[]



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix15.07.2018
ölçüsü3,05 Mb.
#55799
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 
 
48 
 
[31]  Müsəlmanların  canlarına,  mallarına  və  ailələrinə  toxunduqları 
təqdirdə  xavariclərə  qarşı  vuruşmaq  halaldır.  Ondan  əl  çəkdikləri  halda 
onları  axtarmaq,  yaralılarının  həyatına  son  qoymaq,  qənimətlərini  almaq, 
əsirlərini öldürmək, qaçanlarının arxasına düşmək olmaz.
56
  
[32] Bil ki, - Allah sənə rəhm etsin! – Allaha – Azzə va Cəllə - üsyan etmək 
əmr olunduqda bəşərə itaət etmək olmaz.  
[33]  Kim  İslam  əhlindəndirsə,  onun  haqqında  xeyir  və  ya  şərr  ilə  şahidlik 
edilməz,  çünki  ölərkən  hansı  hal  üzərində  qurtaracağını  bilmirsən.  Ona 
Allahın  rəhmətini  ümid  edirsən,  günahlarına  görə  halı  üçün  qorxmalısan. 
Ölüm  zamanı  Allah  qarşısında  onun  peşman  olub  olmayacağını  bilmirsən, 
əgər  İslam  üzərində  ölərsə  həmin  halda  Allahın  ona  nə  hazırladığını 
bilmirsən.  Onun  üçün  Allahın  rəhmətini  arzu  edir,  günahlarına  görə  onun 
halı üçün qorxursan. Qulun hər bir günahdan tövbə etmək imkanı vardır. 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
56
 Çünki  onlar  müsəlman  sayılırlar,  müsəlmanlara  qarşı  vuruşmaq  isə  yalnız  zərurətdə 
caizdir.  əl-Qadi  Əbu  Bəkr  İbn  əl-Arabi  “Əhkəmul-Quran”  kitabında  (4/154)  deyir: 
“Əsirləri  öldürülməz,  məğlub  olanları  təqib  olunmaz,  çünki  məqsəd  onları  öldürmək 
deyil,  onları  dəf  etməkdir...Bütün  bunlarda  bizə  görə  əsaslandığımız  dəlil  daha  əvvəl 
qeyd  etdiyimiz  kimi  budur  ki,  səhabələr  –  radiyallahu  anhum  –  öz  yürüşlərində  qaçan 
birini  təqib  etməyiblər,  yaralı  birini  öldürməyiblər,  nə  də  bir  əsiri  öldürməyiblər, 
(bağilərlə savaşda tələf etdikləri) bir cana, nə də bir mala görə təzminat ödəməyiblər və 
onlar (bizim üçün) örnəkdirlər.”  


 
 
49 
 
 
 
 
(Şəriət əhkamlarının təsdiqi) 
 
[34] Daş-qalaq haqdır.
57
 
[35] Xuflara məsh çəkmək sünnətdir.
58
 
[36] Səfərdə namazı qısaltmaq sünnətdir. 
[37]
 
 Səfərdə oruc tutmaq; kim istərsə oruc tutar, istərsə tutmaz. 
[38] Şalvarda namaz qılmaqda bir problem yoxdur.
59
 
 
 
 
                                                            
57
 əl-Buxari  (6830)  və  Muslim  (1691)  –  rahiməhuməllah  –  İbn  Abbas’dan  rəvayət 
edirlər:  “Ömər  bin  əl-Xattab  peyğəmbərin  –  salləllahu  aleyhi  va  səlləm  –  minbəri 
üstündə  oturarkən  belə  dedi:  “Şübhəsiz  ki,  Allah  Muhammədi  –  salləllahu  aleyhi  va 
səlləm – haqq ilə göndərib və Kitabı ona nazil edib. Allahın nazil etdikləri arasında rəcm 
ayəsi də var idi; onu birlikdə oxuduq, birlikdə anladıq və birlikdə öyrəndik. Allahın Elçisi 
–  salləllahu  aleyhi  va  səlləm  –  rəcm  etdi  və  biz  də  ondan  sonra  rəcm  etdik.  Uzun  bir 
zaman keçdikdən sonra insanlardan kiminsə “Allaha and olsun ki, rəcm ayəsini Quranda 
tapa  bilmirik”  deyərək  Allahın  nazil  etdiyi  bir  fərzi  tərk  etməklə  yolunu  azacağından 
qorxuram. Dəlillə isbat olunduqda və  ya (qadın) hamilə qaldıqda və  ya etiraf edildikdə 
evli olduqları halda zina etmiş kişi və qadını rəcm etmək Allahın kitabında mövcud olan 
bir haqdır.” 
58
 Bu  cür  əqidə  kitablarında  xuflara  məsh  etmək  kimi  bir  fiqhi  məsələnin  zikr 
edilməsindəki  hikmət  sünnətin  şəriətdəki  yerinə  işarə  etməkdir,  çünki  xuflara  məsh 
çəkmək  mütəvatir  sünnət  ilə  sabit  olduğu  üçün  onu  yalnız  bidət  əhli  inkar  edə  bilər. 
İmam ət-Tahavi də bu məsələni əqidə kitabında zikr etmişdir. 
59
 ət-Tabərani’nin  “əl-Mucəm  əl-Əvsət”də  (7833)  Cabir  bin  Abdilləh’dən  rəvayət  etdiyi 
hədisdə  deyilir  ki,  peyğəmbər  –  salləllahu  aleyhi  va  səlləm  –  şalvarda  namaz  qılmağı 
qadağan  etdi.  Lakin  hədis  zəifdir  və  İbnul-Cəvzi  “əl-İləl  əl-Mutənəhiyə”  kitabında 
(2/681) deyir: “Bu hədis peyğəmbərdən – salləllahu aleyhi va səlləm – səhih deyildir. əl-
Uqeyli  deyir:  “Bu  hədis  yalnız  Hüseyn  bin  Vardən  vasitəsilə  tanınır  və  ondan  başqası 
bunu rəvayət etməyib.”  


 
 
50 
 
 
 
 
(Hökmlər zahirə görə verilir) 
 
[39] Nifaq isə İslamı üzdə göstərib küfrü gizlətməyindir. 
[40] Bil ki, dünya bir iman və islam evidir, buna əsasən də Muhammədin – 
salləllahu aleyhi va səlləm – ümməti orada hökmlərdə, miras hüquqlarında, 
kəsdikləri  heyvanlarda,  cənazələrində  möminlər,  müsəlmanlar  sayılırlar. 
İslamın  bütün  şəri  əmrlərinə  riayət  etmədikcə  heç  kəsin  həqiqi  mömin 
olmasına dair şahidlik etmə! Kim bunlardan birində ölənə qədər qüsura yol 
verərsə,  imanında  naqis  biri  sayılacaq,  imanı  haqqında  həqiqi  elm,  yəni 
imanının tam olması yoxsa naqis olması haqqındakı elm isə Allahu Təaləyə 
aiddir.  İslamın  şəri  əmrlərini  zay  etmək  kimi  etdikləri  əməllərdən  sənə 
görünənlər istisnadır. 
[41] Qiblə əhlindən ölən bir kimsəyə cənazə qılmaq sünnətdir: daş-qalaq 
olunmuş birinə, zinakar kişi və qadına, özünü öldürənlərə
60
, qiblə əhlindən 
olan digərlərinə, sərxoşa və digərlərinə cənazə qılmaq sünnətdir. 
                                                            
60
 Muslim  “əs-Sahih”də  (978)  Cabir  bin  Səmura’nın  –  radiyallahu  anhu  -  hədisindən 
rəvayət  edir:  “Peyğəmbərin  -  salləllahu  aleyhi  va  səlləm  –  yanına  özünü  “məşaqis”  ilə 
öldürmüş  birini  gətirdilər  və  ona  (cənazə)  namazı  qılmadı.”  ən-Nəvəvi  “Şərh  Sahih 
Muslim”də (7/47) deyir: “”Məşaqis” geniş oxlardır, təkinə “mişqas” – kəsrəli mim hərfi 
və  fəthəli  qaf  hərfi  ilə  -  deyilir.  Üsyan  etmiş  olduğuna  görə  özünü  öldürənə  namaz 
qılınmayacağını deyənlər üçün bu hədisdə bir dəlil vardır və bu, Ömər bin Abdil-Aziz’in 
və əl-Əvzai’nin məzhəbidir. əl-Həsən (əl-Basri), (İbrahim) ən-Nəxai, Qatədə, Malik, Əbu 
Hənifə,  əş-Şafi  və  alimlərin  böyük  əksəriyyəti  isə  deyir  ki,  belə  birinə  namaz  qılınar. 
Onlar  bu  hədisə  cavab  olaraq  deyiblər  ki,  peyğəmbər  –  salləllahu  aleyhi  va  səlləm  - 
insanları  onun  etdiyi  bir  əməldən  çəkindirmək  üçün  yalnız  özü  namaz  qılmadı  və 
səhabələr  isə  ona  namaz  qıldılar.  Bu  isə  İslamın  əvvəlində  peyğəmbərin  –  salləllahu 
aleyhi va səlləm – boynunda borc olana namaz qılmağı tərk etməsi kimidir ki, bununla 
borc almaqda qeyri-ciddi olmaqdan, borca vəfada ehmalkar olmaqdan çəkindirirdi, lakin 
səhabələrə  isə  onun  üçün  namaz  qılmağı  əmr  etdi  və  o,  -  salləllahu  aleyhi  va  səlləm  - 
dedi: “Dostunuz üçün namaz qılın!” əl-Qadi (İyad) dedi: “Bütün alimlərin məzhəbi budur 
ki,  bütün  müsəlmanlar  üçün,  hədd  olunmuş,  rəcm  (daş-qalaq)  olunmuş,  özünü 
öldürmüş,  zinadan  doğulmuş  hər  bir  müsəlman  üçün  namaz  qılınmalıdır.  Malikdən  və 
başqasından isə rəvayət olunur ki, imam həddə öldürülmüş (yəni İslam hökmü ilə edam 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə