[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
24 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
25 
 
 
 
 
(Şərhus-Sunnə kitabının əvvəli) 
 
İslamı  tapmaqla  bizə  hidayət  verən,  onunla  bizi  nemətləndirən  və  bizi  ən 
xeyirli ümmət kimi çıxaran Allaha həmd olsun! Sevdiyi və razı olduğu işlərə 
bizi  müvəffəq  etməsini  və  sevmədiyi,  qəzəbinə  səbəb  olduğu  işlərdən  bizi 
qorumasını Ondan diləyirik. 
[1]  Bilin  ki,  İslam  sünnətin  özüdür  və  sünnət  də  elə  İslamın  özüdür
12

onlardan biri digəri olmadan mövcud ola bilməz.  
[2]  Sünnətə  aid  olan  şeylərdən  biri  də  həmişə  camaatla  birlikdə  olmaqdır. 
Hər  kim  camaatdan  qaçarsa
13
,  ondan  ayrılarsa  İslam  boyunduruğunu 
boynundan  atmış  olur
14
 və  yolunu  azan  və  yoldan  azdıran  birinə  çevrilmiş 
olur. 
[3]  Üzərində camaatın  qurulduğu əsas Muhammədin –  salləllahu  aleyhi  va 
səlləm  –  səhabələridir.  Allah  onlara  rəhm  etsin!  Sünnət  və  Camaat  əhli 
onlardır. Onlardan götürməyən yolunu azmış və yenilik (bidət) gətirmişdir. 
Hər  bir  bidət  isə  zəlalətdir.  Zəlalət  və  onun  əhli  atəşdədir.  Ömər  bin  əl-
Xattab  –  rahiməhullah  –  dedi:  “Hidayət  olduğunu  güman  edərək  zəlalət 
yolunu getməkdə, nə də zəlalət olduğunu zənn edib hidayəti tərk etməkdə 
heç  kəsin  üzrü  yoxdur.  Çünki  hər  bir  məsələ  izah  olunub,  hüccət  də  isbat 
edilib  və üzr  kəsilib.”
15
 Bunun izahı  budur  ki,  sünnət  və camaat  artıq  dinin 
bütün məsələlərini möhkəmləndiriblər və insanlar üçün (hər şey) aydındır 
və insanlara qalan tabe olmaqdır. 
                                                            
12
 Müəllif özü bu sözləri kitabın axırında Bişr bin əl-Harisin sözləri olaraq nəql etmişdir. 
13
 Raddadi’nin təhqiqindəkinə əsasən: “hər kim camaatdan başqa bir şey istəyərsə...” 
14
 İmam  Əhməd  (5/180)  Əbu  Zərdən  rəvayət  edir  ki,  peyğəmbər  –  salləllahu  aleyhi  va 
səlləm  –  deyib:  “Kim  camaatdan  bir  qarış  belə  ayrılsa  artıq  İslam  boyunduruğunu 
boynundan atmışdır.” 
15
 Bunu Ömər bin Şəbbə “Əxbərul-Mədinə” kitabında (2/12) və İbn Battah “əl-İbənə əl-
Kubra”da (rəq: 162) əl-Əvzai vasitəsilə Ömər bin əl-Xattab’dan rəvayət edirlər. Ömər bin 
əl-Xattab ilə əl-Əvzai arasındakı sənəd qopuqdur. 


 
 
26 
 
[4]  Bil  ki,  -  Allah  sənə  rəhm  etsin!  –  din  Allah  -  Təbərakə  va  Təalə  - 
tərəfindən  gəlib,  insanların  ağılları  və  fikirlərinə  əsasən  qurulmayıb.  Onun 
elmi  Allahın  yanındadır,  Onun  elçisinin  yanındadır.  Öz  nəfsi  istəyinə  uyub 
bir  şeyə  tabe  olma  ki,  dindən  qopmayasan  və  İslamdan  çıxmayasan.  Çünki 
sənin  heç  bir  üzrün  yoxdur,  belə  ki,  Allahın  elçisi  –  salləllahu  aleyhi  va 
səlləm  –  ümmətinə  sünnəti  bəyan  edib  və  onu  səhabələrinə  izah  edib  və 
camaat  onlardır.  əs-Səvad  əl-Azam
16
 onlar  sayılır.  əs-Səvad  əl-Azam  isə 
haqq  və  onun  əhlidir.  Dini  işlərdən  hər  hansı  birində  Allah  elçisinin  – 
salləllahu aleyhi va səlləm – səhabələrinə müxalif olan küfr etmişdir. 
[5] Bil ki, insanlar hər dəfə bir bidət çıxardıqda onun eyni bərabərində bir 
sünnəti  tərk  ediblər.  Sonradan  uydurulmuş  işlərdən  çəkin,  çünki  hər 
sonradan çıxarılmış iş bidətdir və hər bidət zəlalətdir. Zəlalət və onun əhli 
isə atəşdədir. 
[6]  Kiçik  bidətlərdən  də  çəkin!  Çünki  kiçik  bidət  böyüyərək  böyük  bidətə 
çevrilir.  Bu  ümmətdə  ortaya  çıxarılmış  hər  bidət  də  bunun  kimidir;  ilk 
əvvəldə  kiçik  bidət  olaraq  başlamış,  haqqa  bənzəmişdir  və  bu  bidətə  daxil 
olan  da  buna  görə  aldandı,  sonra  artıq  oradan  çıxa  bilmədi.  Beləliklə  də 
(bidət)  böyüyərək  tabe  olunan  bir  dinə  çevrildi.  Beləliklə  (həmin  bidətçi 
isə) doğru yola müxalif oldu və bununla da İslamdan çıxdı. 
[7]  Bax!  Allah  sənə  rəhm  etsin!  Hər  hansı  bir  kəsin,  aləlxüsus  zamanının 
insanlarından  bir  kəsin  söylədiyi  sözü  eşitdikdə  peyğəmbərin  –  salləllahu 
aleyhi  va  səlləm  –  səhabələrindən  kiminsə  və  ya  alimlərdən  kiminsə  bu 
sözü  deyib  demədiyini  soruşmadan,  araşdırmadan  tələsmə,  ondan  hər 
hansı bir şeyə daxil olma!
17
 Əgər bu barədə onlardan bir rəvayət tapsan ona 
                                                            
16
 Hərfi  mənada  böyük  çoxunluq  anlamına  gələn  “əs-səvad  əl-azam”  termini  haqqında 
alimlərin  görüşü  fərqlənib.  Lakin  onlar  xüsusilə  qeyd  edirlər  ki,  bu,  adi  insanların 
çoxluğuna aid deyildir. Müəllifin görüşü isə budur  ki, hədisdə zikr olunan “əs-səvad əl-
azam” səhabələrə aiddir. 
17
 Bu,  şazz  və  nadir  görüşlərə  tabe  olmağın  caiz  olmaması  anlamına  gəlir.  Ona  görə  də 
müsəlman  bir  zatın  hər  hansı  bir  görüşün  sələfdən  qaynaqlanıb  qaynaqlanmadığına 
baxması  lazımdır.  Zamanımızda  şazz  görüşlər  ayaq  tutub  gəzdiyi  bir  halda  bunun 
əhəmiyyəti  xüsusilə  nəzərə  çarpır.  Onu  da  bilmək  lazımdır  ki,  şazz  görüşlər  böyük 
alimlərdən  də  sadir  ola  bilər,  əgər  o  alimdən  əvvəl  heç  kim  o  görüşdə  olmayıbsa  onun 
sözü qəbul olunmamalıdır. 


 
 
27 
 
möhkəm sarıl!
18
 Cəhənnəmə düşməmək üçün başqa bir şeyin xatirinə onun 
üzərindən keçmə və başqa şeyi ona üstün tutma! 
[8] Bil ki, (haqq) yoldan kənara çıxmaq iki cür olur: birincisinə gəldikdə bir 
nəfər  yalnız  xeyir  məqsəd  güddüyü  halda  xəta  edərək  yoldan  ayrılır,  bu 
halda onun xətasını izləmək olmaz, çünki o, həlak olmuşdur. Digər bir nəfər 
isə  haqqa  qarşı  inad  edir,  özündən  əvvəlki  təqva  əhlinə  müxalif  olur,  belə 
biri  yolunu  azmış  və  insanları  azdıran  biridir,  bu  ümmətdəki  üsyankar  bir 
şeytandır,  onu  tanıyanların  insanları  ondan  çəkindirməsinə  və  onun  halını 
bəyan etməsinə layiqdir ki, onun bidətinə düşərək heç kəs həlak olmasın!
19
 
[9] Bil ki, - Allah sənə rəhm etsin! – qul tabe olmadıqca, təsdiq etmədikcə və 
təslim  olmadıqca  onun  islamı  səhih  olmaz.  Kim  İslamın  məsələləri  içindən 
peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  –  səhabələrinin  bizə 
çatdırmadıqları bir məsələnin qaldığını iddia edərsə,  onları yalanlamış olur 
və  onun  bu  sözü  onlara  qarşı  bir  tənədir.  Belə  bir  kəs  bidətçidir,  yolunu 
azmış  və  başqalarını  azdıran  biridir.  İslamda  olmayan  bir  şeyi  uydurmuş 
biridir. 
 
 
 
 
 
 
 
 
                                                            
18
 Səhabələrin  müctəhidləri  öz  aralarında  bir  çox  məsələdə  ixtilaf  ediblər.  Cahil  birinə 
onlardan  hər  hansı  birinə  bu  ictihadlarında  tabe  olmaq  dini  üçün  ən  salamat  yoldur. 
Səhabələrin  ixtilafları  isə  məzhəblərin  ixtilaflarında  öz  əksini  tapır.  Ona  görə  də  böyük 
imamlar  qəbul  etdikləri  görüşləri  üçün  səhabələrin  görüşlərini  misal  gətiriblər  və  belə 
olduğu halda onlardan birini təqlid etmək elmsiz müsəlmanlar üçün caizdir. 
19
 Yəni  onu  və  onun  zəlalətini  tanıyanlar  insanları  ondan  xəbərdar  etməlidirlər  ki, 
digərləri aldanaraq onun tələsinə düşməsinlər. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə