" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

üzərində qırx gün gözləyir. Qırx birinci gün külək külü dağıdan 
zaman  o  saçını  süpürgə  edib  külü  yığmaq  istəyir  və  küldən  bir 
köz  qopub  onun  saçına  düşür,  Əsli  də  yanır.  Külləri  Kərəmin 
külünə qarışır. 
Hələb  paşası  Sofini  istədiyi  bir  qızla  evləndirir.  Dastanın 
Türkiyədə  çap  olunmuş  bu  iki  variantının  özləri  də  bir-
birlərindən  fərqlənir.  Kərəmin  vətəni  Yazma  nüsxədə  Şiraz, 
Basma nüsxədə İsfahandır. Kərəmin atasının adı Yazmada Süruri 
şah,  Basmada  isə  adı  yoxdur.  Kərəmin  anasının  adı  Yazma 
nüsxəyə  görə  Xədicə  Sultan,  Basma  nüsxəyə  görə  Xanım 
Sultandır. Keşişin adı Yazmada Yəhud, Basmada isə keşiş kimi 
verilir. Kərəmin adı Yazmada Şahi Gülşən, Basmada isə Əhməd 
Mirzədir.  Yazma  nüsxədə  öz  sehrkarlığı  ilə  keşişə  kömək  edən 
qarda
şı Manuk obrazına Basmada rast gəlmirik. Yazmada dərviş 
almanı  Süruri  şahla  keşişə  verir,  Basmada  isə  şahın  arvadı  ilə 
keşişin arvadına ağac verilir və bu ağacın gətirdiyi meyvəni onlar 
yeyib  uşağa  qalırlar.  Yazmada  Əslinin  ilkin  adı  Məryəm, 
Basmada  isə  Qara  Sultandır.  Dastanın  hər  iki  variantında 


Kərəmin  sevgisi  birtərəflidir.  Əsliyə  isə  sevgi  Kərəmin 
dualarından  sonra  verilir.  Əslinin  Kərəmi  sevməməkdə  israrlı 
olması  Yazma  nüsxədə  özünü  daha  qabarıq  büruzə  verir  və  s. 
kimi bu və ya digər süjetləri qeyd etmək olar. Bizim fikrimizcə, 
dastanın  yazma  nüsxəsi  onun  qədim  Azərbaycan  variantından 
götürülmüşdür. Orada olan obrazlar, bizə məlum olmayan ərazi 
adları, monastr və keşişlərin çoxluğu, xristianlığın qabardılması 
bizə belə düşünməyə əsas verir. 
Dastanın Basma nüsxəsi isə sonrakı Azərbaycan variantlarından 
götürülmüşdür.  İndi  isə  dastanın  türkmən  variantının  qısa 
məzmununa nəzər yetirək. 
Təbriz  padşahı  Ziyad  şahın  övladı  olmurdu.  O,  vəzirinin 
məsləhəti  ilə  kasıb-kusuba, ac-yalavaca  çoxlu  nəzir-niyaz 
paylayıb,  İmam  Rza  pirindən  övlad  istədi.  Onun  istəyi  yerinə 
yetirildi. Ziyad şahın bir oğlu oldu, adını Mahmud qoydular. 
Rum  vilayətində  Qara  Mələk  (türkmən  variantında  Qara  Məlik 
Qara  Mələk  kimi  verilir  -  H.E.)  deyilən  bir  padşah  yaşayırdı. 
Onun bir qızı var idi. O, Rum vilayətindən Ziyad şahın hüzuruna 


gəldi. Ziyad şah onu hörmətlə qarşılayıb, öz vilayətində ona yer 
verdi. 
Bir  gün  Mahmud  Qarabağ  vilayətinə  ova  çıxır.  Mahmudun 
tərlanı  quşun  dalınca  uçub  Qara  Mələyin  bağına  girir.  Orada 
Qara  Mələyin  qızını  görür  və  onlar  bir-birlərinə  vurulurlar. 
Adlarını da dəyişib Kərəm və Əsli qoyurlar. Kərəm Əsli ilə qırx 
gün bir yerdə olandan sonra atasının yanına dönüb, dərdə-qəmə 
batır. Nə qədər münəccim, həkim gəlsə də onun dərdinə əlac edə 
bilməyir. Bir vilayətdə bir padşah var idi. O, oğlunu qardaşı qızı 
ilə nişanlamışdı. Elə olur ki, padşah ölür və onun  yerinə keçən 
qardaşı  qızı  padşahın  oğluna  vermir.  Oğlan  məmləkətdən  çıxıb 
gəzə-gəzə  gəlib  Ziyad  şahın  ölkəsinə  çıxır.  Kərəmin  əhvalatını 
eşidir və onun hüzuruna gəlir. Kərəmin oğlandan xoşu gəlir və 
onlar dostlaşırlar. Oğlanın adı Bakır xandır. Kərəm dərdini ona 
anladır  və  Bakır  xan  da  Ziyad  şaha  əhvalatı  xəbər  verir.  Ziyad 
şah  Qara  Mələyin  evinə  elçiliyə  gedir.  O,  Ziyad  şaha  razılıq 
verir.  Lakin  bir  neçə  gündən  sonra  verdiyi  sözə  peşman  olub 
Rum vilayətinə qaçır. 


Kərəm  ata-anası  ilə  halallaşıb  dostu  Bakır  xanla  onların  izinə 
düşüb, Əslinin yaşadığı vilayətə gəlir. 
Kərəm bir dəstə qızdan Əslini xəbər alır. Qızların içindən Nərgiz 
adlı bir qız Əslini onunla görüşdürməyə söz verir. Nərgiz Əslinin 
anası  Məryəmdən  icazə  alıb  Əslini  kilsəyə  gətirir.  Qızların  hər 
biri bir istək niyyət edib dua edirlər. Əsli isə üzünü qibləyə tutub 
Kərəmi  Tanrıdan  istəyir.  Bu  zaman  Kərəm  gizləndiyi  yerdən 
çıxır  və  onlar  görüşürlər.  Əslinin  ata-anası  bundan  xəbər  tutub 
gecəynən həmən yeri tərk edirlər. Qara Mələk yolda bir çobana 
rast gəlir və Kərəmi öldürmək üçün ona yüz tümən verir. Kərəm 
çobana  yetişən  zaman  o,  Kərəmi  öldürmək  istəyir  lakin  dostu 
Bakır xan deyəndə ki, o, Ziyad şahın oğludur, çoban Kərəmdən 
üzr istəyir və Mələkin Boyat elinə tərəf getməsi xəbərini verir. 
Qara  Mələk  gəlib  bir  vilayətə  yetişir.  Buranın  hakimi  Mahmud 
xandır. Onun Əsliyə gözü düşür və Mələk razılıq verir. Toy günü 
Kərəm ora yetişir. Mahmud xan Kərəmi tanıyan kimi ondan üzr 
istəyib,  hər  ikisinin  toyunu  etməyə  qərar  verir.  Bu  zaman  gecə 
yarısı  Qara  Mələk  ailəsi  ilə  birlikdə  qaçır.  Kərəm  də  onların 


ardınca  gedir.  Yolda  dostu  (enekesi)  Bakır  xan  ölür.  Kərəmi 
Ərzurum dağlarında don vurur. Ərsə xoca adlı bir bəzirgan onu 
xilas  edir  və  sağaldır.  Bəzirgan  Kərəmin  Ziyad  şahın  oğlu 
olduğunu  eşidəndə  onun  zorla  əl-qolunu  bağlayıb  Təbrizə 
aparmaq  istəyir.  Yolda  Kərəmin  haqq  aşiqi  olduğunu  sınamaq 
üçün  ondan  dağın  onlara  yol  verməsini  tələb  edir.  Kərəm 
«Dağlar»  qoşmasını  deyir  və  dağ  qardan,  borandan  təmizlənib 
onlara yol verir. Bunun müqabilində bəzirgan Kərəmi azad edir. 
Kərəm  mağarada  gecələyir.  Qara  Mələyə  Kərəmin  qaldığı  yer 
agah olur. Mələk Əzra adlı bir quldura pul verib onu öldürməyi 
tapşırır.  Əzra  mağaraya  yaxınlaşanda  Kərəm  ona  niyyəti  haqda 
məlumat  verir.  Əzra  Kərəmin  haqq  aşiqi  olduğunu  başa  düşüb 
onlan  üzr  diləyir.  Əslinin  atası  ilə  anasını  vilayətin  hakimi 
Xunkar  qonaq  çağırır.  Bundan  istifadə  edən  Kərəm  bir  qarı 
vasitəsilə  Əsli  ilə  görüşür.  Kərəm  bir  daha  Əsli  ilə  görüşmək 
üçün onun anası Məryəmə dişini çəkdirir. Bu zaman Qara Mələk 
onu tanıyır və evindən qızıl oğurlamaqda günahlandırır. Kərəmi 
Xunkarın  adamları  tuturlar.  Xunkar  onun  edam  olunmasına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə