[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

 
 
64 
 
 
 
 
(Əsərlərə tabe olmaq və kəlam elmini tərk etmək) 
 
[61]  Bir  nəfərin  əsərlərə  tənə  etdiyini,  onları  qəbul  etmədiyini  və  ya 
peyğəmbərin – salləllahu aleyhi va səlləm – xəbərlərindən hər hansı bir şeyi 
inkar  etdiyini  eşitsən  onun  İslamında  şübhə  et!  Belə  ki,  o,  pis  sözə  və 
məzhəbə malik biridir. O, bununla yalnız Allahın elçisinə - salləllahu aleyhi 
va səlləm – və səhabələrinə tənə etmiş olur, çünki biz Allahı, Onun elçisini – 
salləllahu aleyhi va səlləm - , Quranı, xeyri və şərri, dünyanı və axirəti yalnız 
və  yalnız  əsərlər  vasitəsilə  tanıya  bilmişik.
87
 Həm  də  sünnətin  Qurana 
ehtiyac duymasından çox Quran sünnətə ehtiyac duyur.
88
 
[62]  Xüsusi  olaraq  qədər  mövzusunda  kəlama  dalmaq,  münaqəşə  və 
mübahisə  etmək  bütün  firqələrə  görə  qadağandır,  çünki  qədər  Allahın 
sirridir.  Allah  –  Təbərakə  va  Təalə  -  qədər  barəsində  kəlama  dalmağı 
peyğəmbərlərinə qadağan edib, Allahın elçisinə - salləllahu aleyhi va səlləm 
– qədər barəsində mübahisə etməyi qadağan edib. Həmçinin peyğəmbərin – 
                                                            
87
 Allahın elçisi – salləllahu aleyhi va səlləm – belələri haqqında bir hədisində deyir: “Çox 
çəkməz  ki,  kişi  öz  taxtında  dirsəklənmiş  halda  uzanarkən  ona  mənim  hədisimi 
danışacaqlar və deyəcək: “Bizimlə sizin aranızda Allahın kitabı vardır; onun içində nəyi 
halal görürüksə halal sayırıq, nəyi haram olaraq görürüksə haram sayırıq. Diqqət edin! 
Allahın elçisi nəyi haram edirsə o, Allahın haram etməsi kimidir.” Bunu əd-Dərimi (587), 
ət-Tirmizi  (2664)  və  başqaları  rəvayət  ediblər.  Əhli-sünnət  imamı  Əhməd  bin  Hənbəl 
deyib:  “Kim  Allah  elçisinin  –  salləllahu  aleyhi  va  səlləm  –  hədisini  rədd  edərsə  həlak 
olmağına  çox  qalmayıb.”  (“Tabəqatul-Hənəbilə”,  2/15;  İbn  Batta,  “əl-İbənə  əl-Kubra”, 
1/97) 
88
 Said bin Mənsur bunu İsa bin Yunus’dan, o da əl-Əvzai’dən, o isə Məkhuldan rəvayət 
edib;  dedi:  “Sünnətin  Qurana  ehtiyacından  daha  çox  Quranın  sünnətə  ehtiyacı  vardır.” 
İbn Şəhin “Şərh Məzəhib Əhl əs-Sunnə” kitabında (səh: 46; rəqəm: 48) bunu Yəhya bin 
Əbi Kəsirdən rəvayət edir ki, o, deyib: “Sünnət Quran üzərində hökm edir, Quran sünnət 
üzərində hökm etmir.” İbn Quteybə “Təvil Muxtəlif əl-Hədis” kitabında (səh: 199) deyir: 
“Bununla  qəsd  etmişdir  ki,  o,  Quranı  izah  edir  və  Allahın  orada  nəyi  qəsd  etməsi 
barəsində xəbər verir.” İmam Əhməddən onun “sünnət Quran üzərində hökm edir” sözü 
barəsində  soruşduqda  demişdi:  “Bu  cür  deməyə  cəsarət  etmirəm,  lakin  sünnət  Quranı 
təfsir  edir,  onu  tərif  edir  və  onu  izah  edir.”  Bunu  ondan  əl-Xatib  “əl-Kifəyə  fi  İlmir-
Rivayə” kitabında (səh: 15) rəvayət edib. 


 
 
65 
 
salləllahu  aleyhi  va  səlləm  –  səhabələri  və  tabiinlər  də  bunu  xoş 
görməyiblər, onu həm də alimlər və təqva əhli xoşlamayıb və hamısı qədər 
barəsində münaqəşə etməyi qadağan ediblər. Sənə vacib olan təslim olmaq, 
təsdiqləmək və iman gətirmək, bütün şeylərdə Allahın elçisinin – salləllahu 
aleyhi  va  səlləm  –  dediyi  hər  bir  sözə  etiqad  etməkdir  və  bundan  başqa 
işlərdə isə susursan. 
 
∗∗∗ 
 
[63]  İman  etmək  ki,  Allahın  elçisi  –  salləllahu  aleyhi  va  səlləm  –  göyə 
qaldırıldı,  Ərşə  çatdı,  Allah  –  Təbərakə  va  Təalə  -  onunla  danışdı,  Cənnətə 
daxil  oldu  və  atəşi gördü,  mələkləri  gördü  və  peyğəmbərlər  ona  göstərildi, 
Ərşin  talvarları,  Kürsini,  səmalarda  və  yerlərdə  mövcud  olan  hər  bir  şeyi 
ayıq  halda
89
 gördü.  Cibril  onu  Buraq  üzərində  göyləri  gəzdirərək  daşıdı. 
Namaz ona həmin gecə fərz edildi və həmin gecə Məkkəyə geri döndü. Bu, 
hicrətdən əvvəl baş verdi.
90
  
 
∗∗∗ 
 
[64]  Bil  ki,  şəhidlərin  ruhu  Ərşin  altında  asılmış  lampalardadır,  Cənnəti 
gəzib  dolaşarlar.  Möminlərin  ruhları  Ərşin  altında,  kafirlərin  və  facirlərin 
ruhları isə Bərahut’dadır
91
 [və o, Siccin’də yerləşir]. 
                                                            
89
 Alimlərin  əksəriyyətinə  görə  isra  və  merac  yuxuda  deyil,  ayıq  halda  baş  verib. 
Həmçinin  peyğəmbərimiz  –  salləllahu  aleyhi  va  səlləm  –  bu  möhtəşəm  səyahəti  həm 
ruhu, həm də bədəni ilə edib. Əhli-sünnətin məşhur görüşü budur. 
90
 Alləmə  Cəlalud-Din  əs-Suyuti  isra  barəsində  gəlmiş  rəvayətləri  bir  kitab  altında 
toplayıb və onu “əl-Əyətul-Kubra fi Şərh Qissatil-İsra” adı ilə adlandırıb. 
91
 Bərahut  Yəməndə,  Hadraməut  bölgəsindəki  bir  quyudur.  Quyunun  adının  “Bərahut” 
olaraq  oxunduğunu  Yaqut  əl-Həməvi  “Mucəmul-Buldən”  kitabında  (1/405),  İbnul-
Huməm  əl-Hənəfi  “Fəthul-Qadir”də  (2/506)  təsbit  ediblər.  Kitabı  təhqiq  etmiş  ər-
Raddədi qeyd edir ki, bu barədə heç bir hədis səhih deyildir. Bəli, bu tamamilə doğrudur. 
Lakin  sələfdən  bu  barədə  səhih  nəqllər  gəlib  və  elm  əhlindən  bəziləri  bunu  səhih 
sayıblar. İbnul-Qayyim “ər-Ruh” kitabında (səh: 145) deyir: “Əbu Muhamməd İbn Həzm 


 
 
66 
 
[65]  Ölünün  qəbrində  oturdulduğuna,  Munkər  və  Nəkirin  ondan  iman  və 
onun  hökmləri  haqqında  soruşması  üçün  Allahın  onun  ruhunu  bədəninə 
qaytardığına iman etmək; sonra ruhunu ağrısız çıxaracaq. 
[66] Ölünü ziyarət edərkən ölü ziyarətçini tanıyır.
92
 Allahın dilədiyi şəkildə 
möminə onun qəbrində nemətlər verilir, facirə isə əzab verilir.   
 
∗∗∗ 
 
                                                                                                                                                                                         
dedi:  “Bu,  rafizilərin  görüşündəndir.”  Onun  dediyi  kimi  deyildir,  əksinə  bunu  əhli-
sünnətdən  bir  qrup  söyləyib.”  İbnul-Qayyim  –  rahiməhullah  –  “ər-Ruh”  kitabında 
ölülərin  ruhlarının  harada  qərar  tapması  haqqında  gəlmiş  fərqli  görüşləri  ələ  almışdır. 
İbnul-Qayyim bu görüşlərin içindən hər hansı bir görüşü inkar etmir, lakin bu görüşlərin 
əhli-sünnət alimlərinə aid olduğunu deyir və hər biri üçün dəlillərin olduğunu deyir. Ona 
görə bunların hamısı mümkündür, çünki insanların hallarını dəyişik olduğu üçün ruhları 
da  fərqli-fərqli  yerlərdə  ola  bilər.  əs-Suyuti  “Şərhus-Sudur”  kitabını  İbnul-Qayyimin 
sözlərini zikr edir və onları dəstəkləyir. İmam Əhmədin sözləri isə kafirlərin ruhlarının 
atəşdə  olmasını  göstərir.  əl-Hafiz  İbn  Racəb  “Əhvalul-Qubur  va  Əhvalu  Əhlihə  ilən-
Nuşur”  kitabında  (səh:  196)  deyir:  “Alimlərdən  bir  qrup  kafirlərin  ruhlarının  Bərahut 
quyusunda olması görüşünə üstünlük veriblər. Onların arasında bizim əshabımızdan əl-
Qadi  Əbu  Yalə  də  yer  alır  və  bunu  “əl-Mutəməd”  kitabında  deyib.  Bu  isə  Əhmədin  açıq 
sözlərinə  müxalifdir;  (o,  deyib  ki,)  kafirlərin  ruhları  atəşdədir.”  Ola  bilsin  ki,  Bərahut 
quyusunun  cəhənnəmin  dibi  ilə  bir  əlaqəsi  vardır,  necə  ki,  dəniz  haqqında  rəvayət 
olunub  ki,  onun  altında  cəhənnəm  vardır.  Doğrusunu  Allah  bilir!”  İbn  Racəbin  bu  izahı 
müəllif əl-Bərbəhəri’nin də sözlərinə uyğun gəlir, çünki o, Bərahut quyusunun Siccində 
olduğunu deyir, bu isə yalnız bərzəx aləminə xas bir əlaqə ilə mümkündür. Bu görüşdə 
olanlar üçün bəlkə də ən güclü dəlil bu barədə Həzrəti Əlidən gəlmiş səhih rəvayətdir ki, 
onu  Abdur-Razzəq  “əl-Musannəf”də  (5/116;  rəqəm:  9118),  əl-Fəkihi  “Əxbər  Məkkə”də 
(2/43; rəq: 1110) və əl-Əzraqi “Əxbər Məkkə”də (səh: 50) rəvayət ediblər.  
92
 əl-Hafiz  İbn  Abdil-Bərr  “əl-İstizkər”  kitabında  (2/165)  İbn  Abbasdan  –  radiyallahu 
anhu  –  peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  –  belə  dediyini  rəvayət  edir:  “Elə  bir 
kimsə  yoxdur  ki,  dünyada  tanıdığı  mömin  qardaşının  qəbrinin  yanından  keçərək  ona 
salam verdikdə (həmin ölü) onu tanımasın və salamına cavab verməsin.” Bu hədisi elm 
əhlindən  bəziləri  tənqid  etsə  də  təhqiq  əhli  yanında  hədis  səhihdir  və  sabitdir.  Bunu 
İmam  Abdullah  ibn  Mubarək,  İbn  Abdil-Bərr,  Əbul-Abbas  əl-Qurtubi,  əl-Hafiz  Abdul-
Haqq əl-İşbili, İbn Teymiyyə, İbnul-Qayyim, İbn Kəsir, əl-İraqi, əz-Zubeydi, əs-Suyuti, əl-
Azimabadi,  əş-Şəukəni  səhih  sayıblar.  Bu  barədə  gəlmiş  xəbərlər  o  qədər  çoxdur  ki, 
İbnul-Qayyim “ər-Ruh” kitabında (səh: 10) bu barədə deyir: “Sələf bunun üzərində icma 
edib,  onlardan  gələn  xəbərlər  mütəvatir  səviyyəsindədir  ki,  ölü  dirinin  onu  ziyarət 
etməsini bilir və bununla sevinir.” Bunun eynisini İbn Kəsir öz təfsirində (6/325) deyir. 
Bu  rəvayətləri  İbn  Əbid-Dunyə  “əl-Qubur”,  əl-Qurtubi  “ət-Təzkira”,  İbn  əl-Qayyim  “ər-
Ruh”, İbn Racəb “Əhvalul-Qubur”, əs-Suyuti “Şərhus-Sudur” kitabında toplayıb. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə