[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

 
 
80 
 
şey ilə insanları sınağa çəkdilər. Məscidləri və camiləri boşaltmaq istədilər, 
İslamı zəiflətdilər, cihadın tərk olunmasına səbəb oldular, (müsəlmanların) 
parçalanması  üçün  çalışdılar,  əsərlərə  müxalif  oldular,  mənsux  olan 
dəlillərlə  danışdılar,  mütəşabihləri  dəlil  gətirdilər,  insanların  öz 
etiqadlarında,  öz  dinlərində  şəkk  etmələrinə  səbəb  oldular.  Rəblərı 
haqqında münaqəşə etdilər və dedilər: “Qəbr əzabı, (peyğəmbərin) hovuzu 
və  şəafəti  yoxdur,  Cənnət  və  Atəş  hələ  də  yaradılmayıb,  peyğəmbərin  – 
salləllahu  aleyhi  va  səlləm  –  dediyi  çox  şeyi  inkar  etdilər.  Onların  təkfirini 
və  qanlarını  halal  sayanlar  bu  baxımdan  bunu  halal  sayıblar,  çünki  kim 
Allahın  Kitabından  bir  ayəni  rədd  edərsə  Kitabın  hamısını  rədd  etmiş  olur 
və kim peyğəmbərin – salləllahu aleyhi va səlləm – bir əsərini rədd edərsə 
əsərlərin hamısını rədd etmiş olur. Belə biri Əzəmətli Allaha qarşı kafirdir. 
Beləliklə  onlar  bir  müddət  belə  davam  etdilər  və  bu  işlərində  sultandan 
kömək  tapdılar.  Bu  işləri  üçün  qılınc  və  qamçını  işə  saldılar.  Sünnət  və 
camaat  elmi  itməyə  başladı,  bu  iki  elmi  zəiflətdilər  və  bidətin,  onun 
haqqında söhbətlərin aşkara çıxması və (bidətçilərin) saylarının çox olması 
səbəbilə bu iki  elm gizlədilmiş  oldu.  Məclislər  qurdular,  görüşlərini  aşkara 
çıxardılar,  bu  barədə  kitablar  yazdılar,  insanları  şirnikləşdirdilər  və 
(insanlar)  onların  rəhbər  olmasını  istədi.  Böyük  bir  fitnə  idi,  Allahın 
qoruduğundan  başqa  heç  kimsə  ondan  qurtula  bilmədi.  İnsanın  onların 
məclislərindən təsirləndiyi ən xəfif şey öz dinində şəkk etməsi və ya onların 
yolunu  izləməsi  və  ya  onların  haqq  üzərində  olduğunu  iddia  etməsi  oldu. 
Özünün  haqq  yoxsa  batil  üzərində  olduğunu  bilmədiyi  üçün  şəkk  edirdi. 
Beləliklə  əl-Mutəvəkkil  adı  ilə  çağırılan  (xəlifə)  Cafərin
117
 zamanı  gələnə 
qədər  xalq  həlak  olmuşdu.  Allah  onun  vasitəsilə  bidətləri  söndürdü,  onun 
vasitəsilə  haqqı  aşkara  çıxartdı  və  əhli-sünnəti  onun  vasitəsilə  üstün  qıldı 
və  bu  günə  qədər  saylarının  az  olmasına  və  bidət  əhlinin  sayının  çox 
olmasına baxmayaraq əhli-sünnətin dili uzandı. Onlardan bir qrup qaldı ki, 
prinsipləri  və  zəlalətin  əlamətləri  ilə  əməl  edir,  insanları  ona  doğru 
çağırırlar.  Onlara  mane  olan  bir  kəs,  onları  dediklərindən  və  etdiklərindən 
saxlayan bir kimsə yoxdur. 
 
                                                            
117
 Əbul-Fədl  Cafər  bin  Muhamməd  bin  Harun  ər-Raşid  abbasi  xəlifələrindən  biri  olub. 
Hicri  205  və  ya  207-ci  ildə  doğulub.  Qardaşı  əl-Vasiq  232-ci  ildə  öldükdə  ona  beyət 
etdilər. 


 
 
81 
 
∗∗∗ 
 
[91] Bil ki, bidət yalnız hər bir qara-qışqırıq salan kəsə tabe olan cahil tör-
töküntü  insanlardan  çıxıb,  hər  əsən  küləyə  əyilirlər.  Bu  cür  olan  bir  kəsin 
dini yoxdur. Allah – Təbərakə va Təalə - deyir:  
“Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı həsəd 
üzündən ixtilafa düşdülər.”
118
 
 Yenə deyir: 
“Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarında ədavət üzündən 
ayrılığa düşdülər.”
119
 
Deyir: 
“Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər 
gəldikdən sonra aralarındakı nifrət üzündən ixtilafa düşdülər.”
120
 
Belələri şərr alimlər, tamah və bidət sahibləridirlər. 
 
 
 
 
 
 
 
 
 
                                                            
118
 əl-Casiyə, 17 
119
 əş-Şura, 14 
120
 əl-Bəqara, 213 


 
 
82 
 
 
 
 
(Hər zaman bir firqə haqq üzərində olacaq) 
 
[92]  Bil  ki,  insanların  arasında  həmişə  haqq  və  sünnət  üzərində  olan  bir 
qrup  olacaq,  onlara  Allah  doğru  yolu  göstərəcək  və  onlar  vasitəsilə  də 
başqalarına  doğru  yolu  göstərəcək,  onlar  vasitəsilə  sünnətləri  dirildəcək. 
Onlar  ixtilaf  çıxdıqda  sayları  az  olmaqla  birlikdə  Allahın  vəsf  etdiyi 
kəslərdir; dedi: 
“Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər 
gəldikdən sonra aralarındakı nifrət üzündən ixtilafa düşdülər.” 
Bundan sonra onları istisna edərək dedi: 
“Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları 
(məsələlərdə) haqq yönəltdi. Allah istədiyini düz yola yönəldər.” 
 Allahın  Elçisi  –  salləllahu  aleyhi  va  səlləm  –  deyib:  “Ümmətimdən  həmişə 
bir  qrup  haqq  üzərində  olmağa  davam  edəcək,  Allahın  əmri  gələnə  qədər 
onları tərk edənlər onlara bir zərər verə bilməyəcəklər.”
121
 
 
∗∗∗ 
 
[93] Bil ki, - Allah sənə rəhm etsin! – elm çoxlu rəvayət etmək və çox kitab 
yazmaq deyildir, əsl alim elmi və kitabları az olsa belə elmə və sünnətə tabe 
olan  kəsdir.  Kitab  və  sünnətə  qarşı  çıxan  kəs  isə  elmi  və  kitabları  çox  olsa 
belə bidət sahibidir.  
 
                                                            
121
 Muslim (1037, 1925, 1920, 1922, 1924); əl-Buxari (3640, 7460) 


 
 
83 
 
∗∗∗ 
 
[94] Bil ki, - Allah sənə rəhm etsin! – kim Allahın dini haqqında sünnətdən 
və  camaatdan  dəlil  olmadan  öz  rəyi,  qiyası  və  təvili  ilə  danışarsa  o  adam 
Allah  haqqında  bilmədiyi  bir  şey  söyləmişdir  və  Allah  haqqında  bilmədiyi 
bir  şeyi  söyləyən  isə  özündən  uydurub  danışanlardandır.  Haqq  Allahdan 
gələndir,  sünnət  isə  peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  –  getdiyi 
yoldur,  camaat  isə  Əbu  Bəkr,  Ömər  və  Osmanın  xilafətləri  zamanı 
peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  –  səhabələrinin  üzərində 
razılaşdıqları  işlərdir.  Peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  -  sünnəti 
ilə, səhabələrinin və camaatın üzərində durduğu işlərlə kifayətlənən hər bir 
kəs  Allahın  izni  ilə  bidət  əhlinin  hamısına  qalib  gəlmişdir,  bədəni  istirahət 
tapmış  və  dini  qurtulmuşdur.  Çünki  Allahın  elçisi  –  salləllahu  aleyhi  va 
səlləm  –  deyib:  “Ümmətim  firqələrə  parçalanacaq...”  Sonra  bunlardan 
qurtulanları  bizə  bəyan  edərək  deyib:  “Bu  gün  mənim  və  səhabələrimin 
üzərində  olduğu  şey”.  Bax  şəfa,  bəyan,  aşkar  iş  və  işıqlanmış  yol  budur. 
Allahın  elçisi  –  salləllahu  aleyhi  va  səlləm  –  buyurdu:  “Dərinliklərə 
getməkdən  çəkinin!  Xırdalıqlara  getməkdən  çəkinin!  Qədim  dininizə 
sarılın!”
122
 
Bil  ki,  qədim  din  peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  –  vəfatından 
Osmanın  öldürülməsinə  qədər  olan  dindir.  Osmanın  öldürülməsi 
parçalanmanın əvvəli, ixtilafın əvvəli oldu. Ümmət bir-biri ilə müharibə etdi, 
parçalandı,  tamahlara  və  nəfsi  istəklərə  tabe  oldu  və  dünyaya  meyl  etdi. 
Allahın  elçisi  Muhammədin  –  salləllahu  aleyhi  va  səlləm  –  səhabələrinin 
                                                            
122
 Bunun  “dərinliklərə  getməkdən  çəkinin!”  hissəsini  İbn  Bəşran  ”əl-Əməli”  kitabında 
(1/49; rəq: 67) Ömər bin əl-Xattabın hədisi olaraq peyğəmbərdən – salləllahu aleyhi va 
səlləm  -  rəvayət  edib.  Lakin  sənədi  çox  zəifdir.  Müəllifin  gətirdiyi  rəvayət  əslində 
Abdullah  bin  Məsudun  sözüdür.  Bunu  əd-Dərimi  “əs-Sünnə”də  (1/66;  rəq:  142-143), 
Muhamməd  bin  Nasr  əl-Mərvazi  “əs-Sünnə”də  (səh:  29-30),  Abdur-Razzaq  “əl-
Musannəf”ə (11/252; rəq: 20465) bitişik “Cami Məamər”də rəvayət edir. Onun vasitəsi 
ilə  ət-Tabərani  “əl-Mucəm  əl-Kəbir”də  (9/170;  rəq:  8845),  əl-Beyhəqi  “əl-Mədxal  iləs-
Sunən əl-Kubra”da  (səh:  271-272;  rəq:  387)  Əbu  Qiləbə’nin  hədisindən  rəvayət  edirlər 
ki, Abdullah ibn Məsud demişdir: “Elm ortadan qaldırılmadan öncə onun öyrənin! Elmin 
aradan  qalxması  isə  onun  əhlinin  yox  olmasıdır.  Xırdalıq,  dərinlik  və  bidətlərdən  uzaq 
durun!  Köhnəyə  sarılın!”  Eynilə  bu  şəkildə  bunu  əl-Beyhəqi  “əl-Mədxal  iləs-Sunən”də 
(səh: 372; rəq: 388), İbn Asəkir “Tərix Diməşq”də (33/52 və 43/315) Aiz Allah Əbu İdris 
əl-Xauləni vasitəsilə Abdullah bin Məsud’dan rəvayət edir.  


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə