[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
21 
 
burada  qeyd  etdiklərimizdən  başqa  bir  şey  deyildir.  Bunu  əsas  tutaraq  bu 
şübhələrə cavab verməyi uyğun görürük. 
İlk  olaraq  onu  qeyd  edək  ki,  Ğuləm  Xalil’in  hədis  uydurmaqla  ittiham 
olunması  doğrudur.  əz-Zəhəbi  onun  haqqında  deyilmiş  bəzi  sözləri  nəql 
etmişdir : “İmam Əbu Bəkr əs-Sibği deyib: “Ğuləm Xalil yalan danışmasında 
şəkk etmədiyim kəslərdəndir.” Əbu Davud əs-Sicistəni’dən onun belə dediyi 
rəvayət olunub: “O, Bağdadın dəccalıdır, onun mənə ərz olunmuş dörd yüz 
hədisinə baxdım və hamısının mətnləri də, sənədləri də yalandır.” İbn Adiy 
deyir:  “Əbu  Abdilləh  ən-Nuhəvandi’ni  belə  deyərkən  eşitdim:  “Bu  hədislər 
barəsində Ğuləm Xalil ilə danışdım və dedi: “Bunları uydurduq ki, insanların 
qəlbləri  düzəlsin.”
10
 Bəli,  Ğuləm  Xalil  insanları  xeyir  əməllərə  çağırmaq 
üçün hədis uydurmağı caiz görərmiş. Əlbəttə ki, bu şəkildə peyğəmbərin – 
salləllahu  aleyhi  va  səlləm  –  adından  yalan  danışmaq  böyük  və  ağır  bir 
günahdır. 
Əgər biz kitabın Ğuləm Xalilə aid olduğunu qəbul etsək bu, yenə də kitabın 
dəyərinə xələl gətirməz, çünki Guləm Xalil hədis uydurmaqla ittiham olunsa 
da əqidəsi səhih bir alim olmuşdur, öz zamanında hörmət edilmiş bir imam 
idi. Daha əvvəl İmam Qavvamus-Sunnə’nin onu səhih etiqad haqqında əsər 
yazmış imamlar arasında zikr edən sözlərini nəql etdik. Əslində bu, onların 
bizə  qarşı  dəlili  idi,  lakin  həqiqətdə  Qavvamus-Sunnə’nin  sözləri  onların 
özlərinə  qarşı  dəlildir.  Həmçinin  İmam  əz-Zəhəbi  onun  tərcümeyi-halına 
başlayarkən  deyir:  “Şeyx,  alim,  zahid,  vaiz,  Bağdadın  şeyxi  Əbu  Abdilləh 
Əhməd  bin  Muhamməd  bin  Ğalib  bin  Xalid  bin  Mirdəs  əl-Bəhili  əl-Basri 
Ğuləm Xalil. Bağdadda yaşayıb. Onun çox qeyri-adi böyüklüyü, hörməti var 
idi, heybətli xarizması var idi. Həmişə yaxşılıqları əmr etmək işi ilə məşğul 
idi,  (sünnətə)  çox  tabe  idi,  səhih  etiqada  sahib  idi,  lakin  açıq  şəkildə  yalan 
rəvayət  edərdi  və  hədis  uydurmağı  caiz  görərdi.  Allahdan  salamatçılıq 
diləyirik.”
11
 Həm  İmam  Qavvamus-Sunnə  əl-Əsbəhəni,  həm  də  İmam  əz-
Zəhəbi Ğuləm Xalilin etiqadının səhih olduğunu deyiblər.  
Lakin  bununla  belə  bu  kitabı  Ğuləm  Xalilə  nisbət  etmək  böyük  bir  xətadır. 
Bu barədə gətirilmiş şübhələrə cavab vermək çox asandır.  
                                                            
10
 “Siyər Əaləm ən-Nubələ”, 13/283-284 
11
 “Siyər Əaləm ən-Nubələ”, 13/282-283 


 
 
22 
 
Hər  şeydən  əvvəl  qeyd  etməliyik  ki,  bu  kitabı  İmam  əl-Bərbəhəriyə  nisbət 
edənlər  ümmətin  ən  böyük  alimləri  və  imamlarıdır.  Onların  bəzilərinin 
adlarını burada qeyd edirik. İlk olaraq bu kitabı əl-Bərbəhəriyə nisbət edən 
böyük hənbəli alimi İbn Əbi Yalə (vəfatı hicri 526) olmuşdur və daha əvvəl 
də  qeyd  etdiyimiz  kimi  “ət-Tabəqat”  kitabında  cüzi  bir  hissəsi  istisna 
olmaqla kitabın tamamını nəql etmişdir. İbn Əbi Yalə isə hənbəli alimləri və 
onların  kitabları  haqqında  mütəxəssis  bir  alim  olmuşdur,  buna  görə  də 
“Tabəqatul-Hənəbilə”  kitabını  qələmə  almışdır.  əl-Bərbəhəri’dən  etdiyi  bir 
çox  rəvayətində onunla  arasında  yalnız  iki  nəfər  vasitəçi  olur.  Bu isə  onun 
əl-Bərbəhəriyə nə qədər yaxın olduğunu göstərir. 
Həmçinin Şeyxul-İslam İbn Teymiyyə’nin - rahiməhullah – babası Məcdud-
Din İbn Teymiyyə “əl-Musvaddə” kitabında bu kitabı əl-Bərbəhəri’yə nisbət 
etmişdir.  Onun  nəvəsi  Şeyxul-İslam  isə  “Buğyətul-Murtəd”  kitabında  bunu 
ona nisbət edir. 
Bu  kitabı  həmçinin  əz-Zəhəbi  bir  çox  kitabında,  İbn  Abdil-Hədi  əl-Hənbəli, 
İbn Muflih əl-Hənbəli “əl-Furu” və “əl-Ədəb” kitabında, əs-Safədi “əl-Vafi bil-
Vafiyət”də,  İbnul-Ğazi  “Divanul-İsləm”  kitabında,  İbn  Racəb  əl-Hənbəli,  İbn 
Həcər  əl-Asqaləni  “Fəthul-Bari”də,  İbnul-İməd  əl-Hənbəli  “əş-Şəzərat” 
kitabında, İbnun-Nəccar əl-Fətuhi “Şərh əl-Kəukəb əl-Munir”də, əl-Mərdəvi 
“ət-Təhbir Şərhut-Təhrir”də, “Əbul-Yəmən əl-Uleymi “əl-Minhəc əl-Əhməd” 
kitabında ona nisbət ediblər. 
Bu  iddia  sahibləri  İbn  Əbi  Yalə’nin  xəta  etdiyini,  digər  bütün  alimlərin  də 
xətasında ona tabe olduqlarını deməyə cürət ediblər. İbn Əbi Yalə’nin xəta 
etməsi  mümkündür,  lakin  digər  alimlərdən  heç  kimsənin  bu  xətanı  tapa 
bilməməsi, əksinə eyni xətanı təkrarlaması çox uzaq bir ehtimaldır. 
Onu  da  qeyd  etməliyik  ki,  İbn  Əbi  Yalə’nin  əlyazması  kitabı  Ğuləm  Xalilə 
nisbət edən əlyazmadan fərqlənir, hətta axırında iki vərəq artıqdır. Bu onu 
göstərir  ki,  İbn  Əbi  Yalə’nin  istifadə  etdiyi  əlyazma  kitabı  əl-Bərbəhəriyə 
nisbət  edib.  Həmçinin  əl-Uleymi’nin  gətirdiyi  nəql  bəzi  yerlərdə  İbn  Əbi 
Yalə’nin  nəqlindən  fərqlənir,  lakin  həmin  yerlərdə  əlimizdə  mövcud  olan 
əlyazmaya müvafiqdir. Bu da onu göstərir ki, bizim zamanımıza gəlib çatmış 
əlyazmada  xəta  vardır  və  bu,  xətanın  ravilərdən  birinə,  yoxsa  əlyazmanı 
köçürənlərdən birinə aid olduğunu demək çətindir. 


 
 
23 
 
Bu  kitabın  Ğuləm  Xalilə  aid  olmadığını  dəstəkləyən  məqamlardan  biri  də 
budur ki, kitabın içində uydurma hər hansı bir rəvayət yoxdur. Məlum oldu 
ki, Ğuləm Xalil insanların qəlblərini qorxu və məhəbbət ilə doldurmaq üçün 
hədis  uydurmağı  caiz  görərdi.  Bu  kitab  da  insanlara  xitab  olaraq  yazıldığı 
üçün kitabın içində bu şəkildə uydurma rəvayətlərin olması daha münasib 
olardı. Lakin bunların olmaması bir daha şahidlik edir ki, kitab Ğuləm Xalil 
tərəfindən yazılmayıb. 
İmam  Qavvamus-Sunnə’nin  isə  Ğuləm  Xalili  səhih  etiqad  izhar  etmiş 
imamlar  arasında  zikr  etməsi,  lakin  əl-Bərbəhərini  zikr  etməməsi  heç  bir 
şey  ifadə  etmir,  çünki  Ğuləm  Xalil’in  də  səhih  etiqad  haqqında  sözləri  ola 
bilər.  Qavvamus-Sunnə  orada  etiqad  haqqında  kitab  yazmış  digər 
imamların da adlarını zikr etməmişdir. Misal üçün Əbu Bəkr bin Əbi Davud, 
İbn  Cərir  ət-Tabəri,  Əbul-Hüseyn  əl-Acurri  və  daha  başqa  imamların 
adlarını zikr etməmişdir. 
Doktor  Fuat  Sezginin  bu  əlyazmanı  Ğuləm  Xalilə  aid  etməsi  da  özlüyündə 
heç bir sübut deyildir, çünki əlyazmanın üzərindəki nisbətin xəta olması çox 
aşkardır. Fuat Sezginin bu nisbətə əsaslanması da onun qədər aşkardır. 
Xülasə  olaraq  bu  kitabın  İmam  Əbu  Muhamməd  əl-Bərbəhəri’yə  aid 
olduğunu  söyləyirik  və  buna  kölgə  salmaq  üçün  önə  sürülən  şübhələrin 
güclü dəyərə sahib olmadığını vurğulayırıq. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə