[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
100 
 
[133] Əgər bir insandan bidət olan bir şey sənə görünərsə, ondan ehtiyatlı 
ol, çünki sənə gizli qalanlar şübhəsiz ki, sənə zahirdə görünənlərdən çoxdur. 
[134]  Əgər  əhli-sünnətdən  bir  kimsənin  tutduğu  yol  və  məzhəbinin  pis 
olduğunu, fasiq və facir, günah sahibi, yolunu azmış olduğunu görsən və o, 
(bu halı ilə belə) sünnət üzərindədirsə, onunla yoldaşlıq et, onunla otur dur! 
Çünki onun günahları sənə zərər verməz. Lakin əgər müctəhid – hətta zahid 
və özünü ibadətə həsr etmiş biri olduğu görünsə belə -, amma bidət sahibi 
birini  görsən  onunla  oturub  durma,  onun  yanında  olma,  sözünü  dinləmə, 
onunla  bir  yol getmə!  Çünki  mən  onun öz  təriqətini  bəzəməyəcəyindən  və 
nəticədə onunla birlikdə həlak olmayacağından əmin deyiləm. 
Yunus bin Ubeyd öz oğlunu bidət sahibi birinin yanından çıxarkən gördü və 
dedi:  “Ey  oğul!  Haradan  gəlirsən?”  Dedi:  “Fılankəsin  yanından.”  Dedi:  “Ey 
oğul!  Sənin  bir  xunsənin
162
 evindən  çıxdığını  görməyim  mənim  üçün 
fılankəsin
163
 evindən  çıxdığını  görməyimdən  daha  sevimlidir.  Allahın 
hüzuruna,  ey  oğul,  zinakar,  oğru,  fasiq,  xain  kimi  çıxmağın  mənim  üçün 
Onun hüzuruna fılankəs və fılankəslərin etiqadı üzərində çıxmağından daha 
sevimlidir.
164
 
Məgər  görmürsən  ki,  Yunus  bin  Ubeyd  xunsənin  oğlunu  dinindən 
azdırmayacağını, bidət sahibinin isə onu kafir edənə qədər onu (dinindən) 
azdıracağını bilirdi?! 
[135]  Öz  zamanının  insanlarından  xüsusilə  çox  ehtiyatlı  ol!  Kiminlə 
oturduğuna,  kimə  dinlədiyinə,  kiminlə  yoldaşlıq  etdiyinə  fikir  ver,  çünki 
insanlar  onlardan  Allahın  qoruduğu  kimsələr  müstəsna  olmaqla  sanki 
riddət içindədirlər.  
                                                            
162
 Xunsə  həm  erkək,  həm  də  dişi  cinsi  üzvü  olan  kəslərdir.  Əxlaqsız  bir  qadının  evini 
ziyarət  etmək  bir  müsibətdirsə,  xunsənin  evini  ziyarət  etmək  isə  iki  müsibətdir,  çünki 
bu, insanlar yanında daha çirkin qarşılanır. 
163
 Bəzi  əlyazmalarda  onun  adı  Amr  bin  Ubeyd  olaraq  zikr  olunub  və  o,  mötəzililərin 
imamlarından biridir. 
164
 Bunun bənzərini əl-Laləkai “Şərh Usul İtiqad Əhl əs-Sunnə val-Cəməa”da (2/817-818; 
rəq: 1378), əl-Xatib “Tarix Bəğdəd”də (12/172), əl-Bəğavi “əl-Cadiyyət”də (1/203; rəq: 
1330), Əbu Nueym “əl-Hilyə”də (3/21) rəvayət ediblər.
  


 
 
101 
 
[136] Bax və bir adamın İbn Əbi Duad’ı
165
, Bişr əl-Mərisi’ni
166
, Suməmə’ni
167
 
və  ya  Əbul-Huzeyl’i
168
 və  ya  Hişəm  əl-Futi’ni  və  ya  onlara  tabe  olanlardan 
birini  və  ya  tərəfdarlarından  birini  (gözəl  sözlərlə)  yad  etdiyini  eşitsən 
ondan ehtiyatlı ol, çünki o, bidət sahibidir, çünki bu kəslər riddət üzərində 
olublar və onları xeyir ilə yad edən adamı tərk et! Onlardan birini yad edən 
onlarla eyni səviyyədədir. 
 
∗∗∗ 
 
[137]  İslamda  (insanın  etiqadını)  sınağa  çəkmək  bidətdir,  bizim  bu 
günümüzə  gəldikdə  isə  sünnətə  görə  imtihan  edilirlər
169
,  çünki  o  deyib: 
“Şübhəsiz  ki,  bu  elm  dindir,  ona  görə  də  dininizi  kimdən  götürdüyünüzə 
fikir  verin!”  “Yalnız  şəhadətini  qəbul  etdiyiniz  kimsələrdən  hədis  qəbul 
edin!” 
Beləliklə  baxmalısan,  əgər  sünnət  sahibidirsə,  elmi  varsa  və  saduqdursa, 
ondan (hədis) yaza bilərsən, əks təqdirdə onu tərk etməlisən! 
 
∗∗∗ 
 
                                                            
165
 O,  Əhməd  bin  əl-Fərəc  bin  Əbi  Duad  əl-İyədi  əl-Mötəzilidir.  Zəlalət  imamlarından 
biridir.  Zamanında  sultanı  insanları  “Quran  məxluqdur”  deməklə  imtihana  çəkməyə 
sövq etmişdi. Hicri 240-ci ildə həlak olub. 
166
 Bişr  bin  Ğiyəs  bin  Əbi  Kərimə  əl-Mərisi  mötəzilə  şeyxlərindən  biri  olub.  Quranın 
məxluq olduğunu deyən və buna dəvət edənlərdən biri idi. Hicri 218-ci ildə vəfat edib. 
167
 Suməmə  bin  Əşras  ən-Nəmimi  mötəzililərin  rəhbərlərindən  biri  olub.  Hicri  213-cü 
ildə vəfat edib. 
168
 Muhamməd  bin  əl-Huzeyl  bin  Abdilləh  Əbul-Huzeyl  əl-Alləf  əl-Basri  mötəzililərin 
şeyxi və bidət və zəlalət imamlarından biri olub. Hicri 235-ci ildə vəfat edib. 
169
 Anladığımız  kimi  müsəlmanları  imtihan  etmək  kimin  hədisinin  qəbul  edilib 
edilməyəcəyini  öyrənmək  üçündür.  Bizim  zamanımızda  belə  bir  ehtiyac  olmadığı  üçün 
insanların  etiqadını  öyrənmək  üçün  imtihana  çəkmək  olmaz,  çünki  bu,  müəllifin  də 
dediyi kimi bidətdir. 


 
 
102 
 
[138]  Əgər  haqq üzərində  və  səndən  əvvəlki  sünnət  əhlinin  yolu  üzərində 
müstəqim  olmaq  istəsən  kəlam  elmindən,  kəlam  əhlindən,  münaqişə, 
mübahisə,  qiyas  və  dində  münazərə  etməkdən  uzaq  dur!  Onlardan  bir  şey 
götürməsən belə onların sözünə qulaq asmağın qəlbdə şəkk doğurur, bu da 
qəbul  etmək  üçün  kifayət  edir  ki,  nəticədə  həlak  olursan.  Kəlam  elmi, 
münaqişə, mübahisə və qiyas ortaya çıxmasaydı zındıqlıq, bidət, zəlalət əsla 
mövcud olmazdı, çünki bunlar bidətin, şəklərin və zındıqlığın qapılarıdır. 
[139]  Öz  nəfsinin  qayğına  qal!  Əsərə  və  əsər  əhlinə  tabe  olman  və  təqlid 
etmən vacibdir, çünki bu din yalnız təqliddir, [yəni peyğəmbərə,  salləllahu 
aleyhi  va  səlləm  və  əshabına,  ridvanullah  aleyhim  əcməin!]  Bizdən 
əvvəlkilər  bizi  çaşqınlıqda/qarmaqarışıqlıqda  buraxmayıblar  və  onları 
təqlid  et  və  rahatlıq  tap!  Əsər  və  əsər  əhlindən  ötəyə  həddi  aşma! 
Mütəşabihlərdə dur və (onlara) heç bir şeyi qiyas etmə! Özündən bir hiylə 
çıxardıb  onunla  bidət  əhlini  rədd  etməyə  çalışma,  çünki  sənə  onlarla 
münasibətdə  sakit durmaq əmr  olunub  və  sənin  nəfsinə (təsir  etmələrinə) 
imkan vermə! 
Bilmirsənmi  ki,  Muhamməd  bin  Sirin
170
 fəziləti  ilə  birlikdə  bir  məsələdə 
belə  bidət  əhlindən  bir  nəfərə  cavab  verməmiş,  nə  də  ondan  Allahın 
Kitabındakı  bir  ayəni  belə  dinləməmişdir.  Buna  görə  də  ondan  soruşanda 
demişdir: “Qorxuram ki, ayəni təhrif edər və qəlbimə bir şəkk düşər.”
171
 
[140] Əgər bir adamın peyğəmbərdən – salləllahu aleyhi va səlləm – gələn 
əsərləri  eşidərkən  “biz  Allahı  təzim  edirik!”  dediyini  eşitsən  bil  ki,  o, 
cəhmidir.  Allahın  elçisinin  –  salləllahu  aleyhi  va  səlləm  -  əsərlərini  rədd 
etmək istəyir və bu sözü ilə Allahın elçisinin – salləllahu aleyhi va səlləm - 
əsərlərini  dəf  edir.  O,  (Allahı  axirətdə)  görmək,  (Allahın  dünya  səmasına) 
enməsi və buna bənzər hədisləri eşidərkən Allahı təzim etdiyini, Onu tənzih 
etdiyini iddia edir. Məgər o, Allahın elçisinin – salləllahu aleyhi va səlləm - 
əsərlərini  rədd  etmirmi?!  Əgər  “biz  Allahın  bir  yerdən  başqa  yerə 
köçməyəcəcək  qədər  Əzəmətli  olduğuna  etiqad  edirik”  deyərsə  artıq  o, 
                                                            
170
 Muhamməd bin Sirin bin Əbi Amr Əbu Bəkr əl-Ənsari məşhur tabii alim və imamdır. 
Malik bin Ənəsin azadlı quludur. Tabe olunan imam, fəqih və təqva əhlidir. Hicri 110-cu 
ildə vəfat edib. 
171
 Bunu  əd-Dərimi  ”əs-Sünən”də  (1/120;  rəq:  394),  əl-Laləkai  “Usul  İtiqad  Əhlis-
Sunnə”də  (1/150-151;  rəq:  242),  İbn  Vaddah  əl-Qurtubi  “əl-Bidə  van-Nəhyu  anhə”də 
(səh:53), İbn Batta “əl-İbənə əl-Kubra”da (377) rəvayət ediblər. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə