[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

 
 
54 
 
“Şübhəsiz  ki,  Allah  –  Təbərakə  va  Təalə  -  Arafə  günü  enir”  sözləri, 
“Həqiqətən  Allah  Adəmi  Öz  surətində  yaradıb”
70
 sözləri  və  peyğəmbərin  – 
salləllahu  aleyhi  va  səlləm  –  “Həqiqətən  mən  Rəbbimi  ən  gözəl  surətdə 
gördüm”
71
 sözləri və buna bənzər hədislər kimi əqlinlə dərk edə bilmədiyin 
əsərlərdən eşitdiyin hər bir şeyə münasibətdə sənə vacib olan onlara təslim 
olmaq,  onları  təsdiq  etmək,  təvfid  etmək
72
,  onlardan  razı  qalmaq  və  öz 
havan  ilə  bunlardan  bir  şeyi  təfsir  etməməkdir,  çünki  bunlara  iman 
gətirmək  vacibdir.  Beləliklə  bunlardan  hər  hansı  bir  şeyi  kim  öz  havasına 
əsasən təfsir edərsə və ya rədd edərsə o, cəhmidir. 
[44] Kim dünyada Rəbbini gördüyünü iddia edərsə o, Allaha qarşı kafirdir.
73
 
                                                            
70
 əl-Buxari,  “əs-Sahih”,  (6227);  Muslim,  “əs-Sahih”,  (2841);  Bu  məsələdə  edilən 
xətalardan  biri  də  hədisdə  “öz  surətində”  sözündəki  əvəzliyi  Allaha  deyil,  Adəmə  aid 
etməkdir. Bununla hədisi təvil edərək Allahın Adəmi ona layiq sifətdə yaratdığını demək 
istəyirlər. Lakin bu, xətadır və bu xətanın əsli bu cür hədisləri təvil edən və ya inkar edən 
cəhmiyyə  məzhəbinə  dayanır  və  əhli-sünnətdən  bəzi  imamlar  da  bu  məzhəbə  tabe 
olaraq xətaya yol veriblər. Şeyxul-İslam İbn Teymiyyə “Bəyən Təlbisil-Cəhmiyyə fi Təsisi 
Bidəihim əl-Kələmiyyə” kitabında (6/373-377) deyir: “İlk üç nəsildən olan sələf arasında 
burada  əvəzliyin  Allaha  aid  olması  haqqında  heç  bir  ixtilaf  olmayıb,  çünki  bu,  bir  ədəd 
səhabədən  çox  saylı  yollarla  geniş  yayılmış  olaraq  gəlmişdir  və  hədislərin  hamısının 
məzmunu  buna  dəlalət  edir...Lakin  üçüncü  yüzillikdə  cəhmiyyə  yayıldığı  üçün  (hədisin 
təvili) üzə çıxdı, bir qrup buradakı əvəzliyi Allahdan qeyrisinə aid etdilər, hətta bu fikir 
Əbu  Səvr,  İbn  Xuzeymə,  Əbuş-Şeyx  əl-Əsbəhani  və  başqaları  kimi  bütün  işlərdə  elm  və 
sünnət  ilə  tanınmış  bir  qrup  alimdən  də  nəql  olunub.  Buna  görə  də  din  imamları  və 
başqalarından  ibarət  sünni  alimləri  onların  (bu  görüşlərini)  inkar  etdilər.”  İbn 
Teymiyyənin  bu  sözlərindən  anlaşılır  ki,  sələfin  görüşünə  görə  buradakı  əvəzlik  Allaha 
aiddir  və  buna  görə  də  Allahın  surəti  olduğuna  iman  etmək  vacibdir.  Bu  surətin 
keyfiyyəti,  necəliyi  məlum  deyildir,  məchuldur.  Məşhur  alim  İmam  İbn  Quteybə  “Təvil 
Muxtələf  əl-Hədis”  kitabında  (səh:  322;)  deyir:  “Mənə  görə  -  doğrusunu  Allah  bilir!  – 
surət  heç  də  iki  əldən,  barmaqlardan,  gözdən  təəccüblü  deyildir.  Sadəcə  olaraq  bunlar 
Quranda gəldiyi üçün qəbul görmüş, bu isə Quranda gəlmədiyi üçün qəriblik görmüşdür. 
Biz  hamısına  iman  gətiririk  və  bunlardan  heç  birində  nə  keyfiyyəti,  nə  də  həddi 
barəsində söz açmırıq.” İbn Quteybə’nin bu sözlərini İbnul-Bənna əl-Hənbəli “əl-Muxtar 
fi Usulis-Sunnə” kitabında (səh: 145) təsdiq məqamında nəql etmişdir. İmam Əhməd ibn 
Hənbəl bu görüşün cəhmilərin görüşü olduğunu açıq şəkildə bildirmişdir. 
71
 ət-Tirmizi (3235) və Əhməd (5/243; rəqəm: 22109) rəvayət edib. ət-Tirmizi’nin qeyd 
etdiyi kimi İmam əl-Buxari bu hədisi səhih saymışdır. 
72
 Yəni keyfiyyətini, necəliyini “təfvid” etmək, Allaha həvalə etmək 
73
 Bəşər övladı Rəbbini bu dünyada ayıq şəkildə görə bilməz. Şeyxul-İslam İbn Teymiyyə 
deyir: “Ümmətin sələfi və imamları icma ediblər ki, möminlər Axirətdə Allahı öz gözləri 
ilə görəcəklər. (Həmçinin) icma ediblər ki, Onu bu dünyada öz gözləri ilə görə bilməzlər 
və  bunun  peyğəmbərdən  –  salləllahu  aleyhi  va  səlləm  –  başqası  haqqında  (baş  verib 
verməməsində) ixtilaf etməyiblər. Ondan “əs-Sahih”də belə dediyi sabit olmuşdur: “Bilin 
ki, sizdən heç biriniz ölənə qədər Rəbbini görməyəcək.” İnsanlardan kim övliyaların və 


 
 
55 
 
[45] Allahı – Təbərakə va Təalə - fikirləşmək bidətdir, çünki Allahın elçisi – 
salləllahu  aleyhi  va  səlləm  –  deyir:  “Yaradılmışlar  barəsində  fikirləşin  və 
Allah  haqqında  fikirləşməyin!”
74
 Üstəlik  Allah  haqqında  fikir  yürütmək 
insanın qəlbində şəkk doğurur. 
 
∗∗∗ 
 
[46] Bil ki, zəhərli, yırtıcı heyvanlar, qarışqalar, milçəklər kimi heyvanların 
hamısı  əmrlər  ilə  yaşayırlar  və  Allahın –  Təbərakə  va  Təalə -  izni  olmadan 
bir şey etmirlər. 
[47]  Baş  vermiş  və  baş  verəcək  işlərdən  hələ  də  baş  verməmiş  olanlarını 
zamanın lap əvvəlindən Allahın – Təbərakə va Təalə - bildiyinə iman etmək. 
Onları hesablamış və bir-bir saymışdır. Hər kim – “O, baş vermiş şeyləri və 
baş verəcək şeyləri bilmir” – deyərsə Əzəmətli Allaha küfr etmişdir. 
 
 
 
 
                                                                                                                                                                                         
ya  başqalarının  bu  dünyada  Allahı  öz  gözü  ilə  gördüyünü  deyərsə,  xüsusilə  də  onların 
Musadan daha fəzilətli olduqlarını iddia edərsə, o, bidətçi və sapıqdır, Kitaba, sünnətə və 
ümmətin  sələfinin  icmasına  müxalifdir;  onlar  tövbəyə  dəvət  olunarlar,  tövbə  etsələr 
(gözəl),  əks  təqdirdə  isə  öldürülməlidirlər.”  (“Məcmu  əl-Fətəva”,  6/512)  Səhabələrin 
ixtilafı  isə  peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  –  Meracda  olarkən  Allahı  görüb 
görməməsində olmuşdur. Bil ki, bu dünyada bizim Allahı görməyimizin mümkünsüzlüyü 
ona  əsaslanır  ki,  şəriət  bunun  baş  verməyəcəyini  xəbər  vermişdir,  yoxsa  Allahın 
Özlüyündə  bu  dünyada  görünməsi  mümkündür.  Şeyx  İbn  Əbil-İzz  əl-Hənəfi  “Şərhul-
Aqidətit-Tahaviyyə” kitabında (səh: 224) deyir: “əl-Qadi İyad’ın – rahiməhullah - dediyi 
bu  söz  haqdır,  çünki  dünyada  (Allahı)  görmək  mümkündür,  çünki  əgər  mümkün 
olmasaydı Musa – aleyhissalam – onu soruşmazdı.”  
74
 Bunu  bu  ləfz  ilə  Əbuş-Şeyx  əl-Əsbəhani  “əl-Azamə”  kitabında  (səh:  214-215;  rəq:  4) 
Əbu Zərdən rəvayət edir. əs-Suyuti bunu “əl-Cami əs-Sağir”də (1/132) gətirir və Əbuş-
Şeyxə  nisbət  edir  və  zəif  olduğuna  işarə  edir.  “əl-Cami  əs-Sağir”  kitabını  təhqiq  etmiş 
Şeyx  əl-Albani  də  hədisi  zəif  saymışdır.  Bu  hədis  İbn  Abbas’dan  və  başqalarından  da 
rəvayət  edilmişdir.  Şeyx  əl-Albani  bu  və  digər  şahidlərə  görə  bunu  “əs-Silsilə  əs-
Sahihə”də (3/395; rəqəm: 1788) həsən dərəcəsinə qədər qaldırmışdır. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə