[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 
 
30 
 
                                                                                                                                                                                         
rahiməhullah  –  deyir:  “Bunların  arasında  Abdullah  bin  Xalifə’nin  məşhur  hədisi  vardır, 
hansı ki, Ömərdən, o da peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət edir. Bunu 
Əbu  Abdilləh  Muhamməd  bin  Abdil-Vahid  əl-Məqdisi  “əl-Muxtəra”  kitabında  rəvayət 
etmişdir. Hədis əhlindən bir qrup (bu hədisi) iztirabına görə rədd ediblər, necə ki, bunu 
Əbu Bəkr əl-İsmaili, İbnul-Cəvzi və başqaları ediblər, lakin əhli-sünnətin əksəriyyəti onu 
qəbul edib.” (“Məcmu əl-Fətəva”, 16/435) Hədisdəki iztirab ilə qəsd olunan bəzən mərfu 
olaraq,  bəzən  məvquf  olaraq,  bəzən  də  mürsəl  olaraq  rəvayət  edilməsidir.  Həmçinin 
“Minhəcus-Sunnətin-Nəbəviyyə” kitabında (2/629) deyir: “əl-İsmaili və İbnul-Cəvzi kimi 
birdən  çox  mühəddis  bu  hədisi  zəif  sayıb,  lakin  alimlərdən  bunun  üçün  şahidlər  zikr 
edən və (hədisi) gücləndirənlər vardır.” əl-Hafiz İbnul-Qayyim – rahiməhullah – “Təhzib 
əs-Sünən”  (4/2173-2174)  kitabında  bu  hədisin  mərfu  şəklini  dəlil  gətirərək  onu  zəif 
sayanların  sözlərini  rədd  etmişdir.  Xülasə  Allahu  Təalənin  Ərşin  üzərində  oturması 
sifətini inkar etmək caiz deyildir və bu barədə İmam Şəmsud-Din əz-Zəhəbinin sözlərini 
nəql etməkdə fayda vardır. əz-Zəhəbi bu hədisi “Kitəbul-Arş”da (səh: 49-50) zikr edərək 
deyir: “Bu, öz vaxtında kufəlilərin imamı Əbu İshaq əs-Səbii’nin hədisindən məhfuz olan 
bir  hədisdir.  Əbu  İshaq  səhabələrdən  bir  çoxundan  hədis  eşitmiş  və  (əl-Buxari  ilə 
Muslim) onun hədisini “əs-Səhiheyn”də rəvayət ediblər. (Hicri) yüz iyirmi yeddinci ildə 
vəfat edib. Bu hədisi ən əvvəlki tabiindən olan Abdullah bin Xəlifə’dən tək olaraq rəvayət 
etmişdir.  (Abdullah  bin  Xalifə’nin)  cərh  və  tədil  baxımından  halını  bilmirik,  lakin  Əbu 
İshaq  əs-Səbii  digər  sifət  hədisləri  kimi  bu  hədisi  təsdiq  edərək  rəvayət  edib.  Bunu 
həmçinin Sufyan əs-Səvri rəvayət edib, Əbu Əhməd əz-Zubeyri, Yəhya bin Əbi Bukeyr və 
Vaki  bunu  İsmail’dən  rəvayət  edib.”  əz-Zəhəbu  bu  sözlərindən  sonra  İmam  Əhmədin 
oğlu  Abdullahın  yuxarıda  rəvayət  etdiyimiz  iki  rəvayətini  zikr  edir  və  deyir:  “Deyirəm: 
Bu  hədis  bir  qrup  mühəddisə  görə  səhihdir.  Bunu  əl-Hafiz  Diyaud-Din  əl-Məqdisi  “əs-
Səhih” kitabında rəvayət edib. Bu, həm də İbn Hibban’ın şərtinə uyğundur, lakin rəvayət 
edib etmədiyini bilmirəm, çünki ona görə adil və hafiz biri cərh edildiyi bilinməyən bir 
nəfərdən  rəvayət  edərsə,  bu  isnad  səhihdir.  Əgər  bu  imamlar:  Əbu  İshaq  əs-Səbii,  əs-
Səvri,  əl-Aməş,  İsrail,  Abdur-Rahmən  bin  Mehdi,  Əbu  Əhməd  əz-Zubeyri,  Vaki,  Əhməd 
bin  Hənbəl  və  saymaqla  adları  və  ədədləri  bitməyən,  hidayət  işıqları  və  zülmətləri 
işıqlandıran misbəhlər olan bu və digər imamlar bu hədisi qəbul ediblərsə, onu rəvayət 
ediblərsə, onu inkar etməyiblərsə və isnadına tənə etməyiblərsə biz kimik ki, onu inkar 
edək və onlara kəm baxaq? Əksinə buna iman edirik və (həqiqi) elmini Allaha – Azzə və 
Cəllə - tapşırırıq.” 
 Alləmə  İbn  Həmid’in  istivanı  toxunmaq  kimi  təfsir  etməsi  isə  xətadır  və  sələfin 
görüşünü  tam  haqqı  ilə  təmsil  etmir.  Eynilə  Əbul-Həsən  ət-Təmimi’nin  bunun  Ərşdən 
ayrı  olmaq  mənasını  inkar  etməsi  də  doğru  deyildir,  bu  görüşlər  sadəcə  onların  bəzi 
rəvayətlərdən anladıqları mənanı təmsil edir. Halbuki əhli-sünnətin böyük imamları və 
alimləri  Allahın  Ərşin  üzərinə  qalxdığını,  yüksəldiyini  və  oturduğunu  deməklə  bərabər 
Onun Öz yaratdıqlarından ayrı olduğunu da vurğulayıblar və Ərş Allahın məxluqlarından 
bir  məxluqdur.  Şeyxul-İslam  İbn  Teymiyyə  “Nəqd  Təsis  əl-Cəhmiyyə”də  (2/531)  deyir: 
“Allahın  Ərşin  üzərində  və  yaratdıqlarından  ayrı  olması  barədə  sələfin  icmasını  və  ya 
əhli-sünnətin icmasını və ya səhabə və tabiinin icmasını nəql edənlərin sayını Allahdan 
başqa  heç  kim  saya  bilməz...  Sələfin  alimləri  həmişə  (Allahın  yaratdıqlarından)  ayrı 
olmasını  isbat  ediblər  və  cəhmiyyənin  bunu  inkar  etməsini  rədd  ediblər.”  Bu  görüşü 
İbnul-Qayyim İmam Əhməddən nəql etmişdir. Bu, bir daha isbat edir ki, sələfin Allahın 
isim  və  sifətlərini  zahiri  mənalarına  uyğun  olaraq  qəbul  etmələri  və  iman  etmələri 
təcsim və təşbih deyildir. 


 
 
31 
 
[13]  Allaha  şəkk  edəndən  başqa  heç  kəs  Allahın  sifətləri  haqqında  “necə?” 
və “nə üçün?” suallarını soruşmur. 
[14]  Quran  Allahın  kəlamıdır
26
,  Onun  endirdiyidir  və  Onun  nurudur. 
Yaradılmamışdır,  çünki  Quran  Allahdandır  və  Allahdan  olan  bir  şey 
yaradılmış  deyildir.  Malik  bin  Ənəs,  Əhməd  bin  Hənbəl  və  bu  ikisindən 
əvvəl və sonra yaşamış fəqihlər eynilə bu şəkildə deyiblər. Bunda mübahisə 
etmək küfrdür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                                                                         
25
 Bu,  cəhmiyyənin  görüşünü  inkar  edir,  çünki  onlara  görə  Allahu  Təalə  zatı  ilə  hər 
yerdədir, lakin əhli-sünnət etiqad edir ki, Allahu Təalə zatı ilə Ərşin üzərindədir və elmi 
ilə hər yeri bürümüşdür. 
26
 Əhli-sünnət  Quranın  Allahın  Kəlamı  olduğuna  etiqad  edirlər  və  digər  firqələr  bu 
məsələdə əhli-sünnətə müxalif olublar. Zahirdə Quranın Allahın Kəlamı olduğunu deyən 
əşarilər  və  maturidilər  həqiqətdə  əlimizdəki  Quranın  məxluq  olduğuna  etiqad  edirlər. 
Bu isə əşariliyin və maturidiliyin əslində sünnilik olmadığını isbat edir. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə