[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 
 
28 
 
 
 
 
(Kəlam elmi və Allahın sifətləri) 
 
[10]  Bil  ki,  -  Allah  sənə  rəhm  etsin!  –  sünnətdə  qiyas
20
 yoxdur  və  ona 
bənzərlər,  misallar  gətirməzlər.  Sünnətdə  nəfsi  istəklərə  tabe  olunmaz.  O, 
necəliyini soruşmadan, şərhini vermədən Allah elçisinin – salləllahu aleyhi 
va  səlləm  -  əsərlərini  təsdiq  etməkdir.  “Nə  üçün?”  və  “necə?”  sualları 
soruşulmaz! 
[11]  Kəlam  elmi
21
,  polemikalar,  münaqəşə  və  mübahisələr  sonradan 
uydurulmuş işlərdir ki, sahibi haqqa və sünnətə müvafiq olsa belə qəlbində 
şəkk doğurur. 
[12] Bil ki, - Allah sənə rəhm etsin! – Allah haqqında kəlam (elmi) sonradan 
uydurulub.  O,  bir  bidət  və  zəlalətdir.  Allah  haqqında  yalnız  Onun  Quranda 
Özünü vəsf etdiyi şeylərlə və peyğəmbərinin – salləllahu aleyhi va səlləm – 
səhabələrinə  bəyan  etdiyi  şeylərlə  danışmaq  olar.  O,  -  cəllə  sənəuhu  – 
Təkdir,  
“Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.”
22
 
 Rəbbimiz  zamansız  əvvəldir,  sonu  olmadan  ən  axırıncıdır.  Hər  bir  sirri  və 
sirdən  də  gizli  olanı  bilir.  Ərşin
23
 üzərinə  qalxmışdır
24
 və  Onun  elmi  hər 
yerdədir
25
. Onun elmindən heç bir yer xali deyildir.  
                                                            
20
 Buradakı  qiyas  ilə  fasid  olan  analoji  əqli  düşüncə  qəsd  olunur,  çox  vaxt  şəriətin 
hökmləri öz nəfslərinə uyğun gəlmədiyi üçün insanlar bu cür fasid qiyasa baş vururlar. 
Bu isə İblisin atəş ilə torpaq arasında qiyas etməsinə bənzəyir, özünün atəşdən, Adəmin 
isə  torpaqdan  yaradıldığını  göstərərək  ona  səcdə  etməməyin  doğru  olduğunu  isbat 
etmək istəyirdi. Ona görə də sünnətdə qiyas yoxdur, sünnətin açıq-aşkar hökmünə tabe 
olmaq lazımdır. 
21
 Kəlam  elmi  mötəzili  alimlərinin  mülhidlərə  cavab  vermək  məqsədilə  onların 
fəlsəfələrindən  yararlanaraq  qurduqları  bir  elmdir  ki,  həqiqətdə  Qurana  və  sünnətə 
əsaslanmır.  Lakin  mülhidlərə  onların  öz  fəlsəfələri  ilə  cavab  vermək  istəyən  mötəzilə 
nəticədə İslamın bir çox sabit hökmlərini kəlam elminin gərəyi olaraq tərk etdilər. 
22
 əş-Şura, 11 


 
 
29 
 
                                                                                                                                                                                         
23
 Ərş  sözünün  ərəb  dilində  bir  neçə  mənası  vardır.  Ərş  kralların,  məliklərin  taxtına 
deyilir.  Allahu  Təalə  Hudhud  quşunun  Səba  əhlinin  məlikəsi  Bilqis  haqqında  belə 
dediyini  bizə  xatırladır:  “Mən  onlara  padşahlıq  edən  bir  qadın  gördüm.  Ona  hər  şey 
verilmişdir. Onun çox böyük bir taxtı vardır.” (ən-Nəml, 23) Evin ərşi deyildikdə isə evin 
tavanı,  damı  mənasını  verir.  Ərşin  bir  başqa  mənası  rükun,  sütun  deməkdir.  Ərşin 
dördüncü mənası mülk mənasıdır. Beşinci məna bir nəfərin halının, işinin izzətli, güclü 
olmasına  həmin  adamın  ərşi  deyilib,  bu  güclülük  və  izzət  əldən  gedəndə  ərşi  yıxıldı 
deyərlər.  Ərşin  digər  mənaları  da  vardır.  Lakin  Allahın  Ərşi  deyildikdə  zahiri  mənası 
birinci mənadır. əl-Hafiz əl-Beyhəqi “əl-İtiqad val-Hidəyətu ilə Səbilir=Raşəd”  kitabında 
(səh: 116) deyir: “Ərş əql sahiblərinə görə hamının bildiyi taxtdır.” Sələfin bu görüşünə 
küllabilər,  kərramilər,  ilk  dövr  əşarilər  və  bəzi  cəhmilər  ilə  mötəzili  alimləri  müvafiq 
olublar. 
24
 Bil ki, ümmətin ilk imamları Allahın zatı ilə Ərşin üzərinə qalxmasına (istiva etməsinə) 
iman  ediblər.  Onlar  bu  barədə  gələn  ayələri  və  hədisləri  təsdiqləyiblər  və  onlara  iman 
gətiriblər. İlk dövr hənbəli alimlərində bu barədə heç bir ixtilaf olmamışdır. Lakin onlar 
bunun sifəti haqqında təfsilatda ixtilaf ediblər. Hənbəli alimlərindən Əbul-Həsən Abdul-
Aziz  bin  əl-Haris  ət-Təmimi  buradakı  istivanın  nə  Ərşə  toxunmaq,  nə  də  ondan  ayrı 
olmaq  mənasına  gəlmədiyini  demişdir.  Bu,  həm  də  əl-Qadi  Əbu  Yalə’nin  ”Muxtəsar  əl-
Mutəməd  fi  Usulid-Din”  kitabında  qəbul etdiyi  görüşdür.  Digər  böyük  hənbəli  alimi, əl-
Qadi  Əbu  Yalənin  şeyxi,  öz  zamanındakı  hənbəlilərin  imamı  Əbu  Abdilləh  əl-Həsən  bin 
Həmid  əl-Bəğdədi  isə  istivanın  Ərşə  toxunmaq  və  onun  üzərində  oturmaq  anlamına 
gəldiyini deyib. Bu, həm də Abdul-Vahhab bin əl-Həkəm əl-Varraq’ın görüşüdür ki, İmam 
Əhməd  bu  zat  haqqında  demişdir:  “O,  bir  imamdır.”  Bu  görüş  isə  ayədəki  “istiva” 
sözündən çıxarılan mənalarla bağlıdır. İbn Həmid’ə görə oturmaq “istiva” sözünün tələb 
etdiyi mənalardandır. İmam Əhmədin oğlu Abdullah “əs-Sünnə” kitabında (1/300-302) 
“Kürsi və Allahın – Azzə va Cəllə - onun üzərində oturması haqqında soruşuldu” adlı bir 
bab  açmışdır  və  orada  deyir:  “Atamın  –  Allah  ona  rəhmət  etsin!  –  bu  hədisləri  və 
(Axirətdə  Allahı)  görmək  haqqındakı  hədisləri  səhih  saydığını  və  ona  əsaslandığını 
gördüm,  onları  bir  kitabda  topladı  və  bizə  rəvayət  etdi.”  İmamın  oğlu  Abdullah  daha 
sonra bu rəvayətləri zikr edir: “Atam –  Allah  ona rəhmət etsin! – mənə rəvayət edərək 
dedi:  Abdur-Rahmən  (bin  Mehdi)  bizə  Sufyan  (əs-Səvri)’dən,  o  da  Əbu  İshaq’dan,  o  isə 
Abdullah bin Xalifə’dən, o da Ömərdən – radiyallahu anhu – belə dediyini rəvayət edir: 
“(Allah) Təbərakə va Təalə Kürsiyə oturanda ondan yeni yəhərin cırıltısı kimi bir cırıltı 
səsi gəlir.” Bu hədisi İmam İbn Cərir ət-Tabəri öz təfsirində peyğəmbərdən – salləllahu 
aleyhi  va  səlləm  –  mərfu  olaraq  rəvayət  etmişdir.  Abdullah  bin  Xalifə’nin  Həzrəti 
Ömərdən hədis eşidib eşitməməsi haqqında şübhələr olduğu üçün hədisin səhihliyi sual 
altındadır.  əl-Hafiz  İbn  Kəsir  təfsirində  (1/681)  bu  əsər  haqqında  danışarkən  onu 
rəvayət  edən  Abdullah  bin  Xalifə  haqqında  deyir:  “Belə  məşhur  deyildir  və  Ömərdən 
(hədis)  eşitməsində  şübhə  vardır.”  Lakin  əvvəlki  zamanın  böyük  imamları  bu  hədisləri 
qəbul ediblər və inkar etməyiblər. İmamımızın oğlu Abdullahın rəvayət etdiyi bu əsər də 
onu dəstəkləməkdədir: “Atam mənə rəvayət etdi: (İmam əş-Şafi’nin şeyxi) Vaki (bin əl-
Cərrah) bizə İsrailin Əbu İshaq’dan, onun da Abdullah bin Xalifə’dən, onun isə Ömərdən 
– radiyallahu anhu – belə deməsi haqqındakı hədisi rəvayət etdi: “Rəbb – Azzə va Cəllə - 
Kürsiyə oturanda...” və Vaki’nin məslisində (bu hədisi eşidəndə) bir nəfərin – atam onun 
adını çəkmişdi – əti ürpəşdi (yəni nəfsi bunu xoş görmədi) və Vaki qəzəbləndi və dedi: 
“əl-Aməş  və  Sufyan’la  qarşılaşdıq;  bu  hədisləri  rəvayət  edərdilər  və  onları  inkar 
etməzdilər.” Gördüyümüz kimi əl-Aməş, Sufyan, Vaki, İmam Əhməd kimi böyük imamlar 
bu  hədisi  qəbul  ediblər  və  mənasını  təsdiqləyiblər.  Şeyxul-İslam  İbn  Teymiyyə  - 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə