[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

 
 
71 
 
 
 
 
(Dindəki bidətlərin ən böyük səbəblərindən biri kəlam 
elmidir) 
 
[75]  Bil  ki,  -  Allah  sənə  rəhm  etsin!  –  dində  zındıqlıq,  küfr,  şəkk,  bidət, 
zəlalət  və  çaşqınlıq  heç  vaxt  olmayıb,  (bu  şeylər)  yalnız  və  yalnız  kəlam 
elmi, kəlam, münaqəşə, mübahisə əhli səbəbindən ortaya çıxıb. Allahu Təalə 
- “Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edər”
100
 – 
dedikdən  sonra  insanın  münaqəşəyə,  mübahisəyə,  çəkişməyə  cürət  etməsi 
necə də təəccüblüdür! Sənə vacib olan əsərlərə və əsər əhlinə təslim olmaq, 
onlardan razı qalmaq, çəkinmək və sakit durmaqdır. 
 
∗∗∗ 
 
[76]  Allahın  –  Təbərakə  va  Təalə  -  yaratdıqlarını  cəhənnəmdə  qandal, 
buxov  və  zəncirlərlə  əzab  edəcəyinə  iman  etmək;  atəş  içərilərində, 
yuxarılarında  və  altlarında  olacaq.  Halbuki  cəhmiyyə
101
 -  və  onların 
                                                            
100
 Ğafir, 4 
101
 Hicri  ikinci  əsrdə  ortaya  çıxmış  bir  firqədir.  Baniləri  əl-Cəhm  bin  Safvan  ət-Tirmizi 
olub.  Kufədə  yaşayıb.  Dəməşqdən  qaçan  əl-Cad  bin  Dirhəm  ilə  qarşılaşıb  və  onun  batil 
fikirlərini mənimsəmişdir. Xalid bin Abdilləh əl-Qasri hicri 105-ci ildə əl-Cad bn Dirhəmi 
öldürdükdən  sonra  əl-Cəhm  bin  Safvan  onun  fikirlərini  yaymağa  davam  etdi. 
Davamçıları  ortaya  çıxdı  və  daha  sonra  Xorasanın  Tirmiz  şəhərinə  qovuldu.  Tirmizdə 
məzhəbini  yaymağa  davam  etdi.  Xorasan  bölgəsinin  Bəlx  və  Tirmiz  şəhərində 
davamçıları  çoxaldı.  Əməvi  dövlətinə  qarşı  qiyam  etmiş  əl-Haris  bin  Sureyc  ət-Təmimi 
ilə birlikdə iştirak etdiyi üçün hicri 128-ci ildə öldürüldü. 


 
 
72 
 
arasında  Hişəm  əl-Futi
102
 –  deyir  ki,  (Allah)  onlara  yalnız  atəşin  yanında 
əzab verəcək. Bu isə Allahı və Onun elçisini rədd etməkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
102
 Əbu Abdilləh Hişəm bin Amr əl-Futi mötəzililərin kufəli şeyxlərindən biri olub. Onun 
davamçılarına hişəmilər deyilir. Məşhur mötəzili alim Əbul-Huzeyl’in tələbələrindən idi. 
Bir çox batil görüşün sahibi olub. “Həsbunallahu va niməl-vəkil” sözünü deməyi qadağan 
edərdi. Ona görə Allah kafirə atəş ilə əzab etmir, yeri yağış ilə diriltmir, hidayət etmir və 
azdırmır.  


 
 
73 
 
 
 
 
(Şəhadət, namaz, zəkat) 
 
[77]  Bil  ki,  fərz  namazların  sayı  beşdir.  Onları  artırmaq  olmaz,  nə  də 
vaxtlarında  azaltma  etmək  olmaz.  Səfərdə  məğrib  namazı  istisna  olmaqla 
digər  namazlar  iki  rükətdir.  Kim  namazın  beşdən  çox  olduğunu  deyərsə  
bidət  etmişdir.  Beşdən  az  olduğunu  deyərsə  bidət  etmişdir  və  Allah  onları 
yalnız  öz  vaxtlarında  qəbul  edir.  Unutma  halı  istisnadır,  çünki  üzrlüdür  və 
xatırladığı  zaman  qılmalıdır.  Ya  da  müsafir  olması  istisnadır,  bu  zaman 
diləsə iki namazın arasını birləşdirə bilər. 
[78] Zəkat Allahın elçisi – salləllahu aleyhi va səlləm – dediyi kimi qızıldan, 
gümüşdən, meyvələr, toxumlar və heyvanlardan ödənir. Özünün paylaması 
caizdir, eləcə də (zəkatını) imama verməsi də caizdir. 
[79]  Bil  ki,  İslamın  əvvəli  Allahdan  başqa  haqq  məbudun  olmadığına  və 
Muhammədin Onun qulu və elçisi olduğuna şahidlik etməkdir. 
[80] Allahın dedikləri Onun dediyi kimidir və dediyindən dönməz. O, dediyi 
kimidir.  
[81] Şəriətin hamısına iman etmək 
 
∗∗∗ 
 
[82]  Bil  ki,  Kitab,  İslam  və  sünnətin  hökmünə  görə  satıldığı  təqdirdə  və 
araya bir dəyişdirmə və ya zülm və ya haqsızlıq və ya aldatma və ya Qurana 
müxalif  olan  bir  şey  və  ya  bilinənin  ziddi  olan  bir  şey  daxil  olmadığı 
təqdirdə müsəlmanların bazarlarında aparılan satış və alış halaldır. 
 


 
 
74 
 
 
 
 
(Fitnələrdən əmin olmaq olmaz) 
 
[83] Bil ki, - Allah sənə rəhm etsin! –bu dünyada yaşadığı müddətdə qulun 
ehtiyac  və qorxu içində  olması  lazımdır,  çünki  o, bütün xeyir  əməlləri  etsə 
belə  hansı  halda  öləcəyini,  sonunun  necə  olacağını  və  Allahı  hansı  hal 
üzərində  qarşılayacağını  bilmir.  Nəfsinə  qarşı  həddini  aşana  ölüm  zamanı 
Allahu Təalədən ümidini kəsməməsi, Allah – Təbərakə va Təalə - haqqında 
gözəl  zəndə  olması,  eyni  zamanda  günahlarına  görə  qorxması  lazımdır. 
Əgər  Allah  ona  rəhm  edərsə  bu,  Allahın  xeyirxahlığına  görədir.  Əgər  ona 
əzab verərsə onun öz günahına görədir. 
[84]  Allahın  –  Təbərakə  va  Təalə  -  qiyamət  gününə  qədər  ümmətində  baş 
verənləri peyğəmbərinə göstərməsinə iman etmək.  
[85]  Bil  ki,  Allahın  elçisi  –  salləllahu  aleyhi  va  səlləm  –  deyib:  “Ümmətim 
yetmiş  üç  firqəyə  parçalanacaq.  Bir  firqədən  başqa  hamısı  atəşdədir  və  o 
firqə camaatdır.” Soruşuldu: “Ey Allahın elçisi, onlar kimdir?” Dedi: “Mənim 
və səhabələrimin bu gün tutduqları yol”
103
 
Ömərin  xilafətinə  qədər  din  bu  cür  idi.  Osmanın  zamanında  da  belə  idi. 
Osman öldürüldükdə ixtilaf və bidətlər gəldi. İnsanlar qruplara bölündülər 
və firqələrə parçalandılar. İnsanların bir hissəsi dəyişikliklərin ilk əvvəlində 
haqq üzərində sabit qaldı, haqq söylədi və insanları ona dəvət etdi. 
Fılankəslərin  xilafəti  zamanında  dördüncü  nəsil  gələnə  qədər  işlər  bu  cür 
doğru  olmağa  davam  etdi,  sonra  isə  zaman  çevrildi  və  insanlar  çox 
dəyişdilər,  bidətlər  yayıldı.  Haqqın  və  camaatın  yolundan  başqa  yollara 
dəvət edənlərin sayı çoxaldı. Allahın elçisinin – salləllahu aleyhi va səlləm – 
və  səhabələrinin  söyləmədiyi  bir  şeydə  sınaqlar  başladı.  Parçalanmağa 
dəvət  etdilər  və  peyğəmbər  –  salləllahu  aleyhi  va  səlləm  –  parçalanmağı 
qadağan edib. Bir-birilərini təkfir etdilər və hər biri öz görüşünə və onlarla 
                                                            
103
 ət-Tirmizi (2640); Əbu Davud (4596); İbn Macə (3991)  


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə