[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

 
 
51 
 
[42]  Allahın  Kitabından  bir  ayəni  rədd  etmədiyi,  Allahın  elçisinin  – 
salləllahu  aleyhi  va  səlləm  -  əsərlərindən  birini  rədd  etmədiyi,  Allahdan 
başqası  üçün  heyvan  kəsmədiyi  və  ya  Allahdan  qeyrisinə  namaz  qılmadığı 
təqdirdə  qiblə  əhlindən  heç  kimsəni  İslamdan  çıxarmırıq.  Əgər  bunlardan 
birini etsə onu İslamdan çıxarmaq sənə vacib olmuşdur və əgər bunlardan 
heç birini etməyibsə o, həqiqətdə yox, adda müsəlmandır, mömindir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                                                                         
edilmiş)  biri  üçün  namaz  qılmaqdan  çəkinməli  və  (insanlar  arasında)  fəzilət  sahibləri 
fasiqlər  üçün  namaz  qılmamalıdırlar  ki,  onları  bundan  çəkindirsinlər...”  İmam  ən-
Nəvəvi’nin  bu  sözlərindən  anlaşıldığı  kimi  ümumən  bu  məsələdə  ittifaq  vardır. 
Muslim’in  hədisinə  gəldikdə  isə  bunun  ən-Nəsai’dəki  rəvayətində  (1964)  peyğəmbər  – 
salləllahu aleyhi va səlləm – deyir: “Mənə gəldikdə isə mən onun üçün namaz qılmıram.” 
Yəni yalnız özü qılmaq istəməmiş, lakin digərlərinə qıldırmışdır. 


 
 
52 
 
 
 
 
(Allahın sifətlərini təsdiqləmək və onlara iman gətirmək) 
 
[43]  Allah  elçisinin  –  salləllahu  aleyhi  va  səlləm  –  “Qulların  qəlbləri  ər-
Rahmənin barmaqlarından iki barmağı arasındadır
61

62
 və onun “Həqiqətən 
Allah –  Təbərakə  va  Təalə -  dünya  səmasına  enir
63

64
 sözü,  Arafə  günü
65
 və 
                                                            
61
 Muslim, “əs-Sahih”, (2654);  
62
 Əhlus-Sunnət etiqad edir ki, Allahu Təalənin Özünə yaraşan barmaqları vardır. Bidət 
əhlindən  başqa  heç  kəs  bunu  inkar  etməmişdir.  Əbu  Bəkr  İbn  Xuzeymə  “ət-Təuhid” 
kitabında (1/187) “Allah üçün – azzə va cəllə - barmaqların isbatı” adlı bir bab açıb. Əbu 
Bəkr  əl-Acurri  “əş-Şəriah”  kitabında  (2/115)  “insanların  qəlblərinin  Rəbbin  –  azzə  va 
cəlləm  –  barmaqlarından  iki  barmağı  arasında  olmasına  keyfiyyətsiz  iman  etmək” 
adında  bab  açmışdır.  Həmçinin  İbn  Bəttah  “əl-İbənə”  kitabında  eyni  adlı  bab  açmışdır. 
Bu  haqda  həmçinin  İbn  Əbi  Asim  “əs-Sünnə”də,  İbn  Məndəh  “ər-Raddu  aləl-Cəhmiyyə” 
kitabında,  əd-Dəraqutni  “əs-Sifət”  kitabında  və  Şeyxul-İslam  əl-Həravi  “əl-Arbəin  fi 
Dələil ət-Təuhid” kitabında ayrıca fəsil açıblar və bu sifəti isbat ediblər. İmam əl-Bəğavi 
“Şərhus-Sunnə” kitabında (1/168) deyir: “Hədisdə zikr olunan barmaq Allahın – azzə va 
cəllə - sifətlərindən bir sifətdir. Eynilə Kitab və sünnətdə gəlmiş bu qəbildən olan nəfs, 
üz, göz, əl, ayaq, gəliş, dünya səmasına eniş, Ərşin üzərinə yüksəliş, gülüş və sevinc kimi 
Allahu Təalənin sifətləri də bunun kimidir.” Bidət əhli hədislərdə gəlmiş barmaq sifətini 
təvil  edərək  onun  “nemət”  anlamına  gəldiyini  dedilər.  Əhli-sunnət  imamlarından  olan 
İbn  Quteybə  onlara  gözəl  cavab  verərək  “Təvil  Muxtələf  əl-Hədis”  kitabında  (səh:  302-
303) deyir: “Biz deyirik ki, bu hədis səhihdir və onların barmaq sözünə verdikləri təvil 
hədisə  uyğun  gəlmir,  çünki  o,  -  aleyhissələm  –  duasında  dedi:  “Ey  qəlbləri  çevirən! 
Qəlbimi dinim üzərində sabit et!” Zövcələrindən biri ona dedi: “Ey Allahın elçisi! Sən də 
öz nəfsin üçün qorxursanmı?” Dedi: “Şübhəsiz ki, möminin qəlbi Allahın – azzə va cəllə - 
barmaqlarından  iki  barmağı  arasındadır.”  Əgər  onlara  görə  qəlb  Allahu  Təalənin 
nemətlərindən iki nemət arasındadırsa o zaman o qəlb iki nemət ilə qorunmuşdur. Bəs 
onda  nə  üçün  sabit  olmasını  dua  etmişdir?!  Bəs  nə  üçün  ona  “sən  də  öz  nəfsin  üçün 
qorxursanmı?”  deyən  qadına  qarşı  qadının  sözünü  dəstəkləyən  bir  şeyi  dəlil  gətirdi?! 
Əgər qəlb iki nemət arasında qorunulursa o zaman qorxmaq lazım deyildir.” 
63
 əl-Buxari, “əs-Sahih”, (1145); Muslim, “əs-Sahih”, (758) 
64
 Bu  məsələdə  ümmətin  sələfi  icma  edib.  Şeyxul-İslam  İbn  Teymiyyə  “Məcmu  əl-
Fətəva”da  (5/577)  Əbu  Ömər  ət-Talmənki’dən  bu  barədə  sələfin  icmasını  nəql  edib. 
Lakin sələf bununla bağlı iki məsələdə ixtilaf edib. Birinci məsələ budur: Allahın enməsi 
hərəkət və intiqal (bir yerdən başqa yerə köçmək) etmək deməkdir  ya yox? Bu barədə 
iki  görüş  vardır.  əl-Qadi  Əbu  Yalə  “əl-Məsəil  əl-Aqadiyyə  min  Kitəbir-Ravayəteyn  val-
Vacheyn”  kitabında  (səh:  62)  deyir:  “Peyğəmbərimizin  –  salləllahu  aleyhi  va  səlləm  – 
xəbər  verdiyi  kimi  hər  gecə  gecənin  son  üçdə  biri  qaldıqda  Allahu  Təalənin  dünya 


 
 
53 
 
Qiyamət  günü
66
 enir,  Allah  –  Cəllə  Sənəuhu  –  ayağını  cəhənnəmə 
qoymadıqca (insanların) ora atılması davam edəcək
67
, Allahın quluna dediyi 
“Mənə  tərəf  yürüsən  sənə  tərəf  qaçaram”
 68
 sözləri
69
,    (peyğəmbərin) 
                                                                                                                                                                                         
səmasına enməsində əshabımız (yəni hənbəlilər) ixtilaf etməyib... Bunun sifətində ixtilaf 
ediblər.  Şeyximiz  Əbu  Abdilləh  (əl-Həsən  bin  Həmid)  enmənin  intiqal  olması 
görüşündədir.  O,  deyir  ki,  “çünki  ərəblərə  görə  enişin  həqiqəti  budur.”  Bu,  onun  (İbn 
Həmidin  Ərşin  üzərinə)  yüksəliş  məsələsindəki  görüşünün  eynisidir,    yəni  oturmaq 
mənasındadır.  Bu,  Ubədə  bin  Samitin  hədisinin  zahirinə  əsaslanır.  Üstəlik  bu,  ən  uzağı 
biz  insanların  haqqında  yaradılmış  sifətlərdən  birini  ifadə  edir,  lakin  bu,  bunun  Allah 
haqqında  da  yaradılmış  olmasını  tələb  etmir.  Ərşin  üzərinə  yüksəlmək  bunun  kimidir, 
qədimdə bu yüksəliş ilə vəsf olunmasa belə (yüksəliş) şəklində biz Ondan fərqli olmaqla 
bərabər O, bu sifət ilə vəsf olunur. Eynilə deyirik ki, O, səs və hərf ilə danışmışdır; belə 
bir  şey  bizə  aid  vəsflərdə  yaradılmış  olmağı  tələb  etsə  də  Onun  haqqında  belə  bir  şey 
tələb etmir. Enmək də bunun kimidir. Şeyximiz əshabımızdan bir qrupdan onların belə 
dediyini nəql etmişdir: “Enməyin mənası qüdrətinin enməsidir”...Şeyximiz əshabımızdan 
digər bir qrupdan onların belə dediyini nəql etmişdir: “Mənasını əql edə bilməyəcəyimiz 
enişlə sabitdir; bunun mənası xəbərdə gəldiyi kimi zəval ifadə edir ya yox? Belə bir şey 
Onun  sifətlərində  imkansız  deyildir,  necə  ki,  Allah  üçün  bir  zat  isbat  edir,  lakin  onun 
mahiyyətini  nəfy  edir.  Bu  (axırıncı)  yol  məzhəbin  görüşüdür,  belə  ki,  Əhməd  bir  çox 
yerdə bunu bildirmişdir.” əl-Qadi Əbu Yalə burada enmək sifətinin mənası haqqında üç 
görüş  nəql  etmişdir.  İlk  görüşə  görə  enmək  bir  yerdən  başqa  yerə  köçmək  deməkdir, 
çünki  ərəblər  bunu  bu  cür  başa  düşürlər  və  bu,  İbn  Həmidin  görüşüdür.  İkinci  görüşə 
görə  burada  qəsd  olunan  Allahın  qüdrətinin  enməsidir.  Lakin  bu  görüş  xətadır  və  bu 
xətanın  izahı  üçün  bura  uyğun  yer  deyildir.  Üçüncü  görüşə  görə  bunun  mənasını  dərk 
etmək  olmaz  və  bundan  ötəyə  keçmək  doğru  deyildir.  əl-Qadi  Əbu  Yalə  qeyd  edir  ki, 
məzhəbin doğru görüşü budur.  
65
 Bax: Muslim, “əs-Sahih”, (1348);  
66
 Allahu  Təalə  deyir:  “Xeyr!  Yer  dağılıb  parça-parça  olacağı,  sənin  Rəbbin  və  səf-səf 
mələklər gələcəyi və cəhənnəm gətiriləcəyi gün  - məhz o gün insan xatırlayacaqdır.” (əl-
Fəcr, 21-23)
 
67
 Bax: əl-Buxari, “əs-Sahih”, (4848); Muslim, “əs-Sahih”, (2848) 
68
 əl-Buxari, “əs-Sahih”, (7405); Muslim, “əs-Sahih”, (2675)
 
69
 Allahın  “qaçmaq”  sifəti  varmı?  Sələf  bu  barədə  iki  görüşə  ayrılmışdır.  Onlardan 
bəziləri hədisdə gələn qaçmağın Allahın sifəti olmadığını, lakin kinayə olaraq deyildiyini 
söyləyir.  Bu  görüşə  əsasən  burada  qəsd  olunan  Allahın  qulunun  əməllərini  qəbul 
etməkdəki surətidir. Bu görüşdə olanlardan biri də İbn Quteybədir. O, “Təvil Muxtələf əl-
Hədis”  (səh:  327)  kitabında  deyir:  “Biz  deyirik  ki,  bu  bənzətmə  və  misal  vermək 
anlamındadır.  Bununla  sadəcə  olaraq  qəsd  etmişdir  ki,  kim  itaət  etməklə  sürətlə  Mənə 
gələrsə  Mən  onun  gəlişindən  də  daha  surətli  ona  savab  yazaram,  beləliklə  bunun  üçün 
yürüyüş  və  qaçışı  kinayə  olaraq  istifadə  etmişdir.  Bəzilərinə  görə  isə  bu,  Allahın 
sifətlərindən  bir  sifətdir.  Müəllifin  kitabdakı  əməli  göstərir  ki,  ona  görə  bu,  Allahın 
sifətlərindən  bir  sifətdir.”  Bu,  həm  də  İbn  Teymiyyənin  “Bəyənu  Təlbisil-Cəhmiyyə” 
kitabında  (6/101-104)  dəstəklədiyi  görüşdür.  İkinci  görüşə  görə  bu,  Allahın 
sifətlərindən  bir  sifətdir  və  isbat  olunmalıdır.  Görünür  ki,  əl-Bərbəhəri  bu  görüşdə 
olanlardan  biridir.  Həmçinin  Şeyxul-İslam  əl-Həravi  “əl-Arbəin  fi  Dələil  ət-Təuhid” 
kitabında (səh: 79) bu sifəti Allahın sifəti olaraq isbat etmişdir. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə