[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 
 
38 
 
                                                                                                                                                                                         
etməyi  bədənlərə  və  əzalara  fərz  buyurmuşdur;  bunlardan  biri  digəri  olmadan  keçərli 
sayılmır.  Qul  bunların  hamısını  bir  arada  cəm  etmədikcə,  qəlbində  iman  etmədikcə, 
dilində  təsdiq  etmədikcə  və  səy  göstərib  əzaları  ilə  əməl  etmədikcə  iman  gətirmiş 
olmaz.” İbnul-Hənbəli adı ilə tanınmış digər böyük hənbəli alimi Şeyx Abdul-Vahhəb bin 
Abdil-Vahid  bin  Muhamməd  bin  Əli  əl-Ənsari  əş-Şirazi  (vəfatı  hicri  536)  “ər-Risələtul-
Vadihə  fir-Raddi  aləl-Əşaira”  kitabında  (2/802-804)  deyir:  “İmanın  söz  və  əməl 
olmasına  həmçinin  dəlalət  edən  Allahu  Təalənin  bu  sözləridir:  “Gözəl  söz  Ona  tərəf 
qalxır və saleh əməl onu qaldırır”. (Fatir, 10) Allahu Təalə xəbər verir ki, söz yalnız əməl 
ilə  qaldırılır,  çünki  onu  qaldıran  əməldir,  bu  isə  dəlalət  edir  ki,  əməl  ilə  müşaiyət 
edilməyən  söz  qaldırılmır.  Zikri  uca  olan  Allah  deyir:  “İman  edib  yaxşı  işlər  görənlərin 
mənzili isə Firdovs cənnətləri olacaq!” (əl-Kəhf, 107) Beləliklə də xəbər verir ki, hər kim 
sözünü əməl ilə müşaiyət etmir onun cənnətdə heç bir payı yoxdur. Allah – Azzə va Cəllə 
-  deyir:  “Şübhəsiz  ki,  Mən  həm  də  tövbə  edib  iman  gətirəni,  yaxşı  işlər  görüb  sonra  da 
doğru yolu tutanı çox bağışlayanam!” Beləliklə Allahu Təalə xəbər verir ki, O, yalnız sözü 
ilə  əməli  bir  yerdə  cəm  edənləri  bağışlayır  və  bu  ikisindən  biri  digəri  olmadan  heç  bir 
fayda  vermir.  Allah  –  Azzə  va  Cəllə  -  deyir:  “İman  edib  yaxşı  əməllər  edənlər  isə 
yaradılmışların ən xeyirliləridir.” (əl-Beyyinə, 7) Bununla da imanı söz və əməl olması ilə 
və  sözsüz  əməlin  fayda  vermədiyi  kimi  əməlsiz  də  sözün  fayda  verməməsi  ilə  vəsf 
etmişdir.” Sözsüz ki, səhabələrə nəzər salsaq onların namazı tərk edəni kafir saydıqlarını 
görəcəyik.  Tabiinlər  arasında  da  bu  görüş  məşhur  görüşdür,  hətta  demək  olar  ki,  əz-
Zuhri’dən  başqa  heç  kəs  fərqli  düşünməyib.  İlk  dövr  hədis  imamları  arasında  da  bu 
görüş  məşhur  olub.  Lakin  ixtilaf  daha  sonra  məşhurlaşdı.  Namazı  tərk  edənin  kafir 
olmadığını deyən imamlar belə ümumən əməlsiz imanın olmadığını təsdiq edirlər. Əhli-
sünnətin imamı Muhamməd bin İdris əş-Şafi – radiyallahu anhu – bu barədə icma nəql 
edir. Şafii alimi İmam Hibətullah əl-Laləkai yenə eyni kitabında (3/956-957) deyir: “əş-
Şafi  –  rahiməhullah  –  “əl-Umm”  kitabında,  namazda  niyyət  babında  dedi:  Namazın 
niyyətsiz  keçərli  olmaması  barəsində  Ömər  bin  əl-Xattab’ın  peyğəmbərdən  –  salləllahu 
aleyhi  va  səlləm  –  (rəvayət  etdiyi)  hədisini  dəlil  kimi  göstəririk:  “Əməllər  yalnız 
niyyətlərinə  görədir.”  Sonra  dedi:  “Səhabələrin  və  onlardan  sonra  gələn  tabiinlərin, 
onlardan  qarşılaşdıqlarımızın  icması  vardır  ki,  iman  söz,  əməl  və  niyyətdir  və  bu 
üçündən biri digəri olmadan keçərli  deyildir.” Müasirlərdən bəziləri buna cavab olaraq 
deyirlər ki, əlimizdə nəşr olunmuş “əl-Umm” kitabında bu sözlər yoxdur. Biz isə deyirik 
ki, bunu sözündə etibarlı olan, hicri 418-ci ildə vəfat etmiş Əbul-Qasim Hibətullah kimi 
bir  imam  deyir.  Yenə  “əl-Umm”  kitabından  bunu  Şeyxul-İslam  İbn  Teymiyyə  nəql  edir. 
Üstəlik  şafii  alimi  əl-Fəxr  ər-Razi  əşari  olduğu  üçün  əş-Şafi’nin  bu  sözlərini  təzadlı, 
ziddiyətli saymış və sözlərin problemli olduğunu etiraf etmişdir ki, bunu ondan Şeyxul-
İslam nəql edir. Bunu həmçinin İbnut-Tilmisəni, Bədrud-Din əz-Zərkəşi və İbn Hacər əl-
Heytəmi  də  zikr  ediblər  və  əl-Heytəminin  “əl-İləm  bi  Qavati’il-İsləm”  kitabında  zikr 
etdiyi  kimi  İbnut-Tilmisəniyə  görə  əş-Şafinin  sözünün  gərəyi  əməlləri  olmayanın  iman 
dairəsindən çıxmasıdır. əl-Heytəmi isə buna etiraz edərək insanı cəhənnəmdən qurtaran 
imanın  qəlbdəki  təsdiq  və  dildəki  şəhadət  olduğunu  deyir.  Bu  isə  zikr  etdiyimiz  kimi 
əşarilərin  görüşüdür.  İndiki  zamanımızda  kitabın  çap  olunmuş  şəklində  bu  sözlərin 
olmaması  həqiqətən  olmamasını  sübut  etmir.  Bizə  sözlərinə  etibar  etdiyimiz  alimlərin 
şahidliyi  kifayət  edir.  Üstəlik  əməlsiz  də  imanın  mövcud  olacağını  deyənlərə  bildirmək 
istəyirik ki, sizin bu etiqadınıza əsasən həqiqi iman qəlbdə və dildə olan imandır. Çünki 
həqiqi  iman  möminə  fayda  verən  imandır.  O  zaman  sizin  əməlləri  də  iman 
adlandırmağınız irca əhli ilə ixtilafınızın yalnız ləfzdə olduğunu göstərir. 


 
 
39 
 
 
 
 
(Səhabələrin fəziləti) 
 
[25] Peyğəmbərimizin vəfatından sonra bu ümmətin ən xeyirlisi Əbu Bəkr, 
Ömər  və  Osmandır.
41
 İbn  Ömərdən  bizə  bu  şəkildə  rəvayət  edilib;  dedi: 
“Allahın elçisi – salləllahu aleyhi va səlləm – bizim aramızda olduğu zaman 
deyərdik: Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – sonra insanların 
ən xeyirlisi Əbu Bəkr, Ömər və Osmandır. Peyğəmbər də - salləllahu aleyhi 
va səlləm – bunu eşidərdi və inkar etməzdi.”
42
 
Bunlardan  sonra  insanların  ən  xeyirlisi  Əli,  Talha,  əz-Zubeyr,  Sa’d,  Sa‘id, 
Abdur-Rahmən  bin  Auf,  Əbu  Ubeydə  bin  əl-Cərrahdır.  Onların  hamısı 
xəlifəliyə layiqdir. 
                                                            
41
 Əhli-sünnət, xavaric, mötəzilə və kəlam əhlinin hamısı Əbu Bəkr və Ömərin səhabələr 
içində ən fəzilətli olmasında icma ediblər. Həttə ilk dövr şiələr belə bunu qəbul edirdilər. 
Bu  ikisindən  sonra  ən  fəzilətli  kimin  olması  barədə  ixtilaf  edilib.  Əhli-sünnətin 
əksəriyyəti, İmam əş-Şafi, İmam Əhməd və dörd məzhəbin əshabı, kərramiyə, kulləbiyyə, 
əşariyyə  və  mötəzilədən  olan  kəlam  əhlinin  əksəriyyəti  Osmanın  üçüncü  gəldiyinə 
etiqad edirlər. Bu, həm də İmam Malikin məşhur görüşüdür. Kufə əhlinin çoxundan isə 
Əlinin  fəzilətdə  Osmandan  üstün  olması  görüşü  nəql  olunub.  Bunların  arasında  Sufyan 
əs-Səvri  və  Əbu  Hənifə  də  yer  alır.  Bunların  sonradan  bu  görüşlərindən  döndükləri  də 
nəql  olunmuşdur.  Eynilə  bir  qrup  alim  isə  bu  ikisi  arasında  hansının  daha  fəzilətli 
olmasında  təvəqquf  edib.  Bu,  Sufyan’dan  rəvayət  edilib.  Bu,  həm  də  İmam  Malikdən 
gələn  rəvayətdir.  Yəhya  əl-Qattan  və  Yəhya  bin  Main  bu  görüşdə  olublar.  Osmanın 
fəzilətdə Əlidən üstün olması səhabələrin görüşüdür və müəllifin İbn Ömərin hədisindən 
rəvayət  etdiyi  bunun  dəlilidir.  Digər  bir  dəlil  isə  Ömərin  ölümündən  sonra  xəlifə  təyin 
etmək  üçün  toplaşmış  şurada  yalnız  Osman  və  Əli  qalmışdı  və  Abdur-Rahmən  bin  Auf 
onların  arasında  seçim  etmək  üçün  üç  gün,  üç  gecə  mühacirlər,  ənsarlar,  möminlərin 
anaları ilə müşavirə etdi və sonunda Osmanın daha layiq olduğuna qərar verdi. Bir nəfər 
Abdullah  bin  əl-Mubarək’dən  bu  iki  zatdan  hansının  daha  fəzilətli  olması  barədə 
soruşduqda  belə  cavab  verdi:  “Abdur-Rahmən  bin  Auf  bizə  bunun  cavabını  verdi.”  (əl-
Xalləl, “əs-Sunnə”, 2/389)  
42
 əl-Buxari  (3655,  3698)  azca  fərqli  ləfzlə  rəvayət  edib,  lakin  orada  peyğəmbərin  – 
salləllahu  aleyhi  va  səlləm  –  bunu  inkar  etməməsi  sözləri  yoxdur.  Bu  sözlər  İbn  Əbi 
Asim’in “əs-Sünnə” kitabında (1193) rəvayət etdiyi xəbərdə keçir və onu Şeyx əl-Albani 
“Ziləlul-Cənnə”də səhih saymışdır.  


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə