[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 
 
34 
 
[21] Peyğəmbərlərə və mələklərə iman gətirmək. 
[22]  Cənnətin  haqq  olmasına  və  cəhənnəmin  haqq  olmasına  iman  etmək. 
Cənnət  və  cəhənnəm  iki  məxluqdur.
33
 Cənnət  göyün  yeddinci  qatındadır
34
 
və  tavanı  Ərşdir.  Atəş  isə  Yerin  yeddinci,  ən  aşağı  qatının  altındadır.
35
 
Bunların hər ikisi də yaradılmışdır. Allah Cənnət əhlinin, ora daxil olanların 
sayını və Cəhənnəm əhlinin, ora daxil olanların sayını bilir. Hər ikisi də heç 
bir  zaman  sona  varmayacaq.  (Cənnət  və  cəhənnəm)  Allahın  -  Təbərakə  və 
Təalə - qalması ilə əbədilərdən əbədi, sonsuz bir zamanda qalacaq. Adəm də 
yaradılmış və qalıcı olan cənnətdə idi
36
 və Allaha asi olduqdan sonra oradan 
çıxarıldı.  
                                                            
33
 Əhli-Sünnətin  etiqadı  budur  ki,  Cənnət  və  Cəhənnəm  indi  mövcuddurlar  və  insanlar 
üçün hazır haldadırlar. Bunu yalnız mötəzili və qədəri alimləri inkar ediblər, onlara görə 
Cənnət və Cəhənnəm Qiyamət günündə yaradılacaqlar. 
34
 Cənnətin  səmanın  yeddinci  qatında  olması  əhli-sünnətin  məşhur  görüşüdür.  Lakin 
zahirilərdən İbn Həzm Cənnətin səmanın altıncı qatında olduğunu söyləmişdir ki, buna 
əhəmiyyət verilməz. Kəlam əhlindən ət-Təftəzani və ona tabe olan bəzi əşari alimləri bu 
məsələdə doğru olanın bunun elmini Allaha həvalə etmək olduğunu deyiblər. Lakin əhli-
sünnətin görüşü müəllifin söylədiyi görüşdür və Quran və sünnətə əsaslanır. 
35
 Əbuş-Şeyx  “əl-Azamə”  (3/1102)  kitabında  Əbu  Za’ra  vasitəsilə  Abdullah  bin 
Məsud’dan belə dediyini rəvayət edir: “Cənnət ən yuxarıda yeddinci səmadadır, atəş isə 
ən  aşağıda  yeddinci  yerdədir.”  Əbu  Za’ra’nın  adı  Abdullah  bin  Həni’dir.  əl-Buxari  onun 
haqqında “ət-Tarix əl-Kəbir”də (5/221) deyir: “Onun rəvayət etdiyini başqaları rəvayət 
etmir.”  əl-Hafiz  İbn  Hacər  “ət-Təqrib”də  (3701)  deyir:  “əl-İcli  onu  siqa  saymışdır.”  əl-
Hafiz İbn Rəcəb “ət-Təxvif minən-Nər” kitabında (səh: 63) deyir: “İbn Əbid-Dunyə isnadı 
ilə  Qatədə’dən  belə  dediyini  rəvayət  edir:  “Onlar  (yəni  səhabələr)  belə  deyərdilər: 
“Cənnət  göyün  yeddinci  qatındadır  və  cəhənnəm  isə  yerin  yeddinci  qatındadır.”  Şeyx 
Ömər əl-Əşqar “əl-Cənnətu van-Nər” adlı kitabında (səh: 21) deyir: “Cəhənnəmin indiki 
yeri haqqında alimlər ixtilaf ediblər; bəziləri dedi: o, yerin ən alt qatındadır. Başqaları isə 
dedi:  O,  səmadadır.  Digərləri  isə  bu  məsələdə  təvəqquf  etdilər,  durdular,  bir  görüş 
bildirmədilər  və  doğru  olan  da  budur,  çünki  onun  yerini  müəyyən  edən  səhih  və  açıq 
mənalı  bir  dəlil  yoxdur.  Bu  məsələdə  təvəqquf  edənlərdən  biri  əl-Hafiz  əs-Suyuti’dir. 
Dedi:  “Cənnət  haqqında  dur!  Yəni  onun  haqqında  bir  görüşdə  olmadığını  söylə,  yəni 
onun  yeri  haqqında,  Allahdan  başqa  heç  kəsin  bilmədiyi  bir  yerdədir  və  mənə  görə 
(bunda)  əsaslana  biləcəyim  bir  hədis  belə  sabit  deyildir.”  Şeyx  Valiyullah  əd-Dəhləvi 
əqidə  kitabında  deyir:  “Şəriətin  mənası  açıq  dəlilləri  bu  ikisinin  (yəni  cənnət  və 
cəhənnəmin)  yeri  haqqında  bir  şeyi  aşkar  şəkildə  deməyib.  Əksinə  Allahu  Təalənin 
istədiyi  yerdədir  və  bizim  Allahın  yaratdıqları  və  aləmləri  haqqında  elmimiz  yoxdur.” 
Siddiq  Həsən  Xan  (kitabında)  əd-Dəhləvi’nin  bu  sözlərini  gətirdikdən  sonra  deyir: 
“Deyirəm:  Bu  görüş  görüşlər  içində  -  inşallah  -  ən  üstün  və  ən  ehtiyatlı  görüşdür.”  Bu 
sözləri Siddiq Həsən Xan “Yəqzatu Ulil-İtibər” kitabında (səh: 48) deyir. 
36
 Adəm  –  aleyhissələm  –  indi  mövcud  olan,  qalıcı  olan,  Allahın  saleh  bəndələri  üçün 
hazırlanmış  Cənnətdə  idi,  yoxsa  onun  olduğu  cənnət  başqa  bir  cənnət  idi?  Müəllif  əl-
Bərbəhəri  birinci  görüşü  zikr  etmişdir  və  bu,  əhli-sünnətin  məşhur  görüşüdür.  Şeyxul-


 
 
35 
 
[23]  Yalançı  Məsihə
37
 və  İsa  ibn  Məryəmin  nazil  olacağına  iman  etmək. 
Enəcək,  Dəccalı  öldürəcək  və  evlənəcək
38
 və  Muhammədin  –  salləllahu 
aleyhi  va  səlləm  –  ailəsindən  çıxacaq  şəxsin  arxasında  namaz  qılacaq. 
Öləcək və müsəlmanlar onu dəfn edəcəklər. 
 
 
 
 
 
                                                                                                                                                                                         
İslam  İbn  Teymiyyə’nin  bu  məsələdə  iki  görüşü  vardır.  Birinci  görüşündə  bunun  qəti 
olaraq salehlər üçün hazırlanmış qalıcı və əbədi cənnət olduğunu deyir və bunun əksini 
deyənlərin  filosoflar  və  mötəzilədən  olan  kəlam  əhli  olduğunu  deyir.  Lakin  başqa  bir 
kitabında  məhz  ikinci  görüşün  səhih  olduğunu  demişdir.  əl-Hafiz  İbnul-Qayyim  – 
rahiməhullah  –  “Hadi  əl-Ərvah”  və  “Miftəh  Daris-Səadə”  kitablarında  görüşləri  dəlilləri 
ilə birlikdə zikr etmişdir. Fəxrud-Din ər-Razi isə bu məsələdə təvəqquf edib. 
37
 Yalançı Məsih namazda dualarımızda Məsih əd-Dəccal deyərək zikr etdiyimiz şəxsdir 
və  onun  haqqında  gəlmiş  hədislər  mütəvatirdir.  Bu  hədislərin  səhihliyində  şəkk 
edənlərin  sözlərinə  əhəmiyyət  verilməz.  Məşhur  hənbəli  alimi  Alləmə  əs-Səffərini 
“Ləvamiul-Ənvar  əl-Bəhiyyə”  kitabında  (2/106)  zikr  etdiyi  əhəmiyyətli  qeydlər  içində 
bunu da qeyd edir: “Üçüncü tənbeh: Hər bir alimə dəccal haqqındakı hədisləri övladlar, 
qadınlar  və  kişilər  arasında  yaymaq  lazımdır.  İmam  İbn  Macə  demişdir:  “ət-Tanəfisi’ni 
belə deyərkən eşitdim: əl-Muhəribi’ni belə deyərkən eşitdim: “Bu hədisin – yəni dəccal 
haqqındakı  hədisin  –  müəllimlərə  verilməsi  lazımdır  ki,  onları  dərslərdə  uşaqlara 
öyrətsinlər.”  
38
 Bu  barədə  səhih  bir  şey  bilmirik.  Nueym  bin  Həmməd  “əl-Fitən”  kitabında  (2/578; 
rəqəm:  1616)  Yəhya  bin  Səid  əl-Attar’dan,  o  da  Suleyman  bin  Musa’dan  belə  dediyini 
rəvayət  edir:  “Mənə  çatıb  ki,  İsa  ibn  Məryəm  Dəccalı  öldürdükdən  sonra  Qüdsə  geri 
dönəcək  və  Musa  peyğəmbərin  zövcəsinin  qohumlarından,  Şueybin  qövmündən 
evlənəcək, uşağı olacaq və on doqquz il qalacaq. Nə əmir, nə polis, nə də kral olacaq.” “ət-
Təqrib”  kitabında  (7608)  deyildiyi  kimi  Yəhya  bin  Səid  əl-Attar  zəifdir.  Süleyman  bin 
Musa  isə  əl-Siczi’dir.  Əbu  Hatim  və  əl-Cəuzəcəni  onun  haqqında  deyiblər:  “Yalançıdır.” 
Bax:  “Mizənul-İtidəl”,  (3/308)  Bütün  bunlarla  birlikdə  bunun  tam  bir  sənədi  yoxdur. 
İbnul-Cəvzi  “əl-İləl  əl-Mutənəhiyə”  kitabında  (2/915;  rəqəm  1529)  Abdur-Rahmən  bin 
Ziyad bin Ənam vasitəsilə Abdullah bin Yezid əl-Hubuli’dən, o da Abdullah bin Ömər’dən 
belə  dediyini  rəvayət  edir:  “Allahın  elçisi  –  salləllahu  aleyhi  va  səlləm  –  dedi:  “İsa  ibn 
Məryəm  yer  üzünə  nazil  olacaq,  evlənəcək  və  uşağı  olacaq,  qırx  beş  il  yaşayıb  öləcək. 
Mənimlə  qəbrimdə  dəfn  olunacaq.  Əbu  Bəkr  ilə  Ömərin  arasından  mən  və  İsa  ibn 
Məryəm bir qəbirdən çıxacağıq.” İbnul-Cəvzi bu hədisin arxasından dedi: “Bu hədis səhih 
deyildir, əl-İfriqi tamamilə zəifdir.” əz-Zəhəbi “Mizənul-İtidəl” kitabında (4/281) Abdur-
Rahmən bin Ziyad əl-İfriqi’nin tərcümeyi-halında bu və digər hədisləri rəvayət etdikdən 
sonra deyir: “Bunlar münkərdir, (doğru olmaqları) möhtəməl deyildir.” 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə