" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   2   3   4   5   6   7   8   9   ...   25

Azərbaycan  ziyalıları  dastan  haqqında  fikir  və  mülahizələrini 
əsasən  XIX  əsrdə  qəzet  səhifələrinə  çıxarmışlar.  Bu  baxımdan 
görkəmli pedaqoq və publisist M.Mahmudbəyovun 1906-ci ildə 
«Kaspi» qəzetindəki «Zaqafqaziya tatarlarının poeziyası haqda» 
adlı rus dilində çap olunan məqaləsi xüsusilə qiymətlidir. Müəllif 
burada  «aşıq»  sözünün  izahını  verir  və  bu  sözün  semantik 
anlamında «eşq» sözünün durması fikrinə gəlir. O, məqalədə bir 
çox  dastanlardan  söz  açır  və  «Əsli-Kərəm»  dastanı  və  onların 
qəhrəmanlarını  ətraflı  şəkildə  səciyyələndirir.  «Əsli-Kərəm» 
dastanını  tərcümə  yolu  ilə  rus  oxucusuna  çatdıran 
ziyalılarımızdan biri də Əsədulla bəy Şahtaxtinski olmuşdur. O, 
1906-
cı  ildə  «Kaspi»  qəzetində  bu  dastanın  orijinal  kimi 
Azərbaycan  variantını  götürmüş  və  tərcümə  yolu  ilə  rus 
oxucusuna  çatdırmışdır.  Bu  məqalədə  müəllif  Azərbaycan 
xalqının  özü  haqqında  oxucuya  məlumat  verir  və  xalqımızın 
cəsurluğu və qonaqpərvərliyindən söhbət açır. 
Ə.Şahtaxtinski  eyni  zamanda  el  sənətçilərimiz  –  aşıqlar  haqda 
danışır, onları bir çox xalqların el sənətçiləri ilə müqayisə edir və 


onlar  arasında  ümumi  bir  yaxınlıq  axtarır.  «Əsli-Kərəm» 
dastanından  söz  açan  müəllif  onun  əsas  kimi  Azərbaycan 
variantından istifadə etmiş və hadisələrin cərəyan etdiyi məkanın 
da Azərbaycan olduğunu göstərmişdir. 
N.Nərimanovun 1916-cı ildə «Əsli-Kərəm» dastanı ilə bağlı çap 
etdirdiyi  iki  məqaləsi  də  maraqlıdır.  O,  məqalələrinin  birində 
Ü.Hacıbəyovun  «Əsli-Kərəm»  operasından  bəhs  edir  və  onu 
dastanla  müqayisə  edir:  «Əsli-Kərəm»  hekayəsi  Üzeyir  bəy 
operasında əsl mənasını itirməmiş, əlbəttə, böylə də gərək olsun. 
İlk inşası – ilk güzgüsüdür. Bu ilk qövmün ruhunu, fikrini bütün 
əqidəsini onun inşasından bilmək olur. Öylə isə «Əsli-Kərəm» də 
əsl mətləbi aramalıyız». 
N.Nərimanovun  ikinci  məqaləsi  «Mehr  və  Mah»  yaxud  «Əsli-
Kərəm»in  astarı»  adlanır.  Məqalə  Şərifovun  «Mehr  və  Mah» 
operasından  bəhs  edir.  Şərifov  «Mehr  və  Mah»ı  «Əsli-Kərəm» 
dastanına  oxşadaraq  yazmışdır.  N.Nərimanov  onun  bu 
mövqeyinə  qarşı  çıxmış  və  «Əsli-Kərəm»  kimi  dastanı  başa 
düşməməkdə  günahlandırmışdır.  Müəllif  hər  iki  dastanı  ayrı-


ayrılıqda sənət inciləri hesab etmiş və «Mehr və Mah»ın «Əsli-
Kərəm»ə  oxşadılmasını  hər  iki  sənət  üçün  təhqir  saymışdır. 
Müəllif  Şərifovu  «Əsli-Kərəm»  dastanında  gözəl,  dərin  fəlsəfi 
anlamı  anlamamaqda  günahlandırmış,  eyni  zamanda  dastanın 
ideya-
bədii  qayəsinə  yüksək  qiymət  vermişdir.  Mətbuat  üzü 
görməyən  dastanlarımızdan  parçalar  toplandıqca  «Azərbaycan 
ədəbiyyatı  (El  şairləri)»  adı  altında  nəşr  olunmağa  başlayır.  Bu 
sahədə S.Mümtaz xüsusi fəallıq göstərmişdir. Onun 1936-cı ildə 
«Ədəbiyyat» qəzetində «Unudulmuş yarpaqlar» adlı məqaləsində 
«Əsli-Kərəm»  dastanının mətbuata məlum olmayan 34 qoşması 
verilmişdir. 
Aşıq  yaradıcılığı  ilə  1930-37-ci  illərdə  xüsusi  məşğul  olmuş 
H.Əlizadə  «Əsli-Kərəm»  dastanı  haqqındakı  qeydində  yazırdı: 
«Aşıq  Kərəmin  şerləri  olduqca  çoxdur  və  aşıqlar  arasında 
məşhurdur». O, 1937-ci ildə «Aşıqlar» kitabını ikinci dəfə daha 
mükəmməl  çap  etdirmiş  və  buraya  «Əsli-Kərəm»dən  də 
qoşmalar daxil etmişdir. 


D.Əliyeva  «Azərbaycan-gürcü  ədəbi  əlaqələrinin  tarixinə  dair» 
adlı  kitabında  «Əsli-Kərəm»  dastanına  yer  ayırmış  və  bu 
dastanın gürcü xalqı tərəfindən sevildiyini xüsusi qeyd etmişdir. 
Azərbaycandan  başqa  Türkmənistanda,  Özbəkistanda,  Şimali 
Qafqazda, Türkiyədə, Bolqarıstanda və s. ölkələrdə də dastanın 
bir  sıra  variantları  nəşr  və  tədqiq  olunmuşdur.  Bu  dastan 
Türkiyədə müxtəlif illərdə nəşr olunmuşdur. İlk dəfə hicri tarixi 
ilə  1266-cı  ildə  «Hekayeyi-Kerem  han»  adı  ilə  Raif  Ülkençi 
tərəfindən  çap  edilmişdir.  Bu  kitab  80  səhifədən  ibarətdir  və 
orada 108 qoşma vardır. 
«Kerem ile Aslı» 1930-cu ildə çap olunmuşdur. Bu nüsxə İqbal 
kitabxanasının sahibi Bəy Hüseynin söylədiyinə görə 48 il öncə 
daş  basma  üsulu  ilə  çap  olunmuş  variantını  əsas  götürmüş 
mühərrir  Əhməd  Rasim  tərəfindən  nəşr  edilmişdir.  Burada  152 
qoşma vardır. 
«Hekayeyi Aşık Kerem ile Aslı hanım» erməni hərfləri ilə türk 
dilində  1925-ci  ildə  İstanbulda  «Asadoyran  Mahdumları» 
mətbəəsində çap olunan nüsxə 158 səhifədir. Erməni əlifbası türk 


dilinin  fonetikasını  bütün  tamlığı  ilə  ifadə  edə  bilmədiyi  üçün 
dastanda vəzn, qafiyə və kəlmə pozuqları nəzərə çarpır. 
«Hekayeti-
Aşıq Kerem» adı ilə Bəsim Atalayın düzəltdiyi nüsxə 
1930-
cu  ildə  Dövlət  mətbəəsində  173  səhifədə  çap  edilmişdir. 
Dastanın xalq arasında yayılması üçün xalq danışıq üslubu əsas 
götürülmüşdür.  Dastanda  İsfahan  adı  Səmərqənd  adı  ilə  əvəz 
olunmuşdur. «Kerem ile Aslı» Orxan Seyfi Orxan tərəfindən çap 
edilmişdir.  Kitab  168  səhifədir.  Dastanın  nəsr  hissəsi  İqbal 
variantından  götürülsə  də,  verilən  qoşmalar  əsillərinə 
bənzəməyəcək  dərəcədə  təhrif  olunmuşdur.  Aydın  sezilir  ki, 
qoşmalarda müəllif daha çox öz şəxsi təxəyüllünə yer vermişdir. 
«Divan-
i Kerem» Mahmud bəy mətbəəsində hazırlanmışdır. Bu 
kitabda «Divan-
i Kerem»dən əlavə «Asuman ilə Zeycan», «Arzu 
ilə Qənbər» də vardır. Kitabda aşıq Ömərin də şerləri verilmişdir. 
Çap olunma tarixi yoxdur. 
«Kerem  ile  Aslı»  hicri  tarixi  ilə  1335-ci  ildə  Əhməd  Ehsan 
mətbəəsində  çap  edilmiş  iki  pərdə  və  44  səhifəlik  mənzum 
pyesdir.  Dastan  Fuad  Hulusu  tərəfindən  yazıya  alınmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə