[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

 
 
62 
 
 
 
 
(Allah zülm etməz) 
 
[60]  Bil  ki,  Allahın  rəhməti  olmadan  heç  kimsə  Cənnətə  girə  bilməz.  Allah 
hər  kəsə  yalnız  günahlarına  görə  əzab  verir  və  günahları  miqdarında  əzab 
verir.  Əgər  Allah  səmaların  əhlinə  və  yerlərin  əhlinə,  xeyirxahına  da, 
facirinə  də  əzab  edərsə  onlara  zülm  etmədən  əzab  etmiş  sayılır,
86
 Allaha  – 
                                                                                                                                                                                         
84
 Bəkr  bin  Uxti  Abdil-Vahid  bin  Zeyd  əl-Basri  zühd  əhlindən  olub.  İbn  Həzm  əz-Zahiri 
onu xavariclər sırasında zikr edib. İbn Həzm onun görüşləri arasında bunu da zikr edir 
ki, ona görə hər kiçik günahı edən, misal üçün zarafat məqsədilə xəfif yalan danışan belə 
kafir,  müşrik  olur  və  cəhənnəmə  düşəcək.  Lakin  Bədr  əhlindən  olan  hər  hansı  bir  kəs 
günah edərsə kafir, müşrik olur, lakin Cənnətə düşəcək. 
85
 əl-Hafiz  İbn  Hacər  ”Lisənul-Mizən”  kitabında  (2/358-359)  deyir:  “Onun  tələbəsi 
Abdullah  bin  İsa  deyərdi:  “Dəlilər,  uşaqlar  və  heyvanlar  başlarına  gələn 
xəstəliklər/səbəblər üzündən ağrı çəkmirlər, çünki  Allah heç  kəsə zərrə qədər də zülm 
etməz. İbn Quteybə isə bu ağrılar məsələsini Bəkrin özündən nəql edir.” Görünür ki, bu 
görüş  həm  Bəkrə,  həm  də  onun  tələbəsi  Abdullah  bin  İsaya  aiddir  və  bu  görüşün 
batilliyində heç bir şəkk yoxdur. 
86
 Müəllifin  bu  sözləri  Ubey  bin  Kəb’in  peyğəmbərdən  –  salləllahu  aleyhi  va  səlləm  – 
rəvayət  etdiyi  hədisində  keçir:  “Əgər  Allah  səmaların  və  yerin  əhlinə  əzab  edərsə  (and 
olsun ki,) onlara zülm etmədən əzab edər. Əgər rəhm etsə Onun onlara rəhməti onlara 
öz  əməllərindən  daha  xeyirli  olar.”  Bu  hədisi  Əbu  Davud  (4699),  İbn  Macə  (77)  və  İbn 
Hibban  “əs-Sahih”  əsərində  (2/505;  rəqəm:  727)  rəvayət  edib.  Müəllif  bu  hədisdən 
anladığı mənanı burada bizlərə nəql etmişdir, lakin onun təfsirinin zahiri müşküldür. Bu 
məsələ ümumən qədər mövzusu ilə bağlıdır və Şeyxul-İslamın dediyi kimi bunda bir çox 
elm əhli xəta edib. O, deyir: “Bu mövzuda bir çox ayaqlar sürüşüb, bir çox beyinlər çaşıb, 
belə  ki,  qədəri  isbat  edən  kəlam  əhlindən  olan  başqa  alimlər  fərqli  görüş  irəli  sürərək 
dedilər:  “Zülmün  bir  həqiqəti  yoxdur  ki,  mövcud  olması  mümkün  olsun,  əksinə  o, 
özlüyündə  mümkün  olmayan  işlərdəndir.  [Allahın]  ona  qadir  olduğunu  və  “onu  Öz 
ixtiyarı  və  Öz  istəyi  ilə  tərk  etdiyini”  demək  olmaz.  Bu  sadəcə  olaraq  iki  zidd  tərəfi  bir 
arada toplamaq kimi bir şeydir...yoxsa zehnlərdə təqdir edilən, mövcud olması mümkün 
olan  və  Allahın  qadir  olduğu  şeylərə  gəldikdə  isə,  onların  heç  biri  zülm  deyildir;  bunu 
etmiş  olması  ilə  etməmiş  olması  arasında  bir  fərq  yoxdur.”  Malik,  əş-Şafi,  Əhmədin 
əshabından  və  digərlərindən  [qədəri]  isbat  edən  bir  qrup  fəqihlər  və  hədis  əhli  bu 
görüşü  onlardan  qəbul  etdilər,  həmçinin  hədis  şərh  edən  alimlər  də  [bu  görüşü  qəbul 
etdilər]  və  bu  hədisi  (yəni  Allahın  “Mən  öz  nəfsimə  zülmü  haram  etdim”  sözlərini)  bu 
görüş  əsasında  təfsir  etdilər.  Ola  bilər  ki,  [sələfdən]  rəvayət  edilmiş  sözlərin  zahirinə 
dayanıblar,  necə  ki,  rəvayət  etdi  ki,  İyəs  bin  Muaviyə  deyib:  “Qədərilərdən  başqa  heç 
kəslə tamamilə əql ilə münazirə etmədim və onlara dedim: “Zülm nədir?” Dedilər: “Sənə 


 
 
63 
 
Təbərakə  va  Təalə  -  “O,  zülm  edir”  –  demək  olmaz,  çünki  yalnız  özünə  aid 
olmayan bir şeyi götürən zülm edər. Yaradılmışlar və onların hökmü Allaha 
– Cəllə Sənəuhu – aiddir. Yaradılmışlar onun yaratdıqlarıdır, dünya evi onun 
evidir, yaratdıqları ilə nə etdiyinə dair heç kəs bir şey soruşa bilməz və “nə 
üçün?”,  “necə?”  sualları  verilməz.  Heç  kimsə  Allah  ilə  yaratdıqları  arasına 
girə bilməz. 
 
 
 
 
 
 
 
                                                                                                                                                                                         
aid  olmayan  şeyi  götürmək  və  ya  sənə  aid  olmayan  şey  ilə  təsərrüf  etməkdir.”  Dedim: 
“Hər şey Allaha aiddir.” İyəs’in bu sözünün məqsədi sadəcə olaraq onlara izah etməkdir 
ki, baş verən təsərrüflər Öz mülkü ilədir və onların öz təriflərinə əsasən bu, heç cür zülm 
olmaz. Bu isə haqqında qədəri isbat edənlər arasında ixtilaf olmayan bir məsələdir, belə 
ki,  onlar  qədərə  iman  gətirənlərlə  birlikdə  ittifaq  edirlər  ki,  Allahın  etdiyi  hər  bir  şey 
ədalətdir.”  Şeyxul-İslam  İbn  Teymiyyə  bunu  izah  etdikdən  sonra  bu  barədə  bir  hədisi 
zikr  edir  və  yenə  İyəs  bin  Muaviyənin  sözlərini  mucməl  şəkildə  təfsir  edir.  Daha  sonra 
isə yuxarıdakı hədisin izahına gələrək deyir: “Zülmü rədd edən bu dəlillər isbat edir ki,  
[Allahın] cəzasında ədalət olacaq və əməl sahibi öz əməlini azaltmamalıdır. Allahın əzab 
verdikləri  kəslər  haqqında  dediyi  sözlər  də  bunun  kimidir:  “Biz  onlara  zülm  etmədik, 
lakin onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri ilahları Rəbbinin 
əmri  gəldikdə  onlara  heç  bir  fayda  vermədi.”  (Hud,  101)  Həmçinin  deyir:  “Biz  onlara 
zülm  etmədik,  lakin  onlar  özləri  zalım  idilər.”  (əz-Zuxruf,  76)  Bəyan  edir  ki, 
cinayətkarların cəzası günahları qarşılığında ədalətdir, yoxsa “onlara zülm etdik və heç 
bir  günah  olmadan  onlara  cəzalandırdıq”  mənasını  vermir.  “əs-Sünən”dəki  “Əgər  Allah 
səmaların  və  yerin  əhlinə  əzab  edərsə  (and  olsun  ki,)  onlara  zülm  etmədən  əzab  edər. 
Əgər rəhm etsə Onun onlara rəhməti onlara öz əməllərindən daha xeyirli olar” hədisi də 
bəyan edir ki, əgər əzab baş versəydi mütləq onlar buna layiq olduqları üçün baş verərdi, 
yoxsa  heç  bir  günah  olmadan  baş  verəcəyini  göstərmir.  Bu  isə  izah  edir  ki,  günah 
etməmiş  birini  cəzalandırmaq  da  rədd  olunmuş  zülmə  aiddir.”  (Məcmu  əl-Fətəva”, 
18/138-144)  İbn  Teymiyyə  xüsusilə  vurğulayır  ki,  Allahu  Təalə  zülmə  qadirdir,  lakin 
ədaləti,  hikməti  və  rəhmətinə  görə  zülmü  tərk  etmişdir.  İbn  Teymiyyənin  görüşü  və 
onun  bu  barədə  gəlmiş  dəlillərə  verdiyi  təfsir  İmam  əl-Bərbəhəri’nin  verdiyi  təfsirdən 
fərqlənir. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə