[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
103 
 
Allahı başqalarından daha yaxşı tanıdığını iddia etmişdir. Onlardan uzaq ol, 
çünki  adi  camaatın  çoxu  və  digərləri  onların  halındadır  və  insanları  onlar 
haqqında xəbərdar et! 
 
∗∗∗ 
 
[141]  Əgər  bir  kimsə  səndən  bu  kitabdakı  bir  məsələ  haqqında  soruşsa, 
əgər o, (bununla) haqqı öyrənməyi qəsd edirsə onunla danış və ona doğru 
yolu göstər! Lakin əgər gəlib səninlə münazərə etmək istəsə ondan uzaq ol, 
çünki  münazərədə  münaqəşə,  mücadələ,  qalib  gəlmək  istəyi,  düşmənçilik, 
qəzəb  vardır  və  sənə  bunlar  qəti  olaraq  qadağan  edilib.  Hər  ikiniz  də 
birlikdə  haqq  yolundan  çıxmış  olursuz.  Fəqihlərimizdən,  alimlərimizdən 
heç  kimsədən  onun  münazərə  və  ya  mücadələ  və  ya  düşməncə  rəqabət 
aparması barədə bir xəbər bizə gəlib çatmayıb. 
[142] əl-Həsən əl-Bəsri
172
 dedi: “Hikmətli adam hikmətini yaymaq üçün nə 
mübahisə  edər,  nə  də  yaltaqlanar.  Əgər  (hikməti)  qəbul  olunarsa  Allaha 
həmd edər, rədd edilərsə (yenə) Allaha həmd edər.”
173
 
Bir  nəfər  əl-Həsən’in  yanına  gəldi  və  dedi:  “Din  barədə  səninlə  münazirə 
edək?”  əl-Həsən  (ona)  dedi:  “Mən  öz  dinimi  bilirəm,  əgər  sən  öz  dinini 
itirmisənsə get özün axtar!”
174
 
Allahın elçisi – salləllahu aleyhi va səlləm – evinin qapısı qarşısında bir qrup 
insanın  (danışığını)  eşitdi  ki,  onlardan  biri  belə  deyirdi:  “Məgər  Allah  belə 
demir?”  Bir  başqası  dedi:  “Məgər  Allah  belə  demir?”  (Evindən)  qəzəbli 
halda  çıxdı  və  dedi:  “Sizə  bu  əmr  edilibmi?!  Bəlkə  sizə  buna  görə 
(peyğəmbər  olaraq)  göndərilmişəm  ki,  siz  Allahın  Kitabının  bir  hissəsini 
                                                            
172
 Əbu Said əl-Həsən bin Əbil-Həsən əl-Basri böyük tabii imamlardan biridir. Hicri 110-
cu ildə vəfat edib. 
173
 Bunu  Nueym  bin  Həmməd  “əz-Zəvaid  aləz-Zuhd  li  İbn  əl-Mubarək”də  (səh:  8;  rəq: 
30) rəvayət edib. 
174
 Bunu əl-Laləkai ”İtiqad Əhlis-Sunnə”də (1/144; rəq: 215), əl-Acurri “əş-Şəria”da (səh: 
57) və İbn Batta “əl-İbənə əl-Kubra”da (586) rəvayət edib.
 


 
 
104 
 
digər  hissəsilə  toqquşdurasınız?!”
175
 Beləliklə  münaqəşə  etmələrini 
qadağan etdi. 
İbn  Ömər  münazərəni  sevməzdi  və  Malik  bin  Ənəs,  ondan  əvvəl  və  ondan 
sonra  günümüzə  qədər  (yaşamış)  kəslər  (münazərəni  sevməzdi).  Allahın 
sözü yaratdıqlarının sözündən daha böyükdür. Allah – Təbərakə va Təalə - 
deyir:  
“Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər.”
176
 
Bir  adam  Ömərdən  soruşdu:  “ən-Nəşitati  Nəşta”  nə  deməkdir?”  (Ömər) 
dedi: “Əgər başın qırxılı olsaydı, boynunu vurmuşdum.”
 177
 
Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Mömin münaqəşə etməz 
və mən Qiyamət günü münaqəşə edənə şəfaət etməyəcəm. Xeyrinin azlığına 
görə münaqəşəni tərk edin!”
178
 
[143] Bir kimsədə sünnətin xüsusiyyətlərinin bir arada olduğunu bilmədiyi 
təqdirdə  müsəlman  bir  zatın  o  kəs  haqqında  “fılankəs  sünnət  əhlidir” 
deməsi  halal  deyildir.  Sünnətin  hamısı  onda  bir  arada  olmadığı  müddətdə 
ona “sünnət əhlidir” deyilməz. 
Abdullah bin əl-Mubərək deyib: “Yetmiş iki bidətin kökünü dörd bidət təşkil 
edir,  beləliklə  bu  dörd  bidətdən  bu  yetmiş  iki  bidət  ayrılmışdır.  (Bu  dörd 
bidət bunlardır) : qədərilik, mürciəlik, şiəlik və xaricilik.”
179
 
Kim Əbu Bəkri, Öməri, Osmanı və Əlini peyğəmbərin – salləllahu aleyhi va 
səlləm  –  digər  səhabələrindən  üstün  tutarsa  və  digərləri  haqqında  yalnız 
                                                            
175
 Bunu  İmam  Əhməd  ”əl-Musnəd”də  (2/195-196;  rəq:  6845-6846)  və  İbn  Əbi  Asim 
“əs-Sunnə”də (406) rəvayət ediblər. Şeyx əl-Albani “Ziləlul-Cənnə”də həsən sayıb. 
176
 Ğafir, 4 
177
 Ömərə  bu  sualı  verən  Sabiğ  bin  Useyl’dir.  Bu  ləfzi  isə  əl-Laləkai  “İtiqad  Əhlis-
Sunnə”də (2/701-702; rəq: 1136) və İbn Asəkir tarixində (23/412) rəvayət edib. Bunu 
Şeyxul-İslam İbn Teymiyyə “əs-Sarim əl-Məslul” kitabında (2/356-367) səhih sayıb.
 
178
 Bunu  ət-Tabərani  ”əl-Mucəm  əl-Kəbir”də  (8/152;  rəq:  7659),  İbn  Hibban  “əl-
Məcruhin”də  (2/225-226)  və  İbn  Asəkir  tarixində  (33/367-368)  rəvayət  edib.  İbn 
Hibban  hədisin  ravisi  Kəsir  bin  Mərvan  haqqında  deyir:  “O,  münaqəşə  hədisinin 
sahibidir.  Hədisləri  çox  münkərdir.  Onu  dəlil  kimi  istifadə  və  ondan  rəvayət  etmək 
olmaz,  yalnız  təəccüb  üçün  istifadə  etmək  istisnadır.”  Beləliklə  İbn  Hibban  hədisin 
münkər olduğunu demişdir. 
179
 Bunu İbn Batta “əl-İbənə əl-Kubra”da (278) rəvayət edir. 


 
 
105 
 
xeyir  söz  söyləyərsə  və  onlara  dua  edərsə,  şiəlikdən  tamamilə 
qurtulmuşdur. 
Hər  kim  “iman  söz  və  əməldir,  artar  və  azalar”  deyərsə  ircadan  tamamilə 
qurtulmuşdur. 
Hər kim “hər xeyirxah və hər facirin arxasında namaz caizdir və hər xəlifə 
ilə  cihad  vardır”  deyərsə,  qılınc  ilə  sultana  qarşı  çıxmağı  caiz  görmürsə  və 
onların islah olmaqları üçün dua edirsə, xaricilərin görüşlərindən tamamilə 
qurtulmuşdur. 
Qədərin  hamısının  xeyri  və  şərri  ilə  Allahdan  olduğunu,  Allahın  dilədiyini 
azdırdığını  və  dilədiyini  doğru  yola  yönəltdiyini  deyən  kimsə  qədərilərin 
görüşündən tamamilə qurtulmuş olur və o, sünnət sahibidir. 
 
∗∗∗ 
 
[144]  Peyda  olmuş  bir  bidət  vardır  ki,  Əzəmətli  Allaha  qarşı  küfrdür,  ona 
etiqad  edən  hər  kəs  kafirdir  və  bunda  heç  bir  şəkk  yoxdur:  rac’ə  inancına 
inanan və Əli bin Əbi Talibin diri olduğunu, Qiyamət günündən əvvəl onun 
və  Muhamməd  bin  Əli,  Cafər  bin  Muhamməd  və  Musa  bin  Cafərin 
qayıdacağını  deyən,  imamlar  haqqında  danışan,  onların  qeybi  bidliklərini 
deyən  kəslərdən  uzaq  dur,  çünki  onlar  və  bu  görüşdə  olanlar  Əzəmətli 
Allaha qarşı kafirdirlər. 
Tu’mə  bin  Amr
180
 və  Sufyan  bin  Uyeynə  deyib:  Kim  Osman  və  Əlinin 
məsələsində  durarsa  o,  şiədir,  adil  sayılmaz.  Onunla  danışılmaz  və  onunla 
oturub durulmaz.  Əlini  Osmandan üstün  tutan  isə  rafizidir,  peyğəmbərin – 
salləllahu aleyhi va səlləm – səhabələrinin qərarını tərk etmişdir.
181
 
                                                            
180
 Tu’mə bin Amr əl-Amiri əl-Kufidir. İbn Main onu etibarlı hesab edib. Hicri 168-ci ildə 
vəfat edib. 
181
 Təhqiq əhli yanında ən doğru görüş budur ki, bu səbəblərə görə insan bidətçi olmaz 
və  buna  görə  şəhadəti  inkar  olunmaz,  əksinə  əhli-sünnət  alimləri  içində  bu  görüşdə 
olanlar  da  vardır.  əl-Hafiz  İbn  Həcər  əl-Asqalani  “Lisənul-Mizən”  kitabında  (1/314) 
İbrahim bin Abdil-Aziz bin əd-Dahhak haqqında danışarkən deyir: “Əbuş-Şeyx və sonra 
Əbu  Nueym  zikr  edir  ki,  o,  (yəni  İbrahim  bin  Abdil-Aziz)  hədis  rəvayət  etmək  üçün 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə