[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

 
 
36 
 
 
 
 
(İman söz və əməldir) 
 
[24] İmanın söz və əməl olmasına, əməl və söz olmasına, niyyət və isabət
39
 
olmasına iman etmək. İman artır və azalır. Allahın dilədiyi qədər arta bilər 
və heç bir şey qalmayana qədər azala bilər.
40
 
                                                            
39
 Yəni sünnətə müvafiq olması 
40
 Əhli-sünnətin  etiqadına  görə  əməl  imanın  bir  hissəsidir,  əməlsiz  iman  olmaz.  Bu 
məsələdə  əhli-sünnət  alimlərindən  əl-Hafiz  İbn  Abdil-Bərr  və  İbn  Cərir  ət-Tabəri  kimi 
bəzi böyük imamlar fərqli düşünüblər. Onlara görə qulun əməlləri tamamilə tərk etməsi 
onun  qəlbindəki  imanını  aradan  qaldırmır.  Bu,  həm  də  əşarilərin  və  maturudilərin 
görüşüdür.  Şeyxul-İslam  İbn  Teymiyyə  bir  çox  yerdə  bu  görüşləri  rədd  etmiş  və  əhli-
sünnətin  səhih  görüşünü  açıq-aşkar  dəlillərlə  izah  etmişdir.  İbn  Teymiyyə  “Məcmu  əl-
Fətəva”da  (7/616)  deyir:  “Daha  əvvəl  dediyimiz  kimi  əməlin  cinsi  qəlbdəki  imanın 
(qaçınılmaz)  tələblərindəndir  və  zahiri  əməllərdən  bir  şey  olmadan  qəlbdəki  səhih 
imanın  olması  imkansızdır.”  Şeyxul-İslamın  işlətdiyi  “əməlin  cinsi”  sözü  məsələni  ən 
gözəl  izah  edən  termindir,  çünki  əhli-sünnət  hansı  əməlin  tərkinin  qəlbdəki  imanı 
aradan  qaldırması  haqqında  ixtilaf  ediblər.  Bəzilərinə  görə  bu,  namaz,  oruc,  zəkat  və 
həcdir, digərlərinə görə bu, yalnız namazdır, imamların və alimlərin çoxu isə hər hansı 
bir  əməlin  təklikdə  tərkinin  imanı  aradan  qaldırmadığını  deyiblər.  Lakin  ilk  dövr  əhli-
sünnət imamları əməlin özünü tamamilə tərk etməyin, yəni zahirdə Allah rızası üçün heç 
bir əməl etməməyin insanın qəlbindəki imanı yox edəcəyini deyiblər, çünki onlara görə 
zahir ilə batin bir-birindən ayrılmayacaq dərəcədə möhkəm bağlıdır. Ona görə də bunun 
üçün Şeyxul-İslam qısa olaraq “əməlin cinsi” terminini işlətmişdir. Sələfdən bir çox zatın 
sözü  bunu  təsdiq  edir.  İbn  Əbi  Şeybə  “Kitəbul-İman”da  (səh:  49,  rəqəm:  136)  Ömərin 
azadlı qulu Zeyd bin Əsləm’in belə dediyini rəvayət edir: “Bu dinin əhlində bu dörd şeyin 
olması  qaçınılmazdır/labüddür:  İslam  çağırışına  daxil  olmaq  və  Allaha,  birincisindən 
tutmuş axırıncısına qədər elçilərinin hamısına, Cənnət ilə Cəhənnəmə və ölümdən sonra 
dirilişə iman etmək və onları təsdiq etmək labüddür və imanını təsdiq edəcək hər hansı 
bir əməli etmən labüddür və əməlini gözəl/doğru edən bir elm öyrənmən də labüddür. 
Sonra  bu  ayəni  oxudu:  “Şübhəsiz  ki,  Mən  həm  də  tövbə  edib  iman  gətirəni,  yaxşı  işlər 
görüb sonra da doğru yolu tutanı çox bağışlayanam!” (Taha, 82)” Bu kitabı təhqiq edən 
Şeyx  əl-Albani  –  rahiməhullah  –  isnadının  səhih  olduğunu  deyir.  İmam  əl-Hafiz  Əbul-
Qasim  Hibətullah  İbnul-Həsən  bin  Mənsur  ət-Tabəri  əl-Laləkai  əş-Şafii  –  rahmətullahi 
aleyhi  –  məşhur  və  mübarək  “Şərh  Usuli  İtiqadi  Əhlis-Sunnəti  val-Cəməa”  kitabında 
(2/931)  deyir:  “əl-Valid  bin  Muslim  dedi:  “əl-Əvzəi,  Malik  bin  Ənəs  və  Səid  bin  Abdil-
Aziz’i  “iman  əməlsiz  sözdür”  deyənlərin  bu  sözlərini  inkar  edərkən  eşitdim  və 
deyərdilər:  Əməlsiz  iman  yoxdur  və  imansız  da  əməl  yoxdur.”  Yenə  eyni  kitabda  (səh: 
932-933)  İmam  Əbu  Səvrin  belə  dediyini  nəql  edir:  “Əməlin  imandan  olmadığını  iddia 


 
 
37 
 
                                                                                                                                                                                         
edən  tayfaya  gəldikdə  isə  onlar  belə  deyirik:  Allah  –  Azzə  va  Cəllə  -  qullarına  “Namaz 
qılın  və  zəkat  verin”  deyəndə  onlardan  nə  istədi?  Bunu  iqrar  etmələrini?  Yoxsa  həm 
iqrar,  həm  də  əməl  etmələrini?  Əgər  desələr  ki,  Allah  iqrar  etmələrini  istəmiş,  əməl 
etmələrini  istəməmişdir,  o  zaman  küfr  edərlər,  (çünki)  elm  əhlinə  görə  “şübhəsiz  ki, 
Allah  qullarından  namaz  qılmalarını,  zəkat  vermələrini  istəməmişdir”  deyən  kəs  (küfr 
etmişdir.)  Əgər  desələr  ki,  onlardan  həm  iqrar,  həm  də  əməl  istəmişdir.  Onda  deyərik: 
Onlardan hər iki işi birlikdə istəyibsə o zaman nə üçün iddia edirsiz ki, bu ikisindən biri 
olmadan digərini etməklə mömin olur? Halbuki onların hər ikisini də istəmişdir. Tutaq 
ki, bir adam “Allahın əmr etdiyi hər şeyi edirəm, lakin onları iqrar etmirəm” deyərsə, nə 
düşünürsüz?  Belə biri mömin olurmu? Əgər “yox” desələr onlara deyərik: “Allahın əmr 
etdiyi  hər  bir  şeyi  iqrar  edirəm,  lakin  onlardan  heç  bir  şeyə  əməl  etmirəm”  deyərsə 
necə? Mömin olurmu? Əgər “bəli” desələr onlara deyərik: Fərq nədir? Özünüz də dediniz 
ki,  Allah  (ayədə)  bu  işin  hər  ikisini  də  qəsd  etmişdir.  Onda  bu  işlərdən  birini  etməklə, 
digərini  tərk  etməklə  mömin  ola  bilirsə,  o  zaman  gərək  o  birisi  ilə  də,  iqrar  etmədən 
əməl  etməklə  də  mömin  olsun.  Bunların  arasında  bir  fərq  yoxdur.  Əgər  dəlil  gətirib 
desələr  ki,  “əgər  bir  nəfər  müsəlman  olarsa,  sonra  peyğəmbərin  –  salləllahu  aleyhi  va 
səlləm – gətirdiyi hər bir şeyi iqrar edərsə, əməl etmə vaxtı gəlmədən öncə bu iqrar ilə 
mömin  olurmu?  Ona  deyərik:  Biz  yalnız  vaxtı  gələndə  əməl  edəcəyini  deyərək  əməlin 
ona  vacib  olmasını  təsdiq  etməsi  ilə  ona  iman  ismini  veririk  və  onun  üzərinə  həmin 
vaxtda mömin olması üçün lazım olan hər şeyi təsdiq etməsi vacib deyildir. Əgər “iqrar 
edirəm,  lakin  əməl  etmirəm”  deyərsə  ona  iman  adını  vermərik.”  İmam  Əbu  Səvrin 
sözləri burada bitir. Bu görüş sələfin məşhur görüşüdür. Hətta bu fərzləri təsdiq etməklə 
birlikdə  tərk  edənləri  təkfir  etməyənləri  bəzi  imamlar  mürciə  adlandırıblar  və  onların 
görüşlərinin  küfr  olduğunu  deyiblər.  Alləmə  İbn  Rəcəb  “Fəthul-Bari”də  (1/22)  namazı 
tərk  edənin  kafir  olması  görüşünün  hədis  əhlindən  çox  alimə  aid  olduğunu  dedikdən 
sonra deyir: “İshaq bin Rahəveyh bunu onlardan icma olaraq nəql etmiş, hətta “(İslamın) 
bu  rükunlarını  təsdiq  etməklə  birlikdə  onları  tərk  edənlər  kafir  olmurlar”  deyənlərin 
görüşünü  mürciələrin  görüşündən  saymışdır.  Sufyan  bin  Uyeynə  də  bu  cür  demişdir: 
“Mürciələr fərzləri tərk etməyi haramları etmək səviyyəsində bir günah sayırlar. Bu ikisi 
eyni deyildir, çünki halal görmədən qəsdən bu haramları etmək günahdır, lakin heç bir 
cahillik və üzr olmadan fərzləri tərk etmək isə küfrdür...Hərb isə İshaq’dan belə dediyini 
nəql edir: “Mürciələr ifrata vardılar, hətta görüşlərindən biri də bu oldu: (Onlardan) bir 
qrup  deyir:  “Hər  kim  vacib  buyurulmuş  namazları,  ramazan  orucunu,  zəkatı,  həcci  və 
bütün fərzləri onları inkar etmədən tərk edərsə, biz onu təkfir etmirik, sonra onun halı 
Allaha ümid edilir, çünki o, təsdiq edir.” Bunlarda – yəni onların mürciə olmasında – heç 
bir  şəkk  yoxdur.”  Bunun  eynisini  əl-Laləkai  kitabında  (3/957)  İmam  əl-Humeydi’dən 
nəql edir: “Hənbəl bin İshaq deyir: əl-Humeydi bizə xəbər verdi: Mənə xəbər verdilər ki, 
bir  qrup  insan  deyir:  “Hər  kim  namazı,  zəkatı,  orucu  və  həcci  təsdiq  edərsə  və  ölənə 
qədər  bunlardan  heç  bir  şey  etməzsə  və  ya  ölənə  qədər  arxası  qibləyə  tərəf  namaz 
qılarsa, tərk etdiyinin onun dinində olduğunu bilərsə, fərzləri və qibləyə tərəf yönəlməyi 
təsdiq edərsə belə biri bunları inkar etmədiyi müddətdə mömindir.” Dedim ki, bu, açıq-
aşkar  küfrdür,  Allahın  Kitabına,  elçisinin  –  salləllahu  aleyhi  va  səlləm  –  sünnətinə  və 
müsəlmanların  əməlinə  müxalifdir...”  Bütün  bunlar  bu  görüşlərin  ilk  dövr  imamlar 
tərəfindən necə şiddətlə inkar edildiyini göstərir. Məşhur hənbəli alimi İmam İbn Battah 
əl-Ukbəri (vəfatı hicri 387) “əl-İbanə” kitabında (2/760-761) deyir: “Bilin ki, - Allah sizə 
rəhm  etsin!  –  tərifi  sonsuz,  isimləri  müqəddəs  olan  Allah  Onu  tanımağı,  Onu,  elçilərini, 
kitablarını,  sünnətin  gətirdiyi  hər  bir  şeyi  təsdiq  etməyi  qəlbə,  bunu  nitq  etməyi, 
söyləməklə təsdiq etməyi dilə və əmr etdiyi, əməllərdən fərz buyurduğu hər şeylə əməl 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə