[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

 
 
67 
 
[67] Bil ki, şərr də, xeyir də Allahın qəzası və qədəri ilə olur. 
 
∗∗∗ 
 
[68]  Tur  günü  Musa  bin  İmran  ilə  danışanın  məhz  Allah  –  Təbərakə  va 
Təalə  -  olduğuna  iman  etmək;  Musa  Allahın  danışığını  səs  ilə  öz  qulaqları 
vasitəsilə eşidirdi və səs Ondan idi, başqasından deyildi. Kim bundan başqa 
bir şey deyərsə küfr etmiş olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
68 
 
 
 
 
(İnsanlar bir-birindən üstündür) 
 
[69]  İnsan  ağlı  doğum  ilə  verilir,  hər  bir  insana  Allahın  dilədiyi  qədər  ağıl 
verilib. Səmadakı zərrə kimi insanların ağılları bir-birindən fərqlənir, biri o 
birindən üstündür.
93
 Hər bir insandan Allahın ona verdiyi əqlə uyğun əməl 
tələb  olunur.  İnsanın  ağlı  insanın  özü  tərəfindən  qazanılmır,  o,  sadəcə 
Allahın – Təbərakə va Təalə - verdiyi bir nemətdir.  
[70] Bil ki, Allah qullarından bəzilərini digərlərinə dində və dünyada üstün 
etmişdir  və  bu,  Allahın  ədalətindən  irəli  gəlir.  “(Allah)  zülm  etdi”  və  nə  də 
“qərəzlik etdi” demək olmaz. Hər kim “Allahın möminə və kafirə göstərdiyi 
yaxşılıq  eynidir”  deyərsə  o,  bidət  sahibidir,  əksinə  Allah  möminləri 
kafirlərə, itaətkarı asiyə, məsumu isə məxzula
94
 üstün qılmışdır və bu, Onun 
adilliyindən  irəli  gəlir.  Bu,  Allahın  fəzlidir  ki,  dilədiyinə  verir  və  dilədiyini 
ondan məhrum edir.   
 
∗∗∗ 
 
                                                            
93
 Teymiyyə  ailəsinə  aid  “əl-Musvaddə  fi  Usulil-Fiqh”  kitabında  (səh:  560)  deyilir: 
“Əshabımız deyib: Bir əqlin başqasından daha kamil və daha üstün olması mümkündür. 
Bunu  Əbu  Muhamməd  əl-Bərbəhəri,  Əbul-Həsən  ət-Təmimi  və  əl-Qadi  zikr  edib. 
Şeyximiz (yəni Şeyxul-İslam) dedi: “Əbu Muhamməd “Şərhus-Sunnə”də dedi: “İnsan ağlı 
doğum ilə verilir, hər bir insana Allahın dilədiyi qədər ağıl verilib. Səmadakı zərrə kimi 
insanların  ağılları  bir-birindən  fərqlənir,  biri  o  birindən  üstündür.  Hər  bir  insandan 
Allahın  ona  verdiyi  əqlə  uyğun  əməl  tələb  olunur.”  Şeyximizin  atası  (Abdul-Həlim  bin 
Abdis-Sələm) dedi: Əbul-Xattab və İbn Aqil isə bir əqlin digərindən üstün olmasının caiz 
olmaması görüşünə yönəliblər. Bu isə - əl-Qadinin nəql etdiyinə əsasən – mötəzilənin və 
əşarilərin  məzhəbidir.  Əşarilər  deyiblər:  “İnsanların  “fılankəsin  ağlı  fılankəskindən 
üstündür”  şəklindəki  sözlərinə  gəldikdə  isə  bu,  sadəcə  olaraq  təcrübələrə  aiddir,  çünki 
təcrübələr əql adlana bilir.” Bu, fasiddir.” 
94
 “Məsum”  burada  qorunulmuş,  müdafiə  olunmuş,  “məxzul”  isə  çarəsiz,  tərk  olunmuş 
anlamına gəlir. 


 
 
69 
 
[71]  Dini  bir  məsələdə  müsəlmanlar  üçün,  onların  həm  yaxşısı,  həm  də 
günahkarı  üçün  nəsihəti
95
 gizli  saxlamağın  halal  deyildir.  Kim  gizlədərsə 
müsəlmanları aldatmış sayılır. Müsəlmanları aldadan isə dini aldatmış olur 
və dini aldadan Allaha, Onun elçisinə və möminlərə xəyanət etmiş olur. 
 
∗∗∗ 
 
[72]  Allah  –  Təbərakə  va  Təalə  -  Eşidəndir,  Görəndir.  Eşidəndir,  Biləndir. 
Hər iki əli də açıqdır. Allah yaratdıqlarını yaratmadan öncə onların Ona asi 
olacaqlarını  bilirdi.  Allahın  elmi  onların  hamısına  nüfuz  edir.  Allahın  onlar 
haqqındakı  elmi  onları  İslama  hidayət  etməsinə  mane  olmadı,  əliaçıqlıq, 
səxavət  və  xeyirxahlıq  göstərərək  Allah  onları  İslam  ilə  mükafatlandırdı, 
beləliklə bütün həmdlər Ona aiddir! 
 
∗∗∗ 
 
[73]  Bil  ki,  ölüm  zamanı  (ölüyə  verilən)  müjdənin  üç  növü  vardır:  “Ey 
Allahın sevimli qulu, Allahın razılığı və Cənnəti ilə müjdələn!” deyilər. Ya da 
“ey Allahın düşməni, Allahın qəzəbi və atəş ilə müjdələn!” deyilər. Ya da “Ey 
Allahın  qulu,  [intiqamdan]
96
 sonra  cənnət  ilə  müjdələn!”  deyilər.  Bu,  İbn 
Abbasın sözləridir.
97
 
                                                            
95
 Burada nəsihət bizim azərbaycan dilində istifadə etdiyimiz nəsihət sözünün mənası ilə 
məhdudlaşmır. Ərəb dilində nəsihət sözü daha geniş mənaya malikdir. Nəsihət xalislik, 
təmizlik və səmimilik ifadə edir. Nəsihət sözünün mənalarından biri xeyir diləməkdir və 
bu  xeyir  səmimi  və  xalis  olmalıdır.  Ona  görə  də  “Din  nəsihətdir”  şəklində  səslənən 
məşhur  hədisdə  Allaha,  Kitabına,  peyğəmbərlərinə,  müsəlman  imamlara  və  bütün 
müsəlmanlara  nəsihət  ifadəsi  ilə  qəsd  olunan  onlara  qarşı  xalis  və  səmimi  olmaqdır. 
Allaha nəsihət Ona ibadətlərdə səmimi olmaqdır.  
96
 Fərqli  çaplarda  bu  söz  fərqli  təsbit  edilib.  ər-Raddədi  təhqiqində  bu  sözü  “İslam” 
olaraq  təsbit  edib.  Lakin  özü  dipnotda  qeyd  edir  ki,  kitabın  əlyazmasında  bu  sözün 
yerinə  “intiqam”  sözü  keçir  və  təəccübünü  bildirir.  Əslində  ər-Raddədi’nin  nə  üçün 
təəccüb etməsi bizi də təəccübləndirir. Əksinə “intiqam” sözünün orada yer alması daha 
məntiqlidir. Kitabın Abdur-Rahmən əl-Cumeyzi tərəfindən edilmiş təhqiqində isə bu söz 


 
 
70 
 
 
∗∗∗ 
 
[74]  Bil  ki,  Cənnətdə  Allaha  ilk  baxanlar  korlar  olacaqlar
98
,  sonra  kişilər, 
sonra  qadınlar  olacaqlar.  Öz  həqiqi  gözləri  ilə  baxacaqlar,  necə  ki,  Allahın 
elçisi –  salləllahu  aleyhi  va  səlləm  –  deyir:  “Dolu  ay  gecəsi ayı  gördüyünüz 
kimi  Rəbbinizi  də  görəcəksiniz  və  onu  görməkdə  heç  bir  çətinlik 
çəkməyəcəksiniz.”
99
 Buna  iman  gətirmək  vacibdir  və  bunu  inkar  etmək 
küfrdür. 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                                                                         
“intiqam” olaraq təsbit edilib. əl-Cumeyzi dipnotda əlavə edir ki, əlyazmalardan birində 
bu  sözün  yerinə  “İslam”  sözü  keçir,  lakin  məzmuna  daha  uyğun  olan  intiqam  sözüdür. 
Burada intiqamın mənası günahlarına görə cəhənnəmdə əzab çəkdikdən sonra Cənnətə 
daxil olmaqdır. Doğrusunu Allah bilir! 
97
 Bax: əl-İşbili, “əl-Aqibətu fi Zikril-Məut”, səh: 118 
98
 Bu, həm mərfu, həm də məvquf olaraq rəvayət olunub. Mərfu olaraq bunu əl-Hafiz əd-
Deyləmi  “Firdəus  əl-Əxbər”  kitabında  (1/55)  Səmura  bin  Cundub’dan  rəvayət  edir  və 
rəvayətin  sənədi  zəifdir.  Məvquf  olaraq  əl-Həsən  əl-Basri’dən  rəvayət  olunub.  Bunu 
ondan  Hafiz  əl-Laləkai  “Şərh  Usul  İtiqadi  Əhlis-Sunnə  val-Cəməa”  kitabında  (2/578) 
rəvayət  edir.  Belə  bir  şeyi  isə  insanın  öz  ağlından  söyləməsi  mümkün  deyildir,  bunu 
səhabələrdən öyrənməsi möhtəməldir. 
99
 əl-Buxari (554); Muslim (633) 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə