[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

 
 
75 
 
razılaşmayanların təkfir edilməsinə dəvət edirdi. Buna görə də cahillər, adi 
insanlar,  elmi  olmayanlar  yollarını  azdılar.    İnsanlara  dünya  işlərindən  bir 
şeyi  şirin  göstərdilər  və  onları  dünya  cəzası  ilə  qorxutdular.  İnsanlar  da 
dünya  üçün  qorxduqlarına  görə  və  dünyanı  əldə  etmək  istədikləri  üçün 
onlara tabe oldular, beləliklə, sünnət və sünnət əhli gözlərdən itdi. Bidət isə 
aşkara  çıxdı  və  geniş  yayıldı.  Bilmədikləri  işlərdə  bir  çox  yöndən  küfr 
etdilər.  Qiyası  uydurdular  və  Rəbbin  ayələrindəki,  hökmlərindəki, 
əmrindəki  və  qadağalarındakı  qüdrətini  öz  ağıllarına  və  görüşlərinə  görə 
yozdular.  Ağıllarına  uyğun  olanları  qəbul  etdilər  və  ağıllarına  uyğun 
olmayanları inkar etdilər, beləliklə İslam qəribələşdi və sünnət qəribələşdi 
və sünnət əhli də öz ölkələrində qəriblərə döndülər.   
 
∗∗∗ 
 
[86]  Bil  ki,  mutə  - qadınlarla  mutə
104
 -  və istihləl
105
 Qiyamət gününə  qədər 
haramdır. 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
104
 Azərbaycanda siğə adı ilə tanınır və İslam şəriəti bunu qadağan edir. 
105
 Üç dəfə boşandıqdan sonra qadını əvvəlki ərinə halal etmək üçün onunla evlənmək. 


 
 
76 
 
 
 
 
(Haşım oğullarının fəziləti) 
 
[87]  Haşım  oğullarının
106
 fəzilətini  tanı!  Çünki  onlar  Allahın  elçisinin  – 
salləllahu  aleyhi  va  səlləm  –  qohumlarıdır.  Qureyşin,  ərəblərin
107
 və  bütün 
qəbilə  qollarının  fəzilətini  bilməlisən.  Onların  qədrini  və  İslamdakı 
hüquqlarını  tanı!  Bir  qövmün  azadlı  qulu  onlardan  sayılır
108
.  Digər 
insanların da İslamdakı haqlarını tanı! Ənsarların da fəzilətini, peyğəmbərin 
–  salləllahu  aleyhi  va  səlləm  –  onlar  haqqındakı  vəsiyyətini  bilməlisən. 
Peyğəmbərin  ailəsini  də  unutmamalısan!  Onların  fəzilətlərini  tanımalısan! 
(Peyğəmbərin)  Mədinə  əhlindən  olan  qonşularını  da!  Onların  da 
fəzilətlərini tanı!   
 
 
 
 
 
                                                            
106
 Haşım oğulları Haşim bin Abd Manaf’ın oğullarıdır. İslamın əvvəlində qureyşin özəyi 
sayılırdılar. Hişamın Abdul-Muttalib adlı oğlu var idi. Abdul-Muttalibin isə Abdullah, Əbu 
Talib,  Həmzə,  əl-Abbas  və  Əbu  Ləhəb  adlı  oğulları  var  idi.  Abdullahın  oğlu  isə 
yaradılmışların ən xeyirlisi Muhamməd idi. Salləllahu aleyhi va alə əlihi va səlləm.  
107
 Ərəb cinsinin əcəm cinsindən daha fəzilətli, daha şərəfli olmasına etiqad etmək əhli-
sünnətin etiqadıdır. Şeyxul-İslam  İbn Teymiyyə “İqtida əs-Sirat əl-Mustəqim” kitabında 
(1/374-375)  deyir:  “Əhlus-Sunnə  val-Cəməat  etiqad  edir  ki,  ərəb  cinsi  ibraniləri, 
suryaniləri,  romalıları,  farsları  və  başqaları  da  daxil  olmaqla  əcəm  cinsindən  əfzəldir. 
Qureyş isə ərəblərin ən əfzəlidir və Haşim oğulları Qureyşin ən əfzəlidir və Allahın elçisi 
–  salləllahu  aleyhi  va  səlləm  –  Haşim  oğullarının  ən  fəzilətlisidir.O,  həm  də  bütün 
yaradılmışların özü və nəsəbi baxımından ən fəzilətlisidir.” Lakin bilmək lazımdır ki, bir 
ərəb bir başqa əcəmidən üstün deyildir. Amma bir cins kimi ərəb cinsi əcəm cinsindən 
üstündür. 
108
 Bunu  əl-Buxari  (6761)  Ənəs  bin  Malik  vasitəsilə  rəvayət  edib  ki,  peyğəmbər  – 
salləllahu aleyhi va səlləm – deyib: “Qövmün azadlı qulu onlardandır.” 


 
 
77 
 
 
 
 
(Cəhmiyyə firqəsi) 
 
[88]  Bil  ki,  -  Allah  sənə  rəhm  etsin!  –  elm  əhli  hər  zaman  cəhmiyyənin 
sözlərini  rədd  ediblər,  ta  ki,  fılankəslərin
109
 xəlifəliyi  zamanı  alçaq  və 
dəyərsiz  kimsələrin  insanların  işi  haqqında  danışdıqları  vaxt  gəldi,  onlar 
peyğəmbərin – salləllahu aleyhi va səlləm - əsərlərinə tənə etdilər, qiyas və 
rəyə  əsaslandılar.  Onlarla  razılaşmayanları  təkfir  etdilər  və  onların  bu 
sözlərini  cahillər,  düşüncəsizlər  və  elmsiz  kəslər  qəbul  etdi,  elə  bir  həddə 
çatdı ki, bilmədikləri halda küfr etdilər. Ümmət bir çox yöndən həlak oldu, 
bir  çox  yöndən  küfr  etdi,  bir  çox  yöndən  zındıqlıq  etdi,  bir  çox  yöndən 
yollarını azdılar. Bir çox yöndən parçalandılar və bidətlər çıxardılar, yalnız 
Peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  –  sözü,  onun  əmri  və 
səhabələrinin  əmri  üzərində  sabit  qalan,  səhabələrdən  heç  kəsi  xətada 
ittiham  etməyən,  onların  getdikləri  yollarından  ötə  bir  həddi  aşmayan
110

onların 
kifayətləndikləri 
ilə 
kifayətlənənlər, 
onların 
yolları 
və 
məzhəblərindən  üz  döndərməyən,  səhabələrin  səhih  İslam,  səhih  iman 
üzərində  olduğundan  əmin  olan  müstəsna  oldu.  Dinində  səhabələri  təqlid 
etdi  və  rahatlıq  tapdı  və  dinin  yalnız  təqlid  ilə  yaşandığından  əmin  oldu. 
Təqlid  isə  Muhammədin  –  salləllahu  aleyhi  va  səlləm  –  səhabələrini  təqlid 
etməkdir. 
[89]  Bil  ki,  hər  kim  “Quran  ilə  ləfzim  məxluqdur”
111
 deyərsə  bidətçidir
112

Susan və məxluq olduğunu və ya olmadığını deməyən isə cəhmidir. Bunu bu 
                                                            
109
 Əlyazmaların  birində  “Bənu  əl-Abbas”  sözü  keçir,  yəni  abbasilərin  xilafəti  qəsd 
olunur. 
110
 Səhabələrin  hidayəti  ilə  kifayətləndilər,  artıq  danışaraq  onların  tərk  etdikləri  yolda 
həddi aşmadılar. 
111
 Bu söz həm doğru, həm də batil məna ifadə edə bilər və bu, sözü işlədənin qəsdindən 
asılıdır.  Bu  sözü  ilk  dəfə  ortaya  çıxaranlar  cəhmilər  və  mötəzililər  olublar.  Onlar  açıq 
şəkildə  Quran  məxluqdur  deməkdən  çəkindikləri  üçün  bu  söz  ilə  adi  xalq  kütləsinin 
etiqadına  çirkin  sözlər  qatmaq  istəyirdilər.  “Quran  ilə  ləfzim  məxluqdur”  sözü  ilə 
cəhmilər  dilləri  ilə  tələffüz  etdikləri  sözlərin  məxluq  olduğunu  qəsd  edirdilər  və  bu, 
Quranın  özünün  məxluq  olması  anlamına  gəlir.  Lakin  bu  sözlə  həm  də  insanın  tələffüz 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə