[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 
 
44 
 
[28] Xəlifəlik İsa ibn Məryəm enənə qədər Qureyşə aiddir.
50
 
[29] Kim müsəlmanların imamlarindan hər hansı bir imama qarşı çıxarsa
51
 
o,  xaricidir,  bununla  müsəlmanların  birliyini  parçalamış,  rəvayətlərə 
müxalif olmuşdur və ölərsə cahiliyyə ölümü ilə ölmüşdür.
52
 
                                                                                                                                                                                         
budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – bunu yalnız (Məkkənin) fəthi ilində 
edib, çünki cümə namazı yalnız Mədinədə məşru edilib. Bunu anla!” 
50
 Peyğəmbər  –  salləllahu  aleyhi  va  səlləm  –  deyir:  “İnsanlardan  iki  nəfər  qalana  qədər 
bu  iş  qureyşin  arasında  qalmağa  davam  edəcək.”  Bunu  əl-Buxari  (3501)  və  Muslim 
(1820)  Abdullah  bin  Ömərin  hədisindən  rəvayət  ediblər.  Bu,  əhli-sünnətin  üzərində 
icma etdiyi görüşdür, mötəzilə və xavaricdən başqa heç kəs bunda ixtilaf etməyib. 
51
 Bəziləri  yalnış  olaraq  elə  zənn  edirlər  ki,  əmr  sahiblərini  münkərlərinə,  aşkar 
cinayətlərinə və zülmlərinə görə tənqid etmək, onların ortaya qoyduqları münkərləri əl 
ilə  düzəltmək  onlara  qarşı  çıxmaqdır.  Əmirlərə  qarşı  çıxmağı  qadağan  edən  hədislərin 
həm  də  onları  tənqid  etməyi  də  qadağan  etdiyini  deyirlər.  Lakin  bu,  yalnışdır,  çünki 
onlara  qarşı  silah  ilə  çıxmaq  qadağan  olunmuşdur,  yoxsa  dil  ilə  və  əl  ilə  onların 
münkərlərini inkar etmək qadağan olunmayıb. Əksinə səhih hədisdə onların münkərini 
inkar  etmək  əmr  olunub.  İmam  Muslim  “əs-Sahih”də  (1/69)  Abdullah  bin  Məsudun 
hədisindən  peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  –  belə  dediyini  rəvayət  edir: 
“Məndən  əvvəl  göndərilmiş  elə  bir  peyğəmbər  olmayıb  ki,  onun  öz  ümmətindən 
həvariləri  və  səhabələri  olmasın.  Onun  sünnətini  götürürlər  və  onu  nümunə  kimi 
izləyirlər.  Onlardan  sonra  xələfləri  gəlir,  etmədiklərini  deyirlər,  əmr  edilmədiklərini 
edirlər.  Kim  onlarla  əli  ilə  cihad  edərsə  mömindir,  kim  onlarda  dili  ilə  cihad  edərsə 
mömindir və kim onlarla qəlbi ilə cihad edərsə mömindir. Bundan sonra imandan xardal 
dənəsi  qədər  belə  bir  şey  yoxdur.”  Doğrudur  ki,  bu  hədisin  zahiri  mənasını  imamımız 
Əhməd  –  radiyallahu  anhu  –  problemli  qarşılamış  və  zahirinin  digər  səbr  etmə 
hədislərinə  zidd  olduğunu  demişdir,  çünki  hədisin  zahiri  zalım  əmirlərə  qarşı  cihad 
etməyi  tələb  edir.  “Məsəil  İmam  Əhməd”  adlı  kitabda  (səh:  307)  Əbu  Davud  İmam 
Əhmədə  verdiyi  sullarından  birinin  cavabında  onun  belə  dediyini  zikr  edir:  “(Hədisi 
rəvayət edən) bu Cafər, Əbu Abdil-Həmid bin Cafərdir. əl-Haris bin Fudeyl isə hədisləri 
məhfuz  olmayan  ravidir.  Bu  söz  isə  İbn  Məsudun  sözünə  bənzəmir.  İbn  Məsud  deyir: 
“Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Mənimlə görüşənə qədər səbr edin!” 
Lakin digər hədis alimləri hədisin səhihliyində ittifaq ediblər və hədisi çox gözəl şəkildə 
təfsir  ediblər.  Alləmə  İbn  Rəcəb  “Cəmiul-Ulum  val-Hikəm”  adlı  kitabında  (2/248-249) 
İbn  Məsudun  bu  hədisi  haqqında  deyir:  “Bu,  əl  ilə  əmirlərə  qarşı  cihad  etməyə  dəlalət 
edir.  Əbu  Davud’un  İmam  Əhməd’dən  gətirdiyi  rəvayətində  (İmam  Əhməd)  bu  hədisi 
münkər  saymışdır  və  demişdir:  “Bu,  peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  – 
imamların zülmünə qarşı səbr etməyi əmr etdiyi hədislərə müxalifdir.” Buna belə cavab 
vermək  olar  ki,  əl  ilə  dəyişdirmək  döyüşməyi  tələb etmir  və  Əhməd özü  (oğlu)  Salehin 
ondan  rəvayət  etdiyində  bunu  söyləmişdir.  Belə  ki,  o,  demişdir:  “Əl  ilə  dəyişmək  qılınc 
və  silah  ilə  olmur.”  O  zaman  əmirlərə  qarşı  əl  ilə  cihad  etmək  onların  etdikləri 
münkərləri əl ilə aradan qaldırmaqdır; onların alkohollu içkilərini dağıtmaq, onlara aid 
əyləncə  alətlərini  sındırmaq  və  buna  bənzər  əməllər  və  ya  qadir  olduğu  halda  onların 
əmr etdikləri zülmü əli boşa çıxarmaq buna misaldır. Bunların hamısı caizdir və bunlar 
ona  qarşı  vuruşmaq  növündən  sayılmır  və  nə  də  onlara  qarşı  çıxmaq  –  hansı  ki, 
haqqında  qadağa  gəlib  –  sayılmır,  çünki  burada  mövcud  olan  ən  böyük  risk  (yaxşılığı) 


 
 
45 
 
[30] Sultan nə qədər zalım olsa da ona qarşı vuruşmaq və ona qarşı çıxmaq 
halal  deyildir  və  bu,  Allahın  elçisinin  –  salləllahu  aleyhi  va  səlləm  –  Əbu 
                                                                                                                                                                                         
əmr  edənin  yalnız  özünün  öldürülməsi  riskidir.”  Buradan  anlayırıq  ki,  əli  ilə  münkəri 
dəyişmək əmirə qarşı çıxmaq sayılmır. Bu iki hal arasındakı fərqə işarə edərək İmam ən-
Nəvəvi  “Sahih  Muslim”  kitabının  şərhində  (12/229)  deyir:  “Hədisin  mənası  budur  ki, 
İslam  qaydalarına  əsasən  bildiyiniz  həqiqi  bir  münkər  iş  görmədiyiniz  müddətdə  əmr 
sahibləri ilə onların vəlayətini mübahisə etməyin, onlara qarşı etiraz etməyin! Beləliklə 
belə  bir  münkər  görsəniz  onlara  qarşı  onu  inkar  edin  və  harada  olmağınızdan  asılı 
olmayaraq haqqı söyləyin! Lakin onlara qarşı çıxmaq və onlarla vuruşmağa gəldikdə isə 
bu,  müsəlmanların  icması  ilə  -  onlar  zalımlar, fasiqlər  olsalar  belə  -  haramdır.”  Məşhur 
müsəlman  imamların  əməlləri  də  buna  şahidlik  etməkdədir.  əl-Hafiz  Abdul-Ğani  əl-
Məqdisi’nin  musiqi  alətlərini  sındırması,  sonra  da  qazinin  çağırışına  cavab  verməməsi, 
Şeyxul-İslam İbn Teymiyyənin əmir sahiblərinin əmrinə etiraz olaraq Alləmə əl-Mizzini 
həbsdən çıxarması bunun ən aydın misallarıdır. 
52
 Xaricilər  zəlalət  firqələrindən  biridir.  İslam  tarixində  ilk  xaricilərin  kim  olması 
haqqında alimlər fərqli fikirlərdə olublar. Elm əhlindən bəzilərinə görə ilk xarici Əlinin 
Yəməndən  göndərdiyi  qızılı  bölərkən  Allahın  ən  sevimli  quluna  –  salləllahu  aleyhi  va 
səlləm  –  etiraz  edən  Zul-Xuveysira  adlı  bir  zat  olmuşdur.  İbnul-Cəvzi,  İbn  Həzm  və  əş-
Şəhristani bu görüşdə olan alimlərdən bəziləridir. Digər görüşə görə onlar Osmana qarşı 
çıxmış  və  onu  qətl  etmiş  kəslərdir  və  onları  xavaric  olaraq  İbn  Kəsir  və  digərləri 
adlandırırlar.  Üçüncü  görüşə  görə  onlar  Həzrəti  Əli  ilə  Müaviyə  arasında  baş  vermiş 
hakim təyin etmə hadisəsində ortaya çıxan firqədir. Alimlər həm də onların hökmündə 
də  ixtilaf  ediblər.  Ümmətin  böyük  əksəriyyətinə  görə  xaricilər  fasiq  sayılırlar,  hətta  əl-
Xattabi  bu  məsələdə  ixma  olduğunu  iddia  edib.  Elm  əhlindən  bəziləri  isə  onları  kafir 
görüb  və  bu  görüş  əl-Qadi  İbnul-Arabi,  ər-Rafi’i,  Taqiyyud-Din  əs-Subki  və  Əbul-Abbas 
əl-Qurtubi’yə nisbət edilib. Bu görüş həm də İmam əl-Buxari’yə aid edilib, lakin xətadır. 
Xaricilər öz havalarına və cəhalətlərinə əsaslanaraq müsəlman imamları təkfir edənlərə 
və onlara qarşı üsyan edənlərə verilmiş addır. Lakin burada elm əhlindən ictihad edərək 
zalımlara  qarşı  üsyan  edənlər  ilə  öz  bidətlərinə  əsaslanıb  imamlara  üsyan  edənlər 
arasında fərq qoymaq lazımdır. İkincilər xavaric adlandırdıqları halda birincilərə bu adı 
vermək  olmaz,  əksinə  qarşıdakı  dipnotda  izah  edəcəyimiz  kimi  sələfdə  məşhur  olan 
məzhəbə  görə  zalım  imamlara  qarşı  çıxmaq  caiz  olmuşdur.  əl-Hafiz  İbn  Hacər  – 
rahiməhullah – əmirlərə qarşı çıxanlar haqqında “Fəthul-Bari” kitabında (16/168) deyir: 
“Onlar  da  həmçinin  iki  qisimdir:  (birinci  qism)  əmirlərin  zülmü,  onların  nəbəvi  sünnət 
ilə  əməl  etməyi  tərk  etmələri  üzündən  din  xatirinə  qəzəblənərək  çıxanlardır  və  onlar 
haqq  əhlidirlər.  Onların  arasında  əl-Hüseyn  bin  Əli,  əl-Hərra’da  (üsyan  etmiş)  Mədinə 
əhli  və  əl-Həccaca  qarşı  çıxan  qarilər  yer  alır.  (İkinci)  qism  isə  şübhələrinin  olub 
olmamasından  asılı  olmayaraq  yalnız  mal  üçün  çıxanlardır  və  onlar  bağilərdirlər.” 
Şeyxul-İslam İbn Teymiyyə - rahmətullahi aleyhi – bu fərqi fətvasında çox gözəl izah edir 
və  fətvasında  təqdim  etdiyi  geniş  izahın  içində  bunları  da  deyir:  “Cəməl  və  Siffin’də 
vuruşmuş  səhabələrin  vuruşması  ilə  Zul-Xuveysira  ət-Təmimi  və  sapıq  xaricilərdən, 
həddi  aşmış  harurilərdən  onun  əmsallarının  vuruşmasını  eyniləşdirənlərin  sözü 
cahillərin  sözləri  növündəndir  və  aşkar  bir  zülmdür.”  (“Məcmu  əl-Fətəva”,  35/56) 
Əlbəttə  ki,  zalım  imamlara  qarşı  çıxmış  ictihad  əhlini  xaricilər  ilə  eyniləşdirmək  yalnız 
cahillərin və zalımların sözü ola bilər. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə