“ SİMSİZ ŞƏBƏKƏLƏRDƏ MƏhsuldarliğin yüKSƏLDİLMƏSİ Üsullarinin təDQİQİ



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix11.03.2023
ölçüsü1,56 Mb.
#102309
1   ...   39   40   41   42   43   44   45   46   47
A-azad-Teymur

NƏTİCƏ VƏ TƏKLİFLƏR 
Təqdim olunmuş dissertasiya işində kompüter şəbəkələrinin iki növü - naqilli 
şəbəkə texnologiyaları və simsiz şəbəkə texnologiyaları tədqiq edilmiş və aşağıdakı 
nəticələr alınmışdır: 
1.
XX əsrin ortalarından ARPANET-dən başlayaraq istifadə olunan naqilli 
şəbəkə texnologiyalarına alternativ meydana gəlmiş daha müasir 
texnologiyaların - simsiz şəbəkə texnologiyalarının əsas xarakteristikaları 
tədqiq edilmişdir.
2.
Məlumdur ki, kompüter şəbəkələrinin qurulması müəyyən topologiyaya 
əsaslanır. Tədqiqat işində kompüter şəbəkələrinin qurulmasında istifadə 
olunan şin, halqavari, ulduz, ağacvari və qarışıq (Mesh) topologiyalara 
uyğun texnologiyaların optimallığı tədqiq edilmişdir.
3.
Kompüter şəbəkələrinin qurulma həcminə görə təsnifatını əsas götürərək 
bu texnologiyaların səmərəliliyi, onların həyatımızın müxtəlif sahələrinə 
təsiri, 
ümumi inkişaf istiqamətləri və gələcək perspektivləri 
araşdırılmışdır.
4.
Daha sonra ümumi LAN şəbəkələrinin səmərəliliyi, onların qurulmasına 
qoyulan texniki tələblər və simsiz texnologiyalar vasitəsilə LAN və 
WLAN şəbəkələrinin konfiqurasiyası ətraflı şəkildə öyrənilmişdir.
5.
Simsiz lokal şəbəkənin planlaşdırılması və layihələndirilməsi, WLAN 
şəbəkələrinin konfiqurasiyasının və parametrlərinin onların quraşdırılma 
mühitindən, mövqeyindən asılı olaraq məxfiliyinin qorunması və onlara 
daxil olan WEP, WPA, WPA, 802.1x şifrələnməsinin tətbiqi məsələləri 
tədqiq olunmuş, buraya daxil olan RADİUS server texnologiyasının 
əhəmiyyəti izah edilmiş və simsiz şəbəkə texnologiyalarında yaranan 
problemlərin həlli yolları göstərilmişdir.
6.
Əlavə olaraq AD HOC şəbəkəsi və ona daxil olan MIMO texnologiyasının 
da əsas perspektivləri və onu məhdudlşdıran amillər araşdırılmışdır.


75 
Təklif: 
ADHOC şəbəkəsi və ona daxil olan MIMO texnologiyasının 
araşdırılmasının nəticəsi olaraq UNEC-də Kampus şəbəkəsi qurula bilər.
Burada əsasən WLAN şəbəkə texnologiyasının tədris binalarında tətbiqi, 
şəbəkənin müraciət nöqtələri ilə əlaqələndirilməsi və idarəetmə 
əlverişliliyinin təmini üçün 1 radius serverin qurulması və bunun vasitəsilə 
mac ünvana uyğun olaraq 1 istifadəçi adı, mac ünvanla şəbəkə arasında 
əlaqələnmənin təşkilidir. Bu da universitet nəzdində yerləşən tədris 
binalarının lokal şəbələləri arasında təhlükəsizliyin yüksək səviyyədə 
qorunmasını təmin edəcək. 


76 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə