" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

qardaşının  dalınca  gəlib  bu  yerə  çıxmışdır.  Kərəmin  bundan 
xəbəri yox idi. Keşiş isə bunu bilirdi. O, hətta burasını da bilirdi 
ki, Kəlbi yaxındakı ağacın altında yatmışdır. Rəhmsiz din xadimi 
Kərəmə  bir  silah  verib  deyir:  «Bax,  o  ağacın  altında  yatmış 
ceyranı  vura  bilsən,  qızımı  sənə  verərəm»  -deyir.  Kərəm 
bilmədən qardaşını vurub öldürür. Bu qanlı cinayət keşişə ancaq 
qaça 
bilmək  üçün  lazım  imiş.  Kərəm  öz  qardaşını  öldürmüş 
olduğunu  başa  düşür  və  ona  görə  dəli  olmaq  dərəcəsinə  gəlir. 
Nəhayət,  Kərəm  gəlib  Gəncəyə  çıxır.  Burada  bir  Gəncə  gözəli 
onu  öz  yanında  saxlayıb,  Əslini  unutdurmağa  çalışır.  Lakin  bu 
mümkün olmur. 
Uzun t
əfərrüatdan sonra əsər hər iki gəncin  yanıb məhv olması 
ilə  bitir.  Onu  qeyd  etmək  yerinə  düşər  ki,  dastanın  bu  variantı 
xalq arasında o qədər yayılmamışdır. Çünki bu variantda Kərəm 
haqq aşığı kimi tamamlanmamış bir surətdir. Çünki ola bilməzdi 
ki,  qırx  qız  arasında  Əslini  tapan,  sazı,  sözü  ilə  durnaları  yerə 
endirən  haqq  aşığı  ağac  dibində  yatanın  qardaşı  olduğunu 


bilməsin.  Dastanın  bu  variantının  ən  naqis  cəhətlərindən  biri 
haqq aşiqinə olan münasibətdir. 
Qeyd  etdiyimiz  kimi,  dastan  Türkiyədə  də  çox  məşhurdur. 
Türkiyədə variant kimi dastanın hicri tarixi ilə 1266-cı ildə Raif 
Ülkençi tərəfindən çap olunmuş Yazma nüsxəsi və miladi tarixi 
ilə 1842-ci ildə naşir Əhmət Rasim tərəfindən Basma çap üsulu 
ilə  düzəldilmiş  və  Türkiyədə  1927-ci  ildə  yenidən  nəşr  edilmiş 
Basma  nüsxəsi  əsas  götürülür.  Bir-birindən  fərqlənən  bu 
variantların qısa məzmununa diqqət yetirək. 


Yazma nüsxəyə görə hekayənin qısa məzmunu: 
 
«Şiraz  şəhərində  Süruri  şah  adlı  bir  padşah  və  onu  əyləndirən 
Yəhud adlı keşişi vardı. İkisinin də uşaqları olmadığından kədər 
içində  idilər.  Keşiş  Yəhud  padşaha  birgə  səyahət  etmək  təklif 
edir.  Əllərində  əsa  səyahətə  çıxırlar.  Yolda  əgər  uşaqları  olarsa 
və onların biri qız və biri oğlan doğularsa onda onları bir-biri ilə 
evləndirməyi  qərarlaşdırırlar.  Bir  dərviş  qabaqlarına  çıxır.  Ona 
dərdlərini açırlar. Dərviş cibindən bir alma çıxarır və bu almanı 
ikiyə bölüb yemələrini tapşırır. Onların uşaqları olacağını və bir-
birlərini sevəcəklərini deyir və xəbərdarlıq edir ki, nə badə onları 
bir-
birindən ayırasınız, böyük günah etmiş olarsınız deyib, həm 
keşişdən,  həm  də  padşahdan  sözlərinin  üstündə  durmalarından 
təminat  alıb  qeyb  olur.  Xədicə  Sultanın  bir  oğlu,  keşişin 
arvadının  bir  qızı  olur.  Oğlana  Şahi  Gülşən,  qıza  Məryəm  adı 
verilir. Məryəmin anası diş çəkəndir. Onun Manuk adlı sehrbaz 
əmisi də vardır. 


Padşahın oğluna on beş yaşına kimi Sofi adlı bir müəllimi dərs 
öyrədir. Bir gün Şahi Gülşən müəllimindən göyərçin istəyir. Sofi 
ona  göyərçin  alır.  Gülşənin  uçurduğu  quşlar  bir  gün  Yəhudun 
evinin  önündəki  çinar  ağacına  qonur.  Oğlanın  quşları  aşağı 
endirmək  üçün  atdığı  daş  Məryəmin  oturduğu  otağın  aynasını 
qırır.  Bunu  görən  qız  bayıra  çıxır  və  Gülşənlə  rastlaşır.  Gülşən 
qızı  görən  kimi  bayılır  və  gözlərini  açanda  özünü  qırxların 
süfrəsində  görür  və  baxır  ki,  alma  verən  dərviş  də  onun  başı 
üzərindədir.  Dərviş  ona  artıq  Məryəm  sənindir,  deyir.  Gülşən 
təzədən bayılır. Bir qarı tərəfindən ayıldılan Gülşən Sofini görüb 
ondan saz istəyir. Qıza Əsli, özünə Kərəm adı verir. Eyni şəkildə 
dərdini  atasına  da  anladır.  Atası  keşişi  çağırır  ona  qırx  gün 
möhlət  verir  ki,  toya  hazırlıq  görsün.  Yəhud  qardaşı  Manukun 
tələbi  ilə  evlərini  sehirləyib,  var-dövlətlərini  götürüb  qaçırlar. 
Kərəm  də  bunları  təqib  etməyə  başlayır.  Eylan  şəhərində  keşiş 
Qoca Çinar Əslini oğlu Cücə İvana almaq istəyir. Süruri şahdan 
Xan  Abbasa  oğluna  kömək  edilməsi  məktubu  gəlir  və  Yəhud 
Bek  şəhərinə  qaçır.  Kərəm  də  onların  arxasınca  düşür.  Yolda 


Rəsul dağının imamı Kərəmi haqq aşığı kimi sınamaq üçün sağ 
bir  adamı  tabuta  qoyub  aşığı  namaza  çağırır.  Kərəm  namaza 
durur. 
Şərif  imam  və  onun  ətrafındakılar  Kərəmi  döyməyə 
başlayırlar. Sonra tabutun qapağını açıb görürlər ki, həmin adam 
ölübdür.  Onlar  Kərəmin  ayağına  düşüb  ondan  üzr  istəyirlər. 
Yəhud  Bek  şəhərində  Camgöz  adlı  bir  keşişin  evində  qalır. 
Kərəm  şəhərə  gəlib  qızı  tapır.  İslam  dinini  qəbul  etməsini 
Əslidən  istəyir.  Əsli  etiraz  edir.  Camgöz  Kərəmi  Əsliyə 
qovuşduracağını  vəd  edib,  onu  evinə  gətirir  və  şəhərin  hakimi 
Osman  ağaya  evinə  oğru  girdi  deyə  şikayət  edir.  Osman  ağa 
Kərəmin kimliyini bildikdən sonra keşişlə arvadını zindana salır. 
Manuk  sehr  ilə  keşiş  və  arvadını  zindandan  qurtarır  və  onlar 
Tiflisə  qaçırlar,  oradan  da  Qarsa  gəlirlər.  Qarsda  Emin  paşa 
Yəhudu monastrda yerləşdirir və Kərəmi gözləyir. Kərəm Tiflisə 
gəlir, Tiflis aşıqlarının hamısına deyişmədə qalib gəlib sazlarını 
alır  və  Qarsa  gəlir.  Qars  paşasının  təkidindən  sonra  Əsli  ata-
anasının  həbs  olunmaması  şərti  ilə  Kərəmə  ərə  getməyə  razılıq 
verir.  Kərəm  Əslini  götürüb  vətəninə  yollanır.  Yolda  yenə 


Manukun  köməkliyi  ilə  Əsli  qaçırılır.  Keşiş  bir  neçə  ölkə 
keçəndən sonra Qeysəriyyəyə gəlir və oranın keşişi olur. Yolda 
bir karvançının yardımı ilə borandan qurtaran Kərəm Ərzuruma 
gəlir.  Murat  çayından  dilə  gələn  bir  balıqdan  sevgilisinin 
Qeysəriyyəyə  getdiyini  öyrənən  Kərəm  ora  gəlir.  Qeysəriyyədə 
Əhrəti  baba  adlı  bir  dərvişdən  keşişin  Rum  monastrında 
olduğunu  öyrənir.  O,  monastra  gəlib  xidmətçi  işləyir.  Keşiş 
Kərəmi  tanıyıb  ordan  qovur.  Kərəm  bir  ah  çəkir  üz-gözü  şişir. 
Bir uşaq Kərəmi Əslinin anasının yanına gətirir. O, burada otuz 
iki  dişini  çəkdirir.  Bu  zaman  Əsli  ilə  anası  onu  tanıyırlar  və 
döyərək  qovurlar.  Kərəm  allahdan  Əsliyə  də  eşq  verməsi  üçün 
dua  edir  və  duası  qəbul  olunur.  Əsli  yatdığı  zaman  ona  eşq 
badəsi verilir və o da islamı qəbul edir. Keşiş mütəsəllim Əhməd 
bəyə  pul  verib  Kərəmi  öldürtmək  istəyir.  Əhməd  bəyin  bacısı 
Həsnə xanım Kərəmi imtahan edir və onun həqiqətən haqq aşığı 
olduğu  məlum  olur.  Toy  gecəsi  Kərəm  Əslinin  xalatının 
düyməsini  aça  bilmir  və  Əsliyə  deyir  ki,  indi  məni  alov 
bürüyəcək, amma sən su tökmə. Kərəmin ağzından bir yaşıl alov 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə