[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
16 
 
kəsin  olmadığını  gördü  və  xidmətçisini  çağırdı  və  dedi:  “Ay  Həccəm!  Məni 
qardaşımın  yanında  həlak  etdin!”  Dedi:  “Ey  xanımım,  mənim  gördüyümü 
sən  də  gördünmü?”  (Xanım)  dedi:  “Bəli!”  Dedi:  “Budur  qapının  açarları  və 
qapı  bağlıdır.”  (Xanım)  dedi:  “Onu  mənim  evimdə  dəfn  edin  və  əgər  mən 
ölsəm  məni  də  onun  yanında  qübbə  evində  basdırın!  Onu  qadının  evində 
basdırdılar  və  qadın  ondan  bir  müddət  sonra  öldü  və  həmin  yerdə 
basdırıldı.  Üstündən  zaman  keçdi  və  türbəyə  çevrildi  və  ora  “əl-
Məxarram”da “Darul-Məmləkə”nin yanındadır.
5

6
 
İmam əl-Bərbəhəri hicri 329-cu ildə vəfat etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
5
 Bu hekayənin həqiqətini yalnız Allah bilir. Lakin belə bir imamın ölüsünü yumaq üçün 
heç  bir  kimsənin  tapılmaması  və  ölüsü  üzərində  yalnız  bir  nəfərin  cənazə  qılması  çox 
qəribədir. İşin həqiqətini Allah bilir. 
6
 “Tabəqat əl-Hənəbilə”, 3/77-80
 


 
 
17 
 
 
 
 
 
 
Kitabın əlyazması 
 
Kitabı təhqiq etmiş Şeyx əl-Cəmizi qeyd edir ki, kitabın təhqiqini yalnız bir 
əlyazma  üzərində  qurmuşdur.  Başqa  əlyazmaları  tapmaq  üçün  çox  səy 
göstərsə də buna nail ola bilməmişdir. 
Təhqiqin əslini təşkil edən əlyazma Dəməşqdəki “Zahiriyyə” kitabxanasında 
(ümumi  olaraq  “90”  nömrəsi  altında)  qorunulur.  Bu  əlyazmanın  nüsxələri 
Mədinə İslam universitetində və onun kitabxanasında mövcuddur.  
Əlyazma  iyirmi  səhifədən  ibarətdir  və  hər  səhifədə  on  beş  sətr  yer  alır. 
Əlyazmanın birinci səhifəsində bu cür yazılıb: 
“Əbu  Abdilləh  Əhməd  bin  Muhamməd  bin  Ğalib  əl-Bəhili  Ğuləm 
Xalil’dən – rahiməhullah – “Şərhus-Sunnə” kitabı 
 Əbu Bəkr Əhməd bin Kəmil bin Xaləf bin Şəcərah əl-Qadinin rəvayəti 
 Əbu  İshaq  İbrahim  bin  Ömər  bin  Əhməd  əl-Bərməki  əl-Fəqihin  icazə 
ilə Əbul-Həsən Muhamməd bin əl-Abbas bin Əhməd bin əl-Furat’dan, o 
da İbn Kəmil’dən rəvayəti. 
Hörmətli,  etibarlı  Şeyx  Əbu  Talib  Abdul-Qadir  bin  Muhamməd  bin 
Abdil-Aziz  bin  Muhamməd  bin  Yusuf’un  Əbu  İshaq  əl-Bərməki’dən, 
onun da icazə ilə İbnul-Furat’dan, o da icazə ilə ondan rəvayəti. 
Hörmətli,  etibarlı  Şeyx  Əbul-Hüseyn  Abdul-Haqq  bin  Abdil-Xaliq  bin 
Əhməd  bin  Abdil-Qadir  bin  Muhamməd  bin  Yusuf’un  ondan  eşidərək 
rəvayəti. 


 
 
18 
 
Ondan saleh imam Şeyx Əbul-Qasim Abdullah bin Həmzə bin Əbi Tahir 
bin  Sənu  eşitmişdir.  Allah  bununla  onu  və  bütün  müsəlmanları 
faydalandırsın!” 
İkinci vərəqdə isə bu sözləri keçir: 
“Şeyx,  İmam  Əbul-Hüseyn  Abdul-Haqq  bin  Abdil-Xaliq  bizə  xəbər 
verdi: Ona dedilər: “Əbu Talib Abdul-Qadir bin Muhamməd bin Abdil-
Qadir bin Muhamməd bin Yusuf “əl-Cami” məscidində sizə xəbər verdi 
və bu zaman həm o, həm də biz eşidirdik. Ona deyildi: Şeyx Əbu İshaq 
İbrahim bin Ömər bin Əhməd əl-Bərməki ondan rəvayət etməkdə sizə 
izn  verdiyi  və  icazə  verdiyində  sizə  xəbər  etdi.  O,  bunu  etiraf  etdi  və 
dedi:  “Bəli!”  Dedi: “Əbul-Hüseyn Muhamməd  bin əl-Abbas  bin  Əhməd 
bin əl-Furat – rahiməhullah – kitabında xəbər verdi və onun kitabında 
oxunuldu:  dedi:  Əbu  Bəkr  Əhməd  bin  Kəmil  bin  Xaləf  bin  Şəcərah  əl-
Qadi  ona  oxumaq  surətilə  bizə  xəbər  verdi:  dedi:  “Əbu  Abdilləh 
Əhməd  bin  Muhamməd  bin  Ğalib  əl-Bəhili  bu  kitabı  mənə  verdi  və 
mənə dedi: “Bu kitabı əvvəlindən axıra qədər mənim adımdan rəvayət 
et!” 
Əbu  Abdilləh  Əhməd  bin  Muhamməd  bin  Ğalib  əl-Bəhili  – 
rahiməhullah – dedi:...” və daha sonra kitabın içindəkiləri zikr edir. 
Kitabın axırında isə bu sözlər yazılıb: 
“Kitabın  axırıdır  və  aləmlərin  Rəbbi  Allaha  həmd  olsun  və 
Muhamməd,  onun  ailəsinə  salavat  olsun!  Bunu  Abdullah  bin  Həmzə 
bin Sənu yazdı.” 
Kitabın  əlyazması  bir  dənə  olsa  da  bu  kitabı  İbn  Əbi  Yalə  “Tabəqat  əl-
Hənəbilə”  əsərində
7
 müəllifin  tərcümeyi-halında  nəql  etmişdir.  İbn  Əbi 
Yalənin  nəql  etdiyinin  əvvəlindən  bir  vərəq  çatışmır.  Əlyazmadan  fərqli 
olaraq  isə  İbn  Əbi  Yalənin  nəqlinin  axırında  iki  vərəq  artıq  gəlir.  Şeyx  əl-
Cəmizi  kitabın  təhqiqi  üçün  İbn  Əbi  Yalənin  nəqlini  ikinci  əlyazma  kimi 
istifadə  etmişdir.  Bunun  üçün  “Tabəqat  əl-Hənəbilə”  kitabının  Abdur-
Rahmən  bin  Süleyman  əl-Useymin  tərəfindən  edilmiş  təhqiqinə 
əsaslanmışdır.  Belə  ki,  o,  “Tabəqatul-Hənəbilə”  kitabının  mövcud  on 
                                                            
7
 “Tabəqat əl-Hənəbilə”, 3/36-80 


 
 
19 
 
əlyazması  içindən  dördünü  seçmişdir.  Bu  baxımdan  onun  təhqiqi  Şeyx 
Muhamməd Həmid əl-Fiqi’nin – rahiməhullah – təhqiqindən daha dəqiqdir. 
Şeyx  əl-Cəmizi  təhqiqində  üstəlik  Şeyx  Əbul-Yəmən  Mucirud-Din  əl-
Uleymi’nin  “əl-Minhəcul-Əhməd  fi  Təracim  Əshəbil-İməm  Əhməd” 
kitabındakı nəqlindən də istifadə etmişdir. əl-Uleymi öz kitabında “Şərhus-
Sunnə” kitabının təxminən dörddə birini nəql edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
20 
 
 
 
 
Kitabın müəllifə nisbət edilməsinin doğruluğu 
 
Əlyazma  haqqında  verilən  məlumatlar  içində  əlyazmanın  ilk  səhifəsində 
yazılmış sözlər qeyd olundu və orada gördük ki, kitab əl-Bərbəhəriyə deyil, 
lakin  Əbu  Abdilləh  Əhməd  bin  Muhamməd  bin  Ğalib  əl-Bəhili  Ğuləm  əl-
Xalilə nisbət edilir.  
Bu  məzmunun  zahirindən  anlaşılır  ki,  kitabı  yazan  Ğuləm  Xalildir.  Lakin 
kitabı rəvayət edən İbn Kəmil bunu aşkar şəkildə söyləmir, belə ki, o, deyir: 
“Əbu  Abdilləh  Əhməd  bin  Muhamməd  bin  Ğalib  əl-Bəhili  bu  kitabı 
mənə  verdi  və  mənə  dedi:  “Bu  kitabı  əvvəlindən  axıra  qədər  mənim 
adımdan rəvayət et!” 
Məhz  bu  səbəblə  bəzi  müasir  əşarilər  bu  kitabın  əl-Bərbəhəriyə  deyil, 
Ğuləm  əl-Xalilə  aid olduğunu  deyib.  Onlar  ortaya  sual  atırlar  ki,  əlimizdəki 
yeganə əlyazmada müəllifin  adı  Ğuləm  Xalil  olaraq  zikr  olunduğu halda  nə 
üçün  kitab  əl-Bərbəhəriyə  nisbət  olunur?  Üstəlik  İmam  Qavvamus-Sunnə 
Əbul-Qasim İsmayıl bin Muhamməd ət-Teymi əl-Əsbəhəni (vəfatı hicri 535) 
“əl-Huccə fi Bəyənil-Məhəccə” kitabında səhih etiqad haqqında kitab yazmış 
alimlərin  adlarını  sayarkən  demişdir:  “Onlardan  biri  də  Ğulam  əl-Xalil 
adlı  ilə  tanınmış  Əhməd  bin  Muhamməd  bin  Ğalibdir,  Əhməd  bin 
Hənbəlin  tələbəsidir.”
8
 Lakin  bu  adların  arasında  İmam  əl-Bərbəhərinin 
adını zikr etməmişdir.  Müasirlərdən Doktor Fuat Sezgin “Tarix ət-Turas əl-
Arabi”
9
 kitabında  Ğuləm  əl-Xalil’in  tərcümeyi  halından  danışarkən  “əz-
Zahiriyyə”  kitabxanasındakı  “Şərhus-Sunnə”  əlyazmasını  məhz  ona  aid 
etmişdir. 
Bu  iddianın  sahibləri  daha  sonra  Ğuləm  Xalil’in  hədis  uydurmaqla  ittiham 
olunduğuna  işarə  edərək  kitabın  dəyərini  gözdən  salmaq  istəyirlər.  Bunu 
isbat  etmək  üçün  çox  çalışıblar,  lakin  qarşıya  qoyduqları  sübutlar  bizim 
                                                            
8
 “əl-Huccə fi Bəyənil-Məhəccə”, 2/475 
9
 “Tarix ət-Turas əl-Arabi”, 3/231 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə