[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

 
 
56 
 
 
 
 
(Müsəlmanın namusu və qanı haramdır) 
 
[48]  Vəli,  iki  adil  şahid  və  mehrsiz  –  az  və  ya  çox  olsun  –  nikah  yoxdur!
75
 
Əgər birinin vəlisi yoxdursa, o zaman sultan vəlisi olmayanların vəlisidir. 
[49]  Əgər  kişi  qadınını  üç  dəfə  boşayarsa,  qadın  ona  haram  olar.  Ondan 
başqa kişiyə ərə getmədikcə ona halal olmaz.  
[50] Allahdan başqa haqq məbud olmadığına şahidlik edən və Allahın elçisi 
Muhammədin  Onun  qulu  və  elçisi  olduğuna  şahidlik  edən  müsəlman  bir 
nəfəri bu üç səbəbdən başqa hallarda öldürmək halal deyildir: evləndikdən 
sonra zina edən biri, iman etdikdən sonra mürtəd olanı, haqsız yerə mömin 
bir  canı  öldürən,  bunlara  görə  öldürülür.  Bu  üç  haldan  başqa  hallarda 
Qiyamət qopana qədər müsəlman bir nəfərin qanı digər müsəlmana həmişə 
haramdır.  
 
 
 
 
 
 
 
                                                            
75
 Müəllifin qeyd etdiyi bu məsələ fiqhi bir məsələdir. Bu məsələdə Əbu Hənifə digər üç 
imama müxalif olaraq qadının özünü nikahlamasını səhih saymışdır. Hənəfi fəqihləri bu 
məsələdə  Quran  ayəsinin  zahirinə  əsaslanmışlar.  İstənilən  halda  bu  məsələ  ictihadi 
məsələlərdən biridir. Müəllifin bu məsələni kitabında qeyd etməsindəki məqsədinin nə 
olduğunu Allah bilir. Lakin anlaşılan budur ki, müəllif məsələ barəsində gəlmiş hədisləri 
qəbul edib onlarla əməl etməyi sünnətin tələbi olaraq gördüyü üçün bununla rəy əhlinin 
mövqeyini inkar etmək istəmişdir. Doğrusunu Allah bilir! 


 
 
57 
 
 
 
 
(Axirət haqdır) 
 
[51]  Allahın  sonda  məhv  olmağı  vacib  etdiyi  hər  bir  şey  məhv  olacaqdır, 
yalnız  Cənnət,  Cəhənnəm,  Ərş,  Kürsi,  Lövhə,  Qələm  və  ruhlar  istisnadır.
76
 
Bunlardan heç bir şey heç bir zaman məhv olmayacaq. Sonra Allah Qiyamət 
günü yaratdıqlarını öldükləri hal üzərində yenidən yaradacaq və dilədiyi ilə 
onları  hesaba  çəkəcək.  Onların  bir  hissəsi  Cənnətə,  bir  hissəsi  isə 
Cəhənnəmə  girəcək  və  əbədi  qalmaq  üçün yaratmadığı  digər  məxluqlara – 
“Torpaq olun!” – deyəcək. 
[52]  Qiyamət  günü  yaradılmışların  hamısının,  Adəm  övladları,  yırtıcı  və 
zəhərli heyvanların hamısının arasında qisasın olacağına iman etmək; hətta 
kiçik qarışqa digər kiçik qarışqadan (haqqını alacaq). Allah – Azzə va Cəllə - 
bəzilərinin  (haqqını)  digərlərindən  alacaq,  cənnət  əhli  üçün  cəhənnəm 
əhlindən, cəhənnəm əhli üçün cənnət əhlindən, cənnət əhli bir-birilərindən, 
eləcə də cəhənnəm əhli bir-birilərindən alacaq. 
 
 
 
 
 
 
                                                            
76
 Müəllif  burada  yeddi  şeyi  istisna  etmişdir.  Bəziləri  bura  həm  də  “ucbuz-zənəb”i  də 
əlavə  edirlər  və  bu,  insanın  onurğa  sütununun  ən  sonuncu  fəqərəsidir.  İmam  İbn  əl-
Qayyim  bunları  “ən-Nuniyyə”  qəsidəsində  zikr  etmişdir  və  bunların  arasında  həm  də 
huriləri  də  qeyd  edib.  Bu  barədə  əs-Suyuti’nin  nəzmi  də  mövcuddur.  Daha  geniş 
məlumat  üçün  Şeyx  Əhməd  bin  İbrahim  bin  İsa’nın  “Təvdih  əl-Məqasid  va  Təshih  əl-
Qavaid fi Şərh Qasidətil-İməm İbn əl-Qayyim” adlı kitabına (1/95-97) baxın! 


 
 
58 
 
 
 
 
(İxlas və qədərdən razı qalmaq) 
 
[53] İxlaslı əməl Allah üçündür. 
[54] Allahın qədərinə razı qalmaq
77
, Allahın hökmünə səbr etmək, Allahın – 
Azzə  va  Cəllə  -  dediklərinə  iman  gətirmək,  Allahın  qədərlərinin  hamısına, 
xeyirlisinə  və  şərlisinə,  şirininə  və  acısına  iman  gətirmək;  Allah  qullarının 
nə  edəcəklərini  və  hansı  istiqamətdə  seyr  etdiklərini  bilir.  Onlar  Allahın 
elmindən kənara çıxa bilməzlər. Yerlərdə və göylərdə yalnız Allahın – Azzə 
va Cəllə - bildiyi bir şey ola bilər. Bilirsən ki, sənin başına gələn səndən yan 
keçməyəcəkdi, səndən yan keçən isə sənin başına gəlməyəcəkdi.
78
 Allah ilə 
birlikdə başqa bir yaradıcı yoxdur. 
 
∗∗∗ 
 
                                                            
77
 Baş verən müsibətlərə səbr etmək ilə həmin müsibətlərdən razı qalmaq arasında fərq 
vardır.  Səbr  etmək  alimlərin  ittifaqı  ilə  vacibdir,  lakin  razı  qalmağın  haqqında  alimlər 
ixtilaf  ediblər.  Şeyxul-İslam  İbn  Teymiyyə  “Minhəcus-Sunnə”  kitabında  (3/204)  deyir: 
“Kasıblıq,  xəstəlik  və  səfillik  kimi  haldan  razı  qalmaq  haqqında  insanların  görüşləri 
fərqlənib;  bu  müstəhəbdir  yoxsa  vacibdir?  Bu  barədə  Əhmədin  və  başqasının 
məzhəbində  iki  görüş  vardır.  Alimlərin  əksəriyyətinə  görə  belə  şeylərdən  razı  qalmaq 
müstəhəbdir,  vacib  deyildir...”  İbn  Teymiyyənin  sözlərindən  anlaşılan  budur  ki,  o  da 
alimlərin  əksəriyyəti  kimi  bunun  müstəhəb  olduğunu  deyir.  Məşhur  təfsirçi  əl-Qurtubi 
və əl-Hafiz İbn Hacər’in sözlərindən anlaşılan isə bunun vacib olmasıdır. İstənilən halda 
bu  məsələdə  hər  iki  tərəf  Quran  və  sünnətdən  dəlillər  gətirir.  İbnul-Qayyim  – 
rahmətullahi aleyhi – “Mədaricus-Səlikin” kitabında (1/105) hər iki görüşü zikr etdikdən 
sonra bunu vacib sayanların dəlillərinə müxtəsər şəkildə cavab vermişdir. 
78
 Bu  cümlənin  mənası  budur  ki,  əgər  Allah  sənin  qədərinə  bir  şeyi  yazıbsa,  o  mütləq 
sənin  başına  gələcək  və  onun  səndən  yan  keçməsi  mümkün  deyildir.  Əgər  Allah  sənin 
qədərinə  bir  şeyi  yazmayıbsa,  o  mütləq  səndən  yan  keçəcək.  Yəni  səndən  yan  keçməli 
olan  şey  heç  bir  zaman  sənin  başına  gəlməz.  Kim  bunun  əksini  etiqad  edərsə  Allahdan 
başqa yaradanın olduğunu iddia etmiş olur və bu da özlüyündə şirk və küfrdür. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə