432
HACI ƏLĠ Qasım oğlu (?-.?)- Azərbaycan milli azadlıq hərəkatın ın fəal iştirakçılarından biri. A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamentin in üzvü. A zərbaycan Milli Şu rasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun
"una (1918, 19 noyabr) əsasən,Gəncə qəzasından Cü mhuriyyət Parla mentinin tərkibinə da xil edilmişdi.
HACI SƏLĠM SƏYYAH, Qasımzadə Hacı Səlim Hacı Qasım oğlu (1869, Vilnüs - 1943, Bakı) - maarif xadimi,
şair. Vilnüsdə rus (1883-85), İstanbulda türk və fars dillərində (1885-87) ibtidai, Misirdə "Cameyi-əzhər"də ərəb dilində
(1887-1900) orta təhsil almışdır. Bakıda "Nəşri-maa rif‖ cə miyyətinin təşkil etdiyi ikiillik pedaqoji kurslarda (1906-07)
dinləyic i olmuş, ibtidai mə ktəb müəllimi hüququ qazanmışdır. İstanbulda təhsil aldığ ı illərdə mühac ir
ko missiyasında işləmiş, Robert Lens adlı bir səyyahın yanında xid mətə başlamış, Türkiyə, Rusiya,
Misir, Hindistan və Bolqarıstan, Ərəbistan, Afrika ö lkə lərinə səyahət etmişdir. Bo mbey ş əhərində
ingilislərin təşkil etdiyi "Ölü m qəhvəsi" cəmiyyətinə yazılmış, mason lojasının üzvü olmuşdur.
Səyahətinin ilk çağlarında Ərəbistanda muzd lu hərbi xid mətə qəbul olunmuş, dağıstanlı Məhəmməd
paşanın komandası altında ərəb üsyanının yatırılmasında iştirak etmişdir.
"Nəşri-maarif‖ cə miyyətinin Ba kıda açdığı b ir sıra mə ktəblərdə müdir işlə mişdir. 1913 ildə
vəsait olma ması üzündən mə ktəblər şəhər idarəsinin ixt iyarına keçərkən, Hac ı Səlim 9-cu "rus-
müsəlman" məktəbinə müəllim təyin ed ilmişdir.
1917 ildə Anadolu hərbzədə ləri haqqında ilk kitab nəşr etdirmiş, "Qa rdaş kö məyi" toplusunda
"Hamı ağ layır, mən də ağ layıram" şerini dərc etdirmişdir.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə şəhər 3-cü türk mə ktəbində ana dili, nəğmə, id man müəllimi işlə mişdir.
Hacı Səlim zəngin ədəbi irs yaratmışdır. Pedaqoq-şair "Korlar məktəbi" (1915), "Küçə uşaqları" (1916), "Bahar" (1916),
"Xəzan" (1916), "Buz sındıran" (1917), "Eşq" (1917), "Suri-İsrafil" (1917), "Şey x və intiligent" (1917), "Ənuşiravanın
nəsayihi", "Həyyi-ə la xey rül-ə məl", "Siratə l-müstəqim", "Məkkə xat iratım", "Mey, məşuqə və qumar, ya xud bir əyyaşın
macə rası", "Hesab əyləncələri" və s. əsərlərin müə llifid ir.
HACIBABABƏYOV Mehdi bəy (1871-1925) - ictimai-siyasi xad im. A zərbaycanın istiqlal mübarizəsinin fəal
iştirakçılarından biri. Zaqafqaziya seyminin, Zaqafqaziya Demo kratik Federativ Respublikasın ın süqutundan (1918, 26 may )
sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü o lmuşdur. Milli Şuran ın A zərbaycanın İstiqlal bəyannaməsini qəbul
edən 26 ü zvündən biri idi.
Bakı realn ı məktəbin i bitirmiş, 1901 ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. " Nicat" xeyriyyə
cəmiyyətinin katiblə rindən biri olmuş, a xşa m kurslarında dərs demiş, "Nicat" cə miyyətinin teatr bölməsinə başçılıq et miş,
eyni za manda, "Nicat" cə miyyətin in 1-c i şəhər rus-tatar məktəbin in direktoru seçilmişdir. Müəssislər Məclisinin çağ ırılması
üzrə mərkəzi ko missiyanın üzvü idi. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis
edilməsi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Azərbaycan Xalq Cü mhuriyyəti Parla mentinin tərkibinə da xil
edilmişdi. "Müsavat" fraksiyasının (sonralar "Müsavat" və bitərəflər fraksiyası) ü zvü id i.
HACIBƏYLĠ Ceyhun bəy Əbdülhüseyn oğlu (2.2.1891, Şuşa - 22.10.1962, Paris) - ictimai
xadim, d ilçi, tarixçi, jurnalist, tərcüməçi. Üzeyir bəy Hacıbəylinin kiçik qardaşıdır. İbtidai təhsilin i
Şuşada rus-tatar məktəbində almış, orta təhsilini Bakıda tamamlamışdır. " Leyli və Məcnun"
operasının yaradılmasında yaxından iştirak etmiş, ilk tamaşada (1908) iki ro lda - İbn Səlam və Nofəl
rollarında çıxış etmişdir. 1908 ildə Üzeyir bəylə b irlikdə Əli bəy Hüseynzadənin müdir olduğu
"Səadət" mə ktəbində müəllim işlə mişdir.
Ceyhun bəy Hacıbəyli milyonçu-xeyriyyəçi Murtuza Muxtarovun vəsaiti ilə Peterburq
Universitetinin hüquq fakültəsinə daxil olmuş (1909), oradan Paris ə gedərək, Sorbonna
Universitetində oxu muşdur. C.Hac ıbəylin in Parisdən göndərdiyi məqalə lər Ba kıda rus dilində çıxan
qəzetlərdə dərc olun muşdur. O, 1909 ildə "Ba kı" qə zetində dərc olun muş "Müs əlman lar və incəsənət"
məqa ləsində dövrün aktual məsələlə rinə to xunurdu. C.Hacıbəyli "Ley li və
433
Məcnun" operasının yaran ması və ilk ta maşası haqqında Fransa mətbuatında çıxış et miş, opera barədə Qə rbi Avropa
xalq larına geniş məlu mat vermişdir ("Revyü de Monde mü zülman" jurnalı, aprel, 1910).
1916 ildə ali təhsilini başa vurub Bakıya qayıdan Hacıbəyli mühə rrirliklə məşğul olmuş, doğma xalq ının acına-
caqlı vəziyyəti haqqda mətbuat səhifələrində ço xlu məqalə dərc etdirmişdir ("Kaspi", № 18, 22, 24, 28, 34, 1917).
Məqalələrini, əsasən, "C.Dağıstani" tə xəllüsü ilə yazırdı. "Ba kı müs əlman ictimai təşkilatları ko mitəsinin xəbərlə ri"ni (rus
dilində) redaktə et mişdir.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) Hacıbəyli Cü mhuriyyət Höku mətinin rəsmi orqanı o lan
"Azərbaycan" qəzetinin redaktorlarmdan biri olmuşdur. Qə zet Azə rbaycan dilində çıxan a lt mc ı nö mrəsindən, rus dilində isə
beşinci nömrəsindən " mühərrirləri: Ceyhun bəy Hacıbəyli və Şəfi bey Rüstəmbəyli" imzalan ilə buraxıl-mışdır. 1918 il
noyabrm 28-dən Azə rbaycan dilində olan nö mrə lər C.Hacıbəylinin, rus dilindəki nö mrə lər isə Şəfi bəy Rüstəmbəylinin
redaktorluğu ilə çıxmışd ır. Paris sülh konfransında (1919-20) iştirak etmək üçün Azərbaycan Xalq Cü mhuriyyəti
nümayəndə heyətinin tərkib inə müşavir kimi "Azərbaycan" qəzetinin redaktoru C.Hacıbəyli də daxil edilmişdi. Qəzetin 1919
il 9 yanvar tarixli 83-cü nö mrəsində Ceyhun bəy Hacıbəyli "Möhtərəm qare lərimizə" mürac iətində yazırdı: "Vətən və millət
yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifətilə ifaya məşğul ikən, vətən övladlarının
xahiş və əmrinə müti olaraq cahan sülh konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs
bir vəzifə düşdü.
Bu böyük xidməti möhtərəm arkadaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə, qəzetə
idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı
olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və
səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim".
Bununla əlaqədar ola raq, 1919 il yanvarın 16-da bura xılmış 89-cu nömrəsindən etibarən "Azərbaycan" qəzetini
redaktor kimi Üzeyir bəy Hacıbəyli imzalamışdır.
Parisdə C.Hacıbəylinin fransız dilində "İlk müsəlman respublikası Azə rbaycan" (1919) adlı kitabı çapdan çıxmış -
dır. Həmin ildə C.Hacıbəylin in Parisdə "Revyü de Monde müzü lman" jurnalında 1918 ildə Bakıda, eləcə də Şamaxı,
Kürdəmir və Xaçmazda erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhalini kütləvi şəkildə qırmasını kəskin ifşa edən
məqaləsi çap olun muşdur. O, Pa risdə "Fransa-Qafqaz" ko mitəsinin işinə cə lb edilmişdi. C.Hac ıbəyli Aprel işğalından (1920)
sonra Vətənə dönə bilmə miş, Pa risdə qalmağa məcbur olmuş, ömrünü mühacirətdə başa vurmuşdur. Parisdə Azərbaycan
mədəniyyətinin təbliği yönündə qızğın fəaliyyət göstərmişdi. 1920 ilin əvvəllərində Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili
ko mediyasını fransız d ilinə tərcü mə etmiş və əsər həmin il tamaşaya qoyulmuşdur. 1926 ildə çap etdirdiyi "Azərbaycan
teatrı" adlı məqaləsində o, fransız o xucularına Hüseyn Cavid və Cəfər Cabbarlının yaradıcılığ ı haqqında məlu mat vermişdir
("Revyü de Monde müzülman", №3). "Ümu mi yenidənqurma problemində Azərbaycanın iqtisadi bərpası" əsərində (1922-
23) C.Hacıbəyli təbii sərvətlərdən səmərəli istifadə edilməklə A zərbaycanın müstəqil iqtisadi inkişafı ideyasını
əsaslandırmışdır. 1928 ildə nəşr etdirdiy i " XIX əsrin əvvəlləri Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov" məqaləsində
Azərbaycan tarixşünaslığı və arxeologiyasının banisi, ensiklopedik biliyə malik Abbasqulu ağa Bakıxanovu fransız
oxucularına tanıtmışdır ("Jurnal Aziatik", iyul-sentyabr, 1928). Onun 1905-10 illər A zərbaycan mətbuatı tarixinə dair
məqa ləsi ("Aziatik Revyü" jurnalı, 27-c i c ild, №90, 1931) isə xa lqımızın mədəniyyətini öyrənən Qə rbi Avropa alimlə ri üçün
istiqamətverici mənbə rolu oynamışdır. C.Hacıbəylinin 1933 ildə çap etdirdiyi "Qafqaz Azə rbaycanının Qarabağ dialekt i" adlı
elmi məqa ləsi ("Jurnal A ziatik" yanvar-may, 1933) A zərbaycan və Qərb i Avropa dilç iliy i üçün indi də ö z əhə miyyətini
itirmə mişdir.
Məşhur fransız şərqşünasları A.Beniqsen və Ş.Le merse Ke lke jenin 1964 ildə Pa risdə fransız dilində nəşr etdirdik-
ləri "Rusiyada 1920 ilə qədər ç ıxan müsəlman mətbuatının tarixi" ad lı əsərin müqəddiməsindən məlu m o lur ki, Azə rbaycan
mətbuatına dair fəslin hazırlan masında C.Hac ıbəyli də iştira k et mişdir.
C.Hacıbəyli Əbdürrəh man bəy Fətəlibəyli-Düdənginskinin təşkil etdiyi "Azərbaycan Milli Birlik Məclisi" idarə
heyətinin üzvü, Məc lisin orqanı olan "Azərbaycan" jurnalının (Mün xen) redaktoru olmuşdur (1954 ildə nəşri dayan-
dırılmışdır).
Ceyhun bəy Hacıbəyli ö mrünün son illərində SSRİ-ni öyrənən institutun Parisdə fransızca nəşr etdiyi "Qafqaz" jur-
nalının A zərbaycan bölməsində gedən yazıların redaktəsi ilə məşğul olmuşdur. 1959 ildə həmin institutun xətti ilə
Münxendə Ceyhun Hacıbəylinin "Azərbaycanda islam əleyhinə təbliğat və onun metodları" əsəri çap o lunmuşdur.
Ceyhun Hacıbəylin in şəxsi fondunu YUNESKO-nun əməkdaşı Ramiz Abutalıbov böyük zəhmət və çətinliklər
bahasına toplamış və Azərbaycana gətirmişdir. Həmin materiallar hazırda Salman Mümtaz ad ına Respublika Dövlət
Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunur.
Əsərləri: Избранное, Б., 1993
.
Əd.: Əliyev M., Ceyhun Hacıbəyli, "Azərbaycan Demo kratik Respublikası: Azərbaycan Höku məti (1918-1920)"
kitabında, B., 1990.