[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 
 
78 
 
şəkildə  Əhməd  bin  Hənbəl  deyib.
113
 Allahın  elçisi  –  salləllahu  aleyhi  va 
səlləm  –  deyir:  “Aranızdan  məndən  sonra  yaşayanlar  çoxlu  ixtilaf  görəcək. 
Sonradan  uydurulmuş  işlərdən  uzaq  durun!  Çünki  onlar  zəlalətdir.  Mənim 
                                                                                                                                                                                         
etdiyi  səslərin  məxluq  olması  da  qəsd  oluna  bilər  ki,  bu,  doğru  mənadır.  Bu  fitnənin 
qarşısını almaq üçün başlarında İmam Əhməd bin Hənbəl olmaqla bir çox imam bu cür 
söz işlədənlərin cəhmi və bidətçi olduğunu söyləyib və insanları onlardan uzaqlaşdırıb. 
Şeyxul-İslam İbn Teymiyyə “Dar’u Təarud əl-Aql van-Nəql” kitabında (1/260-262) deyir: 
“Onlar  belə  deməyə  başladılar:  “Endirilmiş  və  eşidilən  bu  Quran  əslində  Quranın 
tilavətidir, qiraətidir və Quranın tilavəti məxluqdur və Quranın qiraəti məxluqdur. Onlar 
deyirlər:  “Quranla  etdiyimiz  tilavət  məxluqdur.  Quranla  etdiyimiz  qiraət  məxluqdur.” 
Eşidilən  kəlamı  da  bura  daxil  edirdilər  və  deyirdilər:  “Quranla  ləfzimiz  (tələffüzümüz) 
məxluqdur” və bura tələffüz olunan, tilavət edilən və eşidilən Quranı da daxil edirdilər. 
İmam  Əhməd  və  digər  sünnət  imamları  bunu  inkar  etdilər  və  dedilər:  “Ləfzilər 
cəhmidirlər.”  Dedilər:  “Cəhmilər  üç  qrupa  ayrıldılar:  bir  firqə  dedi:  Quran  məxluqdur. 
Digər  firqə  dedi:  Susuruq.  Nə  “Quran  məxluqdur”  demirik,  nə  də  “Quran  məxluq 
deyildir” demirik. Digər firqə isə dedi: “Quranın tilavəti və Quran ilə tələffüz məxluqdur.” 
Bu,  əhlus-sunnətdə  yayıldıqda  bir  qrup  xəta  etdi  və  dedi:  “Quranla  etdiyimiz  tələffüz 
məxluq  deyildir  və  onunla  etdiyimiz  tilavət  məxluq  deyildir.”  İmam  Əhməd  bunları  da 
bidətdə  ittiham  etdi  və  tərk  edilmələrini  əmr  etdi.  Buna  görə  də  əl-Əşari  “əl-Məqalət” 
kitabında bunu əhlus-sunnə və hədis əhlindən nəql etmiş və demişdir: “Ləfz görüşü və 
bu  barədə  susmaq  onlara  görə  bidətdir.  Kim  “Quran  ilə  tələffüz  məxluqdur”  deyərsə  o, 
onlara  görə  bidətçidir  və  kim  desə  ki,  “məxluq  deyildir”,  o  da  bidətçidir.”  Eynilə 
Muhamməd  bin  Cərir  ət-Tabəri  “Sarih  əs-Sunnə”  kitabında  zikr  edir  ki,  o,  bir-çox 
şeyxindən  İmam  Əhmədin  belə  dediyini  eşitmişdir:  “Kim  “Quran  ilə  tələffüzüm 
məxluqdur”  deyərsə  cəhmidir  və  kim  “o,  məxluq  deyildir”  deyərsə  bidətçidir.”  Əbu 
Muhamməd bin Quteybə bu barədə bir kitab yazıb. Əbu Bəkr əl-Xalləl bunu “əs-Sunnə” 
kitabında  ələ  alıb  və  bu  barədə  geniş  söhbət  açıb.  Orada  Əbu  Bəkr  əl-Mərruzi’nin  bu 
barədə  yazdığı  kitabını  da  zikr  edir...Hədis  əhli  bu  məsələdə  parçalanmışdı.  Beləliklə 
onlardan  bir  qrup  belə  deyirdi:  “Quranla  tələffüzümüz  məxluq  deyildir.”  Qəsd  etdikləri 
bu  idi  ki,  (qulaqla)  eşidilən  Quran  məxluq  deyildir,  qəsd  etdikləri  insanın  səsi  deyildi. 
Necə  ki,  bu,  Əbu  Hatim  ər-Razi,  Muhamməd  bin  Davud  əl-Missisi  və  bunlardan  başqa 
alimlərin  görüşü  idi.  Bunların  tələbələri  arasında  elələri  də  var  idi  ki,  ola  bilsin  ki, 
insanın  səsini  və  ya  felini  də  bura  daxil  edirdi  və  ya  bu  barədə  susurdu.  Bəzi  imamlar 
bunu  anladılar  və  onları  rədd  etmək  üçün  belə  deməyə  başladılar:  “İnsanların  felləri, 
səsləri məxluqdur.” Necə ki, bunu əl-Buxari, Muhamməd bin Nasr əl-Mərvazi və elm və 
sünnət  əhlindən  olan  başqa  alimlər  etmişdi.  Beləliklə  bu  məsələyə  çoxca  qarışmaq 
səbəbilə  müştərək  mənalı  sözlər  və  nəfsi  istəklər  ortaya  çıxmağa  başladı.  Bunun 
üzündən bir növ parçalanma və fitnə əmələ gəldi. əl-Buxari ilə Muhamməd bin Yəhya əz-
Zuhli  arasında  məşhur  olan  hadisə  baş  verdi  və  Muslim  bin  əl-Həccəc  kimi  alimlərdən 
ibarət  bir  qrup  əl-Buxarini  dəstəklədi.  Əbu  Zura  ər-Razi  və  Əbu  Hatim  ər-Razi  və 
başqaları  ona  qarşı  çıxdılar.”  Şeyxul-İslamın  verdiyi  izaha  əsasən  anlayırıq  ki,  hədis 
əhlinin ən böyük imamları etiqadda eyni görüşdə olsalar da aradakı söz fərqlərinə görə 
ixtilafa düşmüşdülər. 
112
 Əlyazmaların birində “cəhmidir” sözü keçir. 
113
 Bax:  əs-Sabuni,  ”Aqidətus-Sələf  va  Əshəbul-Hədis”  (səh:  171  -  ...),  əl-Beyhəqi,  “əl-
İtiqad”  (səh:  110),  əl-Laləkai,  “Şərh  Usul  İtiqad  Əhl  əs-Sunnə”  (1/177),  İbn  Batta,  “əl-
İbənə” (səh: 87), Abdullah bin Əhməd, “əs-Sunnə”, (1/179, 279-280) 


 
 
79 
 
sünnətimə  və  doğru  yolda  olan  adil  xəlifələrimin  sünnətinə  tabe  olun!  Azı 
dişləriniz ilə onu dişləyin!”
114
 
[90]  Bil  ki,  cəhmiyyənin  həlak  olmasının  yeganə  səbəbi  onların  Allah 
haqqında düşünməkləri, “nə üçün?” və “necə?” suallarını araya qatmaqları, 
əsərləri tərk etməkləri, qiyası icad etməkləri oldu və dini öz rəylərinə qiyas 
etdilər,  beləliklə  elə  bir  aşkar  küfr  ilə  gəldilər  ki,  küfr  olması  gizli deyildir. 
Digər  insanları  kafir  saydılar.  Bu  işləri  onları  elə  bir  hala  gətirdi  ki,  artıq 
tətilə etiqad etdilər
115

Alimlərdən  bəziləri  –  və  onların  arasında  Əhməd  bin  Hənbəl  də  - 
radiyallahu anhu – yer alır – dedi ki, cəhmi kafirdir, qiblə əhlindən deyildir, 
qanı  halaldır,  miras  almaz  və  ondan  miras  alınmaz
116
,  çünki  onlar  deyirlər 
ki,  “cümə  namazı,  camaat  namazı,  bayram  namazları  və  zəkat  yoxdur”  və 
deyirlər  ki,  “kim  -  Quran  məxluqdur  -  demirsə  kafirdir”.  Muhammədin  – 
salləllahu  aleyhi  va  səlləm  -  ümmətinə  qarşı  qılınc  qaldırmağı  halal 
gördülər,  özlərindən  əvvəlkilərə  müxalif  oldular,  Allahın  elçisinin  – 
salləllahu  aleyhi  va səlləm –  və  səhabələrindən heç  kimsənin  demədiyi  bir 
                                                            
114
 Əbu Davud (4607); İbn Macə (42); ət-Tirmizi (2676); İbn Hibban (1/178-179; rəq: 5) 
115
 Tətilə etiqad etmək bir şeyi boş çıxarmaqdır. Cəhmilər Allahın həm adlarını, həm də 
sifətlərini  inkar  etdilər.  Allahın  qüdrətinin,  elminin,  iradəsinin  olmadığını,  Allahın 
görmədiyini  və  eşitmədiyini  dedilər.  Onlara  görə  Allahın  elmi,  iradəsi,  qüdrəti  Onun 
vəsfləri deyil, Onun özüdür. Beləliklə Allahı bir heç etdilər, çünki adı və vəsfi olmayan bir 
şey həqiqətdə bir heçdir. 
116
 Bir çox alim cəhmiləri qiblə əhlindən saymayıb. Əbu Said Osman bin Said əd-Dərimi 
“ər-Raddu  aləl-Cəhmiyyə”  kitabında  (səh:  171-180)  bağdadlı  biri  ilə  münazərəsini 
xatırlayaraq  onun  sualına  cavab  surətilə  cəhmiləri  nə  üçün  təkfir  etdiyini  izah  edir  və 
bunun üçün dəlilləri zikr edir. Sonra cəhmiləri təkfir edən alimlərin adlarını qeyd edir və 
qeyd etdiyi alimlərin arasında Səlləm bin Əbi Muti, Həmməd ibn Zeyd, Yezid bin Harun, 
İbn əl-Mubarək, Vaki, Əbut-Təubə ər-Rabi bin Nəfi’ni zikr edir. Cəhmiləri kafir sayanlar 
arasında  əl-Buxari  da  yer  alır.  O,  “ər-Raddu  aləl-Cəhmiyyə  va  Əshəbit-Tatil”  adlı 
kitabında (2/24) deyir: “Yəhudilərin, nəsranilərin və məcusilərin sözlərinə baxdım, lakin 
onlardan  (cəhmilərdən)  küfrlərində  daha  sapıq  olanını  görmədim.  Mən  onları  təkfir 
etməyənlər  arasında  onların  küfründən  xəbərdar  olmayanlardan  başqalarını  cahil 
sayıram.” Daha sonra isə (2/33) deyir: “Mənim üçün cəhmi və rafizinin arxasında namaz 
qılmaq  ilə  nəsrani  və  yəhudinin  arxasında  namaz  qılmaq  arasında  bir  fərq  yoxdur. 
Onlara  salam  verilməz,  (xəstələri)  ziyarət  edilməz,  onlarla  evlənməzlər,  onları  şahid 
kimi  istifadə  etməzlər  və  kəsdikləri  yeyilməz.”  Onu  da  qeyd  etməliyik  ki,  burada 
cəhmiyyə ilə qəsd olunan xalis cəhmi olan kəslərdir, çünki bəzi alimlər cəhmilərin bəzi 
görüşlərini  mənimsəyə  bilərlər,  amma  bu,  onları  cəhmi  etmir.  Üstəlik  onu  da  əlavə 
etməliyəm ki, heç də bütün alimlər cəhmiləri qiblə əhlindən kənarlaşdırmaq görüşü ilə 
razılaşmır.  Hənəfi  və  şafi’i  üləması  arasında  məşhur  olan  görüş  budur  ki,  bidətçi 
firqələrdən heç biri təkfir olunmaz.  


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə