[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 
 
89 
 
demişdir: “Həqiqətən Allah – Təbərakə va Təalə - Bədr əhlinə baxdı və dedi: 
“Dilədiyinizi edin, çünki Mən sizi bağışlamışam.”
128
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
128
 Bunu əl-Buxari (3007) və Muslim (2494) Əlinin hədisindən rəvayət ediblər. 


 
 
90 
 
 
 
 
(Fəsl) 
 
[106] Bil ki, - Allah sənə rəhm etsin! – bir müsəlmanın malı yalnız onun öz 
könül  xoşluğu  ilə  verməsi  halında  halal  ola  bilər.  Hətta  əgər  bir  kimsədə 
haram  bir  mal  varsa  o  mal  onun  öz  boynundadır, həmin maldan  onun izni 
olmadan  bir  şey  götürmək  heç  kəsə  caiz  deyildir,  çünki  ola  bilsin  ki,  bu 
adam  tövbə  etsin  və  malı  öz  sahiblərinə  geri  versin,  yoxsa  sən  haram  bir 
mal götürmüş olacaqdın. 
[107]  Qazanclar  mütləqdir;  sənə  onlardan  səhih  olduğu  görünənlər 
mütləqdir,  yalnız  fasid  olduğu  aşkar  olan  istisnadır.
129
 Əgər  fasiddirsə,  o 
maldan  zəruri  ehtiyacını  qarşılayacaq  qədərini  götürə  bilər.  “Qazancı  tərk 
edim,  (insanların)  verdiyini  götürüm”  deməməlidir.  Nə  səhabələr,  nə  də 
bizim  bu  zamanımıza  qədər  yaşamış  alimlər  belə  etməyiblər.  Ömər  – 
radiyallahu  anhu  –  deyib:  “Tərkibində  bir  qədər  alçaqlıq  olan  qazanc 
insanlardan dilənməkdən yaxşıdır.
130

131
 
 
∗∗∗ 
 
                                                            
129
 Bu, ümumi fiqhi bir qaydadır. Qazanc, maaş, mükafat və ticarət kimi işlərdə haram və 
ya  haramla  qarışmış  mal  aşkara  çıxmayana  qədər  əsli  hökm  halal  olaraq  qalır.  Əgər 
malın haram olduğu aşkar olarsa onu götürmək haram olar, malın qarışıq olduğu aşkar 
olarsa qarışıqlığın miqdarında məkruh olar. 
130
 Ola  bilər  ki,  insanlar  hər  hansı  bir  işə  dəyərsiz  və  alçaq  bir  iş  kimi  baxsınlar.  Misal 
üçün  zibil  daşıyan  və  buna  bənzər  işlər  insanların  gözündə  həqir  və  dəyərsiz  işlərdir. 
Lakin dilənmək əvəzinə o cür işə qatlanmaq qat-qat xeyirlidir. 
131
 Bunu  İbn  Əbid-Dunyə  “İsləhul-Məl”  (səh:  298;  rəq:  321),  İbn  Hibbən  “əs-Siqat”da 
(8/204),  İbn  Abdil-Bərr  “ət-Təmhid”də  (18/329)  Ömər  bin  əl-Xattab’dan  rəvayət 
ediblər. Bu rəvayətlərin bəzilərində alçaqlıq, həqirlik mənasını verən “əd-dəniyyə” sözü 
yerinə şübhə mənasını verən “ər-riybə” sözü gəlmişdir. 


 
 
91 
 
[108]  Beş  vaxt  namazı  kimin  arxasında  qılsan  caizdir,  həmin  insanın  bir 
cəhmi olması isə istisnadır, çünki o, tətil əhlidir. Əgər belə birinin arxasında 
namaz  qılsan  namazını  yenidən  qıl!  Əgər  cümə  günü  imamın  bir  cəhmi 
olarsa  və  o,  sultandırsa,  arxasında  namaz  qıl  və  (sonra)  namazını  yenidən 
qıl!  Əgər  sənə  imamlıq  edən  sultan  və  ya  bir  başqası  sünnət  sahibirsə 
arxasında namaz qıl və namazını təkrarlama!  
 
∗∗∗ 
 
[109] Əbu Bəkr və Ömərin Aişənin otağında peyğəmbər – salləllahu aleyhi 
va səlləm – ilə olduğuna iman etmək; onunla birlikdə orada dəfn olunublar. 
(Peyğəmbərin) qəbrinin yanına gəlsən peyğəmbərdən – salləllahu aleyhi va 
səlləm – sonra onların ikisinə də salam vermək vacibdir.
132
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
132
 Bu, müəllifin ictihadıdır. Alimlər arasında məşhur olan görüş budur ki, peyğəmbərin 
– salləllahu aleyhi va səlləm – qəbrini ziyarət etmək və salam vermək müstəhəbdir. 


 
 
92 
 
 
 
 
(Yaxşılıqları əmr edib pisliklərdən çəkindirmək) 
 
[110]  Qılıncından  və  ya  əsasından  qorxmaq  halı  müstəsna  olmaqla  (digər 
bütün hallarda) yaxşılıqları əmr edib, pisliklərdən çəkindirmək vacibdir.
133
 
[111] Salam Allahın bütün qullarına verilməlidir. 
 
∗∗∗ 
 
[112] Kim heç bir üzr olmadan məsciddə cümə və camaat namazlarını tərk 
edərsə o, bidətçidir. Üzr isə misal üçün məscidə getməyə taqəti olmayacaq 
şəkildə xəstəlik və ya zalım sultandan qorxudur. Bundan başqa hallarda isə 
onun üzrü yoxdur. 
[113] Kim bir imamın arxasında namaz qılar, lakin ona tabe olmazsa, onun 
namazı yoxdur. 
 
∗∗∗ 
 
[114] Yaxşılığı əmr edib pisliklərdən çəkindirmək isə qılınc ilə deyil, əl, dil 
və qəlb vasitəsilə olur.
134
 
                                                            
133
 Alimlər  yaxşılığı  əmr  edib  pislikdən  çəkindirməyin  hökmü  barəsində  ixtilaf  ediblər. 
Bu, hər bir müsəlmana vacibdir, yoxsa ümumən müsəlman topluma vacibdir? Alimlərin 
böyük əksəriyyətinə görə bunun hökmü fərzu-kifayədir, yəni hər bir fərdə vacib deyildir. 
Əgər  bir  qrup  bu  işin  öhdəsindən  gəlirsə  digər  müsəlmanlara  vacib  olmur,  lakin 
müstəhəb olur. Bir qrup alimə görə bu vəzifə hər bir müsəlmana vacibdir. Məşhur təfsir 
alimi İbn Kəsir bu görüşdə olan alimlərdən biridir. 


 
 
93 
 
[115]  Müsəlmanlardan  halı  örtülü  olan  kəs  aşkarda  bir  şübhəsi 
görünməyən kəsdir.
135
 
 
∗∗∗ 
 
[116] Qulların batini elmlərdən iddia etdiyi, Kitab və sünnətdə olmayan hər 
bir  elm  bidət  və  zəlalətdir.  Heç  kəsə  o  elmlə  əməl  etmək  və  ona  çağırmaq 
caiz deyildir. 
 
∗∗∗ 
 
[117]  Hər  hansı  qadın  özünü  bir  kişiyə  hədiyyə  edərsə  həmin  kişiyə  halal 
olmaz, əgər kişi o qadından istifadə edərsə hər ikisi də cəzalandırılmalıdır. 
(Qadın) yalnız bir vəli, iki adil şahid və mehr ilə (halal olur). 
 
 
 
 
 
                                                                                                                                                                                         
134
 Bu  barədə  kitabın  əvvəlindəki  dipnotların  birində  söz  açmışdıq.  İmam  Əhmədin 
məzhəbi budur. İstənilən kəsin etdiyi münkəri əl, söz və qəlb ilə inkar etmək vacibdir və 
hər hansı bir kəs bundan müstəsna deyildir. Hakimlərin münkərlərini imkan olduqda əl 
ilə  düzəltmək,  olmazsa  dil  ilə  düzəltmək  vacibdir.  Rabbani  alimlərin  həyatlarına  nəzər 
salan  kəs  bu  həqiqəti  aşkar  şəkildə  görəcəkdir.  Şeyxul-İslam  İbn  Teymiyyənin  əmirin 
qərarına qarşı çıxaraq əl-Hafiz əl-Mizzi’ni həbsxanadan azad etməsi, əl-Hafiz Abdul-Ğani 
əl-Məqdisinin  əyləncə  alətlərini  sındırmasını  və  daha  bir  çox  misalı  göstərmək  olar. 
Lakin qılınc ilə münkəri inkar etmək İmam Əhmədə görə caiz deyildir.  
135
 əl-Beyhəqi  “əs-Sunən”də  (10/124),  Əbu  Nueym  “əl-Hilyə”də  (9/224),  Əbu  Mushir 
“ən-Nüsxə”də (səh: 61; rəq: 72) bir çox yolla İbrahim ən-Nəxai’dən belə dediyini rəvayət 
ediblər:  “Belə  deyərdilər:  “Müsəlmanlar  arasında  adil  olan  kəs  aşkarda  bir  şübhəsi 
görünməyən kəsdir.” 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə