[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
13 
 
 
 
 
Müəllifin tərcüməsi 
 
Əbu  Muhamməd  əl-Həsən  bin  Ali  bin  Xaləf  əl-Bərbəhəri  öz  zamanında 
hənbəlilərin  şeyxi  olub.  əl-Bərbəhəri  adı  “bərbəhər”  sözünə  nisbət  olaraq 
verilib  və  bu,  Hindistandan  gətirilən  ədviyyat  adıdır.  Bu  cür  ədviyyatları 
gətirənlərə “bərbəhəri” deyərdilər.
1
 
Tarixi qaynaqlar onun doğum tarixi barədə bir məlumat vermir, lakin onun 
hicri  329-cu  ildə  vəfat  etməsi  barədə  qaynaqlar  arasında  razılıq  vardır. 
Onun 76 və ya 77 il yaşadığı qeyd olunub və buna əsaslanaraq onun ya 252-
ci  ildə,  ya  da  253-cü  ildə  doğulduğunu  demək  olar.  Lakin  Mucirud-Din  əl-
Uleymi  onun  96  il  yaşadığını  deyir  və  buna  əsaslansaq  onun  233-cü  ildə 
doğulduğunu söyləməliyik. Lakin əvvəlki tarix daha möhtəməldir. 
əl-Bərbəhəri elm təhsilində İmam Əhmədin əshabından bir çox zatdan elm 
öyrənmişdir. Onlardan ikisini burada qeyd edirik: 
1.
  Əhməd  bin  Muhamməd  bin  əl-Həccəc  bin  Abdil-Aziz  Əbu  Bəkr  əl-
Mərruzi;  İmam  Əhmədin  ən  öncül  tələbələrindən  biridir,  çünki 
təqvası  və  fəzilətinə  görə  seçilirdi.  İmam  Əhməd  onunla  yoldaşlıq 
edərdi. İmam Əhməd öldükdə onun gözünü bağlayan və onu yuyan da 
məhz əl-Mərruzi olmuşdur. Hicri 275-ci ildə vəfat edib. 
2.
  Əbu Muhamməd Səhl bin Abdilləh bin Yunus bin İsa bin Abdilləh ər-
Rafi  ət-Tustəri;  məşhur  bir  salehdir,  çoxlu  moizələr  və  kəramətlər 
sahibidir. Hicri 283-cü ildə vəfat edib. 
əl-Bərbəhəri’nin  çoxlu  tələbələri  olub  və  bir  çox  böyük  alim  onun  əlindən 
elm  almışdır.  Onun  tələbələri  arasında  böyük  imamlar  vardır.  Onlardan 
bəzilərini burada zikr edək: 
                                                            
1
 Bunu  Əbu  Sad  əs-Səm’ani  “əl-Ənsəb”  kitabında  (1/307)  və  İbnul-Əsir  “əl-Lubəb  fi 
Təhzib əl-Ənsəb” kitabında (1/133) zikr edir. 


 
 
14 
 
1.
  Ubeydullah bin Muhamməd bin Muhamməd bin Həmdən bin Bəttah 
əl-Ukbəri  Əbu  Abdilləh  əl-Bətti;  böyük  imam,  fəqih  və  mühəddis 
olmuşdur.  Hənəfi  fəqihlərindən  biridir.  Məşhur  “əl-İbənə  əl-Kubra” 
kitabı ona aiddir. Hicri 387-ci ildə vəfat edib. 
2.
  Əhməd bin Kəmil bin Xaləf bin Şəcərah əl-Qadi Əbu Bəkr; hicri 260-cı 
ildə  doğulub  və  hicri  350-ci  ildə  vəfat  edib.  Əhkam,  Quran  elmləri, 
nəhv, şer və tarix alimi olub və bu fənlərdə kitablar yazıb. 
3.
  Muhamməd  bin  Əhməd  bin  İsmayıl  əl-Bəğdədi  Əbul-Hüseyn  bin 
Səm’un; böyük imam və vaiz sahibi idi. Hicri 387-ci ildə vəfat edib. 
İbn Əbi Yalə - rahiməhullah – İbn Bəttah’dan belə dediyini nəql edir: “Həcc 
zəvvarları  tutulduqda  əl-Bərbəhərini  belə  deyərkən  eşitdim:  “Ey  insanlar! 
Əgər  yüz  min  dinar  kömək  lazımdırsa  –  və  yüz  min  dinarı  beş  dəfə  dedi  – 
ona  kömək  edərəm.”  İbn  Bəttah  deyir:  “Əgər  maddi  dəstək  istəsəydi  onu 
insanlardan əldə edərdi.” 
İbn  Əbi  Yalə  onun  haqqında  deyir:  “Tayfanın
2
 öz  zamanındakı  şeyxidir  və 
bidəti inkar etməkdə, bidət əhlinə qarşı əl və dil ilə çıxmaqda onların içində 
ən öndəri idi. Onun sultan yanında hörməti var idi və əshabımız yanında da 
yeri  var  idi.  Arif  imamlardan,  üsul  elmini  gözəl  bilənlərdən,  mötəbər 
möminlərdən biri idi.” 
İbn  Kəsir  deyir:  “Alim,  zahid,  hənbəli  fəqihi  və  vaiz  olmuşdur...bidət  və 
günah  əhlinə  qarşı  sərt  idi.  Yüksək  hörmətə  sahib  idi,  ona  hər  adlı-sanlı 
insanlar, həm də adi insanlar təzim göstərərdi.” 
əz-Zəhəbi  deyir:  “Hənbəlilərin  şeyxi,  nümunə,  imam...  fəqih  idi.  Hər  zaman 
haqqı söyləyərdi və sünnətə çağırardı. Allah uğrunda heç kəsin qınağından 
qorxmurdu.” 
İbn  Əbi  Yalə  “ət-Tabəqat”da  deyir:  “əl-Bərbəhəri’nin  din  uğrunda  çoxlu 
çalışmaları  və  məqamları  var  idi.  Müxaliflər  sultanın  qəlbini  ona  qarşı 
sərtləşdirirdilər.  321-ci  ildə,  əl-Qahir’in  xilafətində  vəziri  İbn  Muqlə  onu 
həbs etməyə çalışdı, beləliklə o, gizləndi. Onun ən böyük tələbələrindən bir 
qrup  kəs  tutuldu  və  Basra  şəhərinə  aparıldı.  Allah  da  İbn  Muqlə’ni  bu 
əməlinə görə cəzalandırdı, belə ki, əl-Qahiri ona qarşı qəzəbləndirdi və İbn 
                                                            
2
 Yəni hənbəlilərin 


 
 
15 
 
Muqlə qaçdı və əl-Qahir onu vəzirlikdən çıxardı və evi yandırıldı. 322-ci ilin 
cumədəl-axira  ayının  altısı  çərşənbə  günü  əl-Qahir    Billəh  tutuldu,  həbs 
olundu və vəzifəsindən endirildi. Həmin gün hər iki gözü də çıxarıldı, hətta 
hər ikisi də töküldü və kor oldu. Sonra Allahu Təalə lütfünü göstərdi və əl-
Bərbəhəri  bir  daha  öz  hörmət  və  şərəf  məqamına  geri  döndü.  Üstəlik  bu 
hörməti o qədər artdı ki, Niftaveyh adı ilə tanınan Əbu Abdilləh bin Arafə
3
 
öldükdə onun cənazəsində din və dünya adamlarının ən görkəmliləri iştirak 
edirdi  və  onların  camaatlarında  imamlıq  üçün  önə  keçirilmiş  kəs  əl-
Bərbəhəri  idi.  Bu,  323-cü  ildə  ər-Radi’nin  xilafəti  zamanında  səfər  ayında 
olmuşdu.  Bu  ildə  əl-Bərbəhərinin  hörməti  daha  da  artdı,  sözü  yüksəklərə 
qalxdı və tələbələri üzə çıxdılar, çoxaldılar və bidətçiləri inkar etmək üçün 
ətrafa  yayıldılar.  Bizə  çatan  xəbərə  görə  əl-Bərbəhəri  bir  dəfə  (Bağdad 
şəhərinin) qərb tərəfindən keçirdi. Birdən asqırdı və tələbələri “Allah sənə 
rəhm  etsin!”  dedilər.  Səsləri  o  qədər  ucadan  çıxdı  ki,  xəlifə  balkonunda 
durarkən eşitdi və nə baş verdiyini soruşdu. Ona xəbər verdilər və bu, onu 
qorxutdu.  Bidətçilər  hər  zaman  ər-Radi’nin  qəlbində  əl-Bərbəhəriyə  qarşı 
nifrət  oyatmağa  çalışırdılar.  ər-Radi  polislərin  böyüyü  Bədr  əl-Xarşəni’yə 
əmr  edərək  Bağdadın  hər  yerində  belə  elan  edilməsini  tələb  etdi  ki,  əl-
Bərbəhəri’nin  tələbələrindən  iki  nəfər  belə  bir  arada  toplaşa  bilməz. 
Bundan  sonra  əl-Bərbəhəri  gizləndi,  əvvəl  qərb  tərəfdə  “Bəb  Muhavval”da 
yaşayardı, sonra gizlənərək şərq tərəfə köçdü. 329-cu ilin rəcəb ayında gizli 
yaşadığı vəziyyətdə vəfat etdi. 
Muhamməd  bin  Həsən  əl-Muqri  mənə  rəvayət  edərək  dedi:  babam  və 
nənəm  mənə  rəvayət  edərək  dedilər:  Əbu  Muhamməd  əl-Bərbəhəri  şərq 
tərəfdə  “Dərb  əl-Həmməm”də,  “Dərbus-Silsilə”  küçəsində  Tuzun’un 
bacısının  evində  gizlənmişdi.  Orada  təqribən  bir  ay  qaldı.  Sonra  qan 
xəstəliyinə tutuldu. əl-Bərbəhəri onun yanında gizli yaşadığı halda ölərkən 
Tuzun’un
4
 bacısı  xidmətçisinə  dedi:  “Onu  yuyacaq  birini  tap!”  Yuyan  biri 
gəldi və onu yudu və qapını bağladı ki, heç kəs bilməsin. Duraraq onun üçün 
tək  cənazə  namazı  qıldı.  Evin  sahibi  (Tuzunun  bacısı)  boylandı  və  evin 
üzərində  ağ  və  yaşıl  paltarlar  olan  kişilərlə  dolu  olduğunu  gördü.  (əl-
Bərbəhərini  yuyan  şəxs)  salamları  verdikdə  (Tuzunun  bacısı  evdə)  heç 
                                                            
3
 O,  İbrahim  bin  Muhamməd  bin  Arafə  əl-Atəki’dir.  Məşhur  dil  alimi  və  mühəddisdir. 
Zahiri  məzhəbindən  olub  və  Davud  əz-Zahirinin  özündən  elm  almışdır.  əl-Hafiz  əz-
Zəhəbi’nin dediyinə əsasən zahirilərin rəyində avtoritet idi. 
4
 Tuzun zamanındakı abbasi xəlifəsinin vəziri idi. Hicri 334-cü ildə vəfat edib.
 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə