlarının  tədqiqi  ilə  məşğul  olan  alimlərin  bir 
çoxu bu dastanı  «Tahir-Zöhrə» ilə müqayisə edir, hətta  «Tahir-
Zöhrə»ni  bu  dastanın  bir  növ  variantı  hesab  edirlər.  Dastanın 
«Tahir-
Zöhrə»nin  Orta  Asiya  versiyası  ilə  doğurdan  da  süjet 
oxşarlığı  vardır.  Ancaq  bildiyimiz  kimi,  bizim «Tahir-Zöhrə» 
dastanı  Orta  Asiya  versiyasından  çox  fərqlənir.  Bu  baxımdan 
«Kozi  Körpəş  və  Bayan  Sulu»  bizim  «Əsli-Kərəm»ə  çox 
yaxındır  ki,  M.H.Təhmasib  bu  barədə  öz  əsərində  ətraflı  bəhs 
etmişdir.  Bir  sıra  məqamları  da  biz  qeyd  etmək  istəyirik. 
Dastanın  qısa  məzmundan  göründüyü  kimi  «Əsli-Kərəml»lə 
süjet yaxınlığı vardır. Dastanda süjet yaxınlığı sayılan övladsızlıq 
motivi,  Körpəşin  Kərəm  kimi  sevgilisini  qayadan,  qurddan, 
çaydan  və  s.  soraqlaması,  dastanın  finalının  tamamilə  uyğun 
gəlməsi  məsələsini  belə  izah  etmək  olar:  «Əsli-Kərəm»  Orta 
Asiyada  geniş  yayılıb  sevildiyindən  o  xalqların  dastan 
yaradıcılığına  güclü  təsir  etmişdir.  Orta  Asiya  xalqlarının  söz 


ustadları dastan söyləyərkən  «Əsli-Kərəm»in motivlərindən çox 
ustalıqla istifadə edib öz yaradıcılıqlarına tətbiq etmişlər. «Əsli-
Kərəm» dastanının türkmən variantının özündə də «Kozi Körpəş 
və Bayan Sulu» dastanı ilə süjet oxşarlığı vardır. Belə ki, Körpəş 
obrazının «Əsli-Kərəm» dastanının türkmən variantında Kərəmin 
dostu  olan  Bakır  xan  obrazı  ilə  ilkin  süjet  xəttində  oxşarlıq 
vardır.  «Əsli-Kərəm»  dastanının  Bakır  xanla  bağlı  hissəsinə 
diqqət yetirək: 
«Bir vilayətdə bir padşah var idi. Onun qardaşının da bir qızı var 
idi. Padşah qızı oğluna nişanladı. Bir müddət sonra padşah öldü. 
Qardaşı  onun  yerinə  keçdi.  Təzə  padşah  qızı  oğlana  vermədi. 
Oğlan da divanələr tək şəhər bə şəhər, diyar bə diyar gəzib Ziyad 
şahın vilayətinə gəldi. 
«Kozi Körpəş və Bayan Sulu» dastanında da Qarabayla Sarıbay 
övladsızdırlar.  Onlar  nəzir-niyaz  verib  əhd  edirlər  ki,  övladları 
ol
sa onları göbəkkəsmə nişanlasınlar. Sarıbayın oğlu, Qarabayın 
isə  qızı  olur.  Oğlanın  adı  Körpəş,  qızı  adını  isə  Sulu  qoyurlar. 
Körpəşin atası ölür və Qarabay qızını yetimə vermək istəmir və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə