[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

 
 
40 
 
Bunlardan sonra isə insanların ən xeyirlisi peyğəmbərin – salləllahu aleyhi 
va  səlləm  –  səhabələridir,  (peyğəmbərin)  aralarında  göndərildiyi  ilk 
nəsildir:  ilk  mühacirlər  ilə  ənsarlardır  və  onlar  iki  qibləyə
43
 namaz  qılmış 
səhabələrdir. 
Bunlardan  sonra  insanların  ən  xeyirlisi  peyğəmbərə  -  salləllahu  aleyhi  va 
səlləm – bir gün, bir ay və ya bir il, az və ya çox səhabəlik etmiş kəsdir. Ona 
rəhmət  oxu,  onun  fəzilətini  zikr  et  və  onun  xətaları  barədə  sus!  Onlardan 
heç bir kəsin xeyrindən başqa bir şeyini zikr etmirik, çünki Allahın elçisi – 
salləllahu  aleyhi  va səlləm  –  deyib:  “Səhabələrimin  adı  çəkiləndə  durun!”
44
 
İbn  Uyeynə  deyir:  “Kim  peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  – 
səhabələri haqqında tək bir söz belə söyləsə o, hava əhlidir
45
.” 
Peyğəmbər  –  salləllahu  aleyhi  va  səlləm  –  dedi:  “Səhabələrim  ulduzlar 
kimidir, onlardan kimin yolunu izləsəniz hidayət taparsız.”
46
 
                                                            
43
 Həm Qüdsə tərəf, həm də Kəbəyə tərəf 
44
 Bu hədisi səhabələrdən İbn Məsud, Səubən, İbn Ömər rəvayət edir. Bunu ət-Tabərani 
“əl-Mucəm əl-Kəbir”də (10/198), əl-Haris bin Əbi Usamə “əl-Müsnəd”də (2/748) və Əbu 
Nueym  “əl-Hilyə”də  (4/108)  rəvayət  edir.  əl-Hafiz  İbn  Hacər  “Fəthul-Bari”də  (11/477) 
bunun həsən olduğunu deyir. 
45
 Yəni  öz  nəfsi  istəklərinə  tabe  olan  biridir.  Hava  əhli  alimlərin  sözlərində  bidət  əhli 
üçün işlədilən sözdür. 
46
 Bunu əl-Hafiz İbn Abdil-Bərr “Cəmiu Bəyanil-İlmi va Fədlihi” kitabında (2/925; rəqəm 
1760) Cabir bin Abdilləh’dən rəvayət edir. Səhabələrdən başqa kəslər də bunu rəvayət 
ediblər,  lakin  hədis  imamları  bu  rəvayəti  inkar  ediblər.  İbn  Qudamə  “əl-Muntəxab  min 
əl-İləli  lil-Xalləl”  adlı  kitabında  (səh:  143)  deyir:  “Musa  bin  Səhl  mənə  xəbər  verdi: 
Muhamməd  bin  Əhməd  əl-Əsədi  bizə  rəvayət  etdi:  İbrahim  bin  Yaqub  bizə  İsmail  bin 
Said’dən belə dediyini rəvayət etdi: “(İmam) Əhməddən peyğəmbərin – salləllahu aleyhi 
va  səlləm  –  “səhabələrim  ulduzlar  kimidir,  hansını  izləsəniz  hidayət  taparsız”  sözlərini 
dəlil gətirənlər haqqında soruşdum. Dedi: “Bu hədis səhih deyildir.” Bu hədisi əl-Bəzzar, 
İbn Adiy, əd-Dəraqutni, əl-Beyhəqi, İbn Abdil-Bərr, İbn Asəkir, İbnul-Cəuzi, İbn Dəhiyyə, 
əz-Zəhəbi,  İbnul-Qayyim,  İbn  Kəsir,  əz-Zeyn  əl-İraqi,  İbn  Hacər  əl-Asqaləni,  İbnul-
Humməm,  əs-Səxavi,  əs-Suyuti,  əş-Şəukəni  və  daha  bir  çox  hədis  mütəxəssisi  zəif 
sayıblar.  Hətta  İbn  Həzm  əz-Zahiri  və  Əbu  Həyyan  əl-Əndəlusi  hədisin  uydurma 
olduğunu  deyirlər.  İbn  Kəsir  “Tuhfətut-Talib  bi  Marifəti  Əhədis  Muxtəsar  İbn  Həcib”də 
(səh:  165-169)  hədisin  Ömər  bin  əl-Xattab’dan  gələn  rəvayətini  qeyd  etdikdən  sonra 
deyir: “Bunu “əl-kutub əs-sittə” sahiblərindən heç  kimsə rəvayət etməyib və o, zəifdir.” 
Daha sonra alimlərin hədisi rəvayət edən ravi haqqındakı sözlərini zikr edir və hədisin 
İbn Ömərdən, İbn Abbasdan və Cabirdən gəldiyini zikr etdikdən sonra deyir: “Bunlardan 
heç  bir  şey  səhih  deyildir.  Osman  bin  Səid  əd-Dərimi’nin  “ər-Raddu  aləl-Cəhmiyyə” 
kitabının  əvvəlindəki  sözlərindən  bu  hədisi  güclü  saydığını  anlamaq  olar.”  Lakin  elm 
əhlindən  birdən  çox  zat  bu  hədisin  mənasını  qəbul  edərək  hədisin  çoxlu  yolla  rəvayət 
olunduğunu əsas gətirib onu həsən sayıblar, yəni dəlil kimi və ya şahid kimi yararlı bir 


 
 
41 
 
                                                                                                                                                                                         
hədis olduğunu deyiblər. İbn Kəsir’in söylədiyi kimi əd-Dərimi və bizim bu kitabın sahibi 
əl-Bərbəhəri  bunlardan  bəziləridir.  Məşhur  hənəfi  mühəddis  alim  Abdul-Həyy  əl-
Ləknəvi  əl-Hindi  “İqamətul-Huccə  alə  ənnəl-İksərə  fit-Təabbudi  leysə  bi  Bid’ə”  adlı 
risaləsində (səh: 48-49; Abdul-Fəttah Əbu Ğuddə təhqiqi) deyir: “Bunu əd-Dəraqutni “əl-
Mu’təlif”də  və  “Ğaraibu  Məlik”  kitabında,  əl-Quda’i  “Musnəduş-Şihəb”də,  Abd  bin 
Humeyd (öz kitabında), əl-Beyhəqi “əl-Mədxal”də, İbn Adiy “əl-Kamil”də və əd-Darimi və 
İbn  Abdil-Bərr  və  İbn  Asəkir  və  əl-Hakim  və  başqaları  cümlə  quruluşu  müxtəlif,  lakin 
mənaları yaxın ləfzlərlə, çox rəvayət kanalı ilə rəvayət ediblər və hamısı zəifdir, necə ki, 
bu  barədə  əl-Hafiz  İbn  Hacər  “əl-Kəfi  əş-Şəf  fi  Təxrici  Əhədisil-Kəşşəf”  adlı  kitabında 
geniş izah vermişdir. Lakin rəvayət yollarının çoxluğu səbəbi ilə həsən dərəcəsinə çatıb 
və buna görə də onu əs-Sağani həsən saymışdır, necə ki, bunu əs-Seyyid əl-Curcəni “əl-
Mişkət” kitabına yazdığı haşiyədə zikr edir; belə ki, o, “alimin abidə üstünlüyü....” hədisi 
altında  deyir:  “Onlar  peyğəmbərin  –  aleyhissələm  –  “səhabələrim  ulduzlar  kimidir...” 
sözündə  ulduzlara  bənzədiliblər.  Bunu  İmam  əs-Sağani  həsən  saymışdır.”  əl-Hafiz  İbn 
Hacərin  və  İbnul-Humməm’in  tələbəsi  olan  məşhur  hənəfi  mühəddis  alim  Alləmə 
Zeynud-Din  Qasim  bin  Qutlubuğa  “Xuləsatul-Əfkar  Şərh  Muxtəsaril-Mənar”  adlı 
kitabında  (səh:  158)  deyir:  “Bunu  əd-Dəraqutni  və  İbn  Abdil-Bərr  İbn  Ömərin 
hədisindən rəvayət ediblər, bunun mənası Ömərin hədisindən, İbn Abbas’ın hədisindən 
və  Ənəsin  hədisindən  də  rəvayət  olunub.  Bunların  isnadlarında  problem  vardır,  lakin 
bir-birilərini  gücləndirirlər.”  Böyük  üsul  alimi  İbn  Əmiril-Həcc  əl-Hələbi “ət-Təqrir  vat-
Təhbir  fi  Şərhi  Kitəbit-Təhrir”də  (3/99)  deyir:  “Bəli,  bu  hədislərdən  heç  biri  səhih 
deyildir.  Buradan  çıxış  edərək  Əhməd  demişdir:  “Səhih  olmayan  hədisdir.”  əl-Bəzzar 
deyib:  “Bu  söz  peyğəmbərdən  –  salləllahu  aleyhi  va  səlləm  –  səhih  deyildir.”  Lakin  əl-
Beyhəqi  “əl-İtiqad”  kitabında  (səh:  160)  deyir:  “Biz  bunu  tam,  lakin  güclü  olmayan  bir 
isnad ilə bir hədisdə və sənədi qopuq olan bir başqa hədisdə rəvayət etdik. Səhih hədis 
isə  bunun  mənasının  bir  hissəsini  dəstəkləyir  və  bu,  Əbu  Musa’nın  mərfu  hədisidir: 
“Ulduzlar  səmanın  əmniyyətidir,  ulduzlar  itdikdə  səmaya  vəd  olunan  gəlir.  Mən  də 
səhabələrimin  əmniyyətiyəm,  mən  də  getdikdə  səhabələrimə  vəd  olunan  baş  verəcək. 
Səhabələrim də ümmətimin əmniyyətidir, səhabələrim getdikdə ümmətimə vəd olunan 
gələcək.”  Bunu  Muslim  rəvayət  edib.”  İbn  Əmir  əl-Həcc’in  sözləri  burada  bitdi.  O  da 
hədisin  sənədinin  zəif olmasına  baxmayaraq bəzi  mənalarının  səhih  olduğunu  deyir  və 
bunun  üçün  əl-Beyhəqi’nin  sözlərini  zikr  etmişdir.  əl-Hafiz  İbn  Hacər  –  rahmətullahi 
aleyhi - əl-Beyhəqinin bu sözləri barəsində “Təlxisul-Həbir” kitabında (4/351) deyir: “əl-
Beyhəqi doğru söyləyib, (Əbu Musanın hədisi) xüsusilə səhabələrin ulduzlara bənzəmə 
hissəsinin səhihliyini göstərir, lakin (onlardan istənilən birini) izləməyə gəldikdə isə bu 
məna  Əbu  Musa’nın  hədisində  aşkar  deyildir.  Doğrudur  ki,  bu,  ulduzlar  vasitəsilə  yol 
tapmaq mənasından anlaşılsın. (Əbu Musa) hədisinin zahiri isə səhabənin əsri bitdikdən 
sonra çıxacaq fitnələrə, sünnətlərin yox olması, bidətlərin üzə çıxması və dünyanın hər 
tərəfində  facirliyin  yayılmasına  işarədir.”  İbn  Hacər  burada  əl-Beyhəqi  ilə  razılaşaraq 
hədisdə  xüsusilə  səhabələrin  ulduzlara  bənzədilməsinin  digər  səhih  hədislərlə 
dəstəkləndiyini təsdiqləyir. Əlavə edir ki, ulduzlara bənzətmədən həm də anlamaq olar 
ki,  ulduzlar  vasitəsilə  insan  yolunu  tapdığı  kimi  səhabələr  vasitəsilə  də  hidayəti  tapa 
bilər.  Məşhur  hənbəli  imamı  Əbul-Xattab  əl-Kəlvazəni  “ət-Təmhid  fi  Usulil-Fiqh” 
kitabında  (4/331)  deyir:  “Burada  qəsd  olunan  adi  müsəlmanın  onlardan  dilədiyinə 
təqlid etməsinin caiz olmasıdır və yaxud da “məndən rəvayət etdiyində hansını izləsəniz 
hidayət taparsız” deməkdir.” Teymiyyə ailəsindən üç böyük hənbəli aliminin yazdığı “əl-
Musəvvadə  fi  Usulil-Fiqh”  kitabında  (səh:  326)  Şeyxul-İslam  İbn  Teymiyyə  deyir:  “əl-
Qadi (Əbu Yalə) səhabələrin iki görüşündən biri üzərində tabiinin icma etməsi haqqında 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə