[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 
 
46 
 
Zər’ə  dediyi  sözdür:  “Həbəşli  bir  qul  olsa  da  səbr  et!”
53
 Ənsara  da  belə 
buyurmuşdur:  “Məni  hovuz  başında  qarşılayana  qədər  səbr  edin!”
54
 Sultan 
ilə  vuruşmaq  sünnətdən  deyildir,  çünki  o,  dinin  və  dünyanın  pozulmasına 
səbəb olur.
55
 
                                                            
53
 Muslim  “əs-Sahih”də  (1837)  Əbu  Zər’in  hədisindən  rəvayət  edir.  Dedi:  “(Əmir)  hətta 
əl-qolu  kəsilmiş  bir  qul  olsa  belə  xəlilim  eşidib  itaət  etməmi  mənə  tövsiyə  etdi.”  Bir 
başqa rəvayətdə isə “əl-qolu kəsilmiş həbəşli bir qul olsa belə” sözləri keçir. 
54
 əl-Buxari (3147) və Muslim (1059, 1845) rəvayət edir. 
55
 Kafir olmayan, yəni müsəlman olan zalım və ya adil imama qarşı çıxmaq halal deyildir 
və bu, imamımız Əhmədin və əhli-sünnətin məşhur görüşüdür. Ümumən bu ümmətin ilk 
nəsillərində bu barədə iki fərqli görüş mövcud olub. Hənəfi imamlarından Əbu Cafər ət-
Tahavi əqidə haqqında yazdığı məşhur kitabında (səh: 24) deyir: “İmamlarımıza və əmr 
sahiblərinə  qarşı  –  zalım  olsalar  belə  -  çıxmağı,  onların  əleyhinə  dua  etməyi,  onların 
itaətindən  əl  çəkməyi  caiz  görmürük.”  Məlumdur  ki,  İmam  ət-Tahavi  müqəddimədə 
kitabını Əbu Hənifə, Əbu Yusuf və Muhamməd bin əl-Həsənin məzhəbi üzərinə yazdığını 
deyir.  Belə  anlaşılır  ki,  Əbu  Hənifə’nin  də  bu  məsələdəki  məzhəbi  imamımız  Əhməd’in 
məzhəbi  ilə  eynidir.  Lakin  məşhur  hənəfi  alimi  Əbul-Bəkr  əl-Cəssas  təfsirində  (1/86) 
deyir: “Zalımlara və haqsız imamlara qarşı vuruşmaq onun məzhəbi olaraq məşhur idi.” 
Əbu  Hənifənin  fasiqlərə  və  zalımlara  imamlıq,  hakimlik  və  qazilik  məqamını  caiz 
gördüyünü deyənlərin sözünü əl-Cəssas təfsirində şiddətlə inkar edir. Əbu Hənifə’nin öz 
zamanında  başda  Zeyd  bin  Əli’nin  üsyanı  olmaqla  abbasi  xəlifələrinə  qarşı  çıxan 
üsyanlarda  insanlara  onlara  kömək  etmələrinə  dair  verdiyi  fətvası  məşhurdur.  Bunu 
dəstəkləyən başqa bir nəqli İmam Əhmədin oğlu Abdullah “əs-Sunnə” kitabında (1/181-
182)  rəvayət  edir:  “Əbul-Fədl  əl-Xurasəni  mənə  hekayət  etdi;  İbrahim  bin  Şəmməs  əs-
Səmərqandi  mənə  hekayət  etdi  və  dedi:  Biz  (Abdullah)  bin  əl-Mubarək’in  yanında 
olanda bir nəfər ona dedi: “Əbu Hənifə mürciə idi, qılıncı (yəni zalımlara qarşı çıxmağı) 
caiz  görürdü.”  Onun  bu  sözünü  İbnul-Mubarək  inkar  etmədi.  Əbul-Fədl  əl-Xurasəni 
mənə  hekayət  etdi;  əl-Həsən  bin  Musa  əl-Əşyəb  bizə  rəvayət  etdi  və  dedi:  Əbu  Yusufu 
belə  deyərkən  eşitdim:  “Əbu  Hənifə  qılıncı  caiz  görürdü.”  Dedim:  “Bəs  sən?”  Dedi: 
“Allaha  sığınıram.”  Amma  hənəfi  alimlərinin  ümumən  kitablarından  anlaşılan  budur  ki, 
Əbu  Hənifənin  bu  məsələdəki  məzhəbi  Əhmədin  məzhəbinə  uyğun  olub.  Hənəfi 
alimlərindən  Alləmə  Əbul-Yusr  Muhamməd  əl-Bəzdəvi  “Usulud-Din”  kitabında  (səh: 
196) deyir: “Əgər imam zalım və ya fasiq olarsa Əbu Hənifənin əshabının hamısına görə 
vəzifəsindən enməz və bu, razı qalınan məzhəbdir.” Hənəfi alimi əl-Kəmal ibn Əbi Şərif 
“əl-Musəməra”  kitabında  (səh:  277-278)  deyir:  “Bir  insan  [adil  olarkən  əgər  imam 
seçilərsə,  sonra  ]  hökmündə  [zalım  olarsa  ]  və  bununla  və  ya  başqa  səbəbə  görə  [fasiq 
olarsa  məqamından  enməz.]  Lakin  [əgər]  endirilməsi  [fitnəyə  səbəb  olmazsa 
endirilməyə  layiqdir.  Onun]  islah  olması  [üçün  dua  etmək  vacibdir.  Ona  qarşı  çıxmaq 
vacib  deyildir.]  Bunu  hənəfilər  [bu  şəkildə  Əbu  Hənifədən]  nəql  ediblər.”  Bu  sitatda 
mötərizə içindəki sözlər hənəfi alimi Kəmalud-Din İbn Huməm’in “əl-Musəyəra fil-Aqaid 
əl-Munciyyə  fil-Axira”  kitabındakı  sözləridir  ki,  İbn  Əbi  Şərif  onları  “əl-Musəməra” 
kitabında  şərh  edib.  İmam  əş-Şafi’nin  məşhur  görüşü  bizim  məzhəbimizin  görüşü  ilə 
eynidir.  Lakin  məşhur  şafi’i  alimi  Murtəda  əl-Hüseyni  əz-Zubeydi  “İthəfus-Sədətil-
Muttəqin bi Şərhi İhyəi Ulumid-Din” kitabında (2/233) deyir: ”Fasiqliyə gəldikdə isə iki 
görüş  üzərində  ixtilaf  edilib.  Cumhurun  görüşünə  görə  buna  görə  (vəzifəsindən) 


 
 
47 
 
                                                                                                                                                                                         
endirilməz,  çünki  bu,  onun  fasiqliyindən  də  daha  böyük  bir  fitnəyə  səbəb  ola  bilər.  əş-
Şafi isə əvvəlki məzhəbində endirilməyin lazım olması görüşünü mənimsəmişdir və əl-
Məvardi  “əl-Əhkəm  əs-Sultaniyyə”də  sadəcə  bu  görüşü  zikr  etməklə  kifayətlənmişdir.” 
Şafi’i alimlərindən İmamul-Harameyn əl-Cuveyni bu görüşü dəstəkləmişdir. Bu, həm də 
İbn  Həzmin  görüşüdür.  Lakin  alimlərin  böyük  əksəriyyətinə  görə  zalıma  qarşı  silah  ilə 
qarşı çıxmaq caiz deyildir. Məzhəbimizdə alimlərin əksəriyyəti bu rəyi mənimsəyib. İbn 
Aqil və İbnul-Cəvzi isə zalım imamlara qarşı çıxmağı caiz görüblər. İbn Muflih “əl-Furu” 
kitabında (10/180-181) deyir: “İbn Aqil və İbnul-Cəvzi haqqı bərqərar etmək üçün adil 
olmayan  imama  qarşı  çıxmağı  caiz  sayıblar;  (dəlil  olaraq)  əl-Hüseyn’in  Yezidə  qarşı 
çıxmasını  zikr  ediblər.  Bu  cür  həm  də  əl-Cuveyni  deyib:  “Əgər  haqsızlıq  edərsə,  zülmü 
aşkara  çıxarsa,  onu  bundan  çəkindirsələr  də  (əməllərindən)  əl  çəkməzsə  hərb  və  silah 
yolu  ilə  olsa  belə  onu  endirmək  caizdir.”  ən-Nəvəvi  dedi:  “Onu  endirmək  (görüşü) 
qəribədir.”  Bununla  belə  onun  (zülmündən)  daha  böyük  bir  fəsadın  çıxması  qorxusu 
olmadığı hala aid edilməlidir. İmam Əhmədin isə sözləri bunun halal olmamasını, bunun 
sünnətə  və  səbr  etmə  əmrinə  müxalif  olan  bidət  olmasını  göstərir.  Əgər  qılınc  araya 
girərsə  fitnə  hər  yeri  bürüyər,  yollar  kəsilər,  qanlar  tökülər,  mallar  mübah  edilər  və 
haramlar  çeynənilər.  Şeyximiz  dedi:  Baş  vermiş  fitnələrin  hamısının  ən  böyük  səbəbi 
səbrin azlığıdır, çünki fitnənin iki səbəbi var: ya elmin azlığı, ya da səbrin azlığı, beləliklə 
cahilliklə və zülm şərrin əslidir. Şərri edən onu yalnız onun şərr olmasından cahil olduğu 
və özünün bunu istədiyi üçün edir və cahillik elm ilə aradan qalxır. Səbr ilə nəfsi istəklər 
və şəhvətlər həbs edilir, beləliklə fitnə zail olur. İbnul-Cəvzi “əs-Sirrul-Məsun” kitabında 
deyir: “Özlərini sünnətə nisbət edən camaatda geniş yayılmış avam etiqadlardan biri də 
onların belə deməsidir: “Yezid doğru edib və əl-Hüseyn ona qarşı çıxmaqda xəta edib.” 
Əgər  tarixə  baxsalar  onun  beyətinin  necə  baş  verdiyini,  insanları  ona  məcbur  etdiyini 
görəcəklər.  Bunun  üçün  hər  çirkin  işi  görmüşdür.  Hətta  onun  xəlifəliyinin  səhih 
olduğunu hesab etsək belə sonradan çoxlu məsuliyyətsiz işlər gördü ki, bunların hamısı 
(xəlifəlik)  əqdinin  pozulmasını  gərəkdirir.  Mədinədə  etdiyi  soyğunçuluq,  Kəbəni 
mancanaqla  atəşə  tutması  bunlardan  bəziləridir,  əl-Hüseyni  və  onun ev  əhlini  öldürdü, 
onun qarşı dişlərinə əsa ilə vurdu, başını taxta üzərində daşıdı.” Həmçinin Şeyx Mustafa 
əs-Suyuti  ər-Ruheybəni  “Mətalibu  Ulin-Nuhə”  kitabında  (6/267)  İbnul-Cəvzinin 
görüşünü  və  əl-Hüseynin  üsyanını  zikr  etdikdən  sonra  deyir:  “Bunun  tələbi  budur  ki, 
bəzi  avtoritet  və  söz  sahibləri  daha  əvvəl  Yezidə  beyət  etmiş  olsalar  da  –  və  bu,  onun 
fasiqliyinin  və  qorxusuzluğunun  çirkinlikləri  böyük  dərəcəyə  çatsa  belə  imamlıq 
haqqının  ona  olduğunu  isbat  edir  -  əl-Hüseynin  ona  qarşı  çıxması  caiz  idi.  əl-Hüseynin 
ictihadı  Yezidə  qarşı  çıxmağın  caizliyini  və  ya  vacibliyini  tələb  edirdi,  çünki  onun 
qulaqları kar edəcək qədər zülmü və çirkinlikləri var idi və o, ondakının miqdarı qədər 
buna  layiq  idi.  Muaviyənin  əl-Həsənin  onun  xeyrinə  xəlifəlikdən  enmədən  öncə  onunla 
və  Əli  ilə  olan  halı  da  bunun  bənzəridir,  çünki  (Müaviyə)  o  ikisinə  qarşı  təcavüzkar  və 
həddi aşmış biri idi, lakin ictihadına görə günahkar deyildi. əl-Hüseyn də onun kimidir. 
Lakin zalıma qarşı çıxmağın haram olmasına dair hökmlər yerini tutduqdan sonra və bu 
barədə icma hasil olduqdan sonra ona qarşı çıxmaq caiz deyildir.” Şeyxin bu sözlərinin 
izahı  budur  ki,  əvvəlki  alimlər  bu  məsələdə  ittifaq  halında  deyil,  ixtilaf  halında  olublar, 
çünki  səhabədən,  tabiindən  və  sonra  gələn  alimlərdən  bir  çoxu  zalım  əmirlərə  qarşı 
çıxmağın  caiz  olması  görüşündə  olublar.  Lakin  sonradan  məsələ  haqqında  alimlərin 
görüşləri  bir  olur  və  icma  hasil  olur.  Bu  icmanı  İmam  ən-Nəvəvi  və  başqaları  nəql 
ediblər.  


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə